Məhkəmə qərarları › İş №2-1(102)-1225/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1225/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1225/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qeyri - yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Bayramova Kəmalə Fətulla qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Re spublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 22.08.2015-ci tarixli, ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.20 hektar torpaq sahəsi üzərində inşa etdirdiyi 1 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 1640.0 kv.m, tikintialtı sahəsi 1884.3 kv.m, həcmi 12348.0 kv.m olan yeni tikilinin onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-218/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə i clasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ona mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Sumqayıt şosesinin sağ tərəfində yerləşən 0.20 ha (2.000 kv.m.) torpaq sahəsinin üzərində inşa edilmiş 650.2 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin genişləndirilməsi məqsədi ilə Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmiş və Abşeron rayon İcra Hakimiyyətinin 13 dekabr 2016-cı il tarixli 254 saylı sərəncamı ilə ona mülkiyyətində olan 0.20 ha torpaq sahəsində mövcud olan qeyri-yaşayış obyektinin yenidənqurma və genişləndirmə işlərinin lahiyələndirilməsinə icazə verilmişdir.

2. Qeyri-yaşayış obyektinin yenidənqurma və genişləndirmə işlərinin lahiyələndirilməsinə icazə verilməsi məqsədi ilə Azərbaycan Respublikası FHN-nin X1 Baş İdar əsinin 08.09.2017-ci il tarixli ********** saylı rəyi alınmış və həmin rəyə əsasən, iddiaçıya qeyri-yaşayış obyektinin genişləndirilməsinə razılıq verilmişdir. Müvafiq fəaliyyətlə məşğul olmaq üçün lisenziyası olan "xxxx" MMC Layihə Smeta Bürosu tərəfindən qeyri-yaşayış obyektinə ediləcək dəyişikliklərlə bağlı eskiz layihəsi tərtib edilmiş və həmin layihə Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmışdır. Qeyri-yaşayış obyektinin inşası tərtib edilmiş eskiz layihəsinə uyğun olaraq inşa edilmiş və tikinti işlərinin aparılması 16 iyul 2018-ci ildə başa çatmışdır. Tikilinin razılaşdırılmış qaydada həyata keçirilməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən 003700 saylı “İstismara hazırlıq” aktı ilə rəsmiləşdi rilmişdir. Daha sonra, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən “Tikinti obyektinin istismarına” 008 saylı 22 yanvar 2019-cu il tarixli “İcazə” verilmişdir.

3. İddiaçı xüsusi mülkiyyətində olan 0.20 ha torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan qeyri - yaşayış obyektinə edilmiş dəyişiklərin dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 24 aprel 2020-ci il tarixli, **********29 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, aparılan araşdırma zamanı, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin Bakı-Sumqayıt yolunun (birtərəfli gediş-gəliş yolunun) mərkəzindən 24 metr məsafədə, 0.0106 ha hissəsinin telekommunikasiya keçən kabel xəttinin, müəssisəni n tikintialtı sahəsinin 193 kv. metr hissəsinin yolun, 387 kv. metr hissəsinin isə Ceyranbatan su kəmərinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Bundan başqa, sözügedən daşınmaz əmlaka dair tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, sözügedən sənəddə istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi, tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 22.08.2015-ci tarixli, ******* nömrəli çıxarışa əsasən mülkiyyət ində olan 0.20 hektar torpaq sahəsi üzərində inşa etdirdiyi 1 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 1640.0 kv.m, tikintialtı sahəsi 1884.3 kv.m, həcmi 12348.0 kv.m olan yeni tikilinin onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 22.08.2015-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən mülkiyyətində 0.20 ha torpaq sahəsi və həmin sahənin üzərində 650.2 kv.m əmlak kompleksi vardır. Həmin torpaq sahəsi və əmlak kompleksi Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Sumqayıt şossesinin sağ tərəfində yerləşir. Abşeron rayon İcra hakimiyyət i başçısının 13.12.2016-cı il tarixli, 254 nömrəli sərəncamına əsasən, torpaq sahəsində mövcud qeyri-yaşayış obyektinin yenidənqurma və genişləndirmə işlərinin lahiyələndirilməsinə icazə verilmişdir. Obyekt tikintinin genişləndirilməsi barədə "xxxx" MMC tərəfindən tərtib olunmuş eskiz layihədə nəzərdə tutulmuş qaydada yenidən qurulmuş və genişləndirilmişdir. Yeni obyekt 1 mərtəbədən ibarət olmaqla, ümumi sahəsi 1.640.0 kv.m., tikintialtı sahəsi 1.884.3 kv.m., həcmi 1.2348.0 kv.m.-dən ibarətdir. Bundan sonra, tikiliyə dair ekspertiza rəyinin verilməsi məqsədi ilə Abşeron RİHB tərəfindən Azərbaycan Respublikası FHN-nin X1 Baş idarəsinə müraciət olunmuş və həmin idarə tərəfindən tikiliyə 08.09.2017-ci il tarixdə 24122/23667 nömrəli müsbət rəy verilmişdir. Rəydə qeyd olunur ki, “Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Sumqayıt şosesinin sağ tərəfində ticarət mərkəzinin (dəyişikliklə əlaqədar) işçi layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılır. Abşeron rayon İcra Hakimiyyəti başçısının 22.01.2019-cu il tarixli, 008 nömrəli sərəncamına əsasən tikinti obyektinin istismarına icazə verilmiş və tikili 13 may 2020-ci il tarixdə istismara qəbul olunmuşdur. Müvafiq sənədlər iddiaçı tərəfindən hazırlandıqdan sonra yeni tikilinin dövlət reyestrində qeydiyyata alınması üçün ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi idarəsinə müraciət olunmuşdur. Cavabdeh 24.04.2020-ci il tarixli məktubla tikilini qeydiyyata almaqdan imtina etmişdir. İmtina məktubunda qeyd olunur ki, müəssisənin yer ləşdiyi torpaq sahəsi Bakı-Sumqayıt yolunun mərkəzindən 24 metr məsafədə yerləşir, həmçinin, 0.0106 ha hissəsi telekommunikasiya keçən kabel xəttinin, əmlak kompleksi kimi müəssisənin tikintialtı sahəsinin 193 kv.m hissəsi yolun, 387 kv.m hissəsi isə Ceyranbatan su kəmərinin mühafizə zolağında yerləşir. Cavabdeh təşkilat bu imtinanı ona göndərərkən əslində şəxsən özünün verdiyi 22.08.2015-ci il tarixli, ******* nömrəli çıxarışı şübhə altına almışdır. Yəni, bu imtinadan belə nəticə çıxır ki, torpaq sahəsi Bakı-Sumqayıt yolunun mərkəzindən 24 metr məsafədə yerləşdiyi, həmçinin 0.0106 ha hissəsi telekommunikasiya keçən kabel xəttinin əmlak kompleksi kimi müəssisənin tikintialtı sahəsinin 193 kv.m hissəsi yolun, 387 kv.m hissəsinin isə Ceyranbatan su kəmərinin mühafizə zolağında yerləşdiyi üçü n ona verilən çıxarış qanunsuzdur. Qeyd olunan qanunsuzluqlar nəyə görə çıxarış veriləndə aşkar olunmamışdır? İddiaçı imtinanın bu hissəsini qanunsuz və əsassız hesab edir. Əlavə olaraq qeyd edilir ki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi məktubla da müəyyən olunur ki, iddiaçıya məxsus olan torpaq sahəsində Aztelekom MMC, KMTQ-nın balansında işlək kabel xətt təsərrüfatı yoxdur. İmtina məktubunun ikinci əsası isə guya sözügedən daşınmaz əmlaka dair tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, həmin sənəddə aktın verilmə tarixi, qeydiyyat nömrəsi, kod nömrələri mövcud deyil. İmtinanın bu hissəsi də əsassızdır. Belə ki, sənədin verilmə tarixi 13 may 2020-ci il, qeydiyyat nömrəs i Ö/003700 qeyd olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh iddia ərizəsinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1066/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qərarı ilə (hakim: C.B.Məmmədov) iddia təmin edilmiş, iddiaçının cavabdeh tərəfindən verilmiş 22.08.2015-ci tarixli, ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.20 hektar torpaq sahəsi üzərində inşa etdirdiyi 1 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 1640.0 kv.m., tikintialtı sahəsi 1884.3 kv.m., həcmi 12348.0 kv.m. olan yeni tikilinin onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tikilinin qeydə alı masından imtina üçün cavabdeh təşkilat tərəfindən qeyd edilən hallar məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır.

9. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-218/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: Z.İ.Məmmədov, hakimlər: H.Ç.Babayeva və E.M.Əhmədov) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1066/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh a pelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinda cavabdehin imtina məktubunda qeyd edilən dəlillərə isinad edilmiş, maddi və prosessual hüquq normaları pozulduğu üçün apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun tə min olunmasını xahiş etdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə

25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qor unur.... İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərt ib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldi lməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20. “Daşınmaz əmlakın dövlət re yestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, t ikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qey diyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsin də nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri” nin tətbiq edilməsi haqqında 11 sentyabr 2015-ci il tarixli, 298 saylı Qərarı Bənd

1. Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri aşağıdakı kimi təsdiq edilsin: 1.1. respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində; 1.2. yerli əhəmiyyətli avtomobil yol larında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şi kayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün he sab edilmişdir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

26. Kassasiya şikayətində cavabdeh əsas olaraq aşağıdakı məsələləri mübahisələndirir:

1. Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi Bakı-Sumqayıt yolunun (birtərəfli gediş-gəliş yolunun) mərkəzindən 24 metr məsafədə yerləşir. 2. müəssisənin yerləşdiyi torpaq sahəsinin 0.0106 ha hissəsində telekommunikasiya keçən kabel xətti mövcuddur. 3. əmlak kompleksi kimi müəssisənin tikintialtı sahəsinin 193 kv. m. his səsi yolun, 387 kv. m. hissəsi isə Ceyranbatan su kəmərinin mühafizə zolağında yerləşir.

4. Ceyranbatan qəsəbəsi, Bakı-Sumqayıt şossesinin sağ tərəfində yerləşən yeni layihələndirilmiş əmlak kompleksi kimi müəssisənin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir.

27. Şikayətin birinci dəlili bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan mübahisə predmeti olan qeyri-yaşayış obyektinin magistral yolun mərkəzindən 24 metr məsafədə yerləşməsini bildirməsinə baxmayaraq, bununla bağlı nə birinci, nə də apelyasiya instansiyası məhkəməsinə hər hansı bir sübut təqdim etməmişdir.

28. Müəssisənin yerləşdiyi torpaq sahəsinin 0.0106 ha hissəsində telekommunikasiya keçən kabel xəttinin mövcud olması ilə bağlı kassasiya şikayətində qeyd edilən d əlili də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC KMTQ tərəfindən verilmiş 06.09.2016-cı il tarixli, K-01/1056 nömrəli məktubdan (səh 10) və məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş 09.10.2020-ci il tarixli, 04/01-5/4/14546 nömrəli məktubdan (səh 80) görünür ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus 0.20 ha torpaq sahəsinin altında "xxxx" MMC-nin, X3 Qovşağının balansında olan işlək kabel xətt təsərrüfatı yoxdur və Bakı-Sumqayıt şossesinin sağ tərəfində yerləşən obyekt Ceyranbatan magistral su kəmərinin mühafizə zolağında yerləşmir.

