Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1225/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: antiinhisar qanunvericiliyinin pozulması; maye qazın topdansatışı; sahibkarlıq sahəsində aparılan yoxlamanın Reyestrdə qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin (xx.xx.xxxx ildə qeydiyyata alınıb, VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə qarşı iş üzrə “qərar və göstərişin ləğv olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2022ci il tarixli, 2-1(103)-254/2022 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin 19 aprel 2019-cu il tarixli FA-04 əmri ilə komissiya yaradılmış və “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin 4-cü bəndinin tələblərinin iddiaçı tərəfindən pozulması əlamətləri üzrə qaldırılmış işə baxılması həmin Komissiyaya tapşırılmış, Komissiya tərəfindən həmin iş üzrə araşdır malar aparılmış və nəticələrinə dair 12 iyul 2019-cu il tarixli qərar qəbul olunmuş, həmin qərar əsasında da cavabdeh tərəfindən iddiaçıya 16 iyul 2019-cu il tarixli göstəriş verilmişdir.
2. Cavabdehin 12 iyul 2019-cu il tarixli qərarı ilə qərara alınmışdır ki, İddiaçı QSCyə: “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin dayandırılması və maye qazın topdansatışının “ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015ci il tarixli, 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarifə (qiymətə) uyğun həyata keçirilməsinin dərhal təmin edilməsi; Maye qazın topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərb aycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi 15 yanvar 2015-ci il tarixindən 31 may 2019-cu il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 9.192.570,51 manat məbləğində mənfəətin 30 gün ərzində dövlət büdcəsinə ödənilməsi; Maye qazın topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi 1 iyun 2019-cu il tarixindən maye qazın topdansatış tarifini (qiymətini) “ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarifə (qiymətə) uyğunlaşdırdığı tarixə kimi olan dövr ərzində təsdiq olunmuş tariflə (qiymətlə) faktiki topdansatış tarifi (qiyməti) arasında fərq yaratmaq şəklində qeyri-qanuni fəaliyyət nəticəsində əldə etdiyi gəliri (əlavə dəyər vergisi çıxılmaqla) hesablayaraq həmin məbləğə bərabər mənfəətin 30 gün ərzində dövlət büdcəsinə ödənilməsi haqqında göstəriş verilsin”.
3. Cavabdehin “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında” 16 iyul 2019-cu il tarixli göstərişində iddiaçıdan tələb edilmişdir ki: ““Antiinhisar fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin dayandırılmasını və maye qazın topdansatışının “ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2015- ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarifə (qiymətə) uyğun həyata keçirilməsini dərhal təmin etməsi və bu barədə 15 (on beş) iş günü müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat versin. Maye qazın topdansatışını “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi 15 yanvar 2015-ci il tarixindən 31 may 2019-cu il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 9.192.570,51 manat məbləğində mənfəətin 30 gün ərzində dövlət büdcəsinə ödənilməsi üçün göstərilən hesaba köçürsün. Maye qazın topdansatışını “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublik ası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi 1 iyun 2019-cu il tarixindən maye qazın topdansatış tarifini (qiymətini) “ölkə daxilində neft tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-cı il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarifə (qiymətə) uyğunlaşdırdığı tarixə kimi olan dövr ərzində təsdiq olunmuş tariflə (qiymətlə) faktiki topdansatış tarifi (qiyməti) arasında fərq yaratmaq şəklində qeyri-qanuni fəaliyyət nəticəsində əldə etdiyi gəliri (əlavə dəyər vergisi çıxılmaqla) hesablayaraq həmin məbləğə bərabər mənfəəti 30 gün ərzində dövlət büdcəsinə ödənilməsi göstərilən hesaba köçürsün və bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqların ın Müdafiəsi Dövlət Xidmətinə məlumat versin. Təsərrüfat subyektlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin qanuni göstərişini müəyyən edilmiş müddətdə yerinə yetirməməyə görə “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məsuliyyət daşıdıqları “X4" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzərinə çatdırılsın”.
