Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1226/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın qeyri-mümkünlüyü, şikayətvermə hüququnun olmaması, şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi) 21.06.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “texniki pasportda göstərilən torpaq sahəsinə uyğun çıxarışın verilməsi ” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2-1(104)-42/2023 nömrəli qərardadından üçüncü şəxs X7 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, JN940A (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə verilən 0,03 ha torpaq sahəsinin onun adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda olan 507,5 kv.m hissəyə uyğun çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Gənc ə İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2-1(114)-180/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2-1(104)-42/2023 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən – “JN-940A (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə verilən 0,03 ha torpaq sahəsinin iddiaçının adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda olan 207,5 kv.m hissəyə uyğun çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilmiş, həmin hissədə iddia mü mkün sayılmamışdır.
5. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2-1(104)-42/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı “JN-940A (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə verilən 0,03 ha torpaq sahəsinin iddiaçının adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda olan 0,03 ha hissəyə uyğun çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində dəyişdirilmədən saxlanılmışdır.
6. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 2-1(102)-991/2024 nö mrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.
8. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli qərardadı ilə X7, X3, X4 və X2 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişlər.
9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2-1(104)-530/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı “JN-940A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə verilən 0,03 ha torpaq sahəsinin iddiaçının adına tərtib olunmuş x x.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda olan 300 kv.m hissəyə uyğun çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, JN-940A (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə iddiaçının və ailə üzvləri olan üçüncü şəxslər X7, X3, X4 və X1 adına verilən 0,03 ha torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Həmin qərardan kassasiya şikayəti verilməmişdir.
11. Üçüncü şəxs X7 isə iş üzrə aspellyasiya instansiyası məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(104)-42/2023 nömrəli qərardadından kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməs inə qaytarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarı n qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia əri zəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X5 ş ikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
14. Hazırda üçüncü şəxs X7 (iddiaçının arvadıdır və iddiaçı ilə eyni mövqedən çıxış edir) üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilməmişdən əvvəl qəbul edilmiş və iddiaçı tərəfindən şikayət verilmədiyi üçün qanuni qüvvəyə minmiş apellyasiya instansiyası məhkəməsinin iddianın qismən mümkün sayılmamasına dair 15 noyabr 2023cü il tarixli qərardadını mübahisələndirir.
15. Apellyasiya instansiyası məhkəməsi həmin qərardadda qeyd etmişdir ki, hüquqların qeydə alınması tələb edilən 507,5 kv.m torpaq sahəsinin 207,5 kv.m-nin 107 kv.m hissəsi hazırda digər şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür və həmin torpaq sahələri üzrə apa rılmış qeydlər qüvvədədir. Qalan 100,5 kv.m hissə isə ümumiyyətlə faktiki mövcud deyildir, texniki pasportda da həmin sahənin yerləşməsinə (koordinatına) dair hər hansı qeyd aparılmamışdır. 16. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli qərarında və “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında ifadə edilmiş hüquqi mövqeyə görə, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məh kəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər.
17. Nəzərə alınmalıdır ki, hazırkı halda, iddianın mümkün sayılmaması iddiaçının, eləcə də iddiaçı ilə eyni mövqedən çıxış edən üçüncü şəxslərin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Eyni zamanda, iddia mümkün sayılmadığına görə həmin hissədə mübahisə yekunlaşmamış hesab olunur. Mübahisə yekunlaşmamış hesab olunduğundan iddianın mümkün sayılmaması barədə qərardadın qanuni qüvvəyə minməsindən təxminən bir il sonra üçüncü şəxsin kassasiya şikayəti verməsi və şikayətini həmin qərardadın maraqlarına toxunması ilə əsaslandırması əsaslı hesab oluna bilməz.
18. Bu qərardadın 16-cı bəndində ifadə edil miş hüquqi mövqeyə görə, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra üçüncü şəxs qismində zəruri cəlbetmə, yalnız buna əsasların olduğu halda yol verilir. Üçüncü şəxs X7 isə üçüncü şəxs qismində iştirak etmədiyi məhkəmə icraatında qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərardadını mübahisələndirir.
19. Bununla yanaşı, X7 üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına xx.xx.2024-cü il tarixdə cəlb edilmiş olsa da, mübahisələndirdiyi qərardaddan kassasiya şikayətini xx.xx.2024-cü il tarixdə vermiş və beləliklə həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş 10 günlük müddəti ötürmüşdür. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş üzrə materiallarda hər hansı sübut yoxdur. Eyni zamanda, üçüncü şəxs X7 tərəfindən kass asiya şikayətinin vaxtında verilməsini və ya müddətin onun təqsiri olmadan buraxılmasını təsdiq edən sübutlar, eləcə də müddətin bərpasına dair ərizə (vəsatət) məhkəməyə təqdim olunmamışdır.
20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2-1(104)-42/2023 nömrəli qərardadından üçüncü şəxs X7 tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.