29. Əmlak kompleksi kimi müəssisənin tikintialtı sahəsinin 193 kv. m. hissəsinin avtomobil yollarının mühafizə zolağında ye rləşməsi ilə bağlı cavabdeh tərəfindən qeyd edilən üçüncü dəlilə gəlincə, bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən torpaq sahəsinə deyil, həmin torpaq sahəsinin üzərində yerləşən qeyriyaşayış obyektinə dəyişiklik edilmişdir. Qeyd olunan 0.20 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ 22.08.2015-ci ildə dövlət reyestrində qeydiyyata alınmış və tikilidə aparılmış dəyişikliklər torpaq sahəsindən kənara çıxmamışdır. Yəni, həmin torpaq sahəsinin yerləşdiyi sahə 2015-ci ildən əvvəl inşa edilmiş magistral yolun kənarında yerləşir. Bununla belə, iş materiallarından bəlli olur ki, iddiaçının mülkiyyətində olan 0.20 ha torpaq sahəsi avtomobil yollarının mühafizə zolağında yerləşmir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nəqliyyat N azirliyi "xxxx" ASC "xxxx" MMC tərəfindən verilmiş 27.10.2008-ci il tarixli, 0-27 nömrəli məktubda mübahisə predmeti olan qeyri-yaşayış obyektinin avtomobil yolunun mühafizə zolağında yerləşmədiyi qeyd edilmişdir.

30. Bundan əlavə, bu qərarın 23-cü bəndində qeyd edilən Qərara əsasən mühafizə zolağında nəinki tikililər, həmçinin xüsusi mülkiyyətdə olan torpaq sahələri belə mövcud ola bilməz. Lakin iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan 0.20 ha torpaq sahəsi nə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hüquqi sələfi olmuş Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" ASC "xxxx" MMC tərəfindən, nə də hal-hazırda yolların mühafizəsinə nəzarət edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mübahisələndirilməmişdir. Bu isə bir daha qeyd olunan 0.20 ha torpaq sahəsi nin avtomobil yollarının mühafizə zolağında yerləşməməsini sübut edir.

31. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Belə ki, hazırki iddia tələbi üzrə iddiaçı tərəfindən mülkiyyətində olan tikiliyə edilmiş dəyişiklik müvafiq icra hakimiyyəti orqanlarının verdiyi razılıq əsasında həyata keçirilmiş və FHN tərəfindən möhürlə təsdiqlənmiş istismara hazırlıq aktı tərtib edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 22 yanvar 2019-cu il tarixli 008 saylı icazə sənədində formal xəta olan “hazırlıq aktının tarixi və qeydiyyatının göstərilməməsi” isə tikilmiş qeyri-yaşayış sahəsinin istismarına qadağa hesab edilə bilməz. Bundan başqa, 008 saylı icazə sənədində doldurulmamış tikinti obyektinin kod nömrəsi dövlət reyestri tərəfindən verilir və həmin orqanın özü tərəfindən veriləcək kod nömrəsinin 008 saylı icazə sənədində göstərilməməsi səbəbindən qeyri-yaşayış obyektinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas hesab edilə bilməz. Həmin kod nömrəsi qeydiyyat orqanının özü tərəfindən də müəyyən edilə bilərdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 43.1-ci bəndinə əsasən, dövlət reyestrinə daxil edilmiş məlumatlarda yol verilən cüzi dəyişikliklər, yəni maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan dəyişikliklər (dövl ət reyestrində göstərilmiş şəxsin adının və ya daşınmaz əmlak obyektinin ünvanının dəyişməsi, rekonstruksiya işləri nəticəsində daşınmaz əmlak obyektində baş verən xırda dəyişikliklər və s.) və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində nəzərdə tutulmuş düzəlişlər müvafiq fəslin ayrıca vərəqində - "Dəyişikliklərin (düzəlişlərin) məzmunu" qrafasına daxil edilir. Müvafiq fəslin "Sənədlər - əsaslar" qrafasında isə belə dəyişikliklərin və ya düzəlişlərin edilməsi üçün əsas olmuş sənədlərin rekvizitləri göstərilir.

32. Qeyd olunan dəyişikliklər cavabdeh təşkilatın özü tərəfindən edilə bildiyi halda, inzibati orqan tərəfindən edilmiş formal xətalar cavabdeh təşkilat tərəfindən imtina üçün əsas gətirilir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında qeyd edilir: “Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4-daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5-daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halları n heç biri müəyyən edilməmişdir.”

34. Apelyasiya instansiya məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir.

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, şikayət təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 2-1(105)-218/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar