Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1225/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 1992-ci ildə alınmış xəsarətə görə keçmiş sığorta ödənişinin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) “sığorta ödənişinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.20 23-cü il tarixli, 2-1(103)-3773/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1572 nömrəli xx.xx.2017-ci il tarixli qərarı ilə müəyyən edilir ki, Bakı şəhəri Yasamal RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Bakı şəhəri 5 nömrəli Klinik Xəstəxanasında müayinə və müalicə olunduğu travma-diaqnoz: “Sifətin, boyunun, sol yuxarı ətrafların 32-34% l-İİ dərəcəli termiki yanığı” (Azərbaycan-Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal ra yon idarəsinin xx.xx.2017-ci il tarixli 1663 nömrəli-göndərişi, xx.xx.2017-ci il tarixli 242 nömrəli arayışı, 5 nömrəli Klinik Xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, ambulator kartadan çıxarışlar, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2016-cı il tarixli məktubu, MN Mərkəzi Arxivindən verilmiş xx.xx.2016-cı il tarixli 9/2-12258 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi, ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2”nin xx.xx.2023-cü il tarixli K/01 nömrəli aktından müəyyən olunur ki, iddiaçı xx.xx.1992-ci ildə 5 №li Şəhər Klinik Xəstəxanasına daxil olarkən onda “Yanıq xəstəliyi, yanıq şoku yüngül dərəcə, sifətin, boyun, yuxar ı ətrafların, gövdənin aşağı yarısının 32-34 % (31) ll-llla-lllb dərəcəli termiki yanığı” diaqnozlu xəsarətlər olmuşdur. İddiaçı məhkəmə tibbi müayinəsi zamanı (xx.xx.2023) həmin xəsarətlərin sağalmış izləri olan çoxsaylı çapıq toxumalar və piqmentasiya sahələri aşkar edildi. Qeyd edilən xəsarətlər yüksək temperaturun (alovun) yerli termiki təsirindən törənmiş, müayinə olunan şəxsin göstərdiyi şəraitdə və müddətdə, yəni 1992-ci ilin avqust ayında törənməsi inkar olunmur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək hərbi xidmət dövründə xx.xx.1992-ci il tarixdə aldı ğı “ağır” dərəcəli xəsarətə görə 2750 manat müvafiq sığorta ödənişinin və hüquqi yardım üçün ödədiyi 100 manat pulun ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddia ərizəsi və ərizəyə əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində əsgər kimi həqiqi hərbi xidmət keçmişdir. O, hərbi xidmət dövrü xx.xx.1992-ci il tarixdə döyüş zamanı xəsarət almış və “Sifətin, sol yuxarı ətrafların və bel nahiyəsinin İ-İİ-İİİ dərəcəli termiki yanığı' diaqnozu ilə Bakı şəhəri 5 №-li Klinik Xəstəxanasında müalicədə olmuşdur. Aldığı travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zama nı alınmışdır” ifadəsilə göstərilmişdir. İddiaçının aldığı travmanın ağırlıq dərəcəsi isə AR Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” tərəfindən “ağır dərəcəli” xəsarət kimi qiymətləndirilmişdir. Lakin ona aldığı ağır xəsarətə görə müvafiq sığorta ödənişi verilməmişdir. İddiaçının hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andanxx.xx.1992-ci il tarixdən qanunvericilik əsasında dövlət tərəfindən məcburi sığortalanmışdır. xx.xx.1992-ci il tarixdə sığorta hadisəsi baş vermiş (yaralanmışdır) və bununla da normativ hüquqi aktlarla onun sığorta ödənişi almaq hüququ yaranmışdır. 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Sığorta hadisəsi hesab edilə bilən sənədin tarixi xx.xx.2022-ci il tarix dən sonrakı vaxta xx.xx.2023-cü il tarixə təsadüf etdiyinə görə müvafiq sığorta ödənişinin(kompensasiyanın) ödənilməsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməlidir. Cavabdehin və üçüncü şəxslərin etirazları:
5. Cavabdeh və üçüncü şəxslər iddiaya qarşı etiraz təqdim etmişlər.
6. Cavabdeh iddiaya yazılı etirazında bildirmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanunun 2.1.6-cı maddəsinə əsasən sığorta hadisəsi - sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən haldır. Həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Göründüyü kimi sığorta ödənişinin verilməsi ilə bağlı hərbi qulluqçunun ehtiyata və ya istefaya buraxıldığı tarixdən 3 il müddətində əlilliyin müəyyən olunması qanunun birbaşa tələbidir. Əlilliyi müəyyən edilmiş şəxslərə: orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - sığorta məbləğinin 80 faizi həddində (8800 AZN); orqanizmin fu nksiyalarının 61-80 faiz pozulmasına görə - sığorta məbləğinin 60 faizi həddində (6600 AZN); orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - sığorta məbləğinin 40 faizi həddində (4400 AZN) sığorta ödənişi ödənilir. Həmin Qanunun “d” bəndinə isə qeyd edilir: d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 25 faiz;(2750 manat) az ağır xəsarət (yaralanma, travma, kontuziya) - 15 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” altsisteminin məlumat bazasına əsa sən İddiaçı 19 nömrəli Şəhər Poliklinikasının 0108003AAED3 nömrəli göndərişi və müraciəti əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq diaqnozu n əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Odur ki, iddiaçının aldığı xəsarətlə əlaqədar olaraq əlilliyi müəyyən olunmadığı üçün sözügedən Fərmanın müddəaları ona şamil edilə bilməz. Yuxarıda sadalananları nəzərə alaraq Sizdən, İcraatınızda olan 2-1(112)9373/2023 nömrəli inzibati iş üzrə iddiaçının "2750 manat məbləğində birdəfəlik ödəmənin verilməsi" tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
7. Üçüncü şəxs Dövlət Sığorta Kommersiya Şirkəti etirazda bildirilmişdir ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci bəndinə görə, sığorta hadisəsi hesab edilə bilən halın ba ş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilir. Fərmanın 2.8-ci bəndinə əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. İş materiallarında olan sığorta hadisəsini təsdiq edən K/01 nömrəli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 rəyi xx.xx.2023-cü il tarixinə aid olduğuna görə, Fərmanın istinad olunan maddələrinə əsasən, iddiaçıya sığorta ödənişinin verilməsi Dövlət Sosial Müdafiə Fonduna həvalə olunduğundan, iddia tələbi əsassızdır. Qeyd edilənlərə əsasən iş üzrə iddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə sorğuları:
8. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-13381/2023 nömrəli məktubunda bildirilmişdir ki, şəxsin (iddiaçının) əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələri nin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, iddiaçı 19 nömrəli Şəhər Poliklinikasının 0108003AAED3 nömrəli göndərişi və müraciəti əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğun un müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-9373/2023 saylı qərarı ilə iddiaçının cavabdehə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək hərbi xidmətdə olmuş, hərbi xidmət zamanı xx.xx.1992-ci il tarixdə “Yanıq xəstəliyi, yanıq şoku yüngül dərəcə, sifətin, boyun, yuxarı ətrafların, gövdənin aşağı yarısının 32-34 % (31) ll-llla-lllb dərəcəli termiki yanığı” diaqnozlu xəsarət almış, MN MHHK-nın xx.xx.2017-ci il tarixli 1572 nömrəli qərarına əsasən almış olduğu xəsarət hərbi xidmət dövründə travma hesab edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2”nin xx.xx.2023-cü il tarixli K/01 nömrəli aktın əsasən xəsarət Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2001-ci il tarixli 07 nömrəli əmri ilə qüvvədə olan “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydaları”na əsasən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma kimi qiymətləndirilmişdir.
11. İddiaçı "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanına əsasən, sığorta hadisəsini təsdiq edən sənədin xx.xx.2023-cü ilə aid olduğundan ona ödənilməyən sığorta ödənişini Dövlət Sosial Müdafiə Fondundan tələb edir.
12. Məhkəmə iddiaçının mövqeyi ilə razılaşmır. Belə ki, xx.xx.1997-ci il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir.
13. Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (topla nışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə - 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) - 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. 14. "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında ” Azərbaycan Respublikas ı Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanına əsasən: -1. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra – Şirkət) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorluq işçilərinin, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılm asını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri (bu Fərmanın 2.7-ci və 2.8-ci bəndləri nəzərə alınmaqla) 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. -2.7. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmi yyəti tərəfindən həyata keçirilir; -2.8. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir.
15. Beləliklə, sadalanan normalardan görünür ki, xx.xx.1997-ci il tarixdən hərbi qulluqçuların həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyən normativ sənəd həmin tarixdən qüvvəyə minmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası ha qqında” Qanundur.
16. Adıçəkilən Qanunun 5-ci maddəsi məhz 1997-ci ildən sonra sığorta hadisəsi nəticəsində həlak olmuş, əlilliyi müəyyən edilmiş, eləcə də xəsarətlər almış hərbi qulluqçulara sığorta ödənişləri verilməsini tənzimləyir. 17. "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmana əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci il yanvarın 1-dən həyata keçirir.
18. Fərmanın 2.8-ci bəndinə əsasən xx.xx.1997-ci il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunu ilə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid olub, sığorta ödənişi ilə təmin edilməyən hərbi qulluqçulara sığorta ödənişi 2022-ci il yanvarın 1-dən etibarən Dövlət Sosial Müdafiə Fondu tərəfindən təmin edilir.
19. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunu və "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təmin edilən sığorta ödənişi almaq imkanı hazırkı iddiaçıya münasibətdə tətbiq edilə bilməz və yaxud başqa sözlə, iddiaçının iddiasının əsasını təşkil edən adları çəkilən normativ hüquqi aktlar Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya sığorta ödənişi ödəməsinə əsas vermi r. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1513 nömrəli Fərmanına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanunu 1997-ci il avqustun 2də qüvvəyə minənədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alınmışdır: 20. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmi ş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin: 1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 1.2. İİ dərəcə əlilliyə görə – 6 600 manat; 1.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat; 2.1. bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.
21. Göründüyü kimi 1997-ci il avqustun 2-dək hərbi xidmət keçmiş və həmin tarixədək sığorta hadisəsi baş vermiş hərbi qulluqçuların sığorta ödənişi alması ilə bağlı xüsusi normativ hüquqi akt - Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1513 nömrəli Fərmanı qəbul edilmişdir.
22. Yəni 1997-ci ilədək hərbi xidmət keçdiyi dövrdə baş vermiş sığort a hadisəsinə görə sığorta ödənişinin verilməsi Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1513 nömrəli Fərmanı ilə, 1997-ci ildən sonra xidmət keçdiyi dövrdə baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsi xx.xx.1997-ci il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunu ilə tənzimlənir və hər bir dövrə münasibətdə müvafiq qanunvericilik normaları tətbiq edilməlidir.
23. İddiaçının iddia etdiyi kimi sığorta hadisəsinin baş verməsini təsdiq edən sənədin verilməsi tarixindən asılı olaraq məhz “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunu tətbiq edilməli olsaydı, o zaman Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1513 nömrəli Fərmanının qəbul edilməsinə də zərurət qalmazdı.
24. Başqa s özlə, hazırkı halda iddiaçı xx.xx.1992-xx.xx.1992-ci ilədək hərbi xidmət keçdiyindən və xəsarəti avqust 1992-ci ildə hərbi xidmət zamanı aldığından onun sığorta ödənişi tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1513 nömrəli Fərmanı çıxış edir və sığorta ödənişinin verilib-verilməməsi məsələsi məhz həmin Fərmanın tələbləri nəzərə alınmaqla qiymətləndirilməlidir.
25. Yuxarıda bəhs edilən 1513 nömrəli Fərmanın tələblərindən görünür ki, qanunverici “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsində ağırlıq dərəcəsi ilə xəsarət almış şəxslərdən fərqli olaraq Fərman 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi il ə əlaqədar və yalnız əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara münasibətdə birdəfəlik sığorta ödənişinin verilməsini nəzərdə tutmuşdur. Bunun üçün isə hərbi qulluqçunun xidmət keçdiyi qurum qeyd edilən səbəbdən əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların siyahısını tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməsi və yalnız bundan sonra həmin siyahıya uyğun olaraq ödəmələrin həyata keçirilməsi mümkün hesab olunur.
