Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1227/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2024-cü il t arixli, 2-1(104)-790/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli, 323 nömrəli qərarı ilə iddiaçıda “Qəlpə yaralanmalarından sonra başın ön alın nahiyyəsində iki ədəd, sağ yanaq nahiyyəsində bir ədəd, sol dirsək çuxurunda bir ədəd, sol bazu oynağının bayır səthində bir ədəd çapıq toxumaları” müəyyən edilmiş və səbəbi “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi qeyd edilmişdir.
2. Bundan sonra iddiaçıya xx.xx.2016-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Qəlpə yaralanmasından sonrakı başı n, sağ yanağın, sol dirsək çuxuru, sol bazu oynağının çapıq toxumaları. Orta sinirin said səviyyəsində travması, sağ dirsək və orta sinirin postravmatik neyropatiyası. Mil sinirinin said səviyyəsində travması. Sağ mil sinirinin postravmatik neyropatiyası. Oynaqların kontrakturası, sağ mil-bilək oynağının funksiyasının pozulması ilə.” (XBT kodu: XX sinif– Xəstələnmənin və ölümün xarici səbəbləri = > Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar = > Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...) diaqnozu ilə 5 il müddətinə İİ qrup əlillik təyin edilmişdir.
3. Əlilliyin müddətinin bitməsi ilə əlaqədar iddiaçının əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə yenidən qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
4. İddiaçının yenidən müraciəti əsasında onun əlillik vəziyyəti əyani müayinə əsasında yenidən qiymətləndirilmiş və xx.xx.2021-cü il tarixli, **********1 nömrəli qərar qəbul edilərək göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Yaralanmasından sonrakı başın, sağ yanağın, sol dirsək çuxuru, sol bazu oynağının çapıq toxumaları. Orta sinirin said səviyyəsində travması, sağ dirsək və orta sinirin postravmatik neyropatiyası. Mil sinirinin said səviyyəsində travması. Sağ mil sinirinin postravmatik neyropatiyası. Oynaqların kontrakturası, sağ mil-bilək oynağının funksiyasının pozulması ilə.” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmaması, Əlillik təyinatına əsas verən funksional pozuntu və əzələ atrofiyası müəyyə n edilməməsi qeyd edilərək “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli qərarın ləğv edilərək, ona xx.xx.2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildə Ağdam rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli, 323 nömrəli Qərarından görünür ki, o döyüş zonasında hərbi xidmət keçərkən yaralanmışdır. Ona “Qəlpə yaralamalarından sonra başın ön alın nahiyəsində iki ədəd, sağ yanaq nahiyəsində bir ədəd, sol dirsək çuxurunda bir ədəd, sol bazu oynağının bayır səthində bir ədəd çapıq toxumaları” diaqnozu qoyulmuşdur. Aldığı xəsarətlərin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma olduğu Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının tərəfindən təsdiq edilmişdir. Eyni zamanda, iddiaçı qeyd edir ki, ona Respublika əlilləri bərpa mərkəzində müalicə alan zaman “Sağ dirsək və orta sinirin postravmatik neyroratiyası, qapalı kəllə beyin travmasının fəsadları, kəskin nəzər çarpan asteno-nevrotik sindromu” diaqnozları qoyulmuşdur. Həmçinin ona Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalın hərbi-həkim komissiyası tərəfindən xx.xx.1995-ci il tarixdə “sağ mil-bilək oynağı funksiyasının cüzi dərəcədə pozulması ilə sağ dirsək və orta sinirin postravmatik neyropatiyası” diaqnozu qoyulmuşdur. ƏƏSMN-nin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli rəyindən görünür ki, ikinci dərəcəli əlildir və əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır. İddiaçı ərizəsində qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən tarixli məktubu ilə ona diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik dərəcəsi verilməsindən imtina edilmişdir. O, bu imtina haqqında xx.xx.2023-cü il tarixində məlumatlı olmuşdur. Hesab edir ki, cavabdehin 02 mart 2021- cü il tarixli imtinası tamamilə qanunsuz və əsassızdır. Bu səbəbdən də həmin imtinanın ləğv edilərək ona əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
7. Cavabdeh iddiaya yazılı etirazında qeyd etmişdir ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyün həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkün şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsi görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan di gər materiallarla kifayətlənməyərək, mübahisə düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırkı işin faktiki hallarından görünür ki, iddiaçıya inzibati orqan tərəfindən verilmiş imtina 02 mart 2021-ci il tarixdən olmuş, iddiaçı tərəfindən məhkəməyə müraciət isə 2 il 4 ay keçdikdən sonra baş verdiyi üçün iddianın mümkünsüz hesab olunmasını xahiş etmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3636/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir və Ekspertiza tədqiqatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əvvəllər iddiaçı X3 əlilliyinin qiymətləndirilməsində iştirak et məmiş ekspertlərinin iştirakı ilə keçirilməsi qərara alınmışdır.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2024cü il tarixli, T 234/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar Forma 088 göndərişində qeyd edilmiş “Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, başın, sağ yanağın, sol dirsək çuxurunun, sol bazu oynağının qəlpəli yaralanmasından sonrakı çapıq toxuması, sağ mil-bilək funksiyasının pozulması ilə, sağ dirsək və orta sinirin posttravmatik neyropatiyası, sağ mil sinirinin neyropatiyası, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, tez-tez qıcolma tutmaları (ayda 6-7 dəfə), hipertenzion sindrom, kəskin asteno-nevrotik vəziyyət” diaqnozu şəxsin əyani müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Yaralanmasından sonrakı başın, sağ yanağın, sol dirsək çuxuru, sol bazu oynağının çapıq toxumaları, orta sinirin said səviyyəsində travması, sağ dirsək və orta sinirin posttravmatik neyropatiyası, mil sinirinin said səviyyəsində travması, sağ mil sinirinin posttravmatik neyropatiyası, oynaqların kontrakturası, sağ mil-bilək oynağının funksiyasının pozulması ilə” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapsa da, əlillik təyinatına əsas verən funksional pozuntu və əzələ atrofiyası müəyyən edilmir. Odur ki, həmin diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini z amanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etməyə əsas vermədi.
10. Birinci instansiya məhkəməsindəki icraat zamanı (xx.xx.2024-cü il tarixdə) iddiaçı məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edərək, xx.xx.2021-ci il tarixli qərarı dəfələrlə cavabdeh orqandan istəmiş, lakin cavabdeh orqan onda ağırlaşmaların olduğunu bildirərək əlavə müalicə almasını bildirmişdir. Bununla bağlı, ərazi aidiyyəti üzrə xəstəxanaya müraciət etsə də, göndəriş vaxtında verilməmiş və nəticədə qərarla vaxtında tanış ola bilməmişdir. Qeyd edilənləri əsas gətirib ötürülmüş prosessul müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xa hiş etmişdir.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-382/2024 nömrəli qərardadı ilə iddiaçının iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-382/2024 nömrəli qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilərək, xx.xx.2021-ci il tarixdən İddiaçı üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.2021-ci il tarixdə keçirilmiş müayinə nəticəsində təyin edilmiş ağırlaşma diaqnozunun (M24.5 Oynaqların kontrakturası, Sağ mil-bilək oynağının funksiyasının pozulması ilə. HƏRBİ TRAVMADİR AZƏRBAYCAN RESPUBLİ KASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR) müvafiq kodu 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.2 bəndində olmasına baxmayaraq ona əlillik dərəcəsinin verilməməsi qanunsuz və əsassız olmuşdur.
14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı apellyasiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək cavabdehin 24 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və ona həmin tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2-1(104)-790/2024 nömrəli qərarı ilə (hakimlər: A.Bayramov – sədrlik edən və məruzəçi, R.Mamedov və A.İsgəndərova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-382/2024 nömrəli qərarı dəyişdirilmiş, cavabdehin xx.xx.2021-ci il tarixli, **********1 nömrəli qərarı iddiaçıya aid hissədə ləğv edilərək, İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilliyinin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.2-cü bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks üst-üstə düşür. İddiaçının xx.xx.2021-ci il tarixdə keçirilmiş müayinə nəticəsində təyin edilmiş ağırlaşma diaqnozunun (M24.5 Oynaqların kontrakturası, Sağ mil-bilək oynağının funksiyasının pozulması ilə. HƏRBİ TRAVMADİR AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR) müvafiq kodu yuxarıda qeyd edilən Əsasnamənin 2.3.2-cü bəndində nəzərdə tutulmuşdur.... xx.xx.2016-cı ildə qoyulmuş d iaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun, yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. İddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, o, şəhadətləndirilən, əvvəlki əllilik təyinatı aparılan zaman və hazırda qeyd olunan xəstəlikdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda dəyişiklik baş v erməmiş və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.2-cü bəndinə əsasən ona üçüncü dərəcə əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsaslar yaratmışdır.
18. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.1, 3.2, 3.3, 3.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.6, 2.1, 2.4, 2.6, 3.1, 3.3, 3.4-cü bəndlərinə və xx.xx.2022ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 201 5-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.1, 1.2, 1.3, 1.4, 1.5, 2.3-cü bəndlərə istinad etmişdir.
19. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iş üzrə təyin edilmiş ekspert rəyində “diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapsa da, əlillik təyinatına əsas verən funksional pozuntu və əzələ atrofiyası müəyyən edilmir” qeyd edilməsinə baxmayaraq məhkəmələr iddiaçının xeyrinə qərar qəbul etmişdir. Bundan əlav ə şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Sözügedən hal, yəni iddiaçıda Əlillik təyinatına əsas verən funksional pozuntu və əzələ atrofiyasının müəyyən edilmədiyi vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Məhkəmə vətəndaşın əyani müayinəsi nəticəsində barəsində “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərarı və məhkəmə-tibbi ekspertizasında verilən rəyi nəzərə almadan sırf iddiaçıda olan tibbi sənədlərə və həmin diaqnoz ilə iddiaçının əvvəlki dövrlərdə əlilliyinin olmasına istinad edərək əsassız qərar qəbul etmişdir. Diaqnozların nəticəsindən aydındır ki, iddiaçı barəs ində həmin göndərişlər əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının əyani müayinəsi zamanı keçirilən müayinələr nəticəsində göndərişdə qeyd edilən diaqnozların əlillik səviyyəsində olmaması müəyyən olunduğundan cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.
21. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahə də tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Həmçinin qanunvericiliyə uyğun olaraq Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər ş əxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir.
22. Bundan əlavə qeyd edilmişdir ki, Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbiəsaslarıehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edər ək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2-1(104)-790/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qə bul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
25. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsində n imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mü bahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarı 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bil dirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2500/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1218/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-2378/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarları KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır, apellyasiya instansiya məhkəməsi tərəfindən işin baxılması zamanı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyi üçün qərar ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
31. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasları qeyd etməyi zəruri hesab edir.
32. İlk öncə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının dəqiqləşdirilmiş tələbi 24 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və ona həmin tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsinə yönəlmişdir.
33. Sözügedən iddialar (əlilliyin müəyyən edilməsinə dair) məcburetmə növündə iddia olmaqla, iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi).
34. İşdən görünür ki, birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadla iddia müddətini bərpa etmişdir.
35. Lakin qeyd edilən qərardadda məhkəmə iddia müddətinin bərpasını zəruri edən hallar əsaslandırılmamışdır.
36. Cavabdeh apellyasiya şikayətində iddia müddətinin ötürülməsi barədə müvafiq dəlil irəli sürsə də, lakin apellyasiya məhkəməsi öz qərarında bununla bağlı “birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclasında iddiaçının müvafiq ərizəsi əsasında müddət məsələsi müzakirə edilmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-382/2024 saylı qərardadı ilə iddiaçının iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir” qeyd etməklə kifayətlənmiş, bu dəlili qəbul etməməsinin səbəblərini göstərməmiş, bununla bağlı qənaətini əsaslandırmamışdır. Beləliklə də, İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinin tələblərini pozmuşdur.
37. Halbuki, həmin maddənin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin qərarında hər bir halda apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
38. Bundan əlavə işin xüsusi halına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respubli kası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.2-cü bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks üst-üstə düşür.”
39. Apellyasiya məhkəməsinin istinad etdiyi “Əsasnamənin” 2.3.2-ci bəndi aşağıdakı kimidir: - dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması).
40. Tibb müəssisəsi tərəfindən iddiaçı barəsində verilmiş göndərişin (forma 088) ağırlaşma diaqnozunda isə “Oynaqların kontrakturası, Sağ mil-bilək oynağının funksiyasının pozulması ilə” qeyd edilmişdir.
41. İddiaçıya goyulmuş diaqnozun onun orqanizmində baş verən patoloji duruma uyğun olub-olmaması barədə keçirilmiş ekspertiza nəticəsində alınmış rəydə “...əlillik təyinatına əsas verən funksional pozuntu və əzələ atrofiyası müəyyən edilmir.” qeyd edilmişdir.
42. Apellyasiya məhkəməsi ekspert rəyini mötəbər sübut kimi nəzərə almaması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini haqlı saysa da, lakin bu istiqamətdə öz mövqeyini əsaslandırmamışdır.
43. Formalaşmış məhkəmə təcrübəsinə əsasən tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəl i qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır.
44. Göründüyü kimi, məhkəmə təcrübəsində əlilliyin təyini üçün Forma 88-də əks olunmuş xəstəliklərin məhkəmə tibbi ekspertizası vasitəsi ilə şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin müvafiq siyahıda əks olunması təsbit edilmişdir.
45. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd edilən ziddiyyətləri aradan qaldırılması istiqamətdə müvafiq araşdırma aparmamışdır.
46. Məhkəmənin bu cür araşdırmas ı, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 58-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir.
47. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır. İşə təkrar baxan apellyasiya məhkəməsi ilk öncə iddia müddəti ilə bağlı iddianın mümkünlük şərtlərini yoxlamalı (yəni birinci instansiya məhkəməsi tərəfindən prosessual müddətin bərpasının qanuniliyi), bundan sonra iddiaçıya əlillik təyinatına əsas verən funksional pozuntuların və ya iddiaçıda olan xəstəliyin ağırlaşmalarının mövcudluğu istiqamətində müvafiq araşdırma apararaq qanuni və əsaslı qərar qəbul etməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən, mə hkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2-1(104)-790/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.