Məhkəmə qərarları › İş №2-1(102)-1220/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1220/2021

28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1220/2021 28.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayət üzrə müddətin buraxılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının vəkili X1 iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) qarşı “57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(103)-1809/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-4405/2020 saylı iş üzrə qəbul e tdiyi 25 avqust 2020-ci il tarixli qərarı ilə iddiaçının cavabdehə qarşı “57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir.

2. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1809/2020 saylı 28 oktyabr 2020-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Мəhkəməsinin 25 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. İddiaçı 2 dekabr 2020-ci il tarixdə apelyasiya məhkəməsinin qərarını almış, 16 mart 2021-ci il tarixdə apelyasiya məhkəməsinə ərizə təqdim edərək dövlət vəsaiti hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

4. İddiaçının vəkili məhkəmə icla sında kasasiya şikayəti üzrə müddətin buraxılmadığını bildirib şikayətin mümkün sayılmasını xahiş etmişdir.

5. Cavabdehin vəkili iş üzrə qərar qəbul edilməsini məhkəmənin səlahiyyətinə buraxdığını bildirmişdir. Tətbiq edilən hüquq

6. İnzibati Prosessual Məcəllə: Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə

22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardad ları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. (-). Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təq dim edildiyi gündən başlanır. Maddə

94. Kasasiya şikayəti daxil olduqdan sonra apelyasiya instansiyası məhkəməsinin hərəkətləri 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-). Maddə

96. Ali Məhkəmədə icraat 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...

7. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarla rının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.

8. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya məhkəməsinin mövqeyi

9. İddiaçı kasasiya şikayəti tərtib edilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizəsini qanunla müəyyən edilmiş müddətdə təqdim etmədiyindən şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və proses iştirakçılarının dinlənilmə hüququnun təmin olunması məqsədilə kasasiya şikayətinin mümkünlük məsələsinə baxılması 28 iyul 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə, o cümlədən kasasiya şik ayətini tərtib etmiş iddiaçıya məhkəmə bildirişi göndərilmişdir.

10. İddiaçı tərəfindən mübahisə olunan məhkəmə sənədi 2 dekabr 2020-ci ildə ona təqdim edilmişdir. Kasasiya şikayətinin tərtib edilməsi barədə dövlət vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizə isə yuxarıda qeyd edildiyi kimi 16 mart 2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir.

11. İddiaçının kasasiya şikayəti verilməsi ilə bağlı şikayət vermə müddəti 5 yanvar 2021-ci il tarixdə bitmiş, kasasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 1 aylıq müddəti ötürmüşdür.

12. Kasasiya şikayəti iddiaçı tərəfindən vaxtında təqdim edilməmişdir.

13. İddiaçı kasasiya məhkəməsinə göndərdiyi vəsatətində bildirmişdir ki, apelyasiya məhkəməsinin qərarını almadığı üçün 23 fevral 2021-ci il tarixli ərizəsi əsasında ap elyasiya məhkəməsinin 9 mart 2021-ci il tarixli məktubu ilə ona göndərilmiş, bundan sonra ərizə vermiş, şikayət üzrə müddəti buraxmamışdır.

14. İddiaçının 23 fevral 2021-ci il tarixli ərizəsi əsasında apelyasiya məhkəməsinin 9 mart 2021-ci il tarixli məktubu ilə məhkəmə qərarının ona göndərilməsi vəsatətinə əlavə etdiyi sənədlərlə təsdiq olunur.

15. Bununla belə, işdə olan sənədlərdən görünür ki, apelyasiya məhkəməsinin 10 noyabr 2020-ci il tarixli məktubu ilə 28 oktyabr 2020-ci il tarixli məhkəmə qərarı iddiaçıya göndərilmiş, xəbərnaməyə əsasən iddiaçı 2 dekabr 2020-ci il tarixdə qərarı almışdır.

16. Kasasiya şikayəti vaxtında verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən kasasiya mümkün sayılmayaraq kasasiya şikayətinin icraata qəbul edilməsi ndən imtina olunmalıdır

17. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1809/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qərarından verdiyi şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar