Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1221/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər Dövlət Neft Şirkəti və X3 S.A. şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər Dövlət Neft Şirkəti və X3 S.A. şirkətinin Azərbaycan Respublikasındakı nümayən dəliyi) qarşı “Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində, 17 nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 600 kv.m torpaq sahəsinə dair cizgi aktının (yerləşmə cizgisinin) verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 2-1(103)3892/2023 nömrəli qərarından üçüncü şəxs Dövlət Neft Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X2 ərizə ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edərək, fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmasını xahiş etmiş, Bakı şəhəri Suraxanı rayon İHB-nın xx.xx.1998-ci il tarixli 1773 nömrəli sərəncamına əsasən ona fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində 17 nömrəli sahədə 600 kv.m torpaq sahəsi ayrılmış, həmin sahədə 185-000-İİİC nömrəli bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.
2. İddiaçı xx.xx.2000-ci il tarixdə cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edərək, qarşılıqlı razılaşma əsasında X1 ayrılmış torpaq sahəsinin ona ayrılmasına icazə verilməsini xahiş etmiş, Bakı şəhəri Suraxanı rayon İHB-nın xx.xx.2000-ci il tarixli 502 nömrəli sərəncamı ilə Suraxanı rayon İHB-nın 14 oktyabr 1998ci il tarixli 1773 nömrəli sərəncamının 1-ci və 2-ci bəndlərində dəyişiklik edilmiş, iddiaçıya fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində 17 nömrəli sahədə, 600 kv.m torpaq sahəsi ayrılmış, həmin sahədə 185-000-İİİC nömrəli bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin torpaq sahəsinin ölçülərinin naturada ifadəsi ilə pay bölgüsü aparılmış və daimi nişanlar qoyulmuş, xx.xx.2000-ci il tarixli akt tərtib edilməklə, həmin akta torpaq sahəsinin cizgisi əlavə edilmiş, lakin həmin akt möhürlə təsdiq edilməmişdir. O, torpaq sahəsinə çıxarış almaq üçün DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etdikdə, həmin aktın möhürlə təsdiq edilməsinin zəruriliyi bildirilmişdir. Bununla bağlı, təkrarən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, sonuncu, xx.xx.2022-ci il tarixli cavab məktubu ilə torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsini təsdiqləsə də, həmin sxemin möhürlə təsdiq olunmasından imtina etmişdir.
3. İddiaçı torpağın yerləşmə cizgisinin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu xx.xx.2022-ci il tarixli məktubla torpaq sahəsinə dair aktın təqdim olunduğunu bildirmiş, cizginin verilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində, 17 nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 600 kv.m torpaq sahəsinə dair cizgi aktının (yerləşmə cizgisinin) verilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini bu qərarın 1-3-cü bəndlərində qeyd edilən hallara istinad etməklə əsaslandırmışdır.
6. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmı şdır ki, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək və surətini təsdiqləmək səlahiyyətləri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən, həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məs ələləri Dövlət Komitəsi tərəfindən, həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən, yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim S.İ.Salahova) xx.xx.2023-cü il tarixli 2-1(112)3033/2023 nömrəli qərardadı ilə Dövlət Neft Şirkəti, xx.xx.2023-cü il tarixli 2-1(112)3033/2023 nömrəli qərardadı ilə X3 Kompani S.A. şirkətinin Azərbaycan Respublikasındakı filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
8. İşin məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, mövcud koordinatlar 740 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən, faktiki sahənin tən yarısı və üzərindəki yaşayış evi Dövlət Neft Şirkətinin neft qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. Torpaq sahəsi ilə bağlı təqdim olunmuş yerləşmə cizgisi faktiki sahəni əks etdirmir (qeyri-müəyyən sahəyə tərtib olunub).
9. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 16 iyun 2023-cü il tarixli, 14-2/22287/2023 nömrəli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında qeyd edilən koordinatlar əsasında əlavə araşdırma aparılmışdır. Həmin koordinatların UTM WGS 84 koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, sözügedən 744 kv.m torpaq sahəsinin 358 kv.m hissəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra Azərbaycan Respublikasının 20 sentyabr 2005-ci il tarixli, 997-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında” Sazişə əsasən, neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, x üsusi olaraq “X3 Kompani S.A” Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş “Kontrakt sahəsi”nin hüdudları daxilində, 386 kv.m hissəsi isə xaricində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi ləğv olunmuş 71113 saylı neft-qaz quyusunun 22 metrlik məsafəsində, mühafizə zonası daxilində yerləşir. Bu səbəbdən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər.
10. Bakı İnzibati Məhkəməsinin (hakim: S.İ.Salahova) 07 iyul 2023-cü il tarixli, 21(112)-3033/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan xx.xx.2000-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinə dair cizgidə torpaq sahəsinin istinad məsafələri qeyd edilmədiyindən, iddiaçıya ayrılmış həmin torpaq sahəsinin harada yerləşməsini, o cümlədən iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin həmin cizgidə göstərilən torpaq sahəsinə uyğun gəlməsini müəyyən etmək mümkünsüzdür. İddiaçı hazırda ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisini tələb edərkən hüquqi marağı faktiki istifadə etdiyi əmlaka hüququnun qeydə alınması məqsədilə məhz, ilkin ona ayrılmış torpaq sahəsinin deyil, istifadə etdiyi torpaq sahəsinin yerləşmə cizgisinin verilməsinə yönəlmişdir. Lakin iş materiallarından görünür ki, həmin torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına deyil, sənaye təyinatlı torpaqlara aiddir. İşin hallarının araşdırılması ilə iddiaçının hazırda yerləşmə cizgisinin tərtib edilməsini tələb etdiyi torpaq sahəsinin iddiaçıya ayrı lmış torpaq sahəsinə uyğun gəlməməsi, həmçinin, həmin ərazinin neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olması və ləğv olunmuş 71113 saylı neft-qaz quyusunun 22 metrlik məsafəsində mühafizə zonasında yerləşməsi müəyyən edilmişdir. İddiaçının istifadəsində olan torpaq sahəsi ləğv olunmuş quyudan 22 metr məsafədə yerləşdiyindən aydındır ki, cavabdeh həmin torpaq sahəsini iddiaçıya ayıra bilməzdi. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, 2000-ci il tarixdə iddiaçıya ayrılmış torpaq sahəsinin hazırda istifadəsində olan sahə ilə eynilik təşkil etməsi müəyyən edilmədiyindən, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi isə neft-qaz əməliyyatlarının aparıldığı sənaye təyinatlı torpaq sahəsi olmaqla ləğv edilmiş neft quyus unun mühafizə zonasında yerləşdiyindən iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və İ.S.Şirinov) 13 dekabr 2023-cü il tarixli, 21(103)-3892/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, iddia təmin olunmuş, iddiaçıya Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı Aeroport yolunun cənub hissəsində, 17 nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600.0 kv.m torpaq sahəsinə dair cizgi aktının verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, torpaq sahəsinin ayrıldığı və iddiaçının istifadəsində olduğu müddətdə iddiaçıya torpaq sahəsi ayrılması barədə qərarın hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materiallarına əsasən təsdiq olunmur. Cavabdeh və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Hazırkı işdə cavabdeh inzibati orqan iddiaçıya ayırdığı torpaq sahəsinə dair cizgi aktının verilməsindən imtina etməklə, bununla da onun hüquq və azadlıqlarını pozan müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir.
15. Üçüncü şəxs Dövlət Neft Şirkəti həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Üçüncü şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən nəzərə almamışdır ki, qeyd edilən torpaq sahəsi Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilərə aiddir. Bundan başqa, vahid elektron kadastr baza məlumatl arına əsasən, mübahisəli torpaq sahəsinin faktiki vəziyyətdə tən yarısı və üzərindəki yaşayış evi Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. Torpaq sahəsi ilə bağlı təqdim olunmuş yerləşmə cizgisi faktiki sahəni əks etdirmir (qeyri-müəyyən sahəyə tərtib olunub). Torpaq sahəsi Azərbaycan Respublikasının 20 sentyabr 2005-ci il tarixli, 997- İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında” Sazişə əsasən, “X4 Kompani S.A” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları, eləcə də neft və texniki su kəmərlərinin (10-15 metr), fəaliyyətdə olan neft quyularının (20-25 metr) mühafizə zonası daxilin də yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Qanunvericiliyin tələbləri baxımından, SOCAR-ın daimi istifadəsində olan, o cümlədən X5 Sazişlərinə əsasən neft-qaz əməliyyatları aparılan torpaq sahələri, yalnız təyinatı üzrə istifadə edilə bilər. Məhkəmənin pozduğu maddi hüquq normalarından digərləri isə, mülki qanunvericiliyin normalarıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yan aşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Hazırki iddia tələbi ilə bağlı SOCAR üçüncü şəxs qismində ona görə cəlb edilmişdir ki, qeyd edilən torpaq sahəsi SOCAR-ın daimi istifadəsinə verilmiş ərazi hüdudları daxilində yerləşir. Torpaq sahəsi təyinatına görə sənaye təyinatlı torpaq sahəsidir və Qanun statusunu almış yuxarıda istinad edilən Sazişin tələblərinə görə, torpaq sahəsi “X6” Şirkətinin istifadəsinə verilmişdir ki, Əməliyyat Şirkəti həmin torpaq sahəsi üzərində müstəsna hüquqlara malikdir. Eləcə də, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın fəaliyyətinə ciddi maneələr yaranmışdır. SOCA R məhz, baş verə biləcək təhlükələrin qarşısını almaq üçün və torpaq sahəsindən təyinatı üzrə istifadə olunmasını təmin etmək üçün hazırkı iddia tələbinə etiraz etsə də, məhkəmə tərəfindən əsaslı bir səbəb göstərilmədən hazırki iddianın təmin edilməsi başa düşülən deyildir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96İİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüş) Maddə
14. Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəs inə də verilə bilər. Maddə
22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək;... 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək;... 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Maddə
29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə
57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcu d şərait və torpaq imkanları nəzərə alınmaqla verilir....
19. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür) Bənd
13. İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri... q) torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir....
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə
58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti m əhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona gör ə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdi yi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
26. İşin hallarından göründüyü kimi, Bakı şəhəri Suraxanı rayon İHB-nın xx.xx.1998-ci il tarixli 1773 nömrəli sərəncamı ilə X1 fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi BakıAeroport yolunun cənub hissəsində 17 nömrəli sahədə 600 kv.m torpaq sahəsi ayrılmış, həmin sahədə 185-000-İİİC nömrəli bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Daha sonra iddiaçı cavabdehə müraciət edərək, qarşılıqlı razılaşma əsasında X1 ay rılmış torpaq sahəsinin ona ayrılmasına icazə verilməsini xahiş etmiş, Bakı şəhəri Suraxanı rayon İHB-nın xx.xx.2000-ci il tarixli 502 nömrəli sərəncamı ilə Suraxanı rayon İHB-nın 14 oktyabr 1998-ci il tarixli 1773 nömrəli sərəncamının 1-ci və 2-ci bəndlərində dəyişiklik edilmiş, iddiaçıya fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi Bakı-Aeroport yolunun cənub hissəsində 17 nömrəli sahədə, 600 kv.m torpaq sahəsi ayrılmış, həmin sahədə 185-000-İİİC nömrəli bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin torpaq sahəsinin ölçülərinin naturada ifadəsi ilə pay bölgüsü aparılmış və daimi nişanlar qoyulmuş, xx.xx.2000-ci il tarixli akt tərtib edilməklə, həmin akta torpaq sahəsinin cizgisi əlavə edilmiş, lakin akt və torpağın yerləşmə cizgisi lazımi qaydada t əsdiqlənməmişdir.
27. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubunda xx.xx.2000-ci il tarixli 502 nömrəli sərəncam əsasında torpaq sahəsinə dair akt tərtib edilərək iddiaçıya təqdim olunduğunu bildirmiş, lakin Bakı şəhərində vətəndaşlara fərdi yaşayış və bağ evləri, fərdi və kooperativ qaraj tikintisi üçün torpaq sahəsinin ayrılmasının rayon İcra Hakimiyyətlərinin səlahiyyəti xaricində olması əsası ilə cizginin verilməsindən imtina etmişdir.
28. Məhkəmə kollegiyası cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, hazırkı qərarın 18-19-cu bəndlərində istinad olunan qanunvericilik normalarının mahiyyətinə görə, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaqayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaqayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə tə sdiqlənmiş qaydada iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Sərəncama əlavə edilmiş müvafiq sənədlərin, o cümlədən hazırkı halda torpaq aktının və torpağın yerləşmə cizgisinin lazımi qaydada təsdiqlənməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və onun təqsirli davranışının nəticəsi kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaqayırma sənədlərinin tamlığının, eyni zamanda dəqiqliyinin təmin olunması cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından, cavabdehin həmin səlahiyyətə malik olubolmaması da onu mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliy in icrasından azad etmir.
29. Məhkəmə kollegiyası üçüncü şəxsin kassasiya dəlillərinə münasibətdə onu da qeyd edir ki, Dövlət Neft Şirkəti həmin torpaq sahəsinin şirkətin istifadəsində olan torpaqlara aid olmasını bildirsə də, Dövlət Neft Şirkətinin istinad etdiyi Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 997-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında Saziş iddiaçıya torpaq sahəsi ayrılmasından uzun müddət sonra bağlanmaqla iddiaçının torpaq sahəsindən istifadə hüququnu məhdudlaşdıra bilməz.
30. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkə məsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Dövlət Neft Şirkətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 2-1(103)-3892/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.