Məhkəmə qərarları › İş №2-1(102)-1226/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1226/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1226/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliklə bağlı məlumatın sistemə daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial E kspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik barədə məlumatın alt sistemə yerləşdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2889/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxx 1963-cü il təvəllüdlüdür.

2. İşdə olan Tibbi Sosial Ekspert Müayinəsindən (müayinə nömrəsi xxxxxxx0001) çıxarışa əsasən müəyyən edilir ki, iddiaçıya ilk dəfə xx.xx.2003-cü il tarixdə bir il müddətinə ikinci dərəcəli əlillik verilmiş, xx.xx.2014-cü il tarixdə müddətsiz İİ dərəcə əlillik təyin edilmişdir.

3. İddiaçı 2-ci qrup əlilliyə görə 259,78 manat xx.xx.2021-ci ilədək əmək pensiyası almı şdır. Buna baxmayaraq sonradan cavabdeh qurum tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdə müddətsiz təyin edilmiş əlillik altsistemdə “bir il müddətinə” verilmə qeydi aparılmışdır.

4. İddiaçı ona xx.xx.2014-cü il tarixdə təkrar müayinəsi ilə bağlı müddətsiz verilmiş İİ dərəcə əlilliyin altsistemdə bərpa olunması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş, lakin tələbinin təmin olunmasından imtina olunaraq bildirilmişdir ki, onun ikinci dərəcə əlilliyi sonuncu dəfə 2015-ci ildə 5 il müddətinə uzadılmış və barəsində yeni göndəriş daxil olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respubl ikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2014-cü il tarixdən müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsi barədə məlumatın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş informasiya sistemində TibbiSosial Ekspertiza və X2 (TSERA) yerləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2003-cü ildə əlilliyə görə pensiya təyin edilmişdir. 2003-cü ildən 2014-cü ilədək hər il olmaqla on bir dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (T ibbi-Sosial Ekspert Komissiyası) tərəfindən tibbi komissiyadan keçirilmişdir. Sonuncu dəfə xx.xx.2014-cü il tarixdə tibbi komissiyadan keçdikdən sonra ona müddətsiz əlillik verilmiş və pensiya təyin olunmuş, 30 sentyabr 2021-ci il tarixədək ikinci dərəcə əlilliyə görə 259,78 manat pensiya almışdır. xx.xx.2014-cü il tarixdə tibbi komissiyadan keçdikdən sonra ona müddətsiz əlillik təyin olunması barədə ona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən TSE01№ 514478 saylı arayış da verilmişdir. O, Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edib pensiyasının dayandırılmasının səbəbini soruşmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş məktubda qeyd olunur ki, iddiaçının ikin ci dərəcə əlilliyi sonuncu dəfə xx.xx.2015-ci il tarixdə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatik olaraq uzadılmışdır. Növbəti müayinə tarixi-xx.xx.2020-ci il. Sonrakı dövrdə ərazi tibb müəssisəsi tərəfindən “Əlillik" altsisteminə göndəriş (Forma-88) daxil olmamışdır.

7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın hüquqi əsası imtina məktubu ilə eyniyyət təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-979/2023 nömrəli, 04 may 2023-cü il tarixli qərarı ilə (hakim X6) iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2014-cü il tarixdən müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsi barədə məlumatın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində TibbiSosial Ekspertiza və X2 (TSERAS) yerləşdiril məsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

9. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanunsuz olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

10. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2889/2023 nömrəli iş üzrə 29 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X4 və X5) apelyasiya şikayəti təmin edilməmiş, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhk əməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na istinad edilərək bildirmişdir ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “ Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxıl masının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icr aat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apelyas iya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquq i məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəli llərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. İş materiallarından görünür ki, İddiaçı Tibbi Sosial Ekspert Müayinəsindən (müayinə nömrəsi xxxxxxx0001) çıxarışla ilk dəfə xx.xx.2003-cü il tarixdə bir il müddətinə ikinci dərəcəli əlillik verilmişdir. Sonradan həmin əlillik davam etmiş və sonuncu dəfə iddiaçıya SER TSE-01 N 514478 nömrəli TSEK-də müayinə aktından çıxarışa əsasən xx.xx.2014-cü il tarixdə müddətsiz İİ dərəcə əlillik təyin edilmişdir. Bununla bağlı iddiaçı 2ci qrup əlilliyə görə xx.xx.2021-ci ilədək 259,78 manat əmək pensiyası almışdır. Sonradan onun pensiyası dayandırılmış və müraciəti əsasında məlum olmuşdu ki, cavabdeh qurum tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdə müddətsiz təyin edilmiş əlillik altsistemdə “bir il müddətinə” verilmə qeydi aparıld ığı üçün pensiyası da dayandırılmışdır. Bu dayandırmanı cavabdeh qurum onunla izah etmişdir ki, iddiaçının ikinci dərəcə əlilliyi sonuncu dəfə 2015-ci ildə 5 il müddətinə uzadılmış və barəsində müddətin sonunda yeni göndəriş daxil olmamışdır.

25. İşin yuxarıda qeyd edilən hallarının araşdırılması məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən cavabdehə sorğu ünvanlanmış, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, İddiaçı xx.xx.2003-cü ildə bir il müddətinə “ümumi xəstəlik” səbəbi ilə ilkin təyin edilmiş ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2015-ci ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Şəxsin əlillik müddətinin bitdiyi xx.xx.2020-ci ildən sonra X1 sisteminin “Əlillik” altsisteminə dövlət tibb müəssisəsi tərəf indən yeni göndəriş (Forma-088) daxil olmamışdır.

26. Həmçinin cavabdeh 02 dekabr 2022-ci il tarixli məktubda qeyd etmişdir ki, X1 Sisteminin Pensiya altsisteminə əsasən İddiaçı xx.xx.2003-cü il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. X1 Sisteminin Əlillik altsisteminə əsasən adıçəkilən şəxsin sonuncu əlilliyinin müddəti xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək müəyyən edilmişdir. İddiaçının əlillik müddəti X1 Sisteminin Əlillik altsistemində bərpa olunmadığı üçün əlilliyə görə əmək pensiyası ödənişi xx.xx.2021-ci il tarixində avtomatlaşdırılmış qaydada sistem tərəfindən dayandırılmışdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan apelyasiya şikayəti olduğu kimi kassasiya şikayətində də yalnız TSERAS-da olan məlumata istinad et miş, TSERAS yaradılmamışdan əvvəl, yəni xx.xx.2014-cü il tarixdə təyin edilmiş əlilliyin müddətinin 1 il olması ilə bağlı məlumatın sözügedən sistemə əlavə ediməsinə əsas olmuş sənədləri təqdim edilmişdir.

28. Halbuki iddiaçıya müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qüvvədə olan və iddiaçının əlində olan TSEK-də müayinə aktından çıxarış mövcuddur. O cümlədən iddiaçıya 2003-cü ildən fasiləsiz olaraq əlilliyə görə pensiya ödənilmiş və pensiya təyinatı aparan orqan tərəfindən pensiya ödənilməsinə əsas olmuş müayinə aktlarından çıxarışlar təqdim edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən elektron sistemdə yalnız 2003, 2014 və 2015-ci ildə təyin edilmiş əlilliklə bağlı məlumatlar mövcuddur ki, bu fakt da öz növbəsində iddiaçı barəsində sistemdə olan məlumatların həqi qəti əks etdirməsini şübhə altına alır.

29. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə müddətsiz verilmiş İİ dərəcə əlillik qüvvədə olduğu təqdirdə bu barədə qeydin deyil, əksinə iddiaçıya xx.xx.2014-cü il tarixdə bir il müddətinə, xx.xx.2015-ci ildə isə avtomatlaşdırılmış qaydada 5 il müddətinə əlilliyin verilməsi ilə bağlı qeydin aparılması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nə ziddir.

30. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin davranışı “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinin tələbinə ziddir. Belə ki, həmin normaya əsasən inzibati orqan inz ibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.

31. Lakin iş materiallarından, eləcə də yuxarıda qeyd edilən sənədlərdən anlaşılır ki, cavabdeh xx.xx.2014-cü il tarixdən sonrakı qərarları inzibati icraatın tələbləri pozmaqla həyata keçirmişdir.

32. Beləliklə, göründüyü kimi cavabdehin kassasiya şikayəti əsassız olmaqla heç bir hüquqi əsasa söykənmir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və ape llyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 34.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 2-1(103)-2889/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar