Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1227/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1950, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunu n Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)112/2022 nömrəli, 01 aprel 2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxxx 1950-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuşdur.
2. Əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1980-ci ilədək, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək, xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək, xx.xx.1984-cü ildən xx.xx.1991-ci ilədək müxtəlif vəzifələrdə işləmiş, xx.xx.1991-ci il tarixdə H.Z.Tağıyev adına BTTİR-də işə qəbul edilmişdir.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış 17 dekabr 2018-ci il tarixli, **********7 nömrəli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezi dentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2017-ci il tarixli 121 nömrəli Qərarına əsasən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində katib (müvafiq, şəhər (rayon) komitələrindən əmək haqqı almış) vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyətinin başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır.
4. Azərbay can Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 22 may 2019-cu il tarixli, **********2 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçıya dövlət qulluqçusu kimi 11 il 26 gün dövlət qulluğunda olan əmək stajına görə xx.xx.2018-ci il tarixdən 231.27 manat pensiya hesablanıb ödənilir. 19801982-ci illər Bakı Radiozavodunda və 1985-1991-ci illər H.Z.Tağıyev adına toxuculuq kombinatında işlədiyi partiya komitəsinin katibi vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğun gəlir. Həmin dövrlər ümumi dövlət qulluğu stajına əlavə ediləcəkdir.
5. İddiaçı Dövlət Sosial Müdaf iə Fonduna müraciət edərək, “Təsnifat Toplusu”na və Nazirlər Kabinetinin 4 aprel 2017-ci il tarixli 121 nömrəli Qərarına uyğun olaraq onun vəzifəsinin (partiya komitə katibi) rayon icra hakimiyyəti başçısının aparatında daha yüksək vəzifəyə uyğunlaşdırılmasını və onun pensiyasının 2013-cü ildən başlayaraq hesablanmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək 1980-ci ildən 1991ci ilin oktyabr ayına qədər iddiaçının partiya orqanlarında işlədiyi dövrü iş stajı kimi götürməklə (“Təsnifat Toplusu”na əsasən) partiya komitəsinin katibi vəzifəsini rayon icra hakimiyyəti başçısının aparatında çalışan müvafiq əmək haqqı alan vəzifəyə uyğunlaşdıraraq həmin müddətlər üçün ona pensiya h esablanmasını 2013-cü ildən götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1950-ci ildə anadan olmuş, 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmiş, təyinatla Bakı Radio zavodunda mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. 1977-ci ildə zavodun ən yaxşı səmərələşdicisi və ixtiraçısı kimi Moskva şəhərində keçirilən Gənclərin Elmi-Texniki Yaradıcılığı müsabiqəsinin laureatı olmuşdur. 1980-cı ildə zavodun 450-dən artıq kommunistlərin qeydiyyatda olduğu partiya komitəsinin katibi seçilmişdir (əmək haqqı 220 manat), 19821984-cü illərdə Bakı Ali Partiya Məktəbində oxuduqdan sonra Azərbaycan Kommunist Partiyasının Xətai rayon Komitəsində təlimatçı işləmişdir (əmək haqqı 175 manat), 1985-c i ilin noyabr ayından 1991-ci ilin sentyabr ayına qədər, əvvəlcə 560, sonra 700-dən yuxarı kommunistlərin qeydiyyatda olduğu V.İ.Lenin adına (indiki H. Z. Tağıyev adına) toxuculuq kombinatının partiya komitəsinin katibi vəzifəsində işləmişdir (əmək haqqı 234, sonra 300 manat). Qeyd edir ki, toxuculuq kombinatı partiya komitəsində dörd ştat mövcud idi. Partiya komitəsinin katibi, partiya komitəsi katibinin müavini, partiya kabineti müdiri və kitabxanaçı. Bu işçilərin hamısı rayon partiya komitəsindən məvacib alırdılar. Respublikada isə bu cür partiya komitələrinin sayı çox az olmuşdur. 1991-ci ilin sentyabr ayında Azərbaycan Kommunist Partiyasının fəaliyyətinin müvəqqəti dayandırılması ilə əlaqədar həmin kombinatın baş mühəndisinin müavini vəzifəsinə təyin edilmiş və 2013-cü ildə təqaüdə çı xdığı zaman ona 156 (yüz əlli altı) manat pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərm anının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 aprel 2017-ci il tarixli 121 nömrəli Qərarına əsasən ona verilməli olan pensiya məbləği az hesablanmaqla sosial təminat hüququ pozulmuşdur. Azərbaycan Respublikasının qoşulduğu “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə əsasən ona verilən pensiya onun pul formasında əmlakıdır. Pensiyanın ona qanunla verilməli olan hissəsi də onun mülkiyyətini təşkil edir. Pensiyanın həmin hissəsinin ona verilməməs i ilə onun mülkiyyət hüququ pozulmuşdur. Belə ki, pensiyanın qanunla ona verilməli olan, lakin verilməyən hissəsi üzərində sahiblik etmək, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüququ pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət heç bir əlamətdən asılı olmayaraq hər kəsin hüquqlarının və azadlıqlarının bərabərliyinə təminat verir. Lakin onunla eyni dövrdə dövlət orqanlarında işləyən işçilərin iş stajları tam nəzərə alınaraq həmin illərə görə onlara pensiya təyin edildiyi halda, onlara nisbətən ona ayrıseçkiliyə yol verilərək həmin müddətlər onun iş stajına daxil edilsə də, ona həmin müddətlər üçün pensiya tam təyin edilməmişdir. Eyni zamanda 2017-ci ilin aprel ayının 4də Azərbaycan Respub likası Nazirlər Kabinetinin 121 nömrəli Qərarı ilə onun tutduğu vəzifə (partiya komitə katibi) rayon icra hakimiyyəti başçısının aparatında böyük məsləhətçi vəzifəsi ilə uyğunlaşdırılmışdır. Lakin onun partiya komitəsi katibi vəzifəsi (aldığı məvacibin məbləğinə və partiya komitə katibinin vəzifəsinə əsasən) rayon partiya komitəsində katib vəzifəsinə uyğun olmuşdur. Bundan əlavə rayon icra hakimiyyəti başçısının aparatında böyük məsləhətçinin məvacibi iş stajından asılı olaraq fərqli olduğu halda ona hesablanan pensiya ən aşağı məvaciblə götürülmüş və 2013-cü ildən yox, 2017-ci ildən hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi icra hakimiyyətinin bir qurumu olmaqla borcunu tam yerinə yetirməmiş, iş stajına daxil olan illərin bir hiss əsini pensiyanın təyin olunması üçün nəzərə almamış, bu da ona az pensiya təyin olunması ilə nəticələnmişdir. Bununla da onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində və “Təsnifat Toplusu”nda təsbit olunmuş sosial təminat hüququ pozulmuşdur. Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək “Təsnifat Toplusu”na və AR Nazirlər Kabinetinin 4 aprel 2017-ci il tarixli 121 nömrəli Qərarına uyğun olaraq onun vəzifəsinin (partiya komitə katibi) rayon icra hakimiyyəti başçısının aparatında daha yüksək vəzifəyə uyğunlaşdırılmasını və pensiyasının 2013-cü ildən başlayaraq hesablanmasını xahiş etmiş, lakin müsbət cavab almamışdır. 8. 2 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin 2-1(82)-1564/2019 nömrəli, 27 iyun 2019-cu il tarixli qərarı ilə (hakim E.M.Mustafayev) iddia tələbi təmin edil miş, iddiaçının 1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər partiya orqanlarında iş stajı dövlət qulluqçusu kimi nəzərə alınaraq (Təsnifat Toplusuna əsasən) partiya komitəsi katibi vəzifəsi rayon icra hakimiyyəti başçısının aparatında çalışan müvafiq əmək haqqı alan vəzifəyə uyğunlaşdırılaraq həmin müddətlər üçün ona pensiyanın 2013-cü ildən yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 1980-ci ildən 1991 -ci ilin oktyabr ayına qədər iddiaçının partiya orqanlarında işləməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinin təsiri altına düşür və həmin maddədə nəzərdə tutu lmuş Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında iş müddətinin daxil edilməsi barədə göstərişi iddiaçıya münasibətdə də tətbiq olunmalıdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2104/2019 nömrəli, 19 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər V.M.Məmmədov /sədrlik edən və məruzəçi/, S.S.Seyidova və İ.B.Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1564/2019 nömrəli, 27 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməmişdir.
12. Apellyasi ya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı zavod partiya komitəsinin katibi vəzifəsində işlədiyi halda, pensiyasının rayon partiya komitəsinin katibinin pensiyasına uyğunlaşdırılaraq, əmək pensiyasının yenidən hesablanmasını xahiş edir ki, bu tələbi də qanunvericiliyin tələblərinə ziddir. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 20.1.7-ci maddəsinə əsasən, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajina görə əmək pensiyalarına əlavələr təyin edilir.
13. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)139/2020 nömrəli, 10 mart 2020-ci il tarixli qərarı ilə (hakimlər S.Ə.Hüseynova /məruzəçi/, İ.K.Hüseynov və K.N.Bədəlov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-2104/2019 nömrəli, 19 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan məsələ ilə bağlı publik hüquqda inzibati orqanın öhdəliyi müəyyən edilməli və maraqlı şəxsin müraciəti əsasında inzibati orqan bu öhdəliyin icrasından imtina etdiyi halda, iddiaçı onun subyektiv hüququnun mövcudluğuna və onun pozulmasına əsaslanmaqla inzibati məhkəmədə iddia qaldıra bilər. Aparılmış qiymətləndirmə ilə apellyasiya məhkəməsi hesa b etmişdir ki, iddiaçının işlədiyi vəzifə onun istinad etdiyi vəzifəyə uyğun deyildir və tələbi təmin olunmamalıdır. Halbuki işin hallarından göründüyü kimi, cavabdehin 22 may 2019-cu il tarixli məktubu ilə iddiaçının işlədiyi vəzifələrin müvafiq vəzifələrə uyğun gədiyi və həmin dövrlərin icra hakimiyyətində böyük məsləhətçi kimi hesablanmaqla ümumi dövlət qulluğu stajına əlavə ediləcəyi bildirilmişdir. Qeyd edilmiş halda iddiaçı tərəfindən hansı məsələnin mübahisələndirdiyi, yəni hüquqi marağının nədən ibarət olduğu qeyri-müəyyəndir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 sentyabr 2020-ci il tarixli, 2-1(103)-1305/2020 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. 17. 15 sentyabr 2020-ci il tarixdə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə daxil olmuş, ərizədə 1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər onun partiya orqanlarında iş stajının dövlət qulluqçusu stajı kimi götürülməklə iddiaçının azad partiya komitə katibinin vəzifəsini rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdırılaraq həmin müddətlər üçün iddiaçıya pensiya hesablanmasının 2013-cü ildən götürülməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
18. Daha sonra iş üzrə cavabdeh Azərbaycan Respublikas ı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1305/2020 nömrəli, 20 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və V.M.Ağayev) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin 2-1(82)-1564/2019 nömrəli, 27 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının dəqiqləşdirilmiş i ddia tələbi ilə cavabdeh inzibati orqana müraciəti arasında fərq mövcud olmuş, eyni zamanda, məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı dəqiqləşdirilmiş iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmədiyini bildirmişdir. İddiaçının hazırkı tələblə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl həmin iddia tələbinin predmeti ilə bağlı cavabdeh inzibati orqana müraciəti olmadığından hazırkı iddia tələbi mümkün sayılmamalıdır.
21. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində ikinci icraat
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)656/2021 nömrəli, 17 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər Z.M.Quliyev /sədrl ik edən və məruzəçi/, R.S,Nəbizadə və İ.Ə.Şəfiyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1305/2020 nömrəli, 20 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
23. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının adı çəkilən iddiasının dəqiqləşdirilməsi hansısa bir yeni tələblə əlaqədar deyil, ilkin olaraq irəli sürdüyü tələblə, yəni pensiyanın yenidən hesablanması ilə bağlıdır, başqa sözlə, bu, yeni tələb sayıla bilməz və buna görə də cavabdehə müraciət edilməsinə ehtiyac yoxdur. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilmiş səbəbdən iddiaçının iddiasının mümkün sa yılmaması səhv olmuşdur. Yeri gəlmişkən, qeyd edilməlidir ki, Ali Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarda "apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “işin hallarının araşdırılması prinsipi, məhkəmənin yardım etmək vəzifəsi və apelyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur” kimi Ali Məhkəmənin hüquqi mövqeyi, o cümlədən aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində xüsusi olaraq vurğulanmışdır. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-112/2022 nömrəli, 01 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə v ə A.S.Hüseynov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin 2-1(82)-1564/2019 nömrəli, 27 iyun 2019-cu il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, iddiaçının xx.xx.1984-cü ildən 1991-ci ilin oktyabr ayına qədər partiya orqanlarında iş stajı dövlət qulluqçusu kimi nəzərə alınaraq (Təsnifat Toplusuna əsasən) partiya komitəsi katibi vəzifəsini rayon icra hakimiyyəti başçısının aparatında çalışan müvafiq əmək haqqı alan vəzifəyə uyğunlaşdırılaraq həmin müddətlər üçün ona pensiyanın 2013-cü ildən yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi f ilialına həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının 1984-cü ildə Şaumyan Rayon İcraiyyə Komitəsinin təşkilat şöbəsində işlədiyi təlimatçısı vəzifəsi, 19841985-ci illərdə Azərbaycan Kommunist Partiyasının Şaumyan rayon komitəsi Təşkilat şöbəsində işlədiyi instruktor vəzifəsi və 1985-1991-ci illərdə Lenin adına Tekstil Kombinatında işlədiyi partiya komitəsi katibi vəzifəsi Siyahının 1.17-ci bəndində rayon (şəhər) X1 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğun gəldiyindən, həmçinin onun işlədiyi müddətdə əmək haqqı alması arxiv arayışları ilə təsdiq olunduğundan, iddiaçının 1984-cü ildən 1 991-ci ilin oktyabr ayına qədər işlədiyi dövr onun qulluq stajına daxil edilməlidir. Eyni zamanda, iddiaçının 1980-1982-ci illərdə Azərbaycan Kommunist Partiyasının Şaumyan rayon komitəsinin Bakı radiozavodunda partiya komitəsinin azad katibi vəzifəsində işlədiyi dövr Siyahıda partiya komitəsinin azad katibi vəzifəsi nəzərdə tutulmadığından həmin dövr onun dövlət qulluğunda qulluq stajına daxil edilməməlidir.
26. İddiaçı və cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ İddiaçının kassasiya şikayətinin dəlilləri
27. İddiaçı işin faktiki hallarına və iddia ərizəsinə uyğun kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-112/2022 nömrəli, 01 aprel 2022-ci il tarixli qərarının ləğv edilm əsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin kassasiya şikayətinin dəlilləri
28. Hazırkı iş üzrə müəyyən olunur ki, inzibati orqan iddia tələbinin böyük hissəsini qəbul edərək, həmin dövrlərin iddiaçının dövlət qulluğu stajına hesablanacağı ilə bağlı iddiaçını məlumatlandırmışdır.
29. Qərarın nəticə hissəsində iddiaçının tələbinin 2-ci hissəsinə (həmin dövrdə işlədiyi katib vəzifəsinin rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdırılması) konkret qiymət verilməmişdir. Belə ki, 1984-1991-ci illər üzrə iddiaçının işlədiyi vəzifələrin konkret olaraq hansı vəzifəyə əsasən uyğunlaşdırılması göstərilməmişdir.
30. X2 04 fevral 2022-ci il tarixli, PHŞ/3-2-2022-223 nömrəli məktubuna əsasən iddiaçının 1984-1991-ci illər üzrə işlədiy i vəzifələr böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Qeyd edilmişdir ki, inzibati orqan özü həmin dövrləri həmin vəzifəyə uyğunlaşdırmışdır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);... 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.... Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir....
33. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 1 8-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”
34. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutlar ın araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin b u Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Mə hkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
36. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmay araq, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Eyni zamanda sübutların qiymətləndirilməsi ilə bağlı apellyasiya məhkəməsinin qənaəti də İnzibati Prosessual Məcəllənin 58-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayətlər qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qey d olunmasını zəruri hesab edir.
38. İddiaçının tələbi 1980-ci il tarixdən oktyabr 1991-ci il tarixinə qədər onun partiya orqanlarında işlədiyi dövrə aid iş stajının dövlət qulluqçusu stajı kimi nəzərə alınması, işlədiyi azad partiya komitəsi (təşkilatın yerli partiya komitəsində) katibi vəzifəsinin rayon icra hakimiyyəti başçısının aparatının müavini vəzifəsinə uyğunlaşdırılaraq pensiyanın həmin müddətlər üçün 2013-cü ildən hesablanması ilə bağlıdır.
39. İşin apellyasiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Azərbaycan Kommunist Partiyasının Şaumyan (Xətai) rayon Komitəsinin Bakı radio zavodunda partiya komitəsinin azad katibi işləmiş, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Bakı Ali Partiya Məktəbində t əhsil almış, xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixədək Azərbaycan Kommunist Partiyasının Xətai rayon Komitəsində təlimatçı, Azərbaycan Kommunist Partiyasının Xətai rayon Komitəsinin Təşkilat şöbəsinin instruktoru, V.İ.Lenin adına (indiki H.Z.Tağıyev adına) Toxuculuq kombinatının partiya komitəsinin katibi vəzifələrində işləmişdir.
40. Nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qa nunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququna malikdirlər.
41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesabland ığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda dəyişiklik edilməsi haqqında 4 aprel 2017-ci il tarixli Qərarı ilə həmin Siyahının İ bölməsinə 3-cü hissə əlavə edilmişdir. Həmin hissəyə əsasən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, şəhər (rayo n) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində katib vəzifəsi (müvafiq şəhər (rayon) komitələrindən əməkhaqqı almış) rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında “böyük məsləhətçi” vəzifəsinə uyğunlaşdırılmışdır.
42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müxtəlif dövrlərdə Azərbaycan Kommunist Partiyasının Xətai rayon Komitəsinin Bakı radio zavodunun partiya komitəsinin azad katibi və V.İ.Lenin adına (indiki H.Z.Tağıyev adına) Toxuculuq kombinatının partiya komitəsinin katibi vəzifələrində işləmiş və həmin dövrlərdə onun Xətai rayon Komitəsindən əməkhaqqı alması iş üzrə materiallarla təsdiqini tapmışdır.
43. Bu baxımdan iddiaçının işlədiyi həmin dövrlər sözüge dən Siyahının birinci bölməsinin üçüncü hissəsində nəzərdə tutulmuş rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında “böyük məsləhətçi” vəzifəsinə uyğunlaşdırılaraq həmin dövrlər iddiaçının dövlət qulluğu stajına hesablanmalıdır.
44. İddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Bakı Ali Partiya Məktəbində təhsil aldığı dövrə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, dövlət qulluğu qanunvericiliyində və istinad olunan siyahıda partiya məktəbində təhsil müddətinin dövlət qulluğu stajına hesablanmasını təmin edən xüsusi norma olmadığından, həmin dövr iddiaçının ümumi iş stajına hesablanmalıdır.
45. Həmçinin iddiaçının Kommunist partiyasının Xətai rayon Komitəsində işlədiyi təlimatçı vəzifəsi Azərb aycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.17-ci bəndinə, Azərbaycan Kommunist Partiyasının Xətai rayon Komitəsi Təşkilat şöbəsində işlədiyi instruktor vəzifəsi isə həmin Siyahının 1.6-cı bəndinə uyğun olaraq rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında “böyük məsləhətçi” vəzifəsinə uyğunlaşdırılmalı və həmin dövrlər iddiaçının dövlət qulluğu stajına hesablanmalıdır.
46. Beləliklə, yuxarıda istinad olunan normalar və işin müəyyən olunmuş halları baxımından iddiaçı 1980-ci il tarixdən oktyabr 1991-ci il tarixinə qədər partiya orqanlarında işlədiyi müvafiq dövrlərə aid iş stajının dövlət qulluğu stajı kimi nəzərə alınmasını tələb etməkdə haqlı sayılmalıdır.
47. İddia tələbinin pensiyanın 2013-cü ildən hesablanması ilə bağlı hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından iddiaçının mübahisə predmeti olan tələblə bağlı cavabdehə xx.xx.2018-ci il tarixdə müraciət etdiyi görünür. Bu Qərarın 32-ci bəndində istinad olunan “Əmək pensi yaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Həmin normaya uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının cavabdehə ilk müraciətinin xx.xx.2018-ci il tarixdə olduğu nəzərə alınmalı və ona pensiya həmin tarixdən əvvəlki 3 il üçün hesablanaraq “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində müəyyən olunmuş qaydada ödənilməlidir.
48. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qismən əsaslıdır. Şikayətlər qismən təmin edilməli, apell yasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia qismən təmin olunmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdehin kassasiya şikayətləri qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-112/2022 nömrəli, 01 aprel 2022-ci il tarixli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilir. İddia qismən təmin edilir. İddiaçı işlədiyi xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Azərbaycan Kommunist Partiyasının Xətai (Şaumyan) rayon Komitəsinin Bakı radio zavodunda partiya komitəsinin azad katibi və xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixədək Kommunist partiyasının Xətai rayon Komitəsində təlimatçı, Azərbaycan Kommunist Partiyasının Xətai (Şaumyan) rayon Komitəsinin Təşkilat şöbəsinin instruktoru, V.İ.Lenin adına (indiki H.Z.Tağıyev adına) Toxuculuq kombinatının partiya komitəsinin katibi vəzifələri Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na əsasən rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı şəhər İcra H akimiyyəti başçısı istisna olmaqla) aparatında “böyük məsləhətçi” vəzifəsinə uyğunlaşdırılaraq həmin dövrlərin iddiaçının dövlət qulluğu stajına, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Bakı Ali Partiya Məktəbində təhsil aldığı illərin ümumi iş stajına hesablanması, iddiaçıya xx.xx.2013-cü il tarixdən əmək pensiyası təyin edilməklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq müraciət edilən xx.xx.2018-ci ildən əvvəlki 3 (üç) il üçün hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilir. Kassasiya şikayətləri qalan hissədə təmin edilmir. Qərar qətidir.