Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1226/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qa rşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2022-ci il tarixli, 2-1(103)321/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" Firması 22 fevral 1996-cı il tarixdə 28143 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. İddiaçı MMC 15 oktyabr 2015-ci il tarixdə yaradılmış və 22 fevral 1996-cı il tarixdə Ədliyyə Nazirliyində 28143 nömrə ilə dövlət qeydiyyatına alınmış İddiaçı firmasının hüquqi varisidir.
2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 1123 nömrəli “Torpaq sahəsinin ayrılması haqqında” sərəncamı ilə müəyyən olunmuşdur ki, Xətai rayo n İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 1601 №-li məktubu nəzərə alınaraq İddiaçı firmasına Xətai rayonu, Aşıq Ələsgər küçəsindəki 2943-cü məhəllədə “SAZ” evinin layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Xətai rayonu, Aşıq Ələsgər küçəsindəki 2943-cü məhəllədə, Xətai rayon Əhaliyə Məişət Xidməti İdarəsinə avtodayanacaq təşkili üçün ayrılmış sahə uzun müddət istifadə olunmadığından həmin sahənin ayrılması haqda Bakı şəhəri İcra Hakimiyyətinin 28 yanvar 1992-ci il tarixli, 151 №-li sərəncamı öz qüvvəsini itirmiş hesab olunmuşdur.
3. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən 6 aprel 1998-ci il tarixdə təsdiq edilmiş İddiaçı firmasına Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 2943- cü məhəllədə “SAZ” evi tikintisi ümumi torpaq sahəsinin ayrılmasına dair 10383 nömrəli inşaat pasportu ilə müəyyən olunmuşdur ki, xx.xx.1998-ci il tarixli, 98/75 nömrəli ayrıc aktına əsasən Bakı şəhər İcra Hakimiyyəti Aparatının Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 2943-cü məhəllədə İddiaçı Firmasına “Saz” evinin tikintisi üçün ayrılan 0,17 hektar torpaq sahəsi ölçülərək təhvil verilmişdir. Sahədə “SAZ” evi yerləşdirilməlidir. Sahə ilə bağlı Bakı şəhər Sanitariya və Gigiyena Mərkəzi, DİN-nin Baş yanğından mühafizə idarəsi, Bakı kanalizasiya idarəsi, Bakı Su kəməri istehsalat İdarəsi, “Bakıelektrikşəbəkə” İB ilə razılaşdırılmalar alınmışdır.
4. Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının 351 №-li, 13 may 2005-ci il tarixli sərəncamı ilə m üəyyən olunmuşdur ki, İddiaçı firmasına A.Ələsgər küçəsi 2943-cü məhəllədə «SAZ» evi tikintisi üçün ayrılmış sahədən tikilmiş binaların ərazisində təqdim edilmiş layihəyə müvafiq istehsalat sexi, iş otaqları, market və muzey tikintisinə tikilməsinə icazə verilmişdir
5. Xətai rayonu Aşıq Ələsgər küçəsi 2943-cü məhəllə İddiaçı firmasının tikintisi üçün ayrılmış torpaq sahəsinin situasiya planı və layihəsi ilə müəyyən olunmuşdur ki, İddiaçı firmasının ərazisində tikinti üçün nəzərdə tutulan torpaq sahəsinin situasiya planı, 2 mərtəbəli tikilinin layihəsi tərtib edilmiş və Xətai rayonunun Baş Memarı E.Bağırov tərəfindən təsdiq olunmuşdur.
6. Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Ekspertiza Mərkəzinin D-/1-45 №-li, xx.xx.2006-cı il tarixli məktubunda və ona əlavə olunmuş 1583-E/5 №-li, xx.xx.2 005-ci il tarixli rəyində qeyd olunmuşdur ki, «Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 2943-cü məhəllədə yerləşən 2 mərtəbəli qeyri-yaşayış binası» layihəsinə ekspertizanın verdiyi iradların nəzərə alınması şərtilə layihəni razılaşdırmaq və tikinti üçün tövsiyə etmək olar. Tikinti işləri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməli və obyekt layihədə nəzərdə tutulmuş təyinatı üzrə istifadə edilməlidir. 7. 30 dekabr 2005-ci il tarixli tikinti-quraşdırma işləri başa X3 qəbul edilməsi haqda qəbul komissiyası tərəfindən Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 2943-cü məhəllədə İddiaçı firmasına məxsus “SAZ” evi tikintisi başa çatdığı üçün istismara tam yararlı hesab edilmişdir. Obyektin tikinti işlərinin layihəsi layihə smeta bürosu tərəfindən aparılmışdı r. Obyektin tikinti-quraşdırma işləri xx.xx.2005-ci ildə başa çatdırılmışdır.
8. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
9. Cavabdeh 5 fevral 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsinin daxilində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evi mövcuddur, əlavə tikililər inşa edilmiş və yerləşmə cizgisində qeyd olunan ərazi sahənin bir hissəsini əhatə edir. Həmçinin təqdim edilmiş istismara qəbul aktında ərazinin ölçüləri qeyd edilməmiş və hüquqi şəxsə aid olunan və “RAS" firmasının Məhdud Məsuliyyət li Cəmiyyətinə keçməsi ilə bağlı əlaqələndirici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
10. İddiaçı 20 sentyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, 2943 məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin faktiki sahəsinə uyğun dövlət reyestrində qeydiyyata alın araq İddiaçı MMC-nin adına dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1123 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə İddiaçı MMC-yə ünvan 2sində qeyri-yaşayış sahələrinin tikintisinə icazə verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin eskiz layihəsi tərtib edilmiş və Bakı şəhəri, İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə razılaşdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yanğından Mühafizə və Cəza-Xilasetmə İşləri Baş İdarəsi Normallaşdırmaya və Tikintilərə Nəzarət şöbəsi tərəfindən 4315 saylı, xx.xx.1997-ci il tarixdə müsbət rəy verilmişdir. Həmçinin xx.xx.2005-ci il tarixdə Tikinti-Quraşdırma İşləri Başa X3 Qəbul edilməsi Haqda Qəbul Komissiyasının Aktı tərtib olunmuşdur. Cavabdehə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair onun, İddiaçı MMC-nin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş edilmişdir. Lakin cavabdeh müraciətdən imtina etmişdir.
12. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
13. Bakı İnzibati Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2-1(112)-4695/2021 nömrəli qərarı (hakim: X5) ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, 2943 məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin faktiki sahəsinə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq iddiaçının adına müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinasının dəlillərdən biri kimi gətirdiyi müvafiq torpaq sahəsinin daxilində fərdi yaşayış evinin mövcud olması mübahisəli qeyri-yaşayış sahəsinin qeydə alınmasına mane olmamaqla imtinanın formallığını əks etdirmişdir. Belə ki, həmin fərdi yaşayış evinin tikilməsi müvafiq icra hakimiyyətinin sərəncamı, təsdiqlənmiş layihə və istismara qəbul barədə aktla rəsmiləşdirilmiş, eləcə də bu sənədlər əsasında cavabdeh inzibati orqanın özü tərəfindən qeydiyyata alınmışdır. Cavabdeh inzibati orqanın iddiaçı tərəfindən təqdim edilmiş qeyri-yaşayış sahəsi nin istismara qəbul aktında obyektinin ölçülərinin qeyd olunmaması ilə bağlı gətirdiyi dəlillə əlaqədar məhkəmə qeyd etmişdir ki, istismara qəbul aktında istinad olunan layihə və digər sənədlərdə qeyri-yaşayış sahəsinin ölçüləri aydın şəkildə əks olunmuşdur. Həmin sənəddə qeyd olunan çatışmazlıq formal xarakterli hal kimi qiymətləndirilməli və bu hal sənədin mötəbərliyini şübhə altına qoya bilməz. Eyni zamanda iddiaçının hüquqlarının qeydiyyatını tələb etdiyi qeyri-yaşayış sahəsinin hazırki faktiki vəziyyəti ilə təsdiq edilmiş layihədəki göstəricilər arasındakı hər hansı ziddiyyətlərin və ya uyğunsuzluqların mövcudluğu ilə bağlı cavabdeh inzibati orqan heç bir dəlili və sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, iddiaçı tərəfindən inşa edilmiş müvafiq qeyri-yaşayış sahəsi ilə bağlı “Da şınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9-cu maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan cavabdeh inzibati orqanın iddiaçının təqdim etdiyi sənədlər əsasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını aparmasından imtinası qanunazidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2022-ci il tarixli, 2-1(103)-321/2022 nömrəli qərarı (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X2 və X1) ilə Bakı İnzibati Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılm ışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində işin halları və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunan layihə Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmamışdır. Torpaq sahəsinə dair icarə müqaviləsi təqdim edilməmiş, o cümlədən sərəncamda torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Habelə İdarəyə təqdim olunan tikinti-quraşdırma işləri başa X3 qəbul edilməsi haqda qəbul komissiyasının aktı tam razılaşdı rılmamışdır. Məhkəmə qərarının çıxarılmasından sonra daşınmaz əmlaka baxış keçirilməsi üçün şərait yaradılmış və məlum olmuşdur ki, daşınmaz əmlak yol kənarında, yaşıllıq sahəsində yerləşir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqası na keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-); Maddə. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: [30] 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; (-); 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sa həsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; (-). Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir Ma ddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
22. İnzibati Prosessual Məcəllə: Maddə
14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
96. Ali Məhkəmədə icraat... Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya in stansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməs inin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 22-ci bəndində nəzərdə tutulan prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hazırkı qərarın 21-ci bəndində nəzərdə tutulan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsəl ələrin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Beləliklə, hazırkı qərarın 22-cü bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh qeyri-ya şayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2022-ci il tarixli, 2-1(103)-321/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.