4. İddiaçı 18 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, 12 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayətlə müraciət edərək 12 iyul 2019-cu il tarixli qərar və 16 iyul 2019-cu il tarixli göstərişin ləğv olunmasını xahiş etsə də, şikayətlər i təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehin 12 iyul 2019-cu il tarixli qərarı və 16 iyul 2019-cu il tarixli göstərişi qanunsuz və əsassız olduğundan ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 19 aprel 2019-cu il tarixli FA-04 nömrəli əmri ilə komissiya yaradılmış, “Antiinhisar fəaliyyəti haqqında” Qanunun tələblərinin pozulması üzrə İddiaçı QSC-nin fəaliyyəti yoxlanmış, yoxlamanın nəticələrinə dair göstəriş tərtib edilərək göstər işdə nəzərdə tutulmuş tələblərin icra edilməsi tələb edilmiş, lakin aparılan yoxlama ümumiyyətlə Reyestrdə qeydiyyata alınmamış və bununla da aparılan yoxlama qanunsuz və əsassız olmuşdur. Qərar və göstərişin maddi hüquqi əsası “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin 4-cü bəndi və 17-ci maddəsinin 1-ci bəndidir. Həmin Qanunun 8-ci maddəsinin 4-cü bəndində göstərilən hərəkətin, yəni bazarda əlavə üstünlük əldə edilməsi ümumi qiymətlərin manipulyasiya edilməsinin antiinhisar qanunvericiliyinin pozulması kimi qiymətləndirilməsi üçün həmin hərəkəti edən təsərrüfat subyektinin bazarda hökmran mövqe tutan təsərrüfat subyekti olması zəruridir. Həmin Qanunun 4-cü maddəsində (əsas anlayışlar) göstərilib ki, hökmran mövqe-təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyü nə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur. Xidmətin qərarında və göstərişində iddiaçının məhz bazarda hökmran mövqe tutan təsərrüfat subyekti olması məsələsi ümumiyyətlə əsaslandırılmayıb. Halbuki, Qanunun 3-cü maddəsinə əsasən həmin Qanunla müvafiq icra hakimiyyəti orqanlarına verilən səlahiyyətlət diskresion səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Qanunun 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlə daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Cavabd eh iddiaçı barəsində inzibati akt qəbul edən zaman iddiaçının dövriyyəsini mənfəəti kimi qəbul etmişdir. Halbuki, “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 17-ci maddəsi inzibati orqanın məhz müvafiq qanunvericiliyin pozulması yolu ilə əldə edilmiş mənfəətin dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutur. İddiaçı 2015-2018-ci illər üzrə zərərlə işləmişdir. 2019cu ildə isə il başa çatmadığından mənfəət məbləğinin 5 aylıq hesablanması qeyrimümkündür. Belə ki, müəssisələr üçün mənfəət vergisinin hesablanması üçün vergi ili təqvim ili sayılır. Yuxarıda 1-ci və 2-ci bənddə göstərilən məqamlar nəzərə alınmasa belə, bu bənddə şərh edilən dəlil iddianın təmin edilməsi üçün yetərlidir.
7. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək iddiaçı tərəfindən verilmiş ərizə iddia müddəti ötürül məklə verildiyindən və əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları haqqında” Qərarın 4.1-ci bəndini nəzərə alaraq Dövlət Xidmətinin İddiaçı QSC barəsində “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” 12 iyul 2019-cu il tarixli Qərarı əsasında qəbul edilmiş 16 iyul 2019-cu il tarixli Göstərişin 6-cı bəndində iddiaçıya həmin göstərişdən 6 ay müddətinə inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ izah edilmişdir. İddiaçı mübahisələndirilən qərar və göstərişdən inzibati qaydada Azərbaycan Respublikası İqtisadiyyat Nazi rliyinə şikayət etsə də, İqtisadiyyat Nazirliyinin 17 oktyabr 2019-cu il tarixli Qərarı ilə şikayət təmin edilməmişdir. İddiaçı həmin Qərardan İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayətlə müraciət etmiş, lakin Şuranın 24 dekabr 2019cu il tarixli Qərarı ilə bu şikayət təmin edilməmişdir. Beləliklə, qanunvericiliyə uyğun olaraq iddiaçının Dövlət Xidmətinin 17 iyul 2019-cu il tarixli göstərişindən 6 ay müddətində 16 yanvar 2020-ci il tarixinədək, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 24 dekabr 2019-cu il tarixli Qərarından isə 30 gün müddətində - 24 yanvar 2020-ci il tarixinədək inzibati və məhkəmə qaydasında şikayət vermək hüququ olmuşdur. Yəni, cavabdehin 16 iyul 2019-cu il tarixli göstərişi 16 yanvar 2020-ci il tarixindən sonra, inzibati şikayətə dair son instansiya o laraq İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının Qərarı isə 24 oktyabr 2020-ci il tarixindən sonra nə inzibati, nə də məhkəmə qaydasında mübahisələndirilə bilməzdi. Göründüyü kimi, iddiaçı İPM-in 38.1-ci maddəsinin tələblərini pozaraq müddəti ötürməklə iddia ərizəsi vermişdir. Yoxlamanın reyestrdə qeydə alınmaması ilə bağlı isə qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalar reyestrdən keçməlidir. Cavabdeh tərəfindən iddiaçı barəsində görülən tədbir həmin sahibkarlıq subyektinin fəaliyyət yerinə gəlməklə deyil, həmin sahibkarlıq subyektinin cavabdehə təqdim etdiyi sənədlər və məlumatlar əsasında görülmüşdür. Dövriyyənin mənfəət kimi göstərilməsi ilə bağlı isə qeyd edilməlidir ki, 15 yanva r 2015-ci il tarixindən 31 may 2019-cu il tarixinədək olan dövr ərzində maye qazın topdansatış tarifini (qiymətini) heç bir qanuni əsas olmadan “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarifdən (qiymətdən) fərqli, yəni 1 tonunun topdan 300 manatdan artıq qiymətə satması nəticəsində İddiaçı QSC-nin (300 manatdan artıq hissə) əlavə dəyər vergisi çıxılmaqla əldə etdiyi gəlir 9.192.570,51 manat olmuşdur. Həmin gəlir “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin 4-cü bəndinin tələbləri pozulmaqla qeyri-qanuni fəaliyyəti nəticəsində əldə edildiyi üçün bu Qanunun 17-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən qanunsuz əldə edilmiş mənf əət kimi dövlət büdcəsinə ödənilməlidir. 31 may 2019cu il tarixindən sonra da maye qazın topdansatış tarifində (qiymətində) baş vermiş qanunsuz qiymət artımı davam etmiş və bu qeyri-qanuni fəaliyyət işə baxılma müddətində iddiaçı tərəfindən könüllü aradan qaldırılmamışdır.
8. Cavabdeh məhkəməyə vəsatət təqdim edərək iddiaçı tərəfindən verilən iddia ərizəsinin şikayət vermək müddəti ötürüldüyündən baxılmamış saxlanılmasını xahiş etmişdir. Vəsatəti belə əsaslandırmışdır ki, cavabdehin 16 iyul 2019-cu il tarixli göstərişinin 6-cı bəndində iddiaçıya göstərişdən 6 ay müddətində inzibati və məhkəmə qaydasında şikayət vermək hüququ izah edilmişdir. Lakin iddiaçı göstərilən müddət ərzində inzibati qaydada Dövlət Xidmətinin qərar və göstərişini mübahisələndirsə də, məhkəmə qaydasında şikayət vermə müddətini ötürmüşdür.
9. İddiaçı ərizə təqdim edərək ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, cavabdehin qərar və göstərişi ilə bağlı iddiaçı tərəfindən 7 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasına müraciət edilmişdir. Lakin karantin və pandemiya şəraiti olduğundan müraciətlə bağlı heç bir qərar verilməmişdir. Sonradan hər hansı bir nəticənin olmadığını nəzərə alaraq iddiaçı məhkəməyə müraciət etmiş, göstərilən səbəbdən müddət ötürülmüşdür. İddiaçı qeyd olunanlara əsasən müddətin buraxılmasının üzrlü hal kimi hesab edilməsini xahiş etmişdir.
10. Məhkəmənin 23 fevral 2021-ci il tarixli iclasında qeyd olunan vəsatət və ərizəyə baxılmış, müddətin bərpasına dair ərizə təmin edilmis, iddiaçı nın iddiası mümkün hesab edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2261/2021 nömrəli 21 iyun 2021-ci il tarixli qərarı ilə (hakim Fərid Mədətli) iddia rədd edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, cavabdeh əsaslı olaraq iddiaçının 15 yanvar 2015ci il tarixindən 31 may 2019-cu il tarixinə kimi olan dövr ərzində maye qazın topdansatış tarifini (qiymətini) heç bir qanuni əsas olmadan “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmis tarifdən (qiymətdən) fərqli qiymətə, yəni 1 tonunun topdan 300 manatdan artıq qiymətə satması, yəni qiymətlərlə manipulyasiya edərək inhisarçılığa yol verməsini “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin 4 -cü bəndinin tələblərinin pozulması kimi qiymətləndirmişdir. Qeyd edilən tarif üzrə müyyən edilmiş 300 manat məbləğ ƏDV, yol vergisi ilə bərabər digər xərcləri də əhatə edir. Belə olan halda, iddiaçının göstərilən xərc və vergilərin tarifdən (qiymətdən) artıq qiymətə satması nəticəsində əldə etdiyi artıq gəlirdən də çıxılmalı olması barədə dəlilləri əsassızdır. Həmçinin, cavabdeh 15 yanvar 2015-ci il tarixindən 31 may 2019-cu il tarixinə kimi olan dövr ərzində iddiaçının maye qazın topdansatış tarifini (qiymətini) “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 oktyabr 2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmis tarifdən (qiymətdən) artıq qiymətə satması nəticəsində əldə etdiyi artıq gəliri 9.192.570,51 manat məbləğini hesablayarkən, İddiaçı QSC-nin tariff üzrə müəyyən edilmis 300 manatdan artıq hissəsini əlavə dəyər vergisini çıxmaqla hesablamışdır. Eyni zamanda qeyd edilmişdir ki, cavabdeh tərəfindən aparılmış yoxlama sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə deyil, təqdim edilmis və tələb edilmis müvafiq sənədlər əsasında öz yerində aparılmışdır. Buna görə də həmin yoxlamanın reyestrdə qeydiyyata alınmadan aparılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz.
13. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
14. İşin apellyasiya mərhələsində məhkəmə tərəfindən mübahisələndirilən dövr üzrə iddia çının qanunsuz gəlir əldə etdiyini dəqiqləşdirmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və həmin Mərkəzin eksperti tərəfindən 21 dekabr 2021-ci il tarixli 9/9080 nömərili ekspert rəyi verilmişdir. Həmin rəyin nəticə hissəsindən görünür ki, ekspert tədqiqatı ilə müəyyən edilmişdir ki, müəssisə 2015-2018-ci illərdə ziyanla işləmiş, 1 yanvar 2019 – 31 may 2019-cu tarixləri əhatə edən 5 ay ərzində isə 1.309.032 manat həcmində mənfəət əldə etmişdir. Həmçinin, rəyin nəticə hissəsində qeyd edilmişdir ki, 15 yanvar 2015 – 31 may 2019-cu il tarixlərini əhatə edən dövr ərzində maye qazın topdan satışı 300 manat qiymətilə həyata keçirilmiş olsaydı, İddiaçı QSC-nin maye qazın topdan satışından ümumi zərəri 13.86 7.071,75 manat təşkil edərdi
15. Bakı Apellyasiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2-1(103)-254/2022 nömrəli qərarına əsasən (sədrlik edən C.A.Yusifov, hakimlər H.Ü.Həmidov və E.E.Nağıyeva) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2261/2021 nömrəli 21 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehin 12 iyul 2019-cu il tarixli qərarı və 16 iyul 2019-cu il tarixli göstərişi – 7.883.538,51 manat məbləğində mənfəətin dövlət büdcəsinə ödənilməsi ilə bağlı hissələrində ləğv edilmiş, qalan hissələrdə iddia təmin edilməmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən qərarda və göstərişdə iddiaçıya verdiyi qeyri-qanuni fəaliyyətinin dayandırılması və Tarif (Qiymət) Şurasının 14 yanvar 2 015-ci il tarixli 2 nömrəli qərarına uyğun hərəkət etməsinin təmin edilməsi ilə bağlı göstərişləri “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 17-ci madddəsinin 1-ci bəndinin 2-ci abzasına uyğun olsa da, həmin qərar və göstəriş - cavabdehin Tarif Şurasının sözügedən qərarına zidd olaraq, maye qazın 300 manatdan artıq olan satışından əldə olunan məbləğlər hesabına qanunsuz əldə olunmuş gəlirin büdcəyə ödənilməsi hissəsində, Qanunun 17-ci maddəsinin 1-ci bəndinin 1-ci abzasının tələbinə uyğun hesab oluna bilməz. Belə ki, 17-ci madddəsinin 1-ci bəndinin 2-ci abzasının mənasından aşkar görünür ki, burada bütövlükdə Qanun pozuntusuna yol verilməklə əldə olunan gəlirin deyil, həmin gəlirdən hesablanan mənfəətin dövlət büdcəsinə ödənilməli olduğu təsbit olunur. Cavabdeh tərəfindən qeyd olunanlar, o cümlədən, iddiaçının 9.192.570,51 manat məbləğində gəlir əldə etməsi üçün çəkdiyi xərclər nəzərə alınmaqla əldə etdiyi mənfəət müəyyənləşdirilməmiş, bötövlükdə həmin gəlirin dövlət büdəsinə ödənilməli olması barədə səhv qərara gəlmiş və iddiaçıya bu barədə əsassız göstəriş verilmişdir. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçı 2015-2018-ci illərdə ziyanla işləmiş, 2019-cu ildə onun 1 yanvar 2019 – 31 may 2019-cu il tarixlərini əhatə edən 5 ay ərzində 1.309.032,00 manat məbləğində mənfəəti olmuşdur. Cavabdeh 7.883.538,51 (9.192.570,51-1.309.032,00) manat məbləğində mənfəətin büdcəyə ödənilməli olması qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə olan halda, cavabdehin mübahisələndirilən aktları 7.883.538,51 manat gəlirin dövlət büdcəsinə ödənilməli olduğu hissələrində əsassızdır və həm in hissələrdə cavabdehin qanunla qorunan hüquqlarını pozur.
17. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2-1(103)-254/2022 nömrəli qərarının qismən, iddiaçının iddia tələbinin təmin edilmədiyi hissələrdə ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilmədiyi hissələrinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2-1(103)-254/2022 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZLARİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri 19. “Yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qa ydası haqqında” Əsasnamənin 1.6-cı bəndində birbaşa göstərilmişdir ki, yalnız sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar Reyestrdə qeydiyyata alınmır. Eyni zamanda, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2-ci maddəsində onun şamil edilmədiyi yoxlamaların dairəsi dəqiq müəyyən edilib (məsələn, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı yoxlamalar və s.) Cavabdehin apardığı yoxlama belə yoxlamalardan deyil və beləliklə də, onunla bağlı məlumatlar müvafiq Reyestrdə qeydiyyata alınmalıdır. Həmin tələbə riayət edilməməsi, Qanu nun 3.2-ci maddəsinə əsasən müvafiq yoxlamanın hər hansı bir hüquqi nəticəsinin olmamasını gətirib çıxarır.
20. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş və mübahisələndirilən inzibati akt qəbul edilən zaman qüvvədə olan Əsasnaməsinin 3.0.16-cı maddəsinə əsasən maliyyə-sənaye qruplarının, habelə müvafiq əmtəə bazarında payı “Antiinhisar fəaliyyəti haqqında” Qanun ilə müəyyən edilmiş həddən çox olan müəssisələrin dövlət reyestrini aparmaq cavabdehin vəzifəsidir. Cavabdehin iddiaçı barəsində “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 8.4-cü maddəsinin pozulmasına görə inzibati icraata başlaya bilməsi üçün ən birinci şərt icraatın başlanmasından əvvəl iddiaçının hökmran mövqeyə malik subyekt olması barədə müvafiq reyestrdə qeydin aparılmış olm asıdır. Lakin cavabdeh tərəfindən reyestrə müvafiq qeyd 2019-cu ilin aprel ayında (yəni 19 aprel 2019-cu il tarixli qərarla cavabdeh tərəfindən icraata başlanandan sonra) daxil edilmiş, iddiaçıdan hökmran mövqeyə malik subyekt kimi ilk dəfə 2019-cu il 29 aprel tarixində müvafiq formaya uyğun olaraq, hesabat alınmışdır. Həmçinin, cavabdeh kommersiya sirrinə istinad edərək, həmin reyestrə daxil edilməni əks etdirən mötəbər bir sənəd məhkəməyə təqdim etməyib. Beləliklə, müvafiq qeyd reyestrə icraatın başlanmasından əvvəl deyil, sonra daxil edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “cavabdehin mübahisələndirilən inzibati aktları 2019-cu ilin 12 və 16 iyul tarixlərində qəbul olunarkən, Nazirlər Kabinetinin 16 sentyabr 2019-cu il tarixli 410 nömrəli qərarı ilə Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” hələ mövcud olmamışdır. Geriyə tətbiq olunma o halda mümkün olardı ki, yoxlama Nazirlər Kabinetinin həmin qərarı qəbul edilənədək olan dövrü əhatə etsin, nəticələrinə dair qərar və göstəriş isə Nazirlər Kabinetinin adıçəkilən qərarı qəbul edilib qüvvəyə mindikdən sonra qəbul edilmiş olsun”. Məhkəmə bu hissədə Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsini yanlış təfsir etmişdir. Belə ki, “Normativ hüquqi aktlar” haqqında Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın geriyə qüvvəsinin mümkünlüyünün onun inzibati akt qəbul olunmazdan əvvəl qüvvəyə minmiş olması şərti ilə əlaqələndirilməsi Konstitusiyanın ən təməl prinsiplərindən birinin və hüquq subyektinin konstitusion hüququnun pozuntusu deməkdir. Çünki bu normanın məqsədi, elə adından da göründüyü kimi, fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların özündən əvvəlki münasibətlərə şamil olunmasının təmin edilməsindən ibarətdir.
22. Məlumdur ki, cavabdeh mübahisələndirilən inzibati aktı Tarif Şurasının “Ölk ə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 14 yanvar 2015-ci il tarixli 2 №-li Qərarının iddiaçı tərəfindən pozulması gümanı ilə əsaslandırıb. Həmin qərarla təsdiq edilmiş müvafiq satış tariflərinin 7-ci bəndində “Maye qaz” üçün topdansatış tarifi kimi 263,6 manat və yol vergisi kimi 36,4 manat (cəmi 300 manat) müəyyənləşdirilib. “Maye qaz” ümumi anlayış olmaqla, məişətdə istifadə üçün nəzərdə tutulmuş maye qazm (X4ının) ərsəyə gəlməsi üçün zəruri olan iki əsas xammalı - propan-propilen fraksiyası və butan-butilen fraksiyasını ehtiva edir. İddiaçı isə X4ının deyil, xammalın - maye qazın (propan-propilen fraksiyası və butan-butilen fraksiyasının) SOCAR-ın istehsalçı müəssisələrindən alınıb emal edilməsi, sonra isə emal nəticəsində tamamilə yeni məhsulun - X4ının əldə edilib həm istehlakçılara pərakəndə, həm də pərakəndə və topdansatış maye qaz satışı ilə məşğul olan digər sahibkarlıq subyektlərinə satılması ilə məşğul olur. Tarif Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 14 yanvar 2015-ci il tarixli 2 №-li Qərarına əsasən müvafiq tarif X4ı üçün deyil, X4ının əldə edilməsi üçün zəruri olan xammal - maye qaz üçün, yəni maye qazı (propanpropilen fraksiyası və butan-butilen fraksiyasını) istehsal edib satan subyektlər (SOCAR-a aid H.Əliyev adma X2 və X3) üçün müəyyən edilmişdir. Beləliklə, Tarif Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 14 yanvar 2015-ci il tarixli 2 №-li Qərarı iddiaçıya şamil oluna bilməz.
23. Yuxarıda göstərildiyi kimi, iddiaçı maye qazı SOCAR-a aid H.Əliyev adı na X2 və X1 Tarif Şurasının 14 yanvar 2015-ci il tarixli 2 №-li Qərarında göstərilmiş topdansatış qiymətinə müvafiq olaraq (1 t üçün 300 manat) almışdır. Həmin Qərarının 2.3-cü bəndinə əsasən, neft məhsullarının topdansatış tariflərinə aksiz və əlavə dəyər vergisi (ƏDV), eləcə də təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsulları üzrə təchizat tarifləri daxil edilmişdir. Qərara əlavə olunmuş siyahının 7-ci bəndindən göründüyü kimi, maye qaz təchizat tarifi müəyyən edilmiş neft məhsulu olmamışdır. Buna görə də hətta müvafiq tariflər iddiaçının satdığı X4ına da şamil olunarsa belə, nəzərə alınmalıdır ki, iddiaçı “maye qazın” satışını həyata keçirərkən müvafiq təchizat xərclərini haqlı olaraq satış qiymətinə daxil etmişdir. 24. “Tənzimlənən qiymətlər haqqında” Qanun və Tarif Şurasının 14 yanvar 2015-ci il tarixli 2 №-li Qərarı iddiaçıya şamil olunmalı idisə və iddiaçı həmin normativ-hüquqi aktları pozmuşdursa, yenə də cavabdeh mübahisələndirilən inzibati aktı qəbul edən zaman sanksiya anlamında tətbiq etdiyi maddi hüquq normalarını (“Antiinhisar fəaliyyəti haqqında” Qanunun müddəalarını) səhv tətbiq etmişdir. Belə ki, cavabdehin müvafiq inzibati aktda iddiaçının hərəkətlərində “Tənzimlənən qiymətlər haqqında” Qanunun müddəalarının pozuntusunun əsaslandırma cəhdlərindən sonra gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı “Tənzimlənən qiymətlər haqqında” Qanunun müddəalarını pozmaqla həm də “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 8.4-cü maddəsini pozmuşdur Həmin maddəyə görə, bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməs i, azaldılması və ya bir səviyyədə saxlanılması) bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlasdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri-qanuni fəaliyyəti hesab olunur.
25. İddiaçı bazarda hökmran mövqe tutduğu, bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya etdiyi halda belə cavabdeh sübut etməli idi ki, iddiaçının müvafiq hərəkəti rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxarmışdır və ya buna gətirib çıxara bilər. Digər təsərrüfat subyektləri dedikdə, söhbət, xüsusilə, cavabdehə müraciət etmiş 2 subyekt - "xxxx" Kiçik Müəssisəsi və "xxxx" Şirkətindən gedir. Əgər həmin subyektlər də maye qaz bazarına daxil olmaq istəmiş, lakin buna nail ola bilməmişlərsə, bunun məhz iddiaçının maye qazın qiymətini artırmasından dolayı olduğu əsaslandırılmalı idi. Bundan başqa, həmin subyektlər bazara daxil olmaq üçün iddiaçı ilə deyil, maye qazın Azərbaycandakı yeganə 2 istehsalçısı - SOCAR-a aid H.Əliyev adına X2 və X3 ilə bazar münasibətlərinə daxil olmalı idilər. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
26. Kassasiya şikayətinin əsasını iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, 15 yanvar 2015-ci il tarixindən 31 may 2019-cu il tarixinə kimi olan dövr ərzində maye qazın topdansatış tarifini (qiymətini) heç bir qanuni əsas olmadan “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikas ı Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarifdən (qiymətdən) fərqli, yəni 1 tonunun topdan 300 manatdan artıq qiymətə satması nəticəsində iddiaçının (300 manatdan artıq hissə) əldə etdiyi mənfəət 9.192.570,51 manat olmuşdur (əlavə dəyər vergisi çıxılmaqla). “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin məbləğ bütövlükdə dövlət büdcəsinə ödənilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Antiinhisar fəaliyyəti haqqında” Qanun Maddə
4. Əsas anlayışlar Bu Qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlar aşağıdakı kimi qəbul olunur: (-) hökmran mövqe—təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur; (-) Maddə
13. Təsərrüfat subyektlərinin və onların birliklərinin yaradılması, yenidən təşkili və ləğv edilməsi zamanı antiinhisar qanunvericiliyinə riayət edilməsinə dövlət nəzarəti
1. Təsərrüfat subyektlərinin hökmran mövqelərindən sui-istifadə və ya rəqabəti məhdudlaşdıran hərəkətlərinin qarşısını almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı aşağıdakılara dövlət nəzarətini həyata keçirir: təsərrüfat subyektlərinin birləşdirilməsinə və qovuşmasına (əgər bu, müvafiq əmtəə bazarında payı 35%-dən çox olan təsərrüfat subyektlərinin yaranması ilə nəticələnərsə); aktivlərinin ümumi dəyəri minimum əmək ha qqı məbləğinin 75 min mislindən artıq olan təsərrüfat subyektlərinin qovuşmasına və birləşməsinə; aktivlərinin ümumi dəyəri minimum əmək haqqı məbləğinin 50 min mislindən artıq dövlət və bələdiyyə müəssisələrinin ləğv edilməsinə (məhkəmənin qərarı ilə müəssisələrin ləğv edilməsi halları istisna olunmaqla) və bölünməsinə (əgər bu, müvafiq əmtəə bazarında payı 35%-dən çox olan təsərrüfat subyektlərinin yaranması ilə nəticələnərsə). (-) Maddə
17. Bu Qanunun pozulmasının nəticələri
1. Bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, icra hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri: bu Qanunun pozulmasına yol verilməklə əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə ödəməyə; Müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərinə əsasən p ozuntunu dayandırmağa, ilkin vəziyyəti bərpa etməyə, müqaviləni dəyişdirməyə və ya pozmağa və göstərişdə nəzərdə tutulan digər hərəkətləri yerinə yetirməyə; vurulmuş zərəri ödəməyə; cəriməni ödəməyə borcludurlar.
2. Vurulmuş zərər məhkəmə tərəfindən tutulur 28. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 2.2. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci ma ddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüqu qi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
29. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə Bənd 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorun masının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Bənd 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
30. Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2016-cı il tarixli 888 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında” Əsasnamə (Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il 1017 nömrəli Fərmanı ilə ləğv edil mişdir) Bənd 3.0. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: (-) 3.0.5. mülkiyyət formasından asılı olmayaraq, əmtəə istehsalı, satışı (əldə edilməsi), işlər görülməsi və xidmətlər (o cümlədən maliyyə xidmətləri) göstərilməsi ilə məşğul olan hüquqi və fiziki şəxslər və ya onların birlikləri (bundan sonra - təsərrüfat subyektləri), dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən antiinhisar (rəqabət) qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətini həyata keçirir, rəqabətin məhdudlaşdırılmasına, yaxud aradan qaldırılmasına, təsərrüfat subyektlərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması üçün tədbirlər hazırlayır və həyata keçirir; (-) 3.0.16. təbii inhisar subyektlərinin siyahısının müəyyən edilməsi məqsədi ilə təkliflər verir, həmçinin maliyyə-sənaye qruplarının, habelə müvafiq əmtəə bazarında payı “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş həddən çox olan müəssisələrin dövlət reyestrini aparır;
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması” Qaydaları Bənd 1.3. Antiinhisar orqanında antiinhisar qanunvericiliyinin pozulması haqqında ərizəyə həmin ərizənin daxil olduğu tarixdən 1 ay müddətinə baxılır. Antiinhisar qanunvericiliyinin pozulması barədə nəticəyə gəlmək üçün qanunun pozulması əlamətlərinin əsas götürülməsinə sübu t olmadıqda və ya sübutlar kifayət etmədikdə Antiinhisar orqanı əlavə sübutların toplanması və təhlili üçün ərizəyə baxılma müddətini əlavə olaraq bir aya qədər uzada bilər. Müddət artırıldıqda Antiinhisar orqanı ərizəçiyə yazılı şəkildə məlumat verməlidir. Antiinhisar orqanı qanun pozuntusu əlamətlərinin mövcudluğunu və ya olmadığını sübuta yetirmək məqsədilə yerlərdə yoxlama aparmaq hüququna malikdir. Bənd 1.3-1. Antiinhisar qanunvericiliyinin pozulması əlamətlərinin olub-olmadığını müəyyən etmək məqsədi ilə antiinhisar orqanı tərəfindən sahibkarlıq subyektlərində yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” (-)
4. Maye qaz (topdansatış) (-)
11. Təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri (-)
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 sentyabr 2019-cu il tarixli 410 nömrəli Qərarının 2-ci bəndinə əsasən “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda 4-cü və 11-ci hissələr ləğv edilmişdir.
34. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həll i üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzər də tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya ş ikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, iddianın rədd edilən hissəsində apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən iddiaçının kassasiya şikayəti təmin edilməlidir.
38. İşdə olan sənədlərə əsasən cavabdeh tərəfindən 19 aprel 2019-cu il tarixli FA04 nömrəli əmri ilə komissiya yaradılmış və “Antiinhisar fəaliyyəti haqqında” Qanu nun 8-ci maddəsinin 4-cü bəndinin tələblərinin İddiaçı QSC tərəfindən pozulması əlamətləri üzrə qaldırılmış işə baxılması həmin Komissiyaya tapşırılmış, Komissiya tərəfindən iş üzrə araşdırmalar aparılmış və nəticələrinə dair 12 iyul 2019-cu il tarixli qərar qəbul olunmuş, həmin qərar əsasında da cavabdeh tərəfindən iddiaçıya 16 iyul 2019-cu il tarixli göstəriş verilmiş və ondan icrası tələb olunmuşdur.
39. İddiaçı iddia ərizəsində, apellyasiya şikayətində, həmçinin kasasiya şikayətində bildirmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamış, qanunsuz olaraq keçirilmişdir.
40. Cavabdehin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdehin 19 aprel 2019-cu il tarixli FA-04 nömrəli əmri ilə yaradılmış Komissiya tərəfin dən aparılmış yoxlamanın nəticələrinə dair qəbul olunmuş 12 iyul 2019cu il tarixli qərarından görünür ki, yoxlamanın başlamasına və aparılmasına əsas İddiaçı QSC tərəfindən maye qazın topdansatış qiymətinin əsassız olaraq artırılması barədə "xxxx" Şirkətinin və "xxxx" Kiçik Müəssisəsinin cavabdeh Xidmətə daxil olmuş müraciətləri (şikayət ərizələri) ilə əlaqədar olmaqla, iddiaçının təsərrüfat subyektlərinə gəlmədən, sözügedən şirkət və müəssisədən alınmış zəruri sənədlər və məlumatlar əsasında aparıldığından yoxlamanın reyestrdə qeydiyyata alınmasına zərurət yaranmamışdır.
41. Yoxlamanın qeydiyyatdan keçməsinə zərurət olmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı sayıla bilməz. 42. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların mara qlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
43. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
44. Eyni tənzimləmə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlum at reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1-ci bəndində nəzərdə tutulmuşdur.
45. Həmçinin, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir və yoxlama Ədliyyə Nazirliyində qeydə alınır.
46. Normaların təhlili onu deməyə əsas verir ki, bəhs olunan qanunvericilik aktları antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı işlərə də şamil olunur.
47. Qanunvericiliyin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
48. Cavabdeh yoxlamanın yerlərə getmədən aparıldığını bildirərək qeyd olunan normanın hazırkı hala tətbiqini düzgün hesab etmir. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh qanun pozuntusu əlamətlərinin mövcud olub-olmadığını sübuta yetirmək məqsədilə yerlərdə, həmçinin yerlərə getmədən yoxlama aparmaq hüququna malikdir.
49. Cavabdeh inzibati orqan iddiaçının fəaliyyət göstərdiyi yerlərə getmədən yoxlama apardığını bildirir və qanunvericiliyin tələbinə görə onun aparılan yoxlama çərçivəsində belə bir səlahiyyəti mövcud olub. Lakin cavabdeh inzibati orqan həmin səlahiyyətindən istifadə edib-etməməsindən, yəni yerlərə gedib-getməməsindən asılı olmayaraq yoxlamanı müvafiq Reyestrdə qeydiyyata almalı idi.
50. Bəzi yoxlama növləri üzrə qanunverici inzibati orqana yerlərə getmək səlahiyyəti olmadan yoxlama aparmaq hüququ vermişdir. İn zibati orqanın yerlərə getmək səlahiyyəti olmadan aparacağı yoxlamanın qeydiyyatdan keçməsini qanunverici nəzərdə tutmamışdır. Cavabdehin apardığı yoxlama bu növ yoxlamalara aid olmamışdır. Cavabdehin hazırkı yoxlama növündə iddiaçının fəaliyyət göstərdiyi yerdə yoxlama aparmaq səlahiyyəti olmuşdur. Odur ki, cavabdehin yerlərə getmək niyyətindən asılı olmayaraq onun apardığı hazırkı yoxlama dövlət reyestrində qeydiyyata alınmalı olduğu halda, yoxlama dövlət reyestrində qeydiyyata alınmamışdır.
51. Beləliklə, cavabdeh tərəfindən aparılan yoxlama dövlət reyestrində qeydiyyata alınmadığından, apardığı yoxlamanın heç bir hüquqi nəticəsi olmamışdır. Bu isə cavabdehin 12 iyul 2019-cu il tarixli qərarının mübahisə olunan hissədə ləğv edilməsi üçün əsasdır.
52. Reyestrdə qeydiyyata alınmadan cav abdehin apardığı yoxlamanın hüquqi nəticəsi olmadığından iddiaçının şikayətinin yuxarıda sadalanan digər dəlillərinin, həmçinin cavabdehin şikayətinin dəlillərinin araşdırılmasına zərurət qalmır.
53. Göstərilənlərə əsasən iddiaçının kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2022-ci il tarixli, 2-1(103)254/2022 nömrəli qərarı qismən-iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehin 12 iyul 2019-cu il tarixli qərarı və 16 iyul 2019-cu il tarixli göstərişi iddiaçı tərəfindən 1.309.032 manat mənfəətin dövlət büdcəsinə ödənilməsi hissəsində ləğv edilməli, cavabdehin kassasiya şikayəti rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
54. Şərh olunanlara əsasən məhk əmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2022-ci il tarixli, 21(103)-254/2022 nömrəli qərarı qismən-iddia tələbinin rədd edildiyi hissədə ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin İddiaçı QSC barəsində 12 iyul 2019-cu il tarixli qərarı və 16 iyul 2019-cu il tarixli göstərişi 1.309.032,00 manat mənfəətin dövlət büdcəsinə ödənilməsi hissəsində də ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2022-ci il tarixli, 21(103)-254/2022 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehin kassasiya ş