26. İddiaçının 1513 nömrəli Fərmanın 1-ci bəndi ilə nəzərdə tutulmuş sığorta ödənişini almaq hüququ yoxdur. Belə ki, iddiaçı 1992-ci ildə aldığı xəsarət ağır dərəcəli xəsarət olmuş olsa da əlilliyi müəyyən edilmiş şəxs deyildir.
27. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə q ərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3773/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9373/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
30. İddiaçı ərizə ilə müraciət edərək kassasiya şikayətinin verilməsi dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.
31. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3773/2023 saylı qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, iddiaçının dövlət büdcəsinin vəsaiti hesabın a vəkillə təmin edilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilmişdir.
32. İddiaçı kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etmişdir.
33. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
34. Bakı Apellyasiya Məhkəməsinin qərarı qanuni və əsaslı olmadığından ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməlidir.
35. Belə ki, iddiaçı 1992-ci il Qarabağ müharibəsi zamanı ağır yaralanmışdır. Müharibə iştirakçılarına aldığı xəsarətlərin dərəcələrinə görə birdəfəlik sığorta pulu verilir. İddiaçı da sığorta puluna görə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, forma 20-ni onlara təqdim etmiş, lakin Fond ödənişdən imtina etmişdir.
36. Təmin etməmənin əsası isə “Hərbi qulluqçuların şəxsi sığortası” haqqında qanunun 5-ci maddəsinin iddiaçıya aid olmayan c) bəndinin iddiaçıya aid edilməsidir. Halbuki, məhkəmə iddiaçıya d) bəndini tətbiq etməli idi. d) bəndi yaralanmışların dərəcələrinin ağırlığından asılı olaraq sığortanın təyin etmə bəndidir. Məhkəmə qeyd edilən məsələlərə düzgün qiymət verməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etirazda apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyindəki dəlilləri sadalanmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
38. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəm ə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmə dən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında verilmişdir. Belə ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim edildiyi gündən əvvəl ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək kassasiya şikayətinin verilməsi dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3773/2023 saylı qərardadı ilə iddiaçının ərizəsi təmin edilm iş, iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilmişdir. Vəkil orderi xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, kassasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur. Beləliklə, prosessual müddət iddiaçı tərifindən ötürülmədiyindən müddətin bərpasına dair ərizəyə də zərurət olmamışdır.
40. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
41. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
43. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
44. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
45. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarını lazımi q aydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
46. Şikayətin dəlilinə görə, məhkəmə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” haqqında Qanunun 5-ci maddəsinin iddiaçıya aid olmayan c) bəndini tətbiq etmişdir. Halbuki, məhkəmə iddiaçıya d) bəndini tətbiq etməli idi. d) bəndi yaralanmışların dərəcələrinin ağırlığından asılı olaraq sığortanı təyin etmə bəndidir.
47. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunu iddiaçıya münasibətdə tətbiq edilə bil məz. 48. 1997-ci il avqustun 2-dək hərbi xidmət keçmiş və həmin tarixədək sığorta hadisəsi baş vermiş hərbi qulluqçuların sığorta ödənişi alması ilə bağlı xüsusi normativ hüquqi akt isə Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1513 nömrəli Fərmanıdır. İddiaçı xx.xx.1992-xx.xx.1992-ci ilədək hərbi xidmət keçdiyindən və xəsarəti avqust 1992-ci ildə hərbi xidmət zamanı aldığından onun sığorta ödənişi tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1513 nömrəli Fərmanı çıxış edir və sığorta ödənişinin verilib-verilməməsi məsələsi məhz həmin Fərmanın tələbləri nəzərə alınmaqla qiymətləndirilməlidir. 49. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsində ağırlıq dərəcəsi ilə xəsarət almış ş əxslərdən fərqli olaraq Fərman 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar və yalnız əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara münasibətdə birdəfəlik sığorta ödənişinin verilməsini nəzərdə tutmuşdur. İddiaçı 1992-ci ildə ağır dərəcəli xəsarət olsa da əlilliyi müəyyən edilmiş şəxs deyildir.
50. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3773/2023 nömrəli qərar