Məhkəmə qərarları › İş №2-1(102)-1226/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1226/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1226/2021 06.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı xxxfirmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; şikayət vermə hüququnun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, "xxxx" MMC-nin vəkili X1 iştirakı ilə, İddiaçı xxxfirmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi üzər ində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)84/2021 nömrəli, 2021-ci il 30 aprel tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. Sumqayıt İddiaçı 2019-cu il 31 iyul tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xxx ərazisində yerləşən 259,0 kv.m qeyri-yaşayış binası üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir.

2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi nin 2-1(085)-1439/2019 saylı, 2019-cu il 26 avqust tarixli qərarı ilə İddia təmin edilmiş, xxx ərazisində yerləşən 259,0 kv.m qeyri-yaşayış binası üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. 3. "xxxx" MMC 2020-ci il 16 iyun tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 26 avqust tarixli, 2-1(085)-1439/2019 saylı qərarının ləğv edilməsini, onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini və işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir.

4. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-1439/2019 saylı, 2020-ci il 18 sentyabr tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. 5. "xxxx" MMC həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-84/2021 nömrəli, 2021-ci il 30 aprel tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2020ci il 18 sentyabr tarixli qərardadı ləğv edilmiş, "xxxx" MMC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə ərizəsinə yenidən baxılması üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını və "xxxx" MMC-nin vəsatətinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ

8. Tərəflər məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). 9. "xxxx" MMC-ni vəkili kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

10. İPM: Maddə 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbu l edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ.

11. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

12. İPM-in 90.2-ci və 90.3-cü maddələrinin tələblərindən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

13. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçının hər hansı tələbi mövcud olmamışdır.

14. Digər tərəfdən, apellyasiya instansiya məhkəməsinin qərardadı "xxxx" MMCnin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatətə dair olmuşdur. Bununla bağlı qərardadlardan isə, yalnız üçüncü şəxs qismində icraata cəlb olunma barədə vəsatət verən, lakin tələbi təmin olunmayan şəxs şikayət verə bilər.

15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-84/2021 nömrəli, 2021-ci il 30 aprel tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır, şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar