Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1227/2021 06.07.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun istismara hazırlıq aktında göstərilən hissədə qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestrinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın, texniki pasportun verilmə si” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.04.2021-ci il tarixli, 2-1(105)-285/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında 30.01.2018-ci il tarixli, 433 nömrəli hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən icarə müqaviləsi bağlanmış və ünvan 1 ünvanında yerləşən 6000.0 kv.m torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir.
2. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 03.10.2018-ci il tarixli, 51 nömrəli Tikinti obyektinin istismarına dair icazəsinə əsasən İddiaçı məxsus tikinti obyektinin istismarına icazə verilmişdi r.
3. Bundan sonra İddiaçı 01 sentyabr 2020-ci ildə ünvan 1ndə yerləşən qeyriyaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən 01 oktyabr 2020-ci il tarixli **********49 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur.
4. İmtinanın əsası kimi sənəd üzrə torpaq sahəsinin 0.0035 ha hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşdiyi, bundan əlavə qeydiyyata alınması nəzərdə tutulan tikililərdən tikinti altı sahələri 302.0 kv.m olan avtoservis və təkərlərin satış mağazasının ayrılmış torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən edildiyi göstərilmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Azərba ycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 30 yanvar 2018-ci il tarixli, 433 saylı icarə müqaviləsinə əsasən istifadəsində olan ünvan 2 ünvanında yerləşən 6000.0 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbini belə əsaslandırmışdır ki, o, 30 yanvar 2018-ci il tarixli, 433 saylı İcarə Müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 6000.0 kv.m torpaq sahəsini 30.01.2018-ci il tarixdə n 30.01.2033-cü il tarixədək icarəyə götürmüşdür. Bundan sonra 03 oktyabr 2018-ci il tarixli, 51 nömrəli Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Tikinti obyektinin İstismarına icazə sənədi əsasında tikinti işlərini həyata keçirmişdir. Bundan sonra ünvan 2ndə yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar 2 saylı Sumqayıt Ərazi İdarəsinə 01.09.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. 2 saylı Sumqayıt ərazi İdarəsini tərəfindən 01 oktyabr 2020-ci il tarixli, **********49 saylı imtina məktubu verilmişdir. Həmin məktubda iki əsas qeyd edilmişdir. 1) Sənəd üzrə torpaq sahəsinin 0.0035 ha hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. 2) Tikintinin altı sahələri 302.0 kv.m olan avtoservis və təkərlərin satış mağazasının ayrılmış torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Hesab edir ki, qeyd edilənlər həqiqəti əks etdirmir, belə bir hallar mövcud deyildir. Tikinti işləri ayrılmış torpaq sahəsində və elektrik xətlərinin mühafizə zolağından kənarda tikilmişdir. Hesab edirik ki, verilmiş bu imtina məktubu hər hansı bir ciddi araşdırma aparılmadan, imtina üçün hər hansı bir ciddi əsas tapmadan verilmiş bir sənəddir. Belə ki, yüksəkgərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə məftillərdən hər iki tərəfə 110 kilovoltluq xətlərdə 20 metr, 220 kilovoltluq xətlərdə 25 metr, 330 kilovolt və 500 kilovolt xətlərdə 30 metr məsafədə tikinti aparmaq qanunla qadağandır. Təkcə bu parametrlərdən göründüyü k imi imtina məktubu formaldır. Çünki oradan keçən hansı gərginlikdə xəttin olması, obyektin ondan neçə metr kənarda tikilməsi göstərilməmiş, həmçinin qeyd edilən 0.0035 kv.m sahənin hansı əraziyə düşməsi qeyd edilməmişdir. Eyni zamanda 302.0 kv.m metr ərazinin də hansı əraziyə düşməsi qeyd edilməmişdir. Hansı ki, bütün tikinti işləri qanunvericiliyin tələbləri əsasında, tikinti normalarına uyğun və sənədlərdə nəzərdə tutulmuş torpaq sahəsi hüdudları çərçivəsində tikilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2-1(118)-409/2021 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçının cavabdehə qarşı 20 yanvar 2018-ci il tarixli, 433 saylı icarə müqaviləsinə əsasən istifadəsində olan ünvan 1 ünvanında yerləşən 6000,0 kv.m. torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim C.Məmmədov)
8. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Baş Ekspertiza ilə razılaşdırılmış qeyri-yaşayış binasının eskiz layihəsini tərtib etmiş “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun və Sumqayıt memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmış birgə imzaladıqları tikinti obyektinin layihə və ölçü planında, o cümlədən Sumqayıt Şəhər İcra Hakimiyyətinin 51 saylı 03 oktyabr 2018-ci il tarixli “Tikinti obyektinin istismarına icazə”də qeyri-yaşayış binasının ümumi sahəsinin 6000 kv.m olması göstər ilmişdir. Cavabdeh isə ünvan 1ndə inşa edilmiş qeyri-yaşayış binasına müayinə baxışı keçirildikdən sonra tikilinin 302,0 kv.m hissəsinin kənarda yerləşməsinin bildirməsinə baxmayaraq, buna dair hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2021-ci il tarixli, 2-1(105)-285/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Səadət Bəktaşi, hakimlər – Telman Quliyev və Gülnarə Tağızadə) apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2-1(118)-409/2021 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birin ci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Məhkəmə qərarı cavabdehə 2021-ci il 29 aprel tarixində təqdim edilmişdir.
13. İddiaçı 2021-ci il 25 may tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2021-ci il tarixli, 2-1(105)285/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə “Azərekspertiza” Birliyi tərəfindən keçirilmiş ekspertizanın nəticələrinə istinad etsə də, müvafiq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin deyil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin səlahiyyətlərinə aiddir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında həmin quruma müvafiq ekspertizanın keçirilməsinin həvalə edilməsinə dair birinci instansiya məhkəməsinə vəsatət versə də, məhkəmə buna məhəl qoymamış, ümumiyyətlə, öz qeyri-obyektiv araşdırmasını “əsaslandırmaq” üçün qeyd edilən sahədə xüsusi biliklərə malik olmayan və elektron kadastr məlumat bazasından istifadə etmək imkanı olmayan ekspertin rəyinə istinad etmiş, apellyasiya instansiya məhkəməsi də onun bu mövqeyi ilə razılaşmışdır. Həmin ekspertiza təyin edilərkən, cavabdeh inzibati orqanın rəyi belə alınmamış, yalnız iddiaçının sifarişini yerinə yetirməklə, məhkəmə qərəzsiz, obyektiv və hərtərəfli araşdırma ap armaqdan boyun qaçırmışdır.
15. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə üzərinə tikinti işləri aparılmış sənəd üzrə olan torpağın bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşüb-düşməməsini müəyyən etməkdən ötrü yerində baxış keçirilməsindən də imtina etmiş, apellyasiya instansiyası məhkəməsi isə bu pozuntunu da aradan qaldırmaq üçün hər hansı tədbir görməmişdir. Halbuki, işə əlavə edilmiş arayışda göstəriləndən fərqli olaraq yerində baxış nəticəsində bunu dəqiq müəyyən etmək mümkün idi.
16. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi apellyasiya instansiyası məhkəməsində də məhkəmə iclası zamanı iş üzrə təkrar tikinti-texniki ekspertizasının təyin edilməsi və onun keçirilməsinin Azərbayca n Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi barədə vəsatət versə də, həmin vəsatət əsassız olaraq təmin edilməmişdir.
17. Mülki Prosessual Məcəllənin 1.3-cü maddəsinin məzmununa uyğun olaraq iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada qeyri-yaşayış binasına dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati məhkəməsində iddia qaldırmalı idi. Hazırkı iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən qeyri-yaşayış binası üzərində iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina əsasları olduğu hald a, iddiaçı formal bir müraciət əsasında məhkəmədə iddia qaldırmış, apellyasiya instansiyası məhkəməsi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilənləri nəzərə almamış, birinci instansiya məhkəməsinin əsassız və qərəzli mövqeyi ilə razılaşaraq sözügedən qərəzli, əsassız və qanunsuz qərarı qəbul etmişdir.
18. Bundan başqa, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamış, apellyasiya instansiyası məhkəməsi isə bu mövqeyi doğru hesab etmiş, İdarənin apellyasiya şikayətinin dəlillərini isə formal hesab edərək apellyasiya şikayətinin təmin edilməməli olduğu qənaətinə gəlmişdir.
19. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmiş, gəldiyi nəticələrin təsdiq edilməsi üçün isə məhkəmə qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının iza hatları
22. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
23. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
24. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
25. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam v ə hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
26. Həmin Məcəllənin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.
27. Həmin Məcəllənin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur.
28. Mülki Prosessual Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır.
29. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
30. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
31. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edi lmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
32. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, lakin qərarın nəticə hissəsində gəldiyi nəticəni aydın şəkildə qeyd etməmişdir. Bu səbəbdən qərar dəyişdirilməlidir.
36. Belə ki, cavabdehin imtinasının əsasını iki hal təşkil edir. Birincisi, qeydiyyata alınması nəzərdə tutulan tikililərdən tikinti altı sahələri 302.0 kv.m olan avtoservis və təkərlərin satış mağazasının ayrılmış torpaq sahəsindən kənarda yerləşməsi, ikincisi isə torpaq sahəsinin 0.0035 ha hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşməsidir.
37. Cavabdeh kassasiya şikayətində də bu hallara apellyasiya instansiyası məhkəməsinin düzgün qiymət verilmədiyinə istinad edərək qərarın ləğv edilməsini xahiş edir.
38. Bununla bağlı cavabdehin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, cavabdeh eyni dəlilləri apellyasiya şikayətində də bildirmiş və apellyasiya instansiyası məhkəməsi bununla bağlı araşdırma apararaq qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Baş Ekspertiza ilə razılaşdırılmış qeyri-yaşayış binasının eskiz layihəsini tərtib etmiş “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun və Sumqayıt memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmış birgə imzaladıqları tikinti obyektinin layihə və ölçü planında, o cümlədən Sumqayıt Şəhər İcra Hakimiyyətinin 51 saylı 2018-ci il 3 oktyabr tarixli “Tikinti obyektinin istismarına icazə”də qeyri-yaşayış binasının ümumi sahəsinin 6000 kv.m. olması göstərilmişdir. Lakin cavabdeh ünvan 1ndə inşa edilmiş qeyriyaşayış binasına müayinə baxışı keçiril dikdən sonra tikilinin 302,0 kv.m. hissəsinin kənarda yerləşməsini bildirdiyinə baxmayaraq, buna dair hər hansı bir dəlil məhkəməyə təqdim etməmişdir.
39. Cavabdehin digər dəlili ilə bağlı isə qeyd edilmişdir ki, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi həmin obyektin şəhərsalma normalarına uyğunluğunu yoxlamaq məqsədilə "xxxx" ASC-nin Şimal RETSİ-nə sorğu vermiş və həmin sorğuya cavab olaraq "xxxx" ASC-nin Şimal RETSİ tərəfindən verilmiş 15.11.2018-ci il tarixli, 3/08-1110 nömrəli məktubla bildirilmişdir ki, iddiaçıya icarəyə verilmiş ünvan 1ndə yerləşən torpaq sahəsində kabel və hava xətti keçmir, obyekt mühafizə zonasına düşmür. Belə olan halda cavabdehin bu dəlilinin də əsassız olması apellyasiya instansiyası məhkəməsində müəyyən edilmişdir.
40. Beləliklə, məhkəmə kollegiyası hesa b edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmış, iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları, eləcə də cavabdehin dəlillərini qiymətləndirmiş, işin hallarının araşdırılması ilə hazırkı qərarın bağlı 23-25-ci bəndlərində göstərilən normaların tələblərinə riayət etmişdir.
41. Lakin məhkəmə kollegiyası hesab edir ki, qərarın nəticə hissəsində məhkəmənin öz mövqeyini aydın ifadə etməməsi gələcəkdə məhkəmə qərarının icrası ilə bağlı çətinlik yaranmasına səbəb ola bilər.
42. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 15.11.2017-ci il tarixli, 260 nömrəli sərəncamı əsasında iddiaçı tərəfindən ünvan 1ndə yanacaqdoldurma məntəqəsinin inşa edilməsinə icazə verilmişdir. 4
3. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən verilmiş 2018-ci il 15 iyul tarixli istismara hazırlıq aktında tikintisinə icazə verilmiş obyektin əsas göstəriciləri aşağıdakı kimi göstərilmişdir: 1 mərtəbəli ofis binası: ümumi həcmi V=681,3 m3, ümumi sahəsi S=164,2 m2;
2. Metal talvar; 4 ədəd benzin kolonkaları, 1 ədəd dizel kolonkası; 3. 1 mərtəbəli texniki servis binası; ümumi həcmi V=8687,7 m3, ümumi sahəsi S=876,6 m2; 4. 1 mərtəbəli satış mərkəzi; ümumi həcmi V=6283/ə7 m3, ümumi sahəsi S=1048,8 m 2; 5. 1 mərtəbəli avtoyuma binası; ümumi həcmi V=1170,0 m3, ümumi sahəsi S=172,4 m 2; 6. 1 mərtəbəli təmir sexləri; ümumi həcmi V=576,6 m3, ümumi sahəsi S=80,8 m2.
44. Beləliklə, istismara hazırlıq aktına əsasə n sözügedən torpaq sahəsində ümumi sahəsi 2342,8 m2 (164,2m2+876,6m2+1048,8m2+172,4m2 + 80,8 m2) olan qeyri-yaşayış binalarının, metal talvar, 4 ədəd benzin kolonkaları, 1 ədəd dizel kalonkasının tikintisinə icazə verilmişdir.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı hüquqi mövqeyi əsaslı və qanunauyğun olsa da, qərarın nəticə hissəsində 6000 m2 torpaq sahəsində yerləşən qeydiyyata alınması nəzərdə tutulan tikilinin ümumi sahəsi qeyd edilməmişdir.
46. Odur ki, bununla bağlı icra mərhələsində yaran biləcək maneələrin qarşısını almaq məqsədilə məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2021-ci il tarixli, 2-1(105)-285/2021 nömrəli qərarı dəyişdirilməli, Föv qəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən verilmiş tikintinin istismara hazırlıq aktında göstərilən həcmdə daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış, habelə texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestrinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
47. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2021-ci il tarixli, 2-1(105)-285/2021 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı 30 yanvar 2018-ci il tarixli, 433 saylı icarə müqaviləsinə əsasən istifadəsində olan ünvan 1 ünvanında yerləşən 6000,0 kv.m. torpaq sahəsində yerləşən, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən verilmiş 2018-ci il 15 iyul tarixli istismara hazırlıq aktında göstərilən həcmdə qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.