Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1224/2021 13.07.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: şikayətin dəlillərinə qiymət verilməyib; cavabdehin əsl cavabdehlə əvəz edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1, cavabdehin vəkili X8, üçüncü şəxsin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “istifadə etmədiyi mzəuniyyət günlərinə görə pul məbləğinin düzgün hesablanaraq ödənilməsi, hesablanmış ödənişlərdən gəlir vergisinin məzuniyyət illərinə görə tutulması və pensiya təyin edilməsi üçün ödəniləcək ödəniş məbləği nəzərə alınmaqla məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli, 2-1(103)-131/2021 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 01 avqust 1985-ci ildən 01 iyul 1990-ci il tarixədək Azərbaycan SSR-nin Maliyyə Nazirliyinin Bakı Şəhəri Lenin və Nərimanov rayon Maliyyə Şöbələrində iqtisadçı və böyük iqtisadçı vəzifələrində xidmət etmişdir. 01 iyul 1990-cı ildən 01 noyabr 1993-cü ilədək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Dövlət X3 rayon X6 Şöbə rəisi vəzifəsində xidmət etmişdir. O, 01 may 1996-cı il tarixdən 16 oktyabr 2018-ci il tarixədək Azərbaycan Respublikası Baş X11 və Vergilər Nazirliyində Müxtəlif vəzifələrdə xidmət etmişdir. Səhhəti ilə əlaqədar olaraq 26 may 2017-ci il tarixdə 2-ci qrup əlilliyə görə iddiaçı pensiyaya çıxmışdır. Lakin əlil olaraq xidməti vəzifələrini icra etmişdir. Səhhətində kəskin ağrılar olduğundan xidməti vəzifələrini yerinə yetirə bilmədiyinə görə, o, 16 oktyabr 2018-ci il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri üz rə X5 Böyük dövlət vergi müfəttişi kimi təqaüdə çıxmışdır.
2. Onun ümumilikdə dövlət orqanlarında dövlət qulluqçusu kimi iş stajı 30 il təşkil edir. 16 oktyabr 2016-cı il tarixdən son iki il ərzində onun vəzifə maaşı 9464 manat, mükafatı - 33990 manat, iş stajına görə 724 manat, rütbəyə görə 764 manat ümumilikdə, 44942 manat təşkil etmişdir. 01 oktyabr 2018-ci il tarixdən 16 oktyabr 2018-ci il tarixədək əmək haqqı 203, mükafat 1725 manat, staja və rütbəyə görə 37 manat təşkil edir.
3. O, pensiyaya çıxması ilə əlaqədar olaraq işlədiyi müddətdə, yəni 2007-ci il tarixdən 16 oktyabr 2018-cı il tarixədək 291 gün əmək məzuniyyətindən istifadə etməmişdir. Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamenti tərəfindən yekun haqq-hesab aparılan zaman istifadə etmədiyi 291 gün məzuniyy ətə görə 11995 manat məbləğində kompensasiya hesablanmışdır. İddiaçı işlədiyi dövr ərzində ona verilmiş vəzifə maaşına əlavələrin son haqq hesabına ödənilməsi üçün orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmaması ilə bağlı cavabdeh inzibati orqana müraciətlər etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur.
4. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********083300 saylı 28 noyabr 2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, Vergilər Nazirliyinin **********013700 saylı 01.10.2018-ci il tarixli əmrinə əsasən 16 oktyabr 2018-ci il tarixində işdən azad olunmağı ilə bağlı son haqq-hesab aparılmış və büdcədənkənar vəsaitdən ödənilən vəzifə maaşına əlavələr mövcud qaydalara müvafiq olaraq hesablama zamanı nəzərə alınmamı şdır. Eyni zamanda hesabat dövründə, yəni oktyabr ayından işdən azad olunduğuna görə işçilərin həvəsləndirilməsi məqsədi üçün verilən vəzifə maaşına əlavə həmin ay üzrə hesablanmamışdır.
5. Həmiçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********692400 saylı 13 dekabr 2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, Vergilər Nazirliyinin **********739700 saylı 30.11.2017-ci il tarixli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən oktyabr ayı üzrə vəzifə maaşına əlavə hesablanmamışdır və qeyd olunan Qaydanın 2.7-ci bəndinə əsasən istifadə etmədiyi məzuniyyət günlərinə görə son haqqhesab hesablanmış, ödənilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin **********7 39700 saylı 30.11.2017-ci il tarixli əmri ilə təsdiq edilmiş Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydasının 2.7-ci bəndinə əsasən bu Qayda ilə müəyyən edilmiş vəzifə maaşına əlavələrin məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmadığı, 2.9-cu bəndinə əsasən isə hesabat ayında işdən azad olunmuş işçiyə həmin ay üçün vəzifə maaşına əlavə verilmədiyi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadə olunmayan məzuniyyət günlərinə görə kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi, həmin kompensasiyadan gəlir vergisinin məzuniyyət illərinə görə tutulması və cavabdehə yeni hesablanmış ko mpensasiyaya uyğun məktubun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona faktiki olaraq istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya aşağıdakı hesablamaya görə verilməlidir.1. 12 ay üzrə əmək haqqı 5832 manat; 2. 12 ay üzrə mükafat 13689 manat; 3. 12 ay üzrə Staj və rütbəyə görə 650 manat; cəmi: 5832+13689+650= 20171 manat. İstifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya aşağıdakı formada hesablanmalıdır. 20171: 12 ay = 1680 manat; 1680: 30.4 gün = 55 manat; 55.263 manat x 291 gün istifadə edilməmiş məzuniyyət = 16081.57 manat. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə təqdim edilmiş **********494900 nömrəli 02 noyabr 2018-ci il tarixli məktubda göstərilən yekun məlumatda son haqq hesabda istifadə edilməmiş məzuniyyət günlərinə görə 4176 manat az göstərilmişdir. Bu da pensiyanın az hesablanmasına təsir göstərmişdir. Bu fərqin az hesablanmasının səbəbini dəqiqləşdirmək üçün cavabdeh inzibati orqana müraiət etmiş, lakin onun tələbinin təmin olunmasından əsassız olaraq imtina edilmişdir.
8. İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı 15.05.1996-cı il tarixdən 16.10.2018-ci il tarixədək Bakı şəhəri üzrə vergi orqanlarında müxtəlif vəzifələrdə işləmiş və işlədiyi dövrlərə aid edilən vəzifə maaşları Nazirlər Kabinetinin 30.03.2018-ci il t arixli 124 nömrəli Qərarına əsasən 01.03.2018-ci il tarixindən şöbə rəhbəri vəzifəsi üzrə 385,0 manat, baş dövlət vergi müfəttişi vəzifəsi üzrə 352,0 manat, böyük dövlət vergi müfəttişi vəzifəsi üzrə 347,0 manat, dövlət vergi müfəttişi vəzifəsi üzrə 341,0 manat, ona verilmiş kiçik vergi xidməti müşaviri xüsusi rütbəsinə görə əlavə 39,0 manat və vergi orqanlarında xidmət illərinə görə əlavə 39,0 manat təşkil etmişdir. İddia tələbinin istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın hesablanması hissəsi ilə bağlı bildirilmişdir ki, sabiq vergi orqanı əməkdaşı İddiaçı ilə Əmək Məcəlləsinə və Vergilər Nazirliyinin 30.11.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”na əsasən isti fadə etmədiyi məzuniyyət günləri hesabına son haqqhesab aparılmış və ödənilməsi təmin edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbi istifadə olunmamış məzuniyyətə görə pul əvəzinin hesablanması baxımından əsassızdır. İddia tələbinin həmin kompensasiyadan gəlir vergisinin məzuniyyət illərinə görə tutulması hissəsində bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinin tələblərinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etmə kdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Əmək Məcəlləsinin 140-cı maddəsinin 4-cü hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Məcəllənin müvafiq maddəsinin tələbindən aydın olur ki, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi illər üzrə ayrılıqda hesablanmır. Bu səbəbdən də iddia tələbin də ifadə olunduğu kimi hesablanmış pul əvəzindən gəlir vergisinin illər üzrə ayrı-ayrı tutulması Əmək Məcəlləsinin 140-cı maddəsinin tələbləri baxımından əsassızdır. İddia tələbinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə yeni hesablanmış kompensasiyaya uyğun məktubun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində isə bildirilmişdir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə ünvanlanmış 02.11.2018-ci il tarixli **********494900 saylı məktubla İddiaçı əmək haqqı barədə pensiya hesablanmasını həyata keçirən səlahiyyətli orqana müvafiq məlumat verilmişdir.
9. Bakı İnzibati Məhkəməs inin 2-1(112)-1266/2020 saylı 18.06.2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, inzibati orqanın vəzifə maaşına əlavələrin məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmaması barədə daxili əmri olsa da, qüvvədə olan qanunvericilikdə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş normativ hüquqi akta əsasən vəzifə maaşına verilən əlavələr işçinin məzuniyyətə çıxdığı zaman orta əmək haqqına daxil edilməlidir. qanunvericilikdə istifadə olunmamış illər üzrə məzuniyyət günlərinin əvəzinə pul məbləği ödənilərkən həmin məbləğdən gəlir vergisinin hansı qaydada tutulması ilə bağlı bir müddəa mövcud olmasa da, işçinin bir ilinə görə yalnız bir əmək məzuniyyəti verildiyindən hər il üçün ayrı-ayrılıqda istifadə olunmamış məzuniyyətlərin əvəzi olaraq nəzərdə tutulan pul məbləğinə görə gəlir vergisi ayrı-ayrılıqda nəzərdə tutulmalıdır. Həmçinin məhkəmə iddiaçı tərəfindən məhkəmə iclasında təqdim olunmuş məlumat xarakterli icmal məktubun surətinə və həmin məktubun doğruluğunu təsdiq edən internet mənbələrinə (www.vergilər.az) istinad edərək göstərmişdir ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrıayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.
11. Həmin qərardan narazı qalan cavabdeh tərəfin dən apellyasiya şikayəti verilərək, qərarın ləğv və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
12. Həmçinin 3-cü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli, 21(103)-131/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Xəyalə Cəmilova, hakimlər – Namiq Cəfərov və İlham Kərimli) hər iki apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Mə hkəməsinin 2-1(112)-1266/2020 saylı 18.06.2020-ci il tarixli qərarının qismən, “İddiaçı hesablanmış ödənişlərdən gəlir vergisinin məzuniyyət illərinə görə tutulması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin birinci və üçüncü hissələrinə dair hüquqi mövqeyi ilə razılaşsa da, ikinci hissə ilə bağlı qeyd etmişdir ki, qanunvericilikdə işçiyə bir neçə il üzrə istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə pul məbləğinin illər üzrə ayrı-ayrılıqda hesablanması, bu pul məbləği ödənilərkən həmin məbləğdən gəlir vergisinin hansı qaydada, yəni həmin illər üzrə ödənilməli məbləğlər toplandıqdan sonra, yaxud da hər il üzrə verilməli olan ödə nişlərdən ayrı-ayrılıqda gəlir vergisinin tutulmalı olması konkret olaraq göstərilməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının ikinci tələbi ilə bağlı qanunvericilikdə müvafiq normanın dəqiq müəyyənləşdirilmədiyini və cavabdeh inzibati orqanın da bununla bağlı hər hansı vəzifəsinin olmadığını nəzərə almadan həmin tələbin təmin olunaraq, cavabdeh inzibati orqanın üzərinə qanunla müəyyən edilməyən – istifadə olunmamış məzuniyyət illərinə görə (hər il üçün ayrı-ayrılıqda) tutulması vəzifəsinin qoyulması qənaətinə gəlmişdir.
15. Məhkəmə qərarı cavabdehə 20.04.2021-ci il tarixində təqdim edilmiş, iddiaçıya isə hansı tarixdə təqdim edilməsini göstərən hər hansı sənəd iş materiallarına əlavə olunmamışdır.
16. İddiaçı 05.05.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli, 2-1(103)-131/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh 08.05.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli, 2-1(103)-131/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a) İddiaçının kassasiya şikayətinin dəlilləri
18. İnzibati orqan olan vergi orqanı iddiaçının Əmək Məcəlləsi ilə müəyyən olunmuş məzuniyyət hüquqlarını pozduğundan ona məzuniyyət illərinə görə ödəniləcək vəs aitdən vergi çox tutulur ki, bu vəsait ona çatası vəsait olmalı idi. Belə ki, inzibati orqan səlahiyyətlərindən istifadə edərək iddiaçının məzuniyyət hüquqlarını məhdudlaşdırmasaydı, yəni illər üzrə məzuniyyətlərə buraxsaydı, həmin illərdə ödəniləcək vəsaitlərdən yalnız 14% tutula bilərdi. Çünki, iddiaçının aldığı vəsait 2500 manat həddində olurdu. Lakin 12 ilin məzuniyyətinə görə ödənişləri bir ayda ödədiyindən həmin vəsaitin 2500 manatdan yuxarı hissəsindən 25% gəlir vergisi tutulmuşdur. Bu iddiaçının günahından deyil, məhz inzibati orqanın günahı üzündən baş vermişdir. Göründüyü kimi, inzibati orqan həm işçinin hüquqlarını məhdudlaşdırır, həm də gəlirlərinin azalmasına səbəb olur.
19. Əgər kollegiyanın “verginin hər ilə görə ödənişdən deyil, bütün illərə görə verilən vəsaitə qeyd olunan Vergi Məcəlləsinin norması tətbiq edilməklə tutulmalıdırsa” fikri əsaslı olarsa, onda iddiaçının günahı ucbatından deyil, inzibati orqanın günahı ucbatından qeyd olunan ödəmə yarandığı nəzərə alınmalı və inzibat orqan tərəfindən ona məzuniyyət əvəzi ödənilən ödənişlərdən 14% vergi tutulmaqla (hər ilə görə ayrılıqda) qalan vergi (toplam 2500 manatdan yuxarı olan hissədən 25%) inzibati orqan tərəfindən onun vəsaiti hesabına dövlət büdcəsinə ödənilməli idi.
20. Belə ki, Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşd ırıla bilməz. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
21. Hazırkı iş üzrə iddia ona cavab verməli olan tərəfə qarşı qaldırılmamışdır. Belə ki, zaman görə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 15.7-ci bəndinə əsasən dövlət vergi orqanlarının vəzifəli şəxslərini, tabeliyindəki digər struktur bölmələrinin əməkdaşlarını vergilər naziri vəzifəyə təyin və vəzifədən azad edir. Məhz bu müddəa əsas götürülməklə və formalaşmış məhkəmə təcrübəsinə (on illərlə) əsasən vergi orqanının vəzifəli şəxsləri ilə bağlı vergi orqanı arasında hər hansı bir əmək mübahisəsi, pul tələbi və digər məsələlərlə bağlı mübahisə olduqda həmin işlər üzrə cavabdeh qism ində Dövlət Vergi Xidməti (o zaman Vergilər Nazirliyi) çıxış edir.
22. Vergilər Nazirinin 2017-ci il 4 dekabr tarixli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın 2.7-ci bəndində konkret olaraq göstərilmişdir ki, bu Qayda ilə müəyyən edilmiş vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Qeyd olunan normanın məntiqi ondan ibarətdir ki, işdən azad edilmiş işçilərə istifadə olunmamış məzuniyyətə görə hesablanmış son haqq-hesab büdcə vəsaiti hesabına ödənildiyi halda, işçilərin hər ay vəzifə maaşına ödənilən əlavələr isə vergi orqanlarının büdcədənkənar vəsaiti hesabına ödənilir. Başqa sözlə desək, vəzifə maaşına ödənilən əlavələr dövlət büdcəsi vəsaiti hesabına ö dənilmədiyindən məhz istifadə olunmamış məzuniyyətə görə orta aylıq əmək haqqının hesablanması məqsədləri üçün dövlət büdcəsindən vəsait ayrılarkən, bu vəsaitin tərkibində vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmır.
23. Göstərilənlərə əsasən, qaydanın tələbləri ilə imperativ qaydada müəyyən edilmişdir ki, vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya son-haqq hesabın hesablanması zamanı əmək haqqına verilən əlavələrin nəzərə alınmaması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Buna əsasən hesab edirik ki, iddia tələbi istifadə olunmamış məzuniyyətə görə pul əvəzinin hesablanması hissəsində də əsassızdır.
24. Bunlarla yanaşı, artıq bundan əvvəl sabi q vergi orqanı əməkdaşı X4 analoji iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iş bütün instansiyaları keçməklə yekunlaşmışdır. Belə ki, hazırkı iddia ərizəsində irəli sürülmüş dəlillər və istinad edilmiş normativ hüquqi aktlar H.Mustafayevin iddia ərizəsindəkilərlə eynilik təşkil etmişdir. Lakin məhkəmələr tərəfindən iddiaçının dəlilləri əsassız hesab edilərək iddia tələbi rədd edilmişdir. Sözügedən işə baxmış Ali Məhkəmənin İnzibati Kollegiyasının 2021-ci il 2 mart tarixli qərarında qeyd edilmişdir ki, “İstinad edilən qaydaların tələbləri ilə imperativ qaydada müəyyən edilmişdir ki, vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır”.
25. İddia tələbinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ya nında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə yeni hesablanmış kompensasiyaya uyğun məktubun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qeyd edilmişdir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə ünvanlanmış 2018-ci il 2 noyabr tarixli **********494900 saylı məktubla iddiaçının əmək haqqı barədə pensiya hesablanmasını həyata keçirən səlahiyyətli orqana müvafiq məlumat verilmişdir. Göründüyü kimi, məhkəmə qərarı işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili izahat verərək mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
29. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
30. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
31. Həmin Məcəllənin 96.5-ci maddəsinə görə şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahi sə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
32. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - i nzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
33. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.
34. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
35. Ali Məhkəmənin Plenumunun 2015-ci il 10 aprel tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərara əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılmas ı üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (qərarın 1.1, 1.3, 2.1, 2.3-cü bəndləri). KASSASİY ANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayətləri vaxtında verilmişdir. Kassasiya şikayətləri formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
37. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
39. Belə ki, hazırkı qərarın 35-ci bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
40. Bununla bağlı cavabdehin hazırkı qərarın 21-ci bəndində göstərilən dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddianın mümkünlük şərtlərini tərəflərin bildirməsində n asılı olmayaraq yoxlamalı və bu zaman cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını müəyyən etməli idi.
41. Belə ki, kassatorun hazırkı qərarın 21-ci bəndində göstərilən dəlilindən göründüyü kimi, vergi orqanının vəzifəli şəxsləri ilə bağlı vergi orqanı arasında hər hansı bir əmək mübahisəsi, pul tələbi və digər məsələlərlə bağlı mübahisə olduqda həmin işlər üzrə cavabdeh qismində Dövlət Vergi Xidməti (o zaman Vergilər Nazirliyi) çıxış edir.
42. Odur ki, məhkəmə işə mahiyyəti üzrə baxmazdan əvvəl ilk növbədə iddianın ona cavab verməli olan cavabdehə qarşı qaldırılıb-qaldırılmadığını müəyyən etməli idi.
43. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilən hazırkı qərarın 30-35-ci bəndlərində göstərilən prosessual normalarının tələblərini pozmuşdur. Odur ki, Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli, 2-1(103)131/2021 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
44. İşə təkrar baxan məhkəmə cavabdehin əsl cavabdehlə əvəz edilməsinə qiymət verdikdən sonra işə mahiyyəti üzrə baxaraq ədalətli qərar qəbul etməlidir.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli, 21(103)-131/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayətləri qalan hissədə təmin edilməsin. Qərar qətidir.