Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1228/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1228/2020) Açar söz: pensiyanın yenidən hesablanması. Bakı şəhəri xx xxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X2 və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesablanması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(105)-536/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1951-ci ildə doğulmuşdur və hazırda Abşeron rayonunda yaşayır. İddiaçıya 1967-ci ildən xx xxxxxx 1995-ci ilə qədər olan iş stajı hesablanaraq 163 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə ərizə ilə cavabdehə müraciət ed ərək, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya xx xxxxxxxx 2018-ci il tarixli 20/5368 saylı məktubla cavab verərək onun pensiyanın yenidən hesablanması barədə ərizəsini təmin etməmiş, əsas kimi göstərmişdir ki, iddiaçının xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilədək 10 saylı Lök-batan kafesində müdir işlədiyi müddətdə əmək haqqı alması barədə heç bir sənədə rast gəlinmədiyinə və xx.xx.2006-cı ildən pensiya hüququnun yarandığı günədək (xx.xx.2014cü il) məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda adının sığortaolunan kimi qeyd olunmadığına görə həmin dövrlərin iddiaçıya sığorta stajı kimi hesablanması qanunvericiliklə mümkün deyildir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1995-201 4-cü illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1967-ci ildən Qaradağ rayonunda yerləşən ticarət obyektlərində, 1980-ci ildən isə Qaradağ rayonun Lökbatan qəsəbəsində yerləşən "Lökbatan" kafesində işləmiş və hazırki iddia ərizəsi verilən gün də həmin obyektdə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. xx xxxxx 1999-cu ildə "Lökbatan" kafesinin fəaliyyəti Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 24 saylı əmrinə əsasən ləğv edilərək kafenin binasını öz tabeçiliyinə keçirmişdir. Kafe rəsmən ləğv edilsə də öz fəaliyyətini müvafiq lisenziya əsasında fasiləsiz davam et dirmiş, vergi və sair ödənişləri vaxtlı-vaxtında ödəmişdir. 2014-cü ilin fevral ayında təqaüdə çıxarkən 1967ci ildən xx xxxxxx 1995-ci ilə qədər olan iş stajı nəzərə alınaraq ona 163 manat məbləğində əmək pensiyası hesablanmış, onun 1995-ci ildən 2014-cü ilə qədər fəaliyyəti iş stajına daxil edilməmişdir. Cavabdehin etiraz dəlilləri: Cavabdehin etiraz dəlilləri yuxarıda qeyd olunan imtina məktubunda göstərilmiş pensiyanın yenidən hesablanmasından imtinanın əsasları ilə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 13 may tarixli 2-1(85)-279/19 nömrəli qərarı ilə (hakim Z.Pirverdiyev) iddia təmin edilmiş, İddiaçı 1995-2014-cü illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının y enidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1995-2014-cü illərdə işlədiyi müəssisədə ona əmək haqqı alması barədə sənədə rast gəlinməməsi və xx.xx.2006-cı il tarixdən pensiya hüququnun yarandığı 2014-cü ilədək məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda adının sığortaolunan kimi qeydə alınmaması iddiaçının təqsiri ilə bağlı deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Eləcə də hazırda qüvvədə olan «“Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları»nın 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X8) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Cavabdehin nümayəndəsi qərarın dəlilləri ilə razılaşmamış, apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)536/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakimlər H.Babayeva (sədrlik edən və məruzəçi), N.Nəsibov və Z.Məmmədov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(085)279/2019 saylı qərarı qismən - İddiaçı xx.xx.2006-2014-cü illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, bu hissədə iddia tələbi rədd edilmişdir. Qərar qalan hissədə - İddiaçı xx.xx.1995-ci ildən xx.xx.2006-ci ilədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin DSMF-nin Abşeron rayon şöbəsinin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmış, müəssisəyə aid əmək haqqı cədvəllərində iddiaçıya hesablanmış əmək haqqının tam əksini tapmaması ilə bağlı əlavə olaraq bildirmişdir ki, müəyyənl ik prinsipi oxşar qeyri-müəyyənliklərin bu halı mübahisələndlirənin, ondan «faydalanmağa» haqqı çatanın, eləcə də çəkişən tərəflərin daha «zəif» olanının xeyrinə təfsir edilməsini tələb edir. Oxşar mübahisələrlə bağlı formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının işləməsinə dair arxivdə məlumatların tam saxlanılmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu fakt özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir və onun hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə kollegiyası iddiaçının xx.xx.1988-ci ildən etibarən həmin iş yerində (10 saylı Lökbatan kafesi) və həmin vəzifədə (müdir) fasiləsiz işləməsini nəzərə alıb belə nəticəyə g əlmişdir ki, qanunvericiliyin yuxarıda istinad olunan müddəaları sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olduğunu təsbit edir. Cavabdehin nümayəndəsi qərarın dəlilləri ilə razılaşmamış, kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassatorun mövqeyinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqd a (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.2-ci madddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Hazırki iş üzrə iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi illərə dair qeydlər ona məxsus əmək kitabçasında göstərilməsinə baxmayaraq, həmin qeydlərin əmək pensiyasını təyin edən orqan tərəfindən baxışı zamanı öz təsdiqini tapmadığından həmin illərin sosial siğorta stajına daxil edilməsindən tam əsaslı olaraq imtina edilmişdir. Həmçi nin məhkəməyə təqdim edilmiş arxiv arayışında iddiaçıya əmək haqqının hesablanmasının 1997-ci il üzrə qismən əhatə olunması özlüyündə həmin dövrün sosial siğorta stajına daxil edilməsini təsdiq edən sübutun qeyr-mötəbər hesab edilməsinə tam əsas verir. Tərəflərin izahatları: Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı və onun vəkili X5 şikayətin dəlilləri ilə razılaşmadığını bildirərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apelyasiya instansiyası məhkəmə sinin qərarı ləğv edilməli və iş təkrar baxışa göndərilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı ona pensiya təyin olunarkən sosial sığorta stajına daxil edilməmiş dövrün – 1999-2014-cü illərin də staja daxil edilməklə pensiyasının yenidən hesablanmasını və yaranmış fərqin ödənilməsini tələb edir. İddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.15-ci maddəsinə görə əmək pensiyasının müəyyən edilməsi əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. Həmin Qanunun 5.3-cü maddəsinə görə əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödəni lməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «“Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları»nın 2.1-ci bəndində deyilir ki, əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada müraciət edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. Sözügedən Qaydaların 2.2-ci bəndinə görə müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə) əlavə edilir. Apelyasiya instans iyası məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilədək dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqlənir. Əgər cavabdeh həmin dövrləri bu və ya digər səbəbdən sosial sığorta stajına daxil etməkdən imtina edirsə, o zaman cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin yuxarıda göstərilmiş normaları əmək kitabçasındakı məlumatların hə qiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iddiaçının qazanılmış pensiya hüququnun məhdudlaşdırılmasının yolverilməz olması barədə mövqeyi ilə razılaşır. Çünki Azərbaycan Resbulikası Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər mün asibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Digər sosial hüquqlarla yanaşı Konstitusiyanın 38-ci maddəsinin İ hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququnu, o cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Lakin nəzərə alınmalıdır ki, bu hüquq hazırki işdə işin digər halları əsasında müəyyən olunmalıdır. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiya sı təminatı sistemini müəyyən edən əsas qanunvericilik aktı “Əmək pensiyaları haqqında” Qanundur. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər (Qanunun 3.1-ci maddəsi). Əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir (Qanunun 6.2-ci maddəsi). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (Qanunun 7-ci maddəsi). Göründüyü kimi qanunvericilik yaşa görə pensiya hüququnu sosial sığorta haqlarının ödənilməsi və şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə əlaqələndirir. Buna görə də “Əmək pensiyaları haqqında” Qanunun bir çox normaları ilə sosial sığorta sahəsində yaranan münasibətləri, sosial sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını tənzimləyən “Sosial sığorta haqqında” Qanunda nəzərdə tutulmuş anlayışlar birbirilə bağlıdır. “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsində də sığortaolunanın sığorta stajı sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti kimi müəyyən edilmişdir. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Pensiya təmin atı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında qurulmuşdur. Pensiya qanunvericiliyinin əsas məqsədi pensiya təminatı sisteminin fəaliyyətində bu prinsiplərin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanan sığorta vəsaitləri arasında tarazılığın təmin edilməsindən ibarətdir. “Sosial sığorta haqqında” Qanunun 3-cü maddəsinə əsasən, sosial sığorta subyektlərinin hüquq bərabərliyi və dövlət sosial sığortasının məcburiliyi sosial sığortanın əsas prinsipləri kimi müəyyən edilmişdir. Ümumiyyətlə, sosial sığorta dedikdə, qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması nəzərdə tutulur və onun məcburi dövl ət sosial sığortası və könüllü sosial sığorta formaları fərqləndirilir. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi üzrə işləyənlər barəsində həyata keçirilir. Sığortaolunanların pensiya hüququ sosial sığorta hadisəsinin baş verməsi nəticəsində yaranır. Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Məcburi dövlət sosial sığortası qanunda nəzərdə tutulan sığorta hadisələri üzrə tətbiq edilir. Göründüyü kimi, hər iki Qanun sosial sığorta stajını əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məhz məcburi dövlət sosial sığorta haqlarını ödəmək şərtini m üəyyən etmişdir. Ona görə də hazırki iddia tələbinin həllində iddiaçının sosial sığorta stajı kimi nəzərə alınmasını tələb etdiyi dövrlərdə məcburi sığorta haqlarının ödənilməsi araşdırılmalıdır. Cavabdehin təqdim etdiyi məlumatlardan görünür ki, iddiaçı həmin dövr üçün sosial sığorta haqlarını ödəməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının işlədiyi müəssisədən əmək haqqı sənədlərini tələb edib işə əlavə etmişdir. Lakin iş materiallarında həmin dövrdə sığorta haqlarının tam ödənilməsi təsdiq olunmur. Belə ki, X4 Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2019-cu il tarixli məktubunda (səh. 96) göstərilmişdir ki, iddiaçıya 2014-cü ilin oktyabr ayından 2017-ci ilin aprel ayına qədər hesablanmış əmək haqqından sosial ayırmalar onun sosial sığorta şəhadət naməsinə köçürülmüşdür. Həmçinin xx.xx.1995-xx.xx.2006-cı illərdə iddiaçıya əmək haqqı ödənilməsi barədə Mərkəzin arxivində saxlanan sənədlərin surətləri məhkəməyə təqdim olunmuşdur. Həmin cədvəllərdə iddiaçının əmək haqqından tutulan məbləğlər sütununda gəlir vergisi, icra sənədi üzrə tutulmalar, subaylıq vergisi, növbədənkənar ödənişlər və s. göstərilməsinə baxmayaraq, sosial sığorta haqları aydın şəkildə qeyd olunmamışdır. Buna baxmayaraq məhkəmə sığorta haqqı ödənilməyən dövrü sığorta stajı kimi nəzərə almış, apelyasiya instansiyası məhkəməsi də qərarı qismən dəyişməklə, sığorta haqqı ödənilməyən dövrü staja daxil etməyi mümkün saymışdır. İşin bu vəziyyətində apelyasiya instansiyası məhkəməsinin araşdırması İPM-nin 12-ci maddəsində müəyyən edilmiş işin hallarının araşdırılması prinsipi nə cavab vermir. Bu halda iddianın düzgün həlli üçün əmək haqqı hesablamış müəssisə və ya təşkilat işə üçüncü şəxs qismində cəlb olunmalı, iddiaçıya hesablanan əmək haqqından məcburi sosial sığorta haqlarının tutulub-tutulmaması, tutulmuşsa həmin məbləğlərin iddiaçının sığorta hesabına köçürülməsi, köçürmənin hansı sübutlarla təsdiq olunması, köçürülməmişdirsə bunun səbəbi araşdırılmalıdır. Lakin hazırki iş üzrə məhkəmələr tərəfindən bu cür araşdırma aparılmamışdır. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı artıq pensiya alır. Bu halda pensiyanın növü, hesablanması qaydaları və əsas kimi götürülmüş sübutlar pensiya işində toplanır. Ona görə də pensiya məbləğinin yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi, əlavələrin hesablanması və digər predmetli mübahisələrə baxılarkən, iddiaçının irəli sürdüyü tələbin və cavabdeh tərəfin etirazlarının pensiya işində olan sənədlərlə müqayisəli şəkildə araşdırılması zəruridir. Lakin iddiaçının pensiya işi tələb olunub işə əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Ona görə də apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməlidir. Təkrar apelyasiya baxışı zamanı yuxarıda göstərilən sübutlar tələb olunub araşdırılmalı, toplanmış sübutlar tətbiq olunmalı maddi hüquq normaları əsasında qiymətləndirilməli və əsaslandırılmış qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 95 və 96-cı maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh in kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 536/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilsin. 2-1(105)-
Məhkəmə qərarları › İş №2-1(102)-1228/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1228/2020
26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver