Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1226/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fon du publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə X6i Filialına qarşı “ona 57 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və əvvəlki dövrlərin ödənilməmiş pensiya məbləğinin həmin pensiyaya əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 8 fevral 2023-cü il tarixli, 2-1(103)-835/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. 2. 3412 saylı 26 avqust 1980-cı il tarixli attestatdan görünür ki, o, xx.xx.1979-cu ildə 12 saylı kənd texniki peşə məktəbinə daxil olmuş, xx.xx.1980-cı il tarixdə h əmin məktəbi maşınçı ekskavatorçu peşəsi üzrə bitirmişdir.
3. NZ seriyalı ******* saylı 22.mart 1921-ci il tarixli hərbi biletdən görünür ki, o, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.
4. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı xx.xx.1980-cı il tarixli əmək kitabçasındakı qeydlərə əsasən İddiaçı xx.xx.1980-ci ildə Bakı Ət Kombinatında mexanika sexinə çilingərin tələbəsi kimi qəbul edilmiş, xx.xx.1980-cı ildə çilingər-təmirçiyə İ dərəcə verilmiş, xx.xx.1981-ci ildə hərbi xidmətlə əlaqədar işdən azad edilmiş, xx.xx.1982-ci ildə mexanika sexinə 2-ci dərəcəli çilingər qəbul edilmiş, xx.xx.1982-ci ildə 3-cü dərəcəli tənəkəyayma işçisi kimi keçirilmiş, xx.xx.1984-cü ildə tənəkəyayma üzrə 4-cü dərəcə verilmiş, xx.xx.1985-ci ildə tənəkəyayma üzrə 5 -ci dərəcə verilmiş, xx.xx.1989-cu ildə yeni ödəniş şərtlərinə keçidlə əlaqədar olaraq mexanika sexinin tənəkəyayma üzrə 5-ci dərəcə verilmişdir. 5. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 12 saylı 06 iyun 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Aqrar Komitəsinin xx.xx.1991-ci il tarixli 336 №-li əmrinə əsasən Bakı Ət Kombinatının bazasında “Bakımalqaratədarükemal” İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Məhsulları Nazirliyinin xx.xx.1992-ci il tarixli 24 №-li əmrilə “Bakımalqaratədarükemal” İstehsalat Birliyi “Bakımalqaratədarükemal” X2 adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 186№-li sərəncamı ilə “Bakımalqaratədarükemal” EİB-i Bakı Ət Kombinatı adlandırılmışdır. Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 913№li sərəncamı ilə Bakı Ət Kombinatı "xxxx" X7 Cəmiyyətinə çevrilib. Hal-hazırda müəssisə Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X3 Qeydiyyatı İdarəsinin **********886600 №li, xx.xx.2008-ci il tarixli çıxarışına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlanır.
6. İddiaçı onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 25 iyul 2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az, yəni 3 il 5 ay (xx.xx.1 995-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, ona 57 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və əvvəlki dövrlərin ödənilməmiş pensiya məbləğinin həmin pensiyaya əlavə edilməklə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə 1980-cı il tarixindən başlamış, fəaliyyəti müxtəlif müəssislərdə çilənər, qalayçı, tənək əyayma olmuşdur. Hazırda işləmir. xx.xx.1981-xx.xx.1982-ci il tarixlərində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1979-cu ildə 112 nömrəli peşə məktəbinə daxil olmuş, xx.xx.1980-cı il tarixində həmin peşə məktəbini bitirmişdir. Ümumi iş stajı 24 il 08 ay 01 gün, hərbi xidmət dövrü 05 ay 03 gün, təhsil dövrü 11 ay 06 gün, cəmi 26 il 10 gün əmək stajı vardır. O, güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Güzəştli şərtlərlə pensiya təyinatından imtina onunla əsaslandırılmışdır ki, güzəştli iş stajı 12 il 6 aydan az (3 il 5 ay (xx.xx.1995-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. İşlədiyi sahələr güzəştli şərtlərlə əmək pensiyasına çıxmağa hüququ verir, ancaq cav abdeh bunu süni şəkildə icra etmir və ya icra etmək istəmir. Ona görə də iddia ərizəsi ilə məhkəmə müraciət etmiş, hesab edir ki, 2006-cı ilədək qüvvədə olan qanunvericiliyə əsasən ümumi və güzəştli iş stajını toplamışdır. Ona pensiya təyin edilərkən əvvəllər qüvvədə olmuş qanunvericilik tətbiq edilməlidir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəməsinin (G.A.Sevdimalıyeva) 30 sentyabr 2022-ci il tarixli, 21(112)-11418/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının ümumi əmək stajı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı il tarixə ümumi əmək stajı ən azı 25 ildir. İddiaçının iş yerindən verilən arayışa əsasən, 1 nömrəli siyahı üzrə 12100000—16456-13417 koda əsasə n (XXİİİ Ümumi peşələr, 12100000— 16456-13417 tərkibində 1-2-ci sinif təhlükəli zərərli maddələr olan lehimlər və ya kanserogenlər, həmçinin qurğuşun tərkibli lehim və qalay məmulatlarının isti üsulla lehimlənməsi və qalaylanması ilə məşğul olan lehimləyicilər, qalayçılar) əmək şəraiti zərərli və xüsusi zərərli işlərdə stajı 3 il 5 aydır. 21.Əmək kitabçasındakı xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixinə qədər təmir sexində (əvvəlki əmək şəraiti xüsusilə zərərli və ağır olan sexdə deyil) qalayçı işlədiyi dövrün 12100000—16456-13417 kodu üzrə tərkibində 12-ci sinif təhlükəli zərərli maddələr olan lehimlər və ya kanserogenlər, həmçinin qurğuşun tərkibli lehim və qalay məmulatlarının isti üsulla lehimlənməsi və qalaylanması ilə məşğul olan lehimləyiçilər, qalayçılar peşəsinə uyğun olm ası müəyyən edilmir. Odur ki, iddiaçının 1 nömrəli siyahı üzrə (əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə) və 2 nömrəli siyahı üzrə (əmək şəraiti zərərli və ağır olan işlərdə) stajı mövcud deyil. Bununla əlaqədar, məhkəmə iddia tələbini iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2015- ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi kimi dəyişdirilməsini məqsədəuyğun hesab etməmişdir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/ A.P.Oruczadə və R.Ə.Səmədov) 8 fevral 2023-cü il tarixli, 2-1(103)-835/2023 saylı qəra rı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11418/2022 saylı 30 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri
15. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. 3412 saylı 26 avqust 1980-cı il tarixli attestatdan görünür ki, o, xx.xx.1979-cu ildə 12 saylı kənd texniki peşə məktəbinə daxil olmuş, xx.xx.1980-cı il tarixdə həmin məktəbi maşınçı ekskavatorçu peşəsi üzrə bitirmişdir.
16. NZ seriyalı ******* saylı 22.mart 1921-ci il tarixli hərbi biletdən görünür ki, o, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.
17. İddiaçıya məxsus İT-1 seriyalı ******* saylı 10.08,1980-cı il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1980-ci ildə Bakı Ət Kombinatında mexanika sexinə çilingərin tələbəsi kimi qəbul edilmiş, xx.xx.1980-cı ildə çilingər-təmirçiyə İ dərəcə verilmiş, xx.xx.1981-ci ildə hərbi xidmətlə əlaqədar işdən azad edilmiş, xx.xx.1982-ci ildə mexanika sexinə 2-cx dərəcəli çilingər qəbul edilmiş, xx.xx.1982-ci ildə 3-cü dərəcəli tənəkəyayma işçisi kimi keçirilmiş, xx.xx.1984-cü ildə tənəkəyayma üzrə 4-cü dərəcə verilmiş, xx.xx.1985-ci ildə tənəkəyayma üzrə 5- ci dərəcə verilmiş, xx.xx.1989-cu ildə yeni ödəniş şərtlərinə keçidlə əlaqədar olaraq mexanika sexinin tənəkəyayma üzrə 5-ci dərəcə verilmişdir. İddiaçı 1999-2005-cı İllər arasında Bakı Kondisioneri EİB X1yçı vəzifəsində işləmişdir,
18. İşə baxan aşağı instansiya məhkəmələri Bakı ət Kombinatının təqdim etdiyi sənədlərə istinad edərək iddianı rədd etmişdirlər.
19. Burada xüsusilə qeyd etmək istəyirəm ki, iddiaçının güzəştli ış stajı barədə işlədiyi müəssisələr tərəfindən arayışlar verilmişdir. Bu arayışlarda sübut edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər.
20. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-835/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini, İddiaçı xx.xx.2017 -ci il tarixindən, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının” təyin edilməsi və yaranacaq fərqin ödənilməsi öhdəlin in Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 Filialına həvalə edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsi, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya ge niş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab ed ilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məlum olduğu kimi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə X6i Filialına qarşı “ona 57 yaşı tamam olduğu xx.xx.2020ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və əvvəlki dövrlərin ödənilməmiş pensiya məbləğinin həmin pensiyaya əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
26. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11418/2 022 saylı 30 sentyabr 2022-ci il tarixli qərarı ilə iddianın edilməməsi qərara alınmışdır.
27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 8 fevral 2023-cü il tarixli, 2-1(103)-835/2023 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11418/2022 saylı 30 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi həmin qənaətə gələrkən iş üzrə qəbul etdiyi 8 fevral 2023-cü il tarixli qərarında göstərmişdir ki, “iddiaçıya məxsus əmək kitabçasına əsasən onun təhsil aldığı dövr (11 ay 25 gün), hərbi xidmət müddəti (5 ay 3 gün) və əmək kitabçasında qeyd olunan əmək stajı (22 il 3 gün) nəzərə alınmaqla, ümumi iş stajı 25 ildən artıq (26 il 10 ay 24 gün) təşkil edir. Belə liklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajı tələbi təmin olunur.”
29. Daha sonra apellyasiya məhkəməsi "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubuna istinadən qərarında qeyd edir ki, “iddiaçının iş yerindən verilən arayışa əsasən 1 nömrəli siyahı üzrə 12100000—16456-13417 koda əsasən (XXİİİ Ümumi peşələr, 12100000—16456-13417 tərkibində 1-2-ci sinif təhlükəli zərərli maddələr olan lehimlər və ya kanserogenlər, həmçinin qurğuşun tərkibli lehim və qalay məmulatlarının isti üsulla lehimlənməsi və qalaylanması ilə məşğul olan lehimləyicilər, qalayçılar) əmək şəraiti zərərli və xüsusi zərərli işlərdə stajı 3 il 5 aydır.
30. Buna görə də iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pen siya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş müvafiq siyahılarda nəzərdə tutulan peşələrdə tələb olunan müddətdə işləməsi şərti iş üzrə ödənilmədiyindən ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması barədə tələbi əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən də düzgün olaraq rədd edilmişdir.”
31. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdırarkən İPM-in 12.1, 58.7-ci maddələrinin tələblərinə riayət etməmişdir.
32. Belə ki, işin 58-ci səhifəsində olan “Bakı kondisioneri” EİB X5 04 mart 2014cü il tarixli 16 saylı arayışında deyilir ki, “O (burada İddiaçı nəzərdə tutulur – qeyd Ali Məhkəmənin) xx.xx.1999-cu il ildən xx.xx.2 005-ci ilədək zərərli iş şəraitində işləmişdir. Onun işlədiyi dövrdə əmək stajı zərərli iş şəraitində 06 il 07 ay 22 gündür.
33. Daha sonra sözügedən məktubda göstərilir ki, “İddiaçı zərərli iş şəraitində işləməsi istehsalatda təsdiq edilmiş siyahıya əsasən iş şəraiti güzəştli təqaüd almasına imkan yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”nın təsdiq edilməsi barədə 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı. 1 nömrəli siyahı XXİİİ Ümumi peşələr 12100000-16456-13417 tərkibində 1-2-ci sinif təhlükəli zərərli maddələr olan lehimlər və ya anserogenlər, həmçinin qurğuşun tərkibli lehim və qalay məmulatlarının isti üsulla lehimlənməsi və qalaylanması ilə mə şğul olan lehimləyicilər, qalayçılar”
34. Lakin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyası tərəfindən “Bakı Kondisioneri” EİB X5 04 mart 2014-cü il tarixli, 16 saylı arayış araşdırılmamış, yəni sanki bu sənəd işdə ümumiyyətlə mövcud deyil kimi hərəkət edilmişdir.
35. Halbuki, apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının özünün qənaətinə görə (04 mart 2014-cü il tarixli arayış nəzərə alınmadan) iddiaçının zərərli iş şəraitində (güzəştli şərtlərlə) əmək stajı 03 il 05 ay təşkil edir.
36. Lakin yuxarıda göstərilmiş 04 mart 2014-cü il tarixli, 16 saylı arayışda qeyd edilmiş 06 il 07 ay 22 gün də zərərli iş şəraitində əmək stajı 03 il 05 ay müddətinə əlavə edildiyi halda, sözügedən müddət 10 il 00 ay 22 gün kimi müəyyən olunur, beləliklə idd iaçının zərərli iş şəraitində sözügedən istiqamətdə tam, dərin və hərtərəfli araşdırma aparmadan əmək stajı 10 ildən çoxdur.
37. Bu baxımdan apellyasiya Məhkəməsinin iş üzrə qəbul etdiyi 08 fevral 2023cü il tarixli qərarda “iddiaçının istər 1 saylı, istərsə də 2 saylı siyahı üzrə əmək şəraiti zərərli və ağır olan işlərdə stajı kifayət qədər olmadığı üçün iddia tələbinin “ona 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” kimi dəyişdirilməsini birinci instansiya məhkəməsi haqlı olaraq müvafiq hesab etməmişdir.
38. Belə ki, iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı olduğundan ona çatmaq istədiyi məqsədə uyğun olan uğurlu iddia növünün seçilməsi və iddia tələbinin də bu məqsədlə dəyişdi rilməsi təklif oluna bilər ki, hazırki işdə də belə hallar müəyyən olunur” qənaətinə gəlməsi, məhkəmə kollegiyası tərəfindən işin mühüm əhəmiyyətli hallarının tədqiq edilmədən gəlinmiş yanlış nəticə kimi qiymətləndirilir.
39. Çünki, yuxarıda artıq göstərildiyi kimi işin 58-ci səhifəsində olan və məlum olmayan səbəblərdən apellyasiya məhkəməsi tərəfindən qiymətləndirilməmiş sənəddə olan rəqəmlər nəzərə alınarsa, iddiaçının zərərli iş şəraitində əmək stajı 10 il 22 ay təşkil etməkdədir ki, belə olan halda sözügedən inzibati mübahisə ilə bağlı İPM-in, məhz 13-cü maddəsinin tələblərinin tətbiq edilməsi məsələsinə baxılmalıdır.
40. Xüsusilə ilə də nəzərə alaraq ki, iddiaçı iddiasında güzəştli şərtlərlə yaşa görə 57 yaşdan ona pensiya təyin edilməsini göstərsə də, buna baxmayaraq bir neçə dəfə i ddiaçıya bu növdən olan pensiyasının əslində 52 yaşdan düşməsini bildirmişdir.
41. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının 8 fevral 2023-cü il tarixli, 2-1(103)-835/2023 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
42. Şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 8 fevral 2023-cü il tarixli, 21(103)-835/2023 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.