Məhkəmə qərarları › İş №2-1(102)-1222/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1222/2024

05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1222/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı rəyin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, iddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs X5) «torpaq sahəsinin ayrılması ilə bağlı rəy verilməsi» tələbinə dai r inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3559/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X1 rayonu Bakıxanov Bələdiyyəsinə müraciət edərək mənzil şəraitinin yaşayış üçün yetərli olmamasını nəzərə alaraq fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir.

2. Sabunçu rayonu Bakıxanov Bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün ona torpaq sahəsi ayrılmasından imtina olunmuşdur.

3. X5 imtina ilə razılaşmayaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, həmin Məhkəmənin xx.xx.2007-ci il tarixli 2-371/2007 saylı qətnaməsi ilə Bakıxanov qəsəbəsi ərazisində X3 fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması Bakıxanov Bələdiyyəsinin üzərinə qoyulmuşdur.

4. Bakıxanov Bələdiyyəsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-371/ 2007 saylı qətnaməsinin icrası ilə əlaqədar Bakıxanov qəsəbəsi ərazisində X3 fərdi yaşayış evinin tikilməsi üçün Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, 2/10 saylı binanın arxasında yerləşən 600 kv.m torpaq sahəsi ayrılması üçün rəy verilməsi barədə xx.xx.2022-ci il tarixli məktubla Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmişdir.

5. ƏMDX tərəfindən “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1184 nömrəli Fərmanının tələbləri nəzərə alına raq Bakıxanov bələdiyyəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********72 nömrəli məktubla torpaq sahəsinin ayrılması üçün rəy verilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı «torpaq sahəsinin ayrılması ilə bağlı rəy verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbini onunla əsaslandırılmışdır ki, Qarabağ müharibəsi veteranı, 1-ci qrup əlil X1 rayonu Bakıxanov bələdiyyəsinə müraciət edərək 6 nəfər ailə üzvləri ilə 33,88 kv.m sahəsi olan bir otaqlı mənzildə yaşadığını bildirmiş və mənzil şəraitinin yaşayış üçün yetərli olmamasını əsas tutaraq fərdi yaşayış evi tikmək üçün torpaq sahə sinin ayrılmasını xahiş etmişdir.

8. Lakin həmin dövrdə Sabunçu rayonu Bakıxanov bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün ona torpaq sahəsi ayrılmasından imtina olunmuşdur. İmtina ilə razılaşmadığından, X5 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmə Bakıxanov qəsəbəsi ərazisində X3 fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılmasının Bakıxanov bələdiyyəsinə tapşırılması barədə xx.xx.2007-ci il tarixli 2371/2007 saylı qətnamə qəbul etmişdir.

9. Bakıxanov bələdiyyəsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-371/2007 saylı qətnaməsinin icrası ilə əlaqədar Bakıxanov qəsəbəsi ərazisində X3 fərdi yaşayış evinin tikilməsi üçün Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, 2/10 saylı binanın arxasında yerləşən 600 kv.m torpaq sah əsi ayrılması üçün rəy verilməsi barədə xx.xx.2022-ci il tarixli məktubla Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir.

10. Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2022-ci il tarixli **********72 saylı məktubla Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1184 saylı Fərmanını əsas gətirərək rəy verməkdən imtina etmişdir.

11. Göstərilənlərə əsaslanaraq, məhkəmədən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, 2/10 saylı binanın arxasında yerləşən 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün X3 ayrılması üçün rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin etirazı:

12. Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, iddi açının cavabdehə qarşı torpaq sahəsinin ayrılmasına dair iddiası əsassızdır və rədd edilməlidir. Belə ki, Bakıxanov bələdiyyəsi xx.xx.2022-ci il tarixli məktubla cavabdehə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 2/10 saylı binanın arxasında yerləşən 600,0 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmasına rəy verilməsini xahiş etmişdir.

13. Cavabdeh tərəfindən “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1184 nömrəli Fərmanının tələbləri nəzərə alınaraq Bakıxanov bələdiyyəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********72 nömrəli məktubla torpaq sahəsinin ayrılması üçün rəy verilməsindən imtina edilmişdir.

14. Həmin Fərmana əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılmışdır.

15. Beləliklə, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılmas ı ilə bağlı rəy verilməsinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə dayandırıldığını nəzərə alaraq, cavabdehin iddiaçının müraciətinin təmin olunmasından imtinası qeyd edilən normativ hüquqi aktın tələblərindən irəli gəlməklə qanunsuz olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

16. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-11414/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

17. X5 ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun üçüncü şəxs qismində cəlb olunmasını və iş üzrə qərardad ləğv edilməklə icraatın təzələnməsini xahiş etmişdir.

18. Ərizədə bildirilmişdir ki, iddiaçı torpaq sahəsinin ayrılması ilə bağlı rəy verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, birinci in stansiya məhkəməsi tərəfindən onun X2) iştirakı olmadan iddiaya baxılmış və iddianın mümkün sayılmaması qərara alınmışdır. Hesab olunur ki, iddia tələbinə mahiyyəti üzrə baxılmasa da, hər bir halda həmin tələb onun hüquqi maraqlarına toxunduğundan, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi təmin olunmalıdır. Belə ki, iddiaçının iddia tələbini irəli sürməkdə əsas məqsədi Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, 2/10 saylı binanın arxasında yerləşən 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün X3 ayrılması üçün rəyin verilməsi ilə bağlıdır. Nəzərə alınmalıdır ki, həmin torpaq sahəsi məhz Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-371/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsinin icrası ilə bağlı X3 ayrılmışdır. Həmin qətnamə ilə məhkəmə qət etmişdir ki, maraqlı tərəf Sabunçu rayonu Bakıxanov bələdiyyəsinə ərizəçi X4 Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması tapşırılsın. Göründüyü kimi, Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin torpaq sahəsinə dair rəyin verilməsini tələb etdiyi torpaq sahəsi məhz üçüncü şəxs kimi ona – X3 ayrılmış torpaq sahəsi ilə əlaqədar olmuşdur ki, bu da bilavasitə sonuncunun hazırkı iş üzrə hüquqi marağının mövcudluğunu təsdiq edir. Göstərilənlərə əsaslanaraq, xx.xx.2022-ci il tarixli qərardadın ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi və onun X2 inzibati məhkəmə icraatına cəlb olunması məhkəmədən xahiş olunur.

19. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7345/2023 saylı qərardadı ilə xx.xx.2022-ci il tarixli qərardad ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

20. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7345/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, 2/10 saylı binanın arxasında yerləşən 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün X3 ayrılması ilə bağlı rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilik normalarının tələblərinə görə hər hansı bir hüquqla bələdiyyə torpağının şəxsə (fiziki və hüquqi şəxsə) ayrılması üzrə inzibati icraat ona torpaq ayrılmasını istəyən şəxsin həmin bələdiyyəyə müraciəti ilə başlanır və belə icraat çərçivəsində mür aciətdə qaldırılan məsələnin (yəni, torpaq ayrılmasının) həllinin birbaşa asılı olduğu hallardan biri də müvafiq olaraq yerli icra hakimiyyəti orqanından, Əmlak Məsələləri Dövlət Xidmətindən və digər orqandan alınmış rəylərdir.

22. Məlum olduğu kimi, Bakı şəhəri üzrə yerli icra hakimiyyəti orqanları tərəfindən bu qəbildən olan rəylərin verilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə artıq 2017-ci ilin yanvar ayının 1-dən dayandırılmışdır.

23. Bu baxımdan məhkəmə cavabdehin mövqeyi ilə razılaşmamış və vurğulamışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1184 nömrəli Fərmanının 1-ci bəndi ilə 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılması nəzərdə tutulan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yox, yerli icra hakimiyyəti orqanları tərəfindən verilən rəylərdir.

24. Həmçinin diqqət yetirilməlidir ki, həmin Fərmandan sonra qəbul edilmiş, yəni Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin müddəalarında bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin müəyyən xüsusatlar nəzərə alınmaqla ayrılmasına (mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə) dair rəy vermək Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəsi kimi təsbit olunmuşdur.

25. Bundan başqa, iddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi və marağı qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin edilməsidir.

26. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barə də yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3559/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(112)-7345/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

29. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

30. Aşağıdakı səbəblərdən Bakı Apellyasiya Məhkəməsinin qərarı əsassızdır, həmin qərar ləğv edilməklə iddia r ədd edilməlidir. Belə ki, “Bakı şəhərində mühəndis kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1184 nömrəli Fərmanına əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdı rılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılmışdır.

31. Beləliklə, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı rəy verilməsinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə dayandırıldığını nəzərə alaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaçının müraciətinin təmin olunmasından imtinası qeyd edilən normativ hüquqi aktın tələblərindən irəli gəlməklə qanunsuz olmamışdır.

32. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunanları təkrarlayaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1017 nömrəli fərmanı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin müddəalarına əsaslanmaqla, bələdiy yə mülkiyyətində olan torpaq sahələrinin müəyyən xüsusatlar nəzərə alınmaqla ayrılmasına dair rəy verilməsinin Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəsi olduğunu qeyd etmişdir.

33. Halbuki, qeyd olunan əsasnamənin 1.2-ci bəndindən görünür ki, Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur.

34. Beləliklə, Azərbaycan Respublikasının Prezidentinin normativ aktının icrası qaydasında Əmlak Məsəl ələri Dövlət Xidməti tərəfindən qəbul edilmiş qərar (rəy verilməsindən imtina) qanunsuz sayıla bilməz.

35. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsi cavabdehin mövqeyi ilə razılaşmayaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yox, yerli icra hakimiyyəti orqanları tərəfindən verilən rəylərin müvəqqəti dayandırılmasının nəzərdə tutulduğunu qeyd etmişdir. Bakı Apellyasiya Məhkəməsi qeyd olunan fərmanın birinci bəndinin məzmununu düzgün təfsir etməmiş və nəticədə qanunvericiliyin tətbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmənin qeyd olunan mövqeyi fərmanın mahiyyəti ilə uzlaşmır.

36. Mübahisə predmeti olan torpaq sahəsinə dair rəy verilməsindən imtina olunması Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanının icrası ilə əlaqədar Xidmətin vəzifə öhdəliklərini təşkil etdiyindən, cavabdeh orqanın iddia tələbi ilə bağlı mövqeyi əsaslı hesab edilməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmiş hazırkı qərarı əsassız hesab edilməklə ləğv olunmalıdır.

37. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Belə ki, birinci instansiya məhkəməsi Sabunçu rayon Bakıxanov Bələdiyyəsinin iddianı qaldırmaqda məqsədi və marağının qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin edilməsi ilə bağlı olduğundan torpaq sahəsinin ayrılması ilə bağlı rəy verilməsini tələ b etməkdə haqlı olduğunu qeyd etmişdir. Lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, qeyd olunan iş üzrə Əmlak Məsələləri Dövlət Xidməti tərəf qismində çıxış etmədiyindən, qeyd olunan qərar Xidmət üçün məcburi xarakter daşıya bilməz.

38. Bundan əlavə, nəzərə alınmalıdır ki, Sabunçu rayon Bakıxanov Bələdiyyəsi mübahisə predmeti olan torpaq sahəsinin ayrılması ilə bağlı rəy verilməsi barədə xx.xx.2022-ci il tarixli məktubla Xidmətə müraciət etmişdir ki, artıq həmin dövrdə Azərbaycan Respublikası Prezidentinin 30.12. 2016-cı il tarixli 1184 nömrəli Fərmanı qüvvədə olmuşdur. Qeyd olunan fərman hazırkı mübahisə predmeti olan məsələ ilə bağlı münasibətləri tənzimləyir və qeyd olunan fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və yerli i cra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilmişdir və hazırkı iddia tələbi qeyd olunan orqanların marağına toxunduğundan onların məhkəmə prosesində iştirakı zəruri olduğu halda, Xidmət tərəfindən qeyd olunan qurumların üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilməsi ilə bağlı verilmiş vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir.

39. Bundan əlavə, iddiaçı ərizəsində görünür ki, iddiaçı ayrılması nəzərə tutulan torpaq sahəsinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 2/10 saylı binanın arxa hissəsində yerləşdiyini qeyd etmişdir (ayrılması nəzərə tutulan torpaq sahəsinin yerləşmə yeri ilə bağlı fotoşəkillər əlavə olunur). Belə olan halda, iddia ərizəsində ayrılması tələb olunan sahənin çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçül əri daxilində yerləşib-yerləşməməsi, mövcud qanunvericiliyə uyğun olaraq həmin torpaq sahəsinin binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş sahə olub-olmaması, qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun kimə məxsus olması, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin həmin torpaq sahəsi ilə bağlı sərəncam vermək səlahiyyətinə malik olub-olmaması işə baxan məhkəmələr tərəfindən araşdırılmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

41. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

42. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

43. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktı nın qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin e dilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

46. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaçının torpaq sahəsinin ayrılması ilə bağlı rəy verilməsinin cavabdehin üzərinə qoyulması barədə iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

47. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya m əhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

48. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud qanunvericilik normalarının tələblərinə görə hər hansı bir hüquqla bələdiyyə torpağının şəxsə (fiziki və hüquqi şəxsə) ayrılması üzrə inzibati icraat ona torpaq ayrılmasını istəyən şəxsin həmin bələdiyyəyə müraciəti ilə başlanır və belə icraat çərçivəsində müraciətdə qaldırılan məsələnin (yəni, torpaq ayrılmasının) həllinin birbaşa asılı olduğu hallardan biri də müvafiq olaraq yerli icra hakimiyyəti orqanından, Əmlak Məsələləri Dövlət Xidmətindən və digər orqandan alınmış rəylərdir.

49. İşin hallarından da görünür ki, X1 rayonu Bakıxanov Bələdiyyəsinə müraciət edərək mənzil şəraitinin yaşayış üçün yetərli olmamasını əsas tutaraq fərdi yaşayış evi tikmək üçün torp aq sahəsinin ayrılmasını xahiş etmiş, bələdiyyə tərəfindən fərdi yaşayış evinin tikintisi üçün ona torpaq sahəsi ayrılmasından imtina olunmuş, imtina ilə razılaşmadığından, X5 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə Bakıxanov qəsəbəsi ərazisində X3 fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılmasının Bakıxanov bələdiyyəsinə tapşırılması barədə xx.xx.2007-ci il tarixli 2371/2007 saylı qətnamə qəbul etmişdir.

50. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehin əsaslandığı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1184 nömrəli Fərmanının 1-ci bəndi ilə 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılması nəzərdə tutulan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yox, yerli icra hakimiyyəti orqanları tərəfindən verilən rəylərdir. Digər tərəfdən, həmin Fərmandan sonra Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin müddəalarında bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin müəyyən xüsusatlar nəzərə alınmaqla ayrılmasına (mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə) dair rəy vermək Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəsi kimi təsbit olunmuşdur.

51. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3559/2023 nömr

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar