Məhkəmə qərarları › İş №2-1(102)-1222/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1222/2023

24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1222/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslim oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı (xx.xx.1964-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-407/2023 nömrəli, 7 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. Г 603913 nömrəli, xx.xx.1982-ci il tarixli diplomun surətinə əsasən, iddiaçı xx.xx.1979cu ildə Sumqayıt şəhər 49 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1982-ci ildə əl ilə elektrik qaynaqçısı, yarımavtomat maşınlarında elektrik qaynaqçısı, qaz qaynaqçısı, qaynaq işləri üzrə nəzarətçi peşəsi üzrə tam kursu bitirmişdir.

2. H3 **** *** nömrəli hərbi biletin surətinə əsasən, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur.

3. AТ-İ ******* nömrəli, xx.xx.1985-ci il tarixli əmək kitabçasının surətinə əsasən iddiaçı: -xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək Sovet KP-nın 22-ci qurultayı adına sovxozda inşaatçı; -xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilədək Yaşkino İstehlak Cəmiyyətində İnşaat üzrə elektrik qaynaqçısı; -xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək X3 İnşaat üzrə eletrik qaynaqçısı; -xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək Yaşkino İstehlak Cəmiyyətində pərakəndə satış üzrə satıcı; -xx.xx.1989-cu ildən xx.xx.1994-cü ilədək Bartaz Çınqıl zavodunda qaynaqçı; -xx.xx.1994-cü ildən xx.xx.2005-ci ilədək "xxxx" Dövlət Şirkətinin Tikinti Hissələri Zavodunun (xx.xx.1998-ci ildə Azərbayc an Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 851 nömrəli sərəncamı ilə Dövlət Şirkəti Səhmdar Cəmiyyətinə çevrilmiş) armatur sexində elektrik qaynaqçısı; -xx.xx.2019-cu ildə X4 adına liseyə kiçik xidmət işçisi vəzifəsinə qəbul edilmiş və ocaqçı vəzifəsinin 0,5 ştat vahidi ona həvalə edilmiş, xx.xx.2019-cu ildə işdən azad edilmişdir. -xx.xx.2019-cu ildə 0,5 ştat vahidi ocaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci ildə 0,5 ştat vahidi olan ocaqçı vəzifəsi üzərindən götürülmüş, xx.xx.2020-ci il tarixdə ocaqçı vəzifəsi həvalə edilmişdir.

4. Azərbaycan Respublikası "xxxx" ASC “Tikinti-Hissələri” Zavodunun xx.xx.2006-cı il tarixli, 02 nömrəli arayışında göstərilmişdir ki, iddiaçı həqiqətən xx.xx.1994-cü il tarixdə 145 №li əmrlə “Tikinti-hissələri” zavodunun armatur sexinə elektrik qa ynaqçısı qəbul edilmiş və xx.xx.2005-ci ildə 12/k saylı əmrlə işdən azad edilmişdir. Elektrik qaynaqçısı peşəsi AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən (siyahı İİ. XXXİİİ Fəsil. Ümumi peşələr. kod: 232 00000-19906. əl ilə qaynaq aparan el.qaynaqçıları) “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin, peşələrin, istehsalatların və göstəricilərin Siyahısı”na daxildir. Güzəştli stajı: 10 il 8 ay 23 gün. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 851 saylı Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti "xxxx" Səhmdar Cəmiyyətinə çevrilmişdir.

5. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 330/1 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, iddiaçı xx.xx.1982-ci il tarixli 108-k nömrəli əmrlə Sumqayıt şəhər “Azərkimyatəmir” trestinin 1 nömrəli təmir-tikinti quraşdırma idarəsində elektrik qaynaqçısı vəzifəsinə təyin olunmuş, xx.xx.1982-ci il tarixli 129-k nömrəli əmrlə işdən azad edilmişdir. 6. "xxxx" QSC İnfrastruktur Departamenti 2 nömrəli X2 xx.xx.2021-ci il tarixli, 05 nömrəli arayışında göstərilmişdir ki, iddiaçı həqiqətən xx.xx.1989-cu il tarixdə 08 №li əmrlə Azərbaycan Dəmir Yolları Bartaz Çınqıl zavoduna elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1994cü il tarixdə 13 №li əmrlə həmin vəzifədən azad edilmişdir. Elektrik qaynaqçısı peşəsi AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən (siyahı İİ. XXXİİİ fəsil, Ümumi peşələr kod: 2320000-19906 əl ilə qaynaq aparan ele ktrik qaynaqçıları) “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin, istehsalatların və göstəricilərin siyahısı”na daxildir. Güzəştli əmək stajı: 5 il 4 ay 11 gün. Azərbaycan Dövlət Dəmir Yolu rəisinin xx.xx.2008-ci il tarixli 34/N saylı əmrinə əsasən Bartaz Çınqıl zavodunun adı dəyişdirilərək 2 nömrəli X5 adlandırılmışdır.

7. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

8. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubla iddiaçının ümumi, güzəştli iş stajının və yetərli pensiya kapitalının olmadığını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

9. İddiaçı 5 noyabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı ərizəsində əmək kitabçasının məlumatlarını sadalamış və qeyd etmişdir ki, cavabdeh tərəfindən onun iş stajı düzgün hesablanmamış, hesablama zamanı arxiv arayışlarında göstərilən əmək stajları nəzərə alınmamışdır.

11. Cavabdeh iddia ərizəsinə qarşı etirazında imtina məktubunda qeyd olunanlara istinad edərək bildirmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az və güzəştli iş stajı 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanun vericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə və Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü iddiaçının yaşa görə əmək pensiyası hüququ qanuvericilikdə nəzərdə tutulmuş digər tələblər ödənildiyi halda 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə yaranacaqdı. İddiaçıya xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərt ödənilməlidir: 1) 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 il olması; 2) 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajının 12 il 6 ay olması. Lak in iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtləri ödəmir. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən və güzəştli iş stajı 12 il 6 aydan azdır. İddiaçının ümumi iş stajı xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil aldığı 02 il 10 ay 20 gün, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmət keçdiyi 02 il 01 ay 04 gün, əmək kitabçasına əsasən xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək işlədiyi 09 ay 14 gün, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi 02 il 05 ay 15 gün, xx.xx.1988- ci il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi 04 ay 04 gün, xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi 04 il 10 ay 18 gün, xx.xx.1994-cü il tarixdən xx.xx.2002- ci il tarixədək işlədiyi 07 il 02 ay 29 gün müddətdir ki, ümumilikdə 20 il 07 ay 27 gün təşkil edir. İddiaçının güzəştli iş stajı xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi 02 il 05 ay 15 gün, xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi 07 il 02 ay 29 gün müddətdir ki, bu da ümumilikdə 9 il 8 ay 5 gün təşkil edir. İddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sumqayıt şəhər “Azərkimyatəmir” trestinin 1 №li təmir-tikinti quraşdırma idarəsində qaynaqçı işlədiyini iddia etdiyi dövrlər onun əmək kitabçasında qeyd olunmadığına görə sözügedən dövrlərin onun sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

12. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Res publikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən xx.xx.2022-ci il tarixli, 46/1 nömrəli məktubla iddiaçının “Azərkimyatəmir” trestinin nəzdində olan 1 saylı TTQİ-də işləməsi barədə 1985-ci il tarixli T-2 şəxsi vərəqəsi və 1985-ci ilə dair əmrlər kitabından məlumatlar təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş “Azərkimyatəmir” trestinin nəzdində olan 1 saylı TTQİ-nin xx.xx.1985-ci il tarixli 25-k nömrəli əmrinə əsasən iddiaçı 3-cü dərəcə elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmuş, xx.xx.1985-ci il tarixli 49-k nömrəli əmrlə işdən azad edilmişdir.

13. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC İnfrastruktur Departamenti Bartaz Çınqıl zavodunun xx.xx.2022-ci il tarixli, 03 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Dövlət Dəmir Yolu rəisinin 34/N saylı xx.xx.2008-ci il tarixli əmri ilə Bartaz çınqıl zavodunun adı dəyişdirilərək 2 nömrəli X5 adlandırılmışdır. Bartaz çınqıl zavodu Zəngilan rayonu Bartaz stansiyası ərazisində yerləşirdi. Zəngilan rayonu 2020-ci il oktyabr ayında erməni qəsbkarlarından azad edildikdən sonra "xxxx" QSC sədrinin xx.xx.2021-ci il tarixli sənəd № 35184 əmri ilə 2 nömrəli X2 adı dəyişdirilərək “Bartaz çınqıl zavodu” adlandırılmışdır. Halhazırda müəssisə Bartaz çınqıl zavodu adı ilə Bakı şəhərində öz fəaliyyətini davam etdirir. İddiaçı xx.xx.1989- cu il tarixdə 08 №li əmrlə Bartaz çınqıl zavoduna elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1994-cü il tarixli 13 №li əmrlə həmin vəzifədən azad edilmişdir. Elektrik qaynaqçısı peşəsi AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixl i 320 №li Qərarına əsasən (siyahı İİ. XXXİİİ fəsil, ümumi peşələr kod: 2320000-19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları) “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin istehsalatların və göstəricilərin siyahısı”na daxildir. Güzəşli əmək stajı: 5 il 4 ay 11 gün təşkil edir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Dövlət Dəmir Yolu rəisinin xx.xx.2008-ci il tarixli 34/N nömrəli əmrinə əsasən Azərbaycan Dövlət Dəmir Yolunun «Yol təsərrüfatı» İstehsalat Birliyinin tabeliyində fəaliyyət göstərən Bartaz çınqıl zavodu Zəngilan rayonunun Bartaz stansiyasında yerləşməklə çınqıl istehsalını həyata keçirirdi. 1993-cü ildə Zəngilan rayonunun işğalından sonra zavodun kollektivi Bakı şəhərində fəaliyyət göstərməyə başlamış və halhazırda onun əsas fəaliyyəti dəmir yollarının torpaq yatağının qorunması və sahilbərkitmə işləri üçün iri həcmli daşların yığılıb göndərilməsindən ibarətdir. Bundan əlavə "xxxx" MMC-nin tabeliyində olan 24 nömrəli X1 fəaliyyətinin məqsədi uzun müddətdir ki, hazır relslərin yalnız qaynaq edilməsini həyata keçirməkdən ibarətdir. Hər iki müəssisənin uzun müddət müstəqil olaraq heç bir məhsul istehsal etmədiyini və yalnız dəmir yolunun fəaliyyətinin həyata keçirilməsi üçün köməkçi müəssisələr kimi fəaliyyət göstərdiyini nəzərə alaraq, habelə müəssisənin adının göstərdiyi fəaliyyətə uyğunlaşdırılması məqsədilə, Bartaz çınqıl zavodunun adı dəyişdirilmiş və 2 nömrəli X5 adlandırılmışdır. Həmin məktuba əlavə edilmiş "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli 35184 nömrəli əmrinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət ) İnfrastruktur Departamentinin tabeliyində olan 2 nömrəli X5 1993-cü ildə Zəngilan rayonu işğal olunana qədər həmin rayonda yerləşən Bartaz stansiyasında Bartaz çınqıl zavodu adı altında fəaliyyət göstərərək çınqıl istehsalını həyata keçirirdi. Zəngilan rayonunun işğalından sonrakı dövrdə həmin zavodun adı dəyişdirilərək 2 nömrəli X5 adlandırılmış və fəaliyyətini Bakı şəhərinin ərazisində dəmir yollarının torpaq yatağının qorunması və sahilbərkitmə işləri üçün iri həcmli daşların yığılıb göndərilməsi sahəsində davam etdirmişdir. Göstərilənlər nəzərə alınaraq Cəmiyyətin İnfrastruktur Departamentinin tabeliyində olan “2 nömrəli X5”nin adı dəyişdirilərək “Bartaz çınqıl zavodu” adlandırılmışdır.

14. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 150957 nömrəli məkt ubunda bildirilmişdir ki, ADY-nin İnfrastruktur Departamentinin tabeliyində olan “2 nömrəli X5”nin adı ADY-nin xx.xx.2021-ci il tarixli 35184 nömrəli əmri ilə dəyişdirilərək “Bartaz çınqıl zavodu” adlandırılmışdır. Nəzərinizə çatdırılır ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.1989-cu il tarixində 08 nömrəli əmrlə ADY-nin Bartaz çınqıl zavoduna elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü il tarixində 13 nömrəli əmrlə həmin vəzifədən azad edilmişdir (əmək stajı: 5 il 5 ay 14 gün). Həmin peşə üzrə işçi əl ilə dəmir məmulatlarının elektrik qaynaq edilməsi işlərini yerinə yetirir. Qeyd edilir ki, elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən (siyahı İİ, XXXİİİ fəsil, ümumi peşələr kod: 23200000— 19906 əl ilə qaynaq aparan elektrik qaynaqçısı) “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin, istehsalatların və göstəricilərin siyahısı”na daxildir.

15. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********995000 nömrəli məktubunda bildirilmişdir ki, İdarədə olan reyestrə əsasən xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" ATSC-nin hüquqi ünvanı AZ1025, ünvan 1 əsasən "xxxx" ATSC ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin 9 müəssisəsinin bazasında yaradılmışdır və onların hüquq və öhdəliklərinin varisidir. Bu müəssisələr barədə məlumatlar qoşmada təqdim olunur. Həmçinin bildirilir ki, reyes trdə "xxxx" ATSC-nin Tikinti Hissələri Zavodu adlı kommersiya qurumu aşkar edilmədiyindən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş edilir. Bundan başqa hüquqi şəxsin fəaliyyətinə dair məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlara aid deyildir. Həmin məktuba əlavə edilmiş "xxxx" ASC-nin tərkibinə daxil edilən müəssisə və təşkilatların siyahısında Tikinti Hissələri Zavodu (Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 4) göstərilmişdir.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3631/2022 nömrəli, 18 may 2022-ci il tarixli qərarı ilə (hakim A.Ə.Əhədova) iddia təmin edilmiş, id diaçıya 57 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

17. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “İddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı qanunvericiliyin tələblərinə əsasən, xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2021-ci il tarixdə tamamlamışdır. İddiaçı təhsil barədə sənəd, hərbi bilet və əmək kitabçasına əsasən xx.xx.1979xx.xx.1982-ci ilədək təhsil dövrü 02 il 10 ay 21 gün, xx.xx.1982-xx.xx.1984-cü il hərbi xidmət dövrü 02 il 01 ay 05 gün əmək fəaliyyəti dövrü xx.xx.1985-xx.xx.1986-cı ilədək 09 ay 08 gün, xx.xx.1986-xx.xx.1986-cı ilədək 10 ay 23 gün, xx.xx.1986-xx.xx.1988-ci ilədək 01 il 06 ay 16 gün, xx.xx.1988-xx.xx.1988-ci ilədək 04 ay 05 gün, xx.xx.1989-xx.xx.1994-cü ilədək 05 il 05 ay 14 gün, xx.xx.1994-xx.xx.2005-ci ilədək 10 il 08 ay 24 gün olmaqla, ümumilikdə 24 il 08 ay 26 gün təşkil edir. Cavabdeh öz imtinasında iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1989xx.xx.1994-cü ilədək olan dövrdən xx.xx.1994-cü ilədək olan dövrü, xx.xx.1994- xx.xx.2005-ci ilədək olan əmək fəaliyyəti dövründən xx.xx.2002-ci il tarixədək olan dövrü qəbul etsə də qalan dövrün qəbul edilməməsini əsaslandıra bilməmişdir. Ümumən əmək qanunvericiliyinə əsasən iş stajının işə qəbul, işdən çıxma barədə tarixlər arasındakı fərqlə müəyyən edildiyini, xx.xx.2006-cı il tarixədək olan iş stajı hesablanarkən qanunla məcburi dövlət sosial sığota haqlarının ödənilməsinin məcburi şərt olmadığını, iddiaçının əmək kitabçasının, əmək kitabçasındakı həmin dövr üzrə qeydlərin səlahiyyətli şəxslər tərəfindən imzalanmaqla möhürlə təsdiq edildiyini əsas götürərək, qeydlərin mötəbərliyini şübhə altına alacaq hər hansı halın müəyyən edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1989-xx.xx.1994 və xx.xx.1994- xx.xx.2005-ci il tarixlərarası müddət iddiaçının ümumi iş stajına daxil edilməlidir. İddiaçının xx.xx.1989- xx.xx.1994-cü illərdə işlədiyi Bartaz çınqıl zavodu Azərbaycan Dövlət Dəmir Yolunun «Yol təsərrüfatı» İstehsalat Birliyinin tabeli yində Zəngilan rayonunun Bartaz stansiyasında fəaliyyət göstərmiş, 1993-cü ildə Zəngilan rayonunun işğalından sonra zavodun kollektivi Bakı şəhərində fəaliyyət göstərməyə başlamış, Azərbaycan Dövlət Dəmir Yolu rəisinin xx.xx.2008-ci il tarixli, 34/N nömrəli əmrinə əsasən Bartaz çınqıl zavodunun adı dəyişdirilərək 2 nömrəli X5 adlandırılmış, Zəngilan azad edildikdən sonra xx.xx.2021-ci il tarixdən yenidən 2 nömrəli X2 adı dəyişdirilərək Bartaz Çınqıl zavodu adlandırılmışdır. Hazırkı halda Azərbaycan Dövlət Dəmir Yolları QSC və Azərbaycan Dövlət Dəmir Yolları QSC İnfrastuktur Departamenti Bartaz Çınqıl zavodu iddiaçının həmin zavodda işlədiyini məhkəmənin sorğusuna cavab olaraq təqdim etdikləri arayışlarla təsdiq edirlər. İddiaçının xx.xx.1994-xx.xx.2005-ci il tarixlərarası müddətdə işlədi yi müəssisə ilə bağlı qeyd edilməlidir ki, əmək kitabçası qeydlərindən, vergi xidmətindən əldə edilmiş sorğuya cavab məktubundan müəyyən olunur ki, iddiaçı "xxxx" Dövlət Şirkətinin Tikinti Hissələri zavodunda işləmiş, 1998-ci ildə özəlləşmə nəticəsində "xxxx" Dövlət Şirkətinin 9 müəssisəsinin bazasında (müəssisələrdən biri Tikinti Hissələri zavodu olmaqla) "xxxx" ATSC yaradılmışdır. Məhkəmə icraatı gedişində "xxxx" ATSC-nin hüquqi ünvanına İddiaçı əmək fəaliyyəti ilə bağlı sorğu ünvanlasa da qeyd edilən sorğu məktubu poçt xidməti tərəfindən “köçüb” qeydi ilə geri qaytarılmışdır. Bununla əlaqədar məhkəmə hesab etmişdir ki, hazırkı halda iddiaçının işləmiş olduğu "xxxx" ATSC-dən müvafiq arayışın əldə edilməsinin mümkün olmaması iddiaçının ziyanına şərh olunmamalıdır. Belə ki, iddiaçının işlə diyi dövr "xxxx" ATSC-nin möhürü ilə təsdiq edilmiş əmək kitabçasındakı qeydlər, eləcə də həmin müəssisənin möhürü ilə təsdiq edilmiş xx.xx.2006-cı il tarixli arayışla da öz təsdiqini tapmışdır. Cavabdeh orqan həmin dövrün iş stajına daxil edilməsini istina edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, qeyd edilən xx.xx.1989-xx.xx.1994 və xx.xx.1994-xx.xx.2005-ci il tarixlərarası dövrün iddiaçının ümumi iş stajına daxil edilməsini istisna edəcək sübutlar hazırkı iş üzrə müəyyən olunmamışdır. Bundan əlavə, cavabdeh inzibati orqan iddiaçının “Azərkimyatəmir” trestinin 1 №-li təmirtikinti quraşdırma idarəsində işlədiyi dövrləri onun əmək kitabçasında qeyd edilmədiyini əsas götürərək həmin dövrü pensiya təyini üçün tələb olunan ümumi iş stajına hesablamamışdır. Məhkəmə cavabdeh in qeyd edilən mövqeyi ilə razılaşmır. Belə ki, SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin q bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən təqdim edilmiş arxiv arayışı, həmin arayışa əlavə edilmiş əmrlər, T-2 vərəqələrində iddiaçının xx.xx.1982-xx.xx.1982-ci il və xx.xx.1985- xx.xx.1985-ci illərdə elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. Dövlət arxivindən verilmiş əmrlər, T-2 vərəqələrinin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala rast gəlinməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yu xarıda qeyd olunan normalara əsasən iddiaçının “Azərkimyatəmir” trestinin 1 №-li təmir-tikinti quraşdırma idarəsində işlədiyi müddət onun iş stajına hesablanmalıdır. Məhkəmə iddiaçının arxiv arayışına əsasən xx.xx.1982-xx.xx.1982-ci ilədək 01 ay 19 gün, xx.xx.1985-xx.xx.1985-ci ilədək 01 ay 29 gün olmaqla, iş stajı 03 ay 18 gün təşkil edir. Beləliklə, məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixədək ümumilikdə 25 il 14 gün (təhsil sənədi, hərbi bilet, əmək kitabçası üzrə 24 il 08 ay 26 gün + arxiv arayışı üzrə əmək fəaliyyəti dövrü 03 ay 18 gün) ümumi iş stajına malik olduğu nəticəsinə gəlir. Belə olan halda iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajı mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23200000 XXXİİİ. Ümumi peşələr 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları zərərli peşə kimi nəzərdə tutulmuşdur. İddiaçının əmək kitabçası qeydləri, eləcə də iş yerindən verilmiş arayışlara əsasən xx.xx.1989-xx.xx.1994-cü illərdə ADY-nin Bartaz çınqıl zavodunda işlədiyi elektrik qaynaqçısı peşəsi, eləcə də "xxxx" ASC “Tikinti-Hissələri” zavodunda xx.xx.1994-xx.xx.2005-ci ilədək elektrik qaynaqçısı peşəsi 23200000 XXXİİİ. Ümumi peşələr 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğundur. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 150957 nömrəli məktubu nda iddiaçının xx.xx.1989xx.xx.1994-cü illərdə ADY-nin Bartaz çınqıl zavodunda əl ilə dəmir məmulatlarının elektrik qaynaq edilməsi işlərini yerinə yetirdiyi bildirilmişdir. Əksi sübut olunmadığı (hər hansı avtomat və yarımavtomat maşınlarla elektrik qaynağı aparıldığı) sürəcə məhkəmə hesab edir ki, iddiaçının işlədiyi elektrik qaynaqçısı peşəsi məhz əl ilə elektrik qaynaqçısı peşəsini ehtiva edir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh özü iddiaçının xx.xx.1994-xx.xx.2002- ci ilədək "xxxx" ASC “Tikinti-Hissələri” zavodunda elektrik qaynaqçısı peşəsini zərərli peşə hesab edərək güzəştli iş stajına daxil etmişdir. Başqa sözlə, "xxxx" ASC “Tikinti-Hissələri” zavodunda iddiaçının işlədiyi vəzifənin əl ilə elektrik qaynaqçısı olmaqla güzəştli iş stajına əsas verməsi işin mübahisələndiril məyən halıdır. Beləliklə, iddiaçının güzəştli iş stajı 16 il 02 ay 08 gün təşkil edir. İddiaçı xx.xx.2006- cı il tarixədək tələb olunan 12 il 06 aydan çox güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin pensiya kapitalı ilə bağlı dəlili iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş və hazırkı tələbin hüquqi əsasını təşkil edən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun şərti olmadığından məhkəmə kapital ilə bağlı dəlilə qiymət verməyi zəruri hesab etmir.”

18. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-407/2023 nömrəli, 7 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)3631/2022 nömrəli, 18 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia ərizəsinə qarşı etirazda göstərilənlər təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2021-ci il tarixdə qüvvədə olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çat dıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 25. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən q üvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: XXXİİİ. Ümumi peşələr 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları.

27. İnzibati Prosessual Məcəllə (İPM) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qəra r digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

29. Apellyasiya instansiyası məhkəmə sinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmi şdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. X6 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üz rə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin

35. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə xüsusi olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə ai ddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

37. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan hallar ın araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

38. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən İPM-in 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanu nauyğun qərar qəbul edilmişdir. 39. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

40. Bu qərarın 24-25-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiy ası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajının, yəni ümumi iş stajının və güzəştli pensiya hüququ verən stajın həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanılması.

41. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Odur ki, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

42. Cavabdehin kassasiya şikayətinin iddiaçının ümumi və güzəştli iş stajının az olmasına dair təkrarlanan dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin məlumatların nəzərdə tutulduğu müvafiq arayışlar iddiaçının işlədiyi müəssisələr tərəfindən məhkəməyə təqdim olunmuş və iş üzrə materiallara əlavə edilmişdir.

43. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

44. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qər arı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-407/2023 nömrəli, 7 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar