Məhkəmə qərarları › İş №2-1(102)-1221/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1221/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1221/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməklə çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməklə mülkiyyət h üququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(103)63/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 52,1 kv.m mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur.

2. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən X3sının xx.xx.2019-cu il tarixli 52 nömrəli qəbul aktına əsasən, iddiaçının müraciəti üzrə ünvanda aparılan yenidən ölç mə zamanı aşkar edilmişdir ki, mənzilin faktiki ümumi sahəsi 79,6 kv.m təşkil edir. Ümumi sahədəki fərq mənzildə aparılmış təmir-bərpa və rekonstruksiya işləri səbəbindən yaranmışdır. Hal-hazırda mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Göstərilənləri nəzərə alaraq, komissiya iddiaçıya məxsus 28 May küçəsi, 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79,6 kv.m ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab etmişdir.

3. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 150 nömrəli “iddiaçının mənzilinin ölçülərinin dəqiqləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” sərəncamına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrinə əsasən iddiaçıya məxsus Nəsimi rayonu 28 May küçəsi 11 saylı evin 18 say lı mənzilinin ümumi sahəsi 79,6 kv.m hesab edilərək, qeyri-yaşayış sahəsinə keçirilmişdir.

4. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq xx.xx.2020-ci il tarixli, **********88 nömrəli imtina məktubunda göstərmişdir ki, qeyri-yaşayış sahəsinin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismarına icazə sənədi) və texniki rəy sənədlər toplusuna əlavə edilməmişdir. Həmçinin, texniki pasportda göstərilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş sahə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 31 yanvar 2020-ci il tarixdə cav abdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79,6 kv.m. hesab edilərək, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməklə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Bu səbəbdən, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edərək qeyd olunan mənzilin ölçülərinin dəqiqləşdirilməsinə və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi nə dair sərəncam verilməsini xahiş etmişdir. Onun müraciətindən sonra Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində Daimi fəaliyyət göstərən X3 məsələyə baxmış və müəyyən etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin 18 saylı mənzilinin çıxarışa əsasən ümumi sahəsi 52.1 kv.m göstərilsə də, komissiya üzvləri tərəfindən ünvanda aparılan yenidən ölçmə zamanı mənzilin faktiki ümumi sahəsinin 79.6 kv.m-dən ibarət olması aşkar edilmişdir. Ümumi sahədəki fərq, mənzildə aparılmış təmir-bərpa və rekonstruksiya işləri səbəbindən yaranmışdır. Bundan sonra Komissiyanın 52 saylı, xx.xx.2019-cu il tarixli Qəbul aktına əsasən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79.6 kv.m ölçülər daxilində qeyri-yaşayış sahəsinə k eçirilməsi məqsədəuyğun hesab edilmişdir. Daha sonra Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli sərəncamına əsasən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79.6 kv.m hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilmiş və bununla bağlı ona müvafiq bildiriş verilmişdir. Bundan sonra o, qəbul aktı və sərəncam əsasında daşınmaz əmlakın yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçməklə dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi ilə əlaqədar cavabdeh təşkilata ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli məktubları ilə ona cavab vermiş və məktubda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən qeyd olunan əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina edilmişdir. Cavabdeh ərizəsi ilə bağlı imtina verərkən heç bir əsaslı səbəb gətirməmiş, əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi üçün zəruri sənədlər təqdim edilsə də, əsassız olaraq ərizəsinin icrasından imtina edilmişdir. Cavabdehin etirazları:

7. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin 1 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2921/2020 nömrəli qərarı (hakim A.A.Abdullayeva) ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79.6 kv.m o lmaqla, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi və bu barədə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ ilə iddiaçıya məxsus mənzil çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir və mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulan daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları olmadığından cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2021-ci il tarixli, 2-1(103)-1031/2021 nömrəli qərarı (hakimlər V.M.Məmmədov /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və V.Ə.Baxışova) ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 1 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin birmənalı tələbinə görə daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 -ci maddəsində müəyyən edilən əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı adıçəkilən normada təsbit olunan sənədlərdən hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmişdir. Halbuki, İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

13. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2021-cü il tarixli, 2-1(102)-2225/2021 nömrəli qərarı (hakimlər R.S.Nəbizadə /məruzəçi/, Z.M.Quliyev və S.Ə.Kərimov) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2021-ci il tarixli, 2-1(103)1031/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh imtinasında hüququn qeydə alınmasının faktiki əsasını bildirmiş, lakin apellyasiya məhkəməsi cavabdehin dəlili ilə bağlı araşdırma aparmamış, iddiaçının təqdim etdiyi rayon icra hakimiyyəti başçısının 12 sentyabr 2019-cu il tarixli sərəncamının məzmununa münasibət bildirməmişdir. Cavabdehin 22 fevral 2017-ci il tarixdə tərtib etdiyi texniki pasportda mənzilin ümumi sahəsinin 71,7 kv.m olduğu, 1887-ci ildə tikildiyi qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi İPM-in 12 və 58-ci maddələrinin tələblərinə uyğun olaraq 27,5 kv.m sahənin əvvəllər dövlətə, yaxud hər hansı digər şəxslərə məxsus olmasını müəyyən etməmiş, həmin sahənin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olmasını yoxlamamış, bununla bağlı cavabdehdən və rayon Nəsimi Rayon İcra Hakimiyyətindən sorğu edib sənədləri tələb etməmiş, həmçinin iddia tələbinin məhz mütləq qaydada 79,6 kv.m sahəyə, yoxsa daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd edilən 52,1 kv.m sahəyə münasibətdə təmin edilib-edilməməsi ilə bağlı iddiaçının mövqeyini öyrənməmiş, bununla bağlı iddiaya hüquqi qiymət verməmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. M əhkəmənin sorğusu əsasında Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 6/167 nömrəli məktuba əlavə edilmiş xx.xx.2019-cu il tarixli akta əsasən, mənzilə baxış zamanı mənzilin 3 mərtəbəli evin birinci mərtəbəsində yerləşməsi, DƏDRX-nin xx.xx.2017-cı il tarixli çıxarışına əsasən mənzilin sahəsinin 52,1 kv.m, xx.xx.2017-ci il tarixli DƏDRX-nin texniki pasportuna əsasən mənzilin yaşayış sahəsinin 47,3 kv.m, ümumi sahəsinin 71,7 kv.m olması, mənzilin yenidən ölçülməsi nəticəsində faktiki ümumi sahəsinin 79,6 kv.m olması, mənzilin ümumi sahəsində yaranmış 7,9 kv.m fərqin mənzildə aparılmış əsaslı təmir işləri nəticəsində yaranması, mənzildən uzun müddətdir qeyri-yaşayış sahəsi kimi istifadə olunması və qonşulara maneəçiliyinin olmaması, mənzilin küçəyə və həyətə çıxışının olması müəyyən edilmişdir.

17. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3983 nömrəli ekspert rəyində göstərilmişdir ki, iddiaçının sahibliyində olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 71,7 kv.metr olduğu müəyyən edilmişdir. İddiaçının adına Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 11 saylı evin ümumi sahəsi 52,1 kv.m olan 18 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ****** ****30-05101-093038 reyestr nömrəli çıxarış verilmiş, lakin ümumi sahəsi 52,1 kv.m olan 18 saylı mənzilin tikililərinin yerləşməsinə dair Texniki Pasport verilmədiyindən hazırda qeydiyyatı tələb olunan 79,6 kv.m-in fərqi, yəni 27,5 kv.m sahənin dövlətə yaxud başqa şəxslərə məxsus olubolmamasını, binada birdən artıq sahəyə xidmət edən sahə olub-olmamasını, həmin 27,5 kv.m sahənin çıxarışda qeyd olunan 52,1 kv.m sahədən ayrı və ya ona bitişik olubolmamasını, 79,6 kv.m-lik qeyri-yaşayış sahəsinin tərkibindən 27,5 kv.m sahənin ayrıla bilən olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(103)-63/2023 nömrəli qərarı (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) ilə cavab dehin apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 1 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin məhz mütləq qaydada 79,6 kv.m sahəyə, yoxsa daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd edilən 52,1 kv.m sahəyə münasibətdə təmin edilib-edilməməsi ilə bağlı iddiaçının mövqeyinin öyrənilməsi ilə bağlı kassasiya instansiya məhkəməsinin göstərişlərinin araşdırılması istiqamətində müvafiq prosessual hərəkətlər edilmişdir. Lakin ekspert rəyindən də aydın göründüyü kimi iddiaçının faktiki sahibliyində olan qeyri-yaşayış sahəsinin ölçüsü 71,7 kv.m olmaqla 5 tikilidən ibarətdir, hər tikilinin ölçüləri müxtəlifdir və iddiaçının mülkiyyətində o lan 52,1 kv.m sahədən artıq olan sahənin ayrı və ya ona bitişik olub-olmaması, həmin sahənin ayrıla bilən olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, apellyasiya instansiya məhkəməsi iddia tələbinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd edilən 52,1 kv.m sahəyə münasibətdə də təmin edilməsinin mümkün olmaması nəticəsinə gəlmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, RX ******* nömrəli çıxarışda əks olunan 52,1 kv.m. ilə hazırda qeydiyyatı tələb olunan 79,6 kv.m-in fərqi, yəni 27,5 kv.m. sahənin əvvəlcə kimə, hansı hüquqi əsaslarla məxsus olması və kimdən, hansı qaydada, hansı əsasla əldə olunmasını təsdiq edən hüquqi sənəd təqdim olunmalıdır ki, bu sənədlər də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi ilə tənzimlənmişdir. İddiaçı belə bir sənəd kimi Nəsimi RİH başçısının xx.xx.2019-cu il tarixli 150 nömrəli sərəncamına istinad etsə də, işin araşdırılmış hallarından sərəncamda 27,5 kv.m. sahə fərqinin hüquqi əsasları göstərilməmişdir.

21. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçının kassasiya şikayətinin məzmunu və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları onun iddia ərizəsinin məzmunu və dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir.

23. İddiaçı əlavə olaraq göstərir ki, apellyasiya instansiyası kassasiya instansiya sı məhkəməsinin göstərişlərini yerinə yetirmək məqsədi ilə araşdırma aparaq iddiaçının xeyrinə olan halları müəyyən etsə də, Ali Məhkəmənin göstərişlərinin ziddinə olaraq qeyriobyektiv qənaətə gəlmişdir.

24. Bundan başqa apellyasiya instansiyası məhkəməsinin təşəbbüsü ilə təyin edilərək keçirilən ekspertiza rəyinin qeyri-müəyyən olmasına baxmayaraq məhkəmə həmin rəyə istinad edərək iddia tələbinin nəinki tam olaraq təmin edilməsini mümkünsüz hesab etmiş, hətta tələbin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd edilən 52,1 kv.m sahəyə münasibətdə də təmin edilməsinin mümkün olmaması qənaətinə gəlmişdir. Halbuki, verilmiş rəy iddiaçının xeyrinə şərh olunmaqla iddia tələbinin təmin olunması üçün əsaslardan biri kimi qiymətləndirilməli idi.

25. Eyni zamanda, qeydə alınması tələb olu nan sahə uzun müddətdir ki, qeyriyaşayış sahəsi kimi istifadə olunmuş və hal-hazırda da mübahisəsiz olaraq istifadə olunmaqdadır. Həmin sahəyə dair ilkin hüquqmüəyyənedici sənəd olan Nəsimi RİH başçısının xx.xx.2019-cu il tarixli 150 nömrəli sərəncamı mövcuddur. Qeyd olunan sərəncam isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir.

26. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməməsi barədə qərar qəbul edərkən imtina edilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsasların heç birinin olmadığını da nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin obyektiv həlli üçün əhəmiyyət kəsb ed ən sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normaları səhv tətbiq və təfsir edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

27. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoy ulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş ş əxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

29. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə

20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olm adıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir.... Maddə

21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı.... 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2 -ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərin i məlumatlandırır. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestri ni aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.10. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üç ün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində mü vafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığ ı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

34. Cavabdehin imtinasının əsasını qeyri-yaşayış sahəsinin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktının (istismarına icazə sənədi) və texniki rəyin təqdim edilməməsi, eləcə də, texniki pasportda göstərilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş sahənin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşməsi təşkil edir.

35. İşin apellyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarından görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli çıxarışa əsasə n ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 52,1 kv.m mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur.

36. Bununla belə, cavabdeh tərəfindən hazırkı əmlakın əvvəlki sahibi X5 (iddiaçı qeyd edilən daşınmaz əmlakı xx.xx.2017-ci il tarixdə X2, sonuncu isə xx.xx.2017-ci il tarixdə X1 almışdır) adına xx.xx.2017-ci il tarixdə tərtib edilmiş Texniki Pasportda qeyd edilmişdir ki, arxiv sənədlərinə əsasən mənzilin ümumi sahəsinin 52.1 kv.m, yaşayış sahəsinin 42.0 kv.m olmasına baxmayaraq, texniki inventarlaşdırma zamanı ümumi sahəsinin 71.7 kv.m, yaşayış sahəsinin 47.3 kv.m olması aşkar edilmişdir.

37. Göründüyü kimi, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrdən verilən çıxarışda mənzilin sahəsinin 52.1 kv.m göstərilməsinə baxmayaraq faktiki olaraq 71.7 kv.m olması məhz cavabdehin özü tər əfindən təsdiq edilmişdir.

38. Hazırkı inzibati mübahisə üzrə iddiaçının hüquqlarının qeydə alınmasını tələb etdiyi daşınmaz əmlakın ümumi sahəsi isə 79,6 kv.m-dir. Bununla bağlı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli aktda göstərilmişdir ki, xx.xx.2017-ci il tarixli Texniki pasportda mənzilin ümumi sahəsinin 71,7 kv.m olmasına baxmayaraq yenidən ölçülməsi nəticəsində faktiki ümumi sahəsinin 79,6 kv.m olması müəyyən edilmiş və mənzilin ümumi sahəsində yaranmış 7,9 kv.m fərq mənzildə aparılmış əsaslı təmir işləri nəticəsində yaranmışdır.

39. Apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasında keçirilmiş ekspertizanın nəticələrinə dair rəydə də mübahisəli qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 71,7 kv.m olduğu q eyd edilmişdir. Bununla yanaşı, həmin rəydə göstərilmişdir ki, iddiaçının adına Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 11 saylı evin ümumi sahəsi 52,1 kv.m olan 18 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********30-05101093038 reyestr nömrəli çıxarış verilmiş, lakin ümumi sahəsi 52,1 kv.m olan 18 saylı mənzilin tikililərinin yerləşməsinə dair Texniki Pasport verilmədiyindən hazırda qeydiyyatı tələb olunan 79,6 kv.m-in fərqi, yəni 27,5 kv.m əlavə sahənin dövlətə yaxud başqa şəxslərə məxsus olub-olmamasını, binada birdən artıq sahəyə xidmət edən sahə olubolmamasını, 79,6 kv.m-lik qeyri-yaşayış sahəsinin tərkibindən əla və sahənin ayrıla bilən olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

40. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən halları ilə təsbit edilmişdir ki, yaşayış sahəsinə dair cavabdeh tərəfindən 2017-ci ildə tərtib edilən Texniki pasportda ümumi sahə 71,7 kv.m göstərilmiş, iddiaçı həmin hüdudlar daxilində təmir-tikinti və rekonstruksiya işləri aparmış, nəticədə ümumi sahə 7,9 kv.m artmışdır ki, bu da ağlabatan hesab olunur.

41. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 n ömrəli Fərmanının 5-ci bəndinə əsasən birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri (əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasının təmin edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir.

42. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, cavabdehin özü tərəfin dən tərtib edilən xx.xx.2017-ci il tarixli Texniki pasportda və apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasında keçirilən ekspertiza zamanı əlavə tikililərin olması aşkar edilməmişdir. Ümumiyyətlə, mübahisələndirilən daşınmaz əmlakla bağlı əlavə tikililərin inşa edildiyini təsdiq edən hər hansı hal müəyyən edilməmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən aparılan təmir-tikinti və rekonstruksiya işləri Mənzil Məcəlləsinin “Yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması” barədə İV fəslinin tələblərinə uyğun olmuş və iddiaçı hazırkı qərarın 29cu bəndində göstərilən normalara uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qaydalarına və şərtlərinə əməl etmişdir.

44. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kas sasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(103)-63/2023 nömrəli qərarı ləğv edilməli, iddia təmin edilərək cavabdehin üzərinə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79,6 kv.m. hesab edilərək, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməklə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi qoyulmalıdır.

45. İcraat üzrə prosessual xərclər İPM-in 110.1-ci maddəsinə uyğun həll edilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 21(1 03)-63/2023 nömrəli qərarı ləğv edilir. Cavabdehin üzərinə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79,6 kv.m. hesab edilməklə qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi qoyulur. İcraat üzrə prosessual xərclər cavabdehə aid edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar