Məhkəmə qərarları › İş №2-1(102)-1222/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1222/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1222/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı Cavabdehnə (üçüncü şəxslər X15, X11, X9, X18, X28, X10, X12, X16, X5, X23, X19, X33, X34, X35 və X6 iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (sərəncamın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının nümayəndəsi Yusif Nağıyevin və vəkili Vəkil, üçüncü şəxslərin vəkili Asif Məmmədovun iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər X15, X11, X9, X18, X28, X10, X12, X16, X5, X23, X19, X33, X34, X35 və X6 iştirakı ilə) qarşı 22 iyun 2016-cı i l tarixli 257 nömrəli sərəncamın ləğv edilməsi və müvafiq hərəkətlərin edilməsindən çəkinmək öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-108/2021 nömrəli iş üzrə 05.03.2021ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri X21 torpaq sahəsi ayrılması barədə olan 15.02.1989-cu il tarixli, 1/14 saylı qərarının etibarsız hesab edilməsinə dair Cavabdeh Başçısının 22.06.2016-cı il tarixli, 257 saylı sərəncamının ləğv edilməsinə və Cavabdeh üzərinə Bakı şəhəri X40 İcraiyyə Komitəsinin 15.02.1989-cu il tarixli, 1/14 saylı qərarının ləğv edilməsinə və ya etibarsız sayılmasına yönələn hər hansı hərəkətlərin edilməsindən və ya qərar (sərəncam) qəbul edilməsindən çəkinmək vəzifəsinin qoyulması barədə iddia ərizəsi, iddia ərizəsinə əlavə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər XDS İK-nın 7 may 1976-cı il tarixli 25/247 nömrəli qərarı ilə keçmiş Azərbaycan SSR Tikinti Nazirliyinə Bakı şəhəri, Bilgəh qəsəbəsində 5 ha torpaq sahəsi ayrılmışdır. Bakı Şəhər XDS İK-nın 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarı ilə həmin ərazinin 4 ha hissəsi kooperativ bağların tikintisi üçün ayrılmışdır. Tikinti Nazirliyinin tabeliyindəki “Tikintiavtonəqliyyat” müəssisəsinin nəzdində İddiaçı təsis edilmiş və keçmiş Şaumyan rayon XDS İK-nın 27 oktyabr 1989-cu il tarixli 81/58 nömrəli qərarı ilə həmin Kooperativ qeydiyyatdan keçmişdir. Həmin 4 ha torpaq sahəsinə dair Bakı şəhərinin baş memarının müavini tərəfindən 29 may 1989-cu il tarixdə təsdiqlənmiş inşaat pasportu və ayrıc aktı tərtib edilmişdir. Ayrılmış torpaq sahəsinin həqiqətən də İddiaçı istifadəsində olması 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(82)372/2012 saylı iş üzrə qanuni qüvvəyə minmiş 1 may 2012-ci il tarixli qərarı ilə də təsdiq olunur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən Kooperativə ayrılmış torpaq sahəsinə dair 30 oktyabr 2012-ci il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. İddiaçı BTK Bilgəh bələdiyyəsinin “fərdi yaşay ış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə” 22 noyabr 2005-ci il tarixli 041 nömrəli qərarının və onun hüquqi nəticələrinin etibarsız sayılması tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İnzibati iş üzrə icraat zamanı məlum olmuşdur ki, Bakı ŞİH-in 22 iyun 2016-cı il tarixli 257 nömrəli sərəncamı ilə Bakı Şəhər XDS İK-nın 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarı və həmin qərar əsasında aparılmış hər hansı sənədləşmə, verilmiş sənədlər etibarsız sayılmışdır. 22 iyun 2016-cı il tarixli 257 nömrəli sərəncamda əsas kimi göstərilmişdir ki, inşaat pasportunun “qeyd” hissəsində torpaq sahəsində 2 ildən artıq müddət istifadə edilmədiyi halda ondan istifadə hüquqlarına xitam verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, Bakı ŞİH 8 aprel 20 14-cü il tarixdə 145 nömrəli eyni məzmunlu sərəncam qəbul etmiş və İddiaçı BTK həmin sərəncamın ləğv edilməsi tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin 4 iyun 2014-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı ŞİH-in 8 aprel 2014-cü il tarixli 257 nömrəli sərəncamı ləğv edilmişdir. Həmin qərar Bakı Apelyasiya Məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Eləcə də Ali Məhkəmənin 16 fevral 2016-cı il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli qərarı qüvvəsində saxlanılmışdır. Üç məhkəmə instansiyasının qərarlarında həmin torpaq sahəsinin İddiaçı BTK-nın istifadəsində olması öz təsdiqini tapmışdır. Bakı Apelyasiya Məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli qər arında məhkəmə kollegiyası vurğulamışdır ki, 9 may 1989-cu il tarixdə təsdiqlənmiş inşaat pasportunda əks olunan 2 illik müddət 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarda tanınan hüquqla deyil, pasportda nəzərdə tutulan işlərin həyata keçirilmə müddəti ilə bağlıdır. Bundan başqa, ayrılmış torpaq sahəsinin İddiaçı BTK-nın istifadəsində olması 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 may 2012ci il tarixli qərarı ilə də təsdiq edilmişdir və qərar icra olunaraq torpaq sahəsinə dair plan və ölçü verilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh yenidən 15.02.1989cu il tarixli 1/14 saylı qərarın etibarsız sayılaraq, qərar əsasında aparılmış hər hansı sənədləşmələrin və verilmiş sənədlərin etibarsız hesab edilməsinə dair 22.06.2016-cı il tarixli 257 saylı sərəncam qəbul etmişdir. Sərənc amdan göründüyü kimi, qəbul edilən inzibati aktda qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hallar nəzərə alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 02.12.2019-cu il tarixli, 2-1(82)4035/2019 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Bakı Şəhər İcra Hakimiyətinin “Bakı Şəhər XDS İK-nin 15.02.1989-cu il tarixli, 1/14 nömrəli qərarının etibarsız sayılması barədə” 22.06.2016-cı il tarixli 257 nömrəli sərəncamının ləğv edilməsi və Cavabdeh gələcəkdə Bakı Şəhər XDS İK-nin 15.02.1989-cu il tarixli 1/14 nömrəli qərarının eyni əsaslarla etibarsız sayılması ilə bağlı sərəncamın qəbul etməsindən və hərəkətlərə yol verməsindən çəkinməsi qərara alınmışdı r.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 60, 129-cu maddələrinə, X2 6-cı bəndinə, Azərbaycan SSR Torpaq Məcəlləsinin 4, 20, 128-ci maddələrinə, Torpaq Məcəlləsinin 50, 84-cü maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 1, 2, 11.1, 1, 24.1, 28.1, 34.3, 36, 61, 65.1, 67, 68, 70-ci maddələrinə, İPM-nin 1.2, 2.2.1, 14.1, 32.1, 34.2, 58-ci maddələrinə, MPM-nin 76-cı maddəsinə istinad etməklə belə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ləğv edilmiş, yəni qəbul edilmə əsasları qanunsuz sayılmış inzibati aktın eyni əsaslarla təkrar qəbul edilməsi həm qanuna ziddir, həm də iddiaçı tərəfindən preventiv iddianın irəli sürülməsi üçün müstəsna haldır.

5. Üçüncü şəxslər həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 02.12.2019-cu il tarixli, 2-1(82)-4035/2019 nömrəli qərarının ləğv edilməsini, iddia rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdirlər. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.03.2021-ci il tarixli, 2-1(103)-108/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) qərarı ilə üçüncü şəxslərin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2-1(82)- 4035/2019 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərb aycan SSR Torpaq Məcəlləsinin 32-ci maddəsini, hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 65, 73-cü maddələrini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 10-cu maddələrini, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsini, İPM-nin 52, 70.1, 82-ci maddələrini tətbiq etməklə belə hesab etmişdir ki, iddiaçının “Bakı şəhəri X21 torpaq sahəsi ayrılması barədə olan 15.02.1989-cu il tarixli, 1/14 saylı qərarının etibarsız hesab edilməsinə dair” Cavabdeh başçısının 22.06.2016-cı il tarixli, 257 saylı sərəncamının ləğv edilməsinə dair iddia tələbi əsaslı olmadığı kimi, həmin tələbə törəmə tələblər olan Cavabdeh üzərinə Bakı şəhəri X40 İcraiyyə Komitəsinin 15.02.1989-cu il tarixli, 1/14 saylı qərarının ləğv edilməsinə və ya etibarsız sayılmasına yönələn hər hansı hərəkətlərin edilməsin dən və ya qərar (sərəncam) qəbul edilməsindən çəkinmək vəzifəsinin qoyulmasına dair tələbləri təmin edilə bilməz. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi mübahisələndirdiyi qərarında göstərmişdir ki: "İddiaçının iddia tələbinin birinci hissəsini Cavabdeh başçısının 22.06.2016-cı il tarixli 257 saylı sərəncamının ləğv edilməsi təşkil edir. Ləğv edilməsi xahiş olunan sərəncamla Bakı şəhər X21 “torpaq sahəsi ayrılması barədə” olan 15.02.1989-cu il tarixli 1/14 saylı Qərar 16.02.1991-ci il tarixdən etibarsız hesab edilmiş və həmin qərar əsasında aparılmış hər hansı sənədləşmələr və verilmiş sənədlər hüquqi qüvvə sini itirmiş hesab edilmişdir. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən inzibati aktın etibarsız hesab edilməsi məsələsinə baxılması cavabdehin 03.06.2016-cı il tarixli 7-232/10 saylı qərarı ilə təyin edilmiş, iddiaçı tərəfindən kollektiv şəkildə etiraz təqdim edilmişdir. Cavabdeh tərəfindən 15.02.1989-cu il tarixli 1/14 saylı qərarın etibarsız hesab edilməsi əsası kimi əvvəlki Azərbaycan SSR Torpaq Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən iki il müddətində təyinatı üzrə istifadə edilməməsi göstərilmişdir".

9. Məhkəmə Kollegiyası nəzərdən qaçırmışdır ki, mübahisəli torpaq sahəsinin iddiaçının istifadəsində olması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş və hətta, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1563/2015 saylı 15. 10.2015-ci il tarixli qərarında göstərilmişdir ki: "Digər tərəfdən, iddiaçının ("POSAT" BTK) mübahisəli torpaq sahəsi üzərində malik olduğu əmlak hüquqları qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə sabit olmuşdur"... "Bu mənada 09.05.1989-cu il tarixdə təsdiq edilmiş inşaat pasportunda əks olunan 2 illik müddət də 15.02.1989-cu il tarixli 1/14 nömrəli qərarla tanınan hüquqlara deyil, pasportla nəzərdə tutulan işlərin həyata keçirilməsi müddəti ilə bağlıdır".

10. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirdiyi qərarında göstərmişdir ki: "Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəliyinin 12.08.2020-ci il tarixli 2/18 saylı məktubunda qeyd olunur ki, İddiaçı uzun illərdir ki, məhkəməyə müraciət edərək əsassız olaraq mübahisəsini etdiyi torpaq sahəsi 35 ildən artıqdır ki, mərhumə X1 mülkiyyətində və sahibliyində olan 5.29 ha torpaq sahəsinin üst tərəfindədir və mərhumə X3 2010-cu il tarixində vəfat etdikdən sonra 5.29 ha torpaq sahəsi Bilgəh qəsəbəsində yaşayan və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən mülkiyyət hüququ əsasında çıxarışlara əsasən X10, X18, X25, X12, X7, X23, X29, X14, X4, X19, X33, X34, X36, X6 mülkiyyətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına göstərilən torpaq sahəsindən İddiaçı BTK-nin üzvləri tərəfindən istifadə edilməsi, həmin torpaq sahəsində hər hansı tikinti quraşdırma işlərinin həyata keçirilməsinə dair sübutlar əlavə edilməmişdir.

11. Məhkəmə Kollegiyası nəzərə almamışdır ki, Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəliyi İddiaçı mübahisəsini etdi yi torpaq sahəsi 35 ildən artıqdır ki, mərhumə X1 mülkiyyətində və sahibliyində olan 5.29 ha torpaq sahəsinin üst tərəfində olmasını göstərməsinə baxmayaraq, həmin torpaq sahəsi üzərində Kübra Camalovanın ilk dəfə mülkiyyət hüquqları 02.10.2013-cü il tarixdə qeydiyyata alınmış, 1998-ci ildə mərhumun hüquqları 5,3 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmış və həmin fərdi yaşayış evi ekspertizanın rəyinə əsasən, "POSAT" BTK-ya ayrılmış 4,0 torpaq sahəsinin hüdudlarından kənarda yerləşir və Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin qanunla Bakı şəhəri ərazisində fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha-dan artıq torpaq sahəsi ayırmaq səlahiyyəti yoxdur və 5,3 ha torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün ayırmaqla qanunvericiliyin tələbləri ni pozmaqla yanaşı, mübahisəli torpaq sahəsinin uzun illər Kübra Camalovanın istifadəsində olması sonuncunun həmin torpaq sahəsinə qanuni əsaslarla sahib olması anlamına gəlmir.

12. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirdiyi qərarında daha sonra göstərmişdir ki: "Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.11.2013-cü il tarixli, 2-2(102)-1100/13 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin üzərinə iddiaçının 15 fevral 1989-cu il tarixli qərarı ilə ayrılmış 4.0 ha torpaq sahəsinin daimi istifadə hüququna dair daşınmaz ə mlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.07.2013-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin “iddianın mümkün sayılmaması” barədə DƏDRX-nin vəsatətinin təmin olunmamasına dair 07.05.2013-cü il tarixli, 2in(82)-870/2013 saylı qərardadının ləğv edilməsi, vəsatətin təmin olunması, İddiaçı DƏDRX-nə qarşı iddiasının mümkün sayılmaması qərara alınmış və bu qərar Ali Məhkəmənin 27.11.2013-cü il tarixli 22(103)- 1100/13 saylı qərarı ilə qüvvədə saxlanılmışdır.

13. Məhkəmə Kollegiyası bu hissədə nəzərə almamışdır ki, qeyd olunan qərardad iddiaçının digər bir iddiası üzrə iddia tələbinin dəyişdirilməsindən sonra (torpaq s ahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə tələb həmin torpaq sahəsi üzərində istifadə hüququnun qeydiyyata alınmasına dair tələbə dəyişdirilmişdir), yeni iddia tələbinin mümkünlüyünün müəyyən edilməsinə dair olmuş və yeni tələblə bağlı inzibati orqana müraciət edilmədiyindən, iddia mümkün sayılmamışdır.

14. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirdiyi qərarında daha sonra göstərmişdir ki: "İddiaçı BTK-nin adına başqasının mülkiyyətində olan torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi isə hüquqi cəhətdən heç bir əhəmiyyət kəsb etmir. Belə ki, torpaq sahəsinin planı və ölçüsü fiziki və ya hüquqi şəxsin qanuni istifadəsində və ya icarəsində olan torpaq sahəsinin tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini əks etdirən xəritədir".

15. Məhkəmə Kollegiyası nəzərdən qaçırmışdır ki, İddiaçı BTK qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nü 2012-ci ildə aldığı halda, X8 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 02.10.2013-cü il tarixdə tərəflər arasında məhkəmə mübahisəsi getdiyi dövrdə qeydiyyata alınmışdır.

16. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 05.03.2021-ci il tarixli, 2-1(103)108/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kasasiya şikayətinə tərəfindən etiraz daxil olmamışdır. qarşı cavabdeh və üçüncü şəxslər Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən iddiaçının da vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 05.03.2021-ci il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Y.Nağıyev də vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmi n edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 05.03.2021-ci il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

20. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin vəkili A.Məmmədov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 05.03.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 05.03.2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

21. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edil məsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

22. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

24. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsi və vəkilinin, üçüncü şəxslərin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalar ına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin 05.03.2021-ci il tarixli qərarı ləğv edilməli, iş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

27. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, “Bakı şəhəri X21 torpaq sahəsi ayrılması barədə olan 15.02.1989-cu il tarixli, 1/14 saylı qərarının etibarsız hesab edilməsinə dair” Cavabdeh Başçısının 22.06.2016-cı il tarixli, 257 saylı sərən camının ləğv edilməsinə və Cavabdeh üzərinə Bakı şəhəri X40 İcraiyyə Komitəsinin 15.02.1989-cu il tarixli, 1/14 saylı qərarının ləğv edilməsinə və ya etibarsız sayılmasına yönələn hər hansı hərəkətlərin edilməsindən və ya qərar (sərəncam) qəbul edilməsindən çəkinmək vəzifəsinin qoyulmasına dair qərarın qəbul edilməsini xahiş etmişdir.

28. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, iddiaçı artıq eyni tələblə, (sözügedən qərarın ləğv edilməsinə və ya etibarsız sayılmasına yönələn hər hansı hərəkətlərin edilməsindən və ya qərar (sərəncam) qəbul edilməsindən çəkinmək vəzifəsinin qoyulması tələbi istisna olmaqla) məhkəməyə müraciət etmiş və apelyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 04.06.2014-cü il tarixli, 2-1(81)-2804/2014 saylı qər arına əsasən Bakı şəhər X21 “torpaq sahəsi ayrılması barədə olan 15.02.1989-cu il tarixli 1/14 saylı Qərarının etibarsız hesab edilməsinə dair” Cavabdeh başçısının 08.04.2014-cü il tarixli 145 saylı sərəncamı ləğv edilmişdir. Həmin qərardan verilmiş apelyasiya və kasasiya şikayətləri təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır.

29. Beləliklə məhkəmənin sözügedən qərarı qanuni qüvvəyə minmişdir.

30. Məhkəmə kollegiyası hazırkı inzibati mübahisə ilə əlaqədar işdə olan (İ cild, 6,7-ci səhifələr) iki sənədə xüsusi olaraq diqqət yetirilməsini zəruri hesab edir, belə ki, İ cildin 6 sahifəsində olan sənəd-cavabdehin “Bakı şəhər X21 “Torpaq sahəsi ayrılması və tikintinin layihələşdirilməsi barədə” olan 15.02.1989-cu il tarixli, 1/14 saylı qərarının etibarsız sayılması barədə” 22.06.2015- ci il tarixli, 257 saylı sərəncamdır ki, həmin sərəncamda iki maraqlı məqam mövcuddur.

31. Həmin sərəncamda yazılmışdır ki, İddiaçı tərəfindən sözügedən torpaq sahəsindən uzun müddətdir ki, istifadə edilmir.

32. Həmçinin sərəncamında yazılmışdır ki, İddiaçı cavabdeh təşkilatda qəbulda olarkən kollektiv şəkildə etiraz müraciəti təqdim etmişlər.

33. Qeyd edilməlidir ki, sözügedən etiraz işdə mövcud deyildir.

34. Digər tərəfdən, işin İ cildinin 7-ci səhifəsində cavabdehin “Bakı şəhər X21 “torpaq sahəsi ayrılması və tikintinin layihələşdirilməsi barədə olan 15.02.1989-cu il tarixli, 1/14 saylı qərarının etibarsız sayılmasına inzibati icraat qaydasında baxılması 08.06.2016-cı il tarixinə saat 11:00-a təyin edilsin”, iddiaçı “bu barədə məlumatlandırısın və Cavabdehnə dəvət edilsinlər” yazılmışdı r.

35. Qeyd edilməlidir ki, sözügedən məsələ ilə bağlı aparılmış inzibati icraata dair sənəd işdə mövcud deyildir.

36. Halbuki, məlum olduğu kimi “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

37. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

38. Xüsusi olaraq qeyd edilmə lidir ki, “İnzibati icraat haqqında” Qanunda “İnzibati icraat” adlanan İV fəsli mövcuddur ki, həmin fəsil 25 maddədən ibarətdir.

39. Sözügedən Qanunun həmin maddələri (Qanunun 28-52-ci maddələri) müfəssəl şəkildə inzibati orqanda inzibati icraatın aparılması qaydalarını müəyyən edir.

40. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh həmin qanunun tələblərini pozaraq iddiaçının qaldırdığı məsələ üzrə sözügedən qanunun müddəalarına uyğun olaraq inzibati icraat aparmamış, apelyasiya instansiyası məhkəməsində isə işin bu xüsusatı ümumiyyətlə araşdırma predmeti olmamış və buna hüquqi qiymət verilməmişdir.

41. Bununla yanaşı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi öz 05.03.2021-ci il tarixli qərarında “torpaq sahəsi ayrılması barədə olan 15.02.1989-cu il tarixli 1/14 saylı Qə rarının etibarsız hesab edilməsinə dair” Cavabdeh Başçısının 08.04.2014-cü il tarixli 145 saylı sərəncamının ləğv edilməsi tələbinə dair əvvəlki inzibati məhkəmə icraatı çərçivəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.02.2016-cı il tarixli 2-1(102)-301/2016 saylı qərarında qeyd edilir ki, cavabdeh 08 aprel 2014-cü il tarixli sərəncamında Azərbaycan SSRİ torpaq Məcəlləsinin 32-ci maddəsinə istinad edərək torpaq sahəsindən iki il müddətinə istifadə edilmədiyinə görə torpaqayırma sənədlərinin hüquqi qüvvəsinin itirildiyini qeyd etsə də, bu halla bağlı sərəncamda əsaslandırma verilməmiş, həmçinin bu halı təsdiq edən sübutlar məhkəmələrə təqdim edilməmişdir.”

42. Belə olan halda cavabdehin iddiaçı tərəfindən sözügedən torpaq sahəsindən üzün müddətdir ki, istifadə edilməməsi barədə hüqu qi mövqeyinin nə ilə sübut edilməsi anlaşılan deyildir və əslində apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin məsələ də araşdırılmamışdır.

43. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehin 30 ilə yaxın vaxt keçəndən sonra öz hüquqi sələfinin 15.02.1989-cu il tarixli, 1/14 saylı qəraraının etibarsız hesab edilməsi, inzibati dövlət orqanının inzibati fəaliyyətini həyata keçirərkən vaxtı ilə qəbul etdiyi qərarlarının dayanıqlılığının bərqərar olması prinsipinə uyğun deyildir.

44. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin 05.03.2021-ci il tarixli qərarı ləğv edilməli, iş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.03.2021-ci il tarixli, 21(103)-108/2021 nömrəli qərarı ləğv edilsin. İş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar