Məhkəmə qərarları › İş №2-1(102)-1220/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1220/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1220/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023cü il tarixli, 2-1(103)-1010/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, aparılan araşdırma zamanı vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərməklə 2020-ci il ərzində elektron alış aktları əsasında 949641,32 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə baxmayaraq 2020-ci il gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində müvafiq hesabat dövrü üzrə cari gəlir vergisi bəyannaməsi, qeyd olunanlarla bağlı təsdiqedici sənədlər əlavə edilməklə müvafiq izahat məktubu, araşdırmaya təqdim edilməsi üçün zəruri hesab etdiyi digər sənədlərin təqdim olunması tələb olunmuşdur.

2. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-cu il tarixli **********748700 nömrəli qərarına əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin gəlir vergisi bəyannaməsi üzrə Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən xərc müəyyən edilərək (949641,32/6*5= 791367,77) ümumilikdə iddiaçıya 31.654,71 manat əlavə vergi məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci i nstansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli, **********748700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar və elektron alış aktlarının tərtib edilməsində məsul olan hüquqi şəxs barəsində cinayət işinin başlanılmasına dair xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı iddiaçıya alış aktı əsasında mal satdığı əsası ilə barəsində xx.xx.2021-ci il tarixli, **********748700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar tərtib etmiş və 31654,71 manat məblə ğində əlavə vergi məbləği hesablamışdır. Sözügedən vergi məbləğinin hesablanmasına səbəb olmuş alış aktları barədə isə iddiaçının heç bir məlumatı yoxdur. Belə ki, vergi orqanından iddiaçıya zəng edilmiş və ödənilməmiş vergi borcunun olduğu bildirilmişdir. Bundan sonra iddiaçı məsələni araşdıraraq verginin hesablanmasının səbəbini iddiaçının adından tərtib edilmiş kənd təsərrüfatı mallarının təqdim edilməsi barədə alış aktlarının olduğunu öyrənmişdir. Həmin alış aktlarının tərtibində isə iddiaçının iştirakından söhbət gedə bilməz. Görünür, alış aktları birtərəfli qaydada “malı təqdim etdiyi” iddia olunan şəxs tərəfindən tərtib edilmişdir. İddiaçıya hesablanmış vergilərə dair qərarın təqdim edilməsi üçün vergi orqanına yazılı müraciətindən sonra, xx.xx.2021-ci il tarixli, **********748700 n ömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar xx.xx.2021-ci il tarixdə cavabdeh vergi orqanı tərəfindən iddiaçıya təqdim edilmişdir. Mübahisələndirilən vergi məbləğinin silinməsi ilə bağlı vergi orqanına müraciət etsə də, hər hansı müsbət nəticə əldə edə bilməmişdir.

5. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərməklə 2020-ci il ərzində elektron alış aktları əsasında 94.9641,32 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə baxmayaraq 2020-ci il gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisi nə xx.xx.2021-ci il tarixli **********557600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində kənarlaşmalar aradan qaldırılmaqla cari bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması il ə 2020-ci ilin gəlir vergisi bəyannaməsi üzrə Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən xərc müəyyən edilərək (949641,32/6*5=791367,77) ümumilikdə 31.654,71 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********748700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı göndərilmişdir. Araşdırma zamanı fərdi sahibkar tərəfindən 318140,1 kq tomatın 949641,32 manata "xxxx" QSC-yə təqdim edildiyi müəyyən edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(112)-4255/2022 nömrəli qərarı (hakim M.C.Qarayeva) ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı vergi borcunun hesablanmasına səbəb olmuş alış aktları barədə heç bir məlumatının olmadığını bildirmişdir. Lakin iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli XPT seriyalı 002152 saylı malların alış aktının iddiaçı tərəfindən imzalandığı müəyyən olunmuşdur. Həmçinin iddiaçı həmin aktların etibarsızlığını da müvafiq məhkəmədə mübahisələndirməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqanın qərarı qanuni və əsaslı olmuşdur. Həmçinin, iddiaçının iddia tələbinin birinci hissəsi təmin edilmədiyi üçün ondan asılı olan ikinci hissəsi yəni, elektron alış aktlarının tərtib edilməsində məsul olan hüquqi şəxs barəsində cinayət işinin başlanılmasına dair xüsusi qərardad qəbul edilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin halları zamanı Azərbaycan Re spublikası Cinayət Məcəlləsi ilə kriminallaşdırılmış hər hansı hərəkət (hərəkətsizlik) məhkəmə tərəfindən müəyyən edilməmişdir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2-1(103)-1010/2023 nömrəli qərarı (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və K.H.Əkbərov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(112)-4255/2022 nömrəli qərarı ləğv edilərək iş üzrə yeni qərar çıxarılmış, iddia təmin edilərək cavabdehin xx.xx.2021-ci il tarixli, **********748700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2-1(103)-1010/2023 nömrəli xüsusi qərardadı ilə iddiaçı barəsində tərtib edilmiş 18 ədəd elektron alış aktının "xxxx" QSC tərəfindən saxta tərtib edilib-edilməməsinin və cəmiyyətin məsul şəxslərinin əməlində cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün həmin xüsusatlar barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumatlandırılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh vergi orqanı iddiaçının müraciətlərinə baxmayaraq, vergilərin hesablanmasına əsas olmuş elektron alış aktlarının mötəbərliyi ilə bağlı hər hansı araşdırma həyata keçirmədən, iddiaçının müraciətlərini təmin etmək dən imtina etmişdir. Qanunvericiliyin açıq tələbinə əsasən elektron alış aktları çap edilərək alıcı və satıcı tərəfindən imzalandığı təqdirdə, malların satılmasına dair təsdiqedici sənəd sayılır və çap edilmiş elektron alış aktı imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır. İddiaçı barəsində tərtib edilmiş 18 ədəd elektron alış aktı çap edilərək alıcı və satıcı tərəfindən imzalandığı təqdirdə, malların satılmasına dair sənəd hesab edildiyi halda, cavabdeh vergi orqanı hazırkı iş üzrə həmin sənədlərin məhkəməyə təqdim edilməsini təmin edə bilməmişdir. Eyni zamanda, məhkəmə tərəfindən "xxxx" QSC-yə iddiaçı barəsində tərtib edilmiş elektron alış aktlarının çap edilərək imzalanmış nüsxələrinin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu göndərilsə də, sonuncu tərəfindən məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir.

12. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, bir haldakı əlavə vergi məbləğinin hesablanmasına əsas olmuş elektron alış aktlarının çap edilərək imzalanmış nüsxəsi mövcud deyil və inzibati aktı qəbul etmiş vergi orqan da həmin sənədlərin məhkəməyə təqdim edilməsini təmin edə bilmir, bu halda qeyd olunan 18 ədəd elektron alış aktı qanunvericiliyin tələblərinə əsasən malların satışını təsdiq edən sənəd hesab edilə bilməz.

13. Apellyasiya instansiyası məhkəməsi vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli XPT seriyalı 002152 saylı malların alış aktına münasibətdə qeyd etmişdir ki, vergi orqanı məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq həmin aktın əslini deyil, sadəcə kserosurətini təqdim edə bilmişdir ki, bu da hə min sənədin mötəbərliyinin məhkəmə tərəfindən tədqiqini mümkünsüz edir. Bundan əlavə olaraq, "xxxx" QSC tərəfindən iddiaçı barəsində ümumilikdə 949641,32 manat dəyərində malların alışına dair 18 ədəd elektron alış aktı tərtib edildiyi halda, cavabdeh vergi orqanı məhkəməyə yalnızca 59453 manat dəyərində malın alışına dair 1 ədəd kserosurəti olan aktı təqdim etmişdir.

14. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş 71-2-ci maddəyə əsasən alış aktlarının tərtibi elektronlaşdırıldığından, cavabdeh vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli malların alış aktı ciddi hesabat blankı sayıla və mallarını alışına dair mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, yuxarıda qeyd edildiyi kimi, mötəbər sənəd qismində yalnızca Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron alış aktlarının portaldan çap edilərək imzalanmış kağız daşıyıcıda olan nüsxələri qəbul edilə bilərdi ki, cavabdeh məhkəməyə belə bir sənəd təqdim edə bilməmişdir.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh qeyd edir ki, elektron alış aktlarının çap edilərək imzalanmış nüsxəsinin saxlanması vergi orqanının yox, vergi ödəyicisinin vəzifəsidir. Məhkəmə i sə "xxxx" MMC-dən sənədləri əldə edə bilmədiyi üçün qanunvericiliyə uyğun tərtib edilmiş elektron alış aktını mötəbər sübut hesab etməyərək, vergi orqanında mövcud olmayan sənədləri cavabdehdən tələb etməklə yanlış qənaətə gəlmiş və qərar qəbul etmişdir. Vergi ödəyicisi tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında alış aktı tərtib edilir və sonra gücləndirilmiş elektron imza ilə imzalanır. Bu əməliyyatlardan sonra gücləndirilmiş elektron imza ilə imzalanmış alış aktı barədə məlumatlar (rekvizitlər) vergi orqanın uçot-baza məlumatlarına daxil olur. Sonradan çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır. Buna görə də çap edilmiş elektron alış aktının vergi orqanından tələb edilm əsi qanunsuzdur. Məhkəmə tərəflər arasında ədalətli balansı gözləməmiş, cavabdeh üçün yüksək sübutetmə standartı tətbiq etmişdir.

17. Apellyasiya instansiyası tərəfindən alış aktlarının etibarsızlığı məsələsinə hüquqi qiymət verilməmiş, bu məsələ qərarda açıq saxlanılmışdır. Ona görə də iddiaçı elektron alış aktlarının etibarsızlığı ilə bağlı kommersiya məhkəməsinə müraciət etməli idi. Göründüyü kimi, vergi orqanının hesablaması tamamilə qanunvericiliyə uyğun olmuş, məhkəmə isə ədalətsiz qərar çıxarmışdır.

18. Bundan başqa, iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktdan 4 ay sonra – 2021-ci ilin dekabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət edilməklə iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Habelə iddiaçı tərəfindən xüsusi qəra rdadın çıxarılması barədə vəsatət verilməli, məhkəmə bu barədə ayrıca xüsusi qərardad çıxarmalı idi. Lakin məhkəmə qanunvericiliyin tələblərini bir daha pozaraq yalnız mübahisələndirilən qərara bu barədə məlumat xarakterli cümlə əlavə etmişdir.

19. Məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixli XPT seriyalı 002152 saylı malların alış aktında iddiaçının imzası ilə şəxsiyyət vəsiqəsində olan imzanın eynilik təşkil etməsi və bununla bağlı ekspertizanın keçirilməsi, "xxxx" QSC-nin üçüncü şəxs qismində cəlb edilməsi, elektron alış aktlarının çap edilərək imzalanmış nüsxəsinin saxlanmasının vergi orqanının yox, vergi ödəyicisinin vəzifəsi olması və inzibati orqan tərəfindən elektron alış aktlarının ciddi hesabat blankı olması məsələsi araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlill əri:

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyici sinin xeyrinə şərh edilməlidir.... Maddə

36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi... 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.... Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.... Maddə 71-2. Malların alış aktı 71-2.1. Bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınd ıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 71-2.2. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-2.3. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2020-ci il tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydaları”:

3. Elektron alış aktının tətbiqi və istifadəsi 3.1. Vergi ödəyicisi vergi orqa nında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 (beş) gün müddətində elektron alış aktını tərtib edir. 3.2. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. 3.3. Çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır....

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan di gər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132. 3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə sax laya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İN STANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının p redmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

28. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. Kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergi ödəyicisin də saxlanılır, buna görə də çap edilmiş elektron alış aktının vergi orqanından tələb edilməsi qanunsuzdur. Bununla apellyasiya instansiyası məhkəməsi tərəflər arasında ədalətli balansı gözləməmiş, cavabdeh üçün yüksək sübutetmə standartı tətbiq etmişdir.

30. Bununla bağlı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən çap edilmiş elektron alış aktının vergi orqanında deyil, vergi ödəyicisində saxlanılmasına baxmayaraq, vergi orqanı həmin elektron alış aktları əsasında iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etmişdir. İddiaçı da bununla bağlı dəfələrlə vergi orqanına müraciət etsə də, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1, 21.1, 24.1-24.4, 28.1.3 və 46.2-ci maddələrin in tələblərini pozmuşdur.

31. Belə ki, fiziki və ya hüquqi şəxsin inzibati akt ilə bağlı inzibati şikayəti olduqda, həmin şikayət əsasında inzibati icraata başlamaq, icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat vermək və işdə onun iştirakını təmin etmək, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmaq, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamaq, işdə iştirak edən şəxsin zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda, həmin sübutları tələb etmək və onların təqdim olunmasını təmin etmək inzibati orqanının xidməti vəzifəsindən irəli gələn öhdəliyidir.

32. Lakin iddiaçının qeyd olunan müraciətlərinə baxmayaraq, vergi orqanı vergilərin hesablanmasına əsas olmuş elektron alış a ktlarının mötəbərliyi ilə bağlı hər hansı araşdırma həyata keçirmədən, iddiaçının müraciətlərini təmin etməkdən imtina etmişdir.

33. Bundan başqa, cavabdeh kassasiya şikayətində qeyd edir ki, xx.xx.2020-ci il tarixli XPT seriyalı 002152 saylı malların alış aktında iddiaçının imzası ilə bağlı müvafiq araşdırma aparılmamış və imzanın iddiaçının şəxsiyyət vəsiqəsində olan imzası ilə eynilik təşkil etməsi yoxlanılmamışdır.

34. Məhkəmə kollegiyası xx.xx.2020-ci il tarixli XPT seriyalı 002152 saylı malların alış aktı ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək göstərir ki, cavabdeh tərəfindən qeyd edilən aktın sadəcə kserosurəti təqdim edildiyindən həmin sənədin mötəbərliyinin məhkəmə tərəfindən tədqiqi mümkünsüz olmuşdur. Ona görə də, apellyasiya məhkəmə si tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsinə əsas olmuş alış aktları "xxxx" QSC-dən tələb edilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi xx.xx.2020-ci il tarixli XPT seriyalı 002152 saylı malların alış aktını mötəbər sübut kimi qəbul etməməkdə haqlı olmuşdur.

35. Kassasiya şikayətinin yalnız iddiaçının vəsatəti əsasında ayrıca xüsusi qərardadın çıxarılması ilə bağlı dəlilini də əsassız hesab edən məhkəmə kollegiyası göstərir ki, iddiaçı elektron alış aktlarının tərtib edilməsində məsul olan hüquqi şəxs barəsində cinayət işinin başlanılmasına dair xüsusi qərardad qəbul edilməsini iddia tələbində birbaşa olaraq qeyd etmişdir.

36. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən də iş üzrə qəbul edilən yekun qər arla eyni tarixdə, yəni 15 fevral 2023-cü ildə ayrıca xüsusi qərardad qəbul edilmiş və iddiaçı barəsində tərtib edilmiş 18 ədəd elektron alış aktının "xxxx" QSC tərəfindən saxta tərtib edilib-edilməməsinin və cəmiyyətin məsul şəxslərinin əməlində cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün həmin xüsusatlar barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumatlandırılması qərara alınmışdır.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kass asiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 21(103)-1010/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar