Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1227/2020 31.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1227/2020) Açar söz: veteran statusunun verilməsi. Bakı şəhəri xx xxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı1, vəkili Əliyev Rasim Əli oğlunun və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili Səfərov Fəxrəddin Heydər oğlunun iştirakı ilə, İddiaçı1 cavabdeh Azərba ycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə qarşı onun 1989-cu ilin fevral ayından 1991-ci ilin yanvar ayınadək Laçın rayonu uğrunda gedən döyüşlərdə könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni millətçilərinə qarşı döyüşməsi və bunun əsasında onun müharibə veteranı olmasını təsdiq edən sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-85/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı1 xx.xx.1957-ci ildə Laçın rayonunda doğulmu şdur və hazırda Abşeron rayonunda yaşayır. İddiaçı1 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə (bundan sonra SHXÇDX Abşeron rayon şöbəsi və ya cavabdeh yazılacaq) müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh iddiaçının xahişini təmin etməmiş və xx.xx.2018-ci il tarixli 706 saylı məktubla ona cavab verərək bildirmişdir ki, təqdim olunan sənədlərdə döyüş əməliyyatlarında iştirakla bağlı arxiv məlumatları olmadığından müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün deyildir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1989-cu ilin fevral ayından 1991-ci ilin yanvar ayınadək Laçın rayonu uğrunda gedən döyüşlərdə könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni millətçilərinə qarşı döyüşməsi və bunun əsasında onun müharibə veteranı olmasını təsdiq edən sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1989-cu ilin fevral ayından 1991-ci ilin yanvar ayına kimi Laçın rayonu uğrunda gedən döyüşlərdə rayonun könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni milliyyətçilərinə qarşı döyüş əməliyyatlarında iştirak etmişdir. Bu barədə Laçın Rayon İcra Hakimiyyəti aparatının arayışı var. Müharibə veteranı olmasını təsdiq edən sənədin verilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan onun müharibə veteranı olma sını təsdiq etməmiş və məhəkəməyə müraciət etməsini tövsiyə etmişdir. Cavabdehin etiraz dəlilləri: Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş və iddia tiələbinə qarşı yazılı etiraz və mülahizə də təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-520/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakim Z.Pirverdiyev) iddia tələbi rədd edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus hərbi biletin surətində onun Azərbaycan Respublikasının bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsinə dair məlumat öz əksini tapmamışdır. Hərbi biletdə iddiaçının hərbi xidmət keçməsi 1977-1979-cu illəri əhatə edir. İddiaçı tərəfindən məhkəməyə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsinə dair arxiv arayışları, orden və medallarla təltif olunmaq haqqında vəsiqə, xəsarət (yaralanma, travma və kontuziya) alma haqqında arayış və əmrdən çıxarış, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər təqdim edilməmişdir. Məhkəmə tədqiqatı zamanı iddiaçının döyüşlərdə iştirak etməsi halı işdə olan sənədlərlə sübuta yetirilmədiyindən iddia təmin edilə bilməz. Yuxarı instansiya məhkəmələrinin gəldiyi nəticə: Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-314/2018 saylı,xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər N.Nəsibov (sədrlik edən və məruzəçi), H.Babayeva və Z.Məmmədov) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-520/2019 saylı xx xxxx 2019-cu il tar ixli qərarı ləğv edilmiş, iddia təmin edilərək İddiaçı1 1989-cu ilin fevral ayından 1991-ci ilin yanvar ayınadək Laçın rayonu uğrunda gedən döyüşlərdə könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni silahlı dəstələrinə qarşı döyüşməsi ilə əlaqədar müharibə veteranı olmasını təsdiq edən sənədin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənəd kimi Laçın Rayon İH-nin təsdiq etdiyi siyahı təqdim olunmuşdur. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinə görə bu cür siyahılar, özözlüyündə müharibə veteranı adı verilməsi üçün əsasdır və bu siyahı ilə yanaşı digər sənədlərin təqdim olun masının zəruriliyi həmin Əsasnamə ilə nəzərdə tutulmamışdır. Həmin qərardan cavabdehin nümayəndəsi kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə görə, müharibə veteranı adının verilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar döyüşlərdə iştirakı sübut edən sənədlərlə birlikdə təqdim edildiyi halda verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova (sədrlik edən və məruzəçi), Z.Quliyev və İ.Hüseynov) kassasiya şikayəti qismən təmi edilmiş, Sumqayı t Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Ali Məhkəmə həmin qərarında qeyd etmişdir ki, iddiaçı iddia olunan döyüş əməliyyatlarında iştirakından 27 il sonra müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün müraciət etmişdir. Belə olan halda, işə baxan məhkəmə işin obyektiv araşdırılması üçün iddiaçının adı qeyd edilmiş siyahının hansı sənədlərin əsasında tərtib edilməsi məsələsi aydınlaşdırmalı idi. Lakin apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən iddiaçının döyüşlərdə iştirakına dair arayışın niyə məhz 26 ildən sonra verilməsi, eləcə də həmin arayışın hansı sənədlərə istinad edilməklə verilməsi məsələsi araşdırılmamışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-85/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və A.Abbasov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-520/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-85/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermiş, qərarın ləğv olunmasını və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən onun döyüş əməliyyatlarında iştirak etməsi ni təsdiq edən sənəd kimi yalnız döyüş əməliyyatlarından 24 il sonra verilmiş Laçın rayon İcra Hakimiyyətinin xx xxxxxxx 2017-ci il tarixli, 9/1785 saylı arayışının yetərli sübut sayıla bilməməsinə, həmçinin ona məxsus hərbi biletin surətində onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməyimə dair arxiv arayışlarının, order və medallarla təltif olunmaq barədə vəsiqənin əmrindən çıxarışın təsdiq olunmamasına istinad etmiş, apelyasiya məhkəməsi isə onun gəldiyi nəticə ilə razılaşmamış “Veteranlar haqqında” qanunun 3-cü bəndinə “Müharibə veteran, silahlı qüvvələr veteran və əmək veteran adlarının verilməsi qaydası şərtləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirləri Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı qərarına dəyişiliklik edilməsi barədə xx xxxxxx 2016-cı il tarixli, 438 saylı qərarının 1.4.1-ci bəndinə əsaslanıb, hüquqi nəticəyə gəlmişdir. Məhkəməyə təqdim etdiyi döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənəd kimi Laçın rayon İcra Hakimiyyətinin təsdiq etdiyi siyahı Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Əsasnaməsinə görə müharibə veteranı adı verilməsi üçün əsasdır. Əsasnamədə bu siyahı ilə yanaşı digər sənədlərin təqdim olunmasının zəruriliyi nəzərdə tutulmamışdır. Eyni zamanda “İnzibati icraat haqqında” qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və hüquqi şəxslərdən hə min sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və məlumatların tələb olunması qadağandır. Tərəflərin izahatları: İddiaçı1 və vəkili Əliyev Rasim Əli oğlu kassasiya şikayətini müdafiə etdiklərini bildirərək təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili Səfərov Fəxrəddin Heydər oğlu kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiy ası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir:...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikas ının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi hallarda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. İddiaçı bu normalardan çıxış etməklə, ona veteran adının verilməsi üçün əsas kimi Laçın rayon İcra Hakimiyyəti b aşçısının 9/1785 nömrəli xx.xx.2017-ci il tarixli arayışını təqdim etmişdir. Həmin arayışda İddiaçı1 1989-cu ilin fevral ayından 1991-ci ilin yanvar ayına kimi Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etdiyi göstərilmişdir. İşə baxmış məhkəmə kollegiyası bu arayışla bağlı bildirmişdir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən sənəd kimi, yalnız döyüş əməliyyatlarından 24 il sonra verilmiş Laçın Rayon İcra Hakimiyyətinin xx xxxxxxx 2017-ci il tarixli 9/1785 arayışına istinad edilmişdr. Bu arayış yeganə sübut olmaqla, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uyğunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sübut sayıla bilməz. Məhkəmə kollegiyası aşağı in stansiya məhkəməsinin bu mövqeyil ilə razılaşır və qeyd edir ki, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıdan çıxarış kifayət etmir. Əsasnamə bu cür siyahalırı (siyahılardan çıxarışı), şəxsin döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda ona müharibə veteranı adının verilməsinə imkan verən əsas kimi tanıyır. Lakin iddiaçının barəsində verilmiş siyahıdan çıxarışa onun döyüşlərdə iştirakını sübut edən sənədlər əlavə olunmamışdır. Bu o deməkdir ki, iddiaçının müharibə veteranı sayılması üçün «Veteranlar haqqında» Qanunda müəyyən edilmiş dispozisiya şərtləri mövcud deyildir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İPM -nin 14-cü maddəsində inzibati məhkəmə icraatında baxılan iddia növləri üzrə tərəflərin sübut etmə vəzifələri dəqiqləşdirilmişdir. İPM-nin 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialar üzrə belə müdaxilələri zəruri edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu normaların tələbləri baxımından iddiaçı «Müharibə veteranı» adının verilməsi üçün zəruri olan ilkin sübutlar ı, yəni döyüşən hərbi hissədə xidmət etməsini və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu təsdiq edən sübutları təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda sadalanan işin halları, iddianın təmin olunmasını aradan qaldırır və bu halda iddaçının kassasiya şikayətində “İnzibati icraat haqqında” Qanuna istinadla irəli sürdüyü dəlillərin araşdırılmasına zərurət qalmır. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə əsasən, Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi nin 95 və 96-cı maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-85/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1227/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1227/2020
31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver