Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1228/2021 06.07.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Şamaxı rayon Bağırlı bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: işin hallarının araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon Bağırlı bələdiyyəsinə (üçüncü şəxs X4) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.03.2021-ci il tarixli, 2-1(105)-8/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kass asiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Şamaxı rayon İcra Hakimiyyətinin 25.07.1997-ci il tarixli, 184 saylı sərəncamına əsasən İddiaçı ticarət xidməti göstərmək üçün kənd təsərrüfatına yararsız 0,15 ha torpaq sahəsi ayrılmış və torpaq sahəsinin yerləşməsinə dair sxem tərtib edilmişdir. Sxemə əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin iki hissədən (0,06 ha və 0,09 ha) ibarət olmaqla, bir tərəfdən yol ilə, digər tərəflərdən qonşu torpaq sahələri, həmçinin “Yem anbarı” və “Sağıcılar evi” kimi göstərilən tikililərlə əhatə olunmuşdur və 27.07.1997-ci il tarixində torpaq sahəsi naturada ayırıb iddiaçıya təhkim olunmuş və bu barədə müvafiq komissiya tərəfindən akt tərtib edilmişdir.
2. Şamaxı rayon Bağırlı bələdiyyəsinin 03.10.2006- cı il tarixli qərarı ilə kənd təsərrüfatına az yararlı torpaq sahəsindən alqı-satqı qaydasında Şamaxı rayon Bağırlı kənd sakini X4 tikinti məqsədi üçün 0,06 ha torpaq sahəsi ayrılmış və torpaq sahəsinin yerləşməsinə dair sxem tərtib edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı ona verilmiş 0,15 ha torpaq sahəsinin 0.06 ha hissəsinin üçüncü şəxsə satılmasına istinad edərək cavabdeh Şamaxı rayon Bağırlı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və Şamaxı rayon Bağırlı bələdiyyəsinin 0,06 ha torpaq sahəsinin X1 barədə 03.10.2006-cı il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbini belə əsaslandırmışdır ki, iddiaçıya Şamaxı rayon İcra Hakim iyyəti Başçısının 25.07.1997-ci il tarixli 184 saylı sərəncamı ilə 0,15 ha torpaq sahəsi mağaza tikintisi üçün ayrılmışdır. Həmin tarixdən göstərilən torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Lakin 2017-ci ildə ona məlum olmuşdur ki, Şamaxı rayon Bağırlı bələdiyyəsi ona ayrılmış torpaq sahəsinin 0,06 ha hissəsini X2
5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23.09.2019-cu il tarixli, 2-1(85)- 45/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova)
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin məhz həmin ərazidə yerləşməsi və üçüncü şəxsə bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsi ilə üstüstə düşməsi təsdiq olunmadığından həmin bələdiyyə qərarının ləğv edilməsinə dair iddia təmin edilməməlidir.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş dir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.03.2021-ci il tarixli, 2-1(105)-8/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Hökümə Babayeva, hakimlər – Zaur Məmmədov və Fuad Məmmədov) apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23.09.2019-cu il tarixli, 2-1(85)45/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Məhkəmə qərarı iddiaçıya 2021-ci il 26 aprel tarixində təqdim edilmişdir.
11. İddiaçı 2021-ci il 24 may tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.03.2021-ci il tarixli, 2-1(105)-8/20 21 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən Şamaxı Rayon Məhkəməsinin 2004-cü il 25 mart tarixli, Sumqayıt Apellyasiya Məhkəməsinin 2016-cı il 11 iyul tarixli, Ali Məhkəmənin 2016-cı il 1 dekabr tarixli, Şamaxı Rayon Məhkəməsinin 2019-cu il 30 aprel tarixli, 2(074)-340/2019 saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin 2019-cu il 3 oktyabr, Ali Məhkəmənin 2020-ci il 4 mart tarixli qətnamələri (qərarları) araşdırılmamışdır. Həmin işlər üzrə qətnamə və qərarlarda müəyyənləşdirilmiş preyudisial əhəmiyyətli hallar üzrə məhkəmə araşdırma aparmamış, eyni zamanda həmin qətnamə və qərarlara istinad etməmişdir.
13. Halbuki, yuxarıda qeyd olunan məhkəmə aktlarında iddiaçı tərəfindən mübahisə edilən və faktiki olaraq onun istifadəsində olan torpaq sahəsinin mərzləri (sərhədləri) dəqiq müəyyən olunur və onun istifadəsində olan torpaq sahəsinin məhz ona ayrılan torpaq sahəsi olması, eləcə də mübahisəli torpaq sahələrinin üst-üstə düşməsi öz təsdiqini tapır, İddiaçı verilən torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir.
14. Həmçinin, sübut qismində təqdim olunmuş Şamaxı rayon Bağırlı kənd sakini İddiaçı istifadəsinə verilmiş torpaq sahəsinin sxemi də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Beləliklə, Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən göstərilən hallar nəzərə alınamış, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar qiymətləndirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı üçüncü şəxs etiraz təqdim edərək kassasiya şikayətinin əsassız olduğunu bildirmiş, kassasiya şikayətinin rədd edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.03.2021-ci il tarixli, 2-1(105)-8/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
17. Üçüncü şəxs məhkəmə iclasında vəkilsiz iştirak etdiy indən onun izahatı dinlənilməmişdir.
18. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsin ə görə araşdırmağa borcludur. 20.Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
21. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
22. Həmin Məcəllənin 58.7-ci maddəsin ə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
23. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş cid di prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
25. Torpaq Məcəlləsinin 50.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur.
26. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. Torpaqdan istifadə müddətləri həmin torpaq sahələrini müvəqqəti istifadəyə vermiş orqanlar tərəfindən uzadıla bilər.
27. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərara əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İPM-in 35.1ci maddəsinə görə, iddianın mümkün sayılması üçün id diaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). 28. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşı na çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 1970-ci il 17 yanvar tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 1982-ci il 1 oktyabr tarixli, “X6rşı” iş üzrə 1984-cü il 26 oktyabr tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, for mal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 19-22-ci bəndlərində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması qənaətinə gələrkən ona istinad etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahələrinin koordinatları, dəqiq ölçüləri olmadığından və naturada istifadə çilik müəyyən edilmədiyindən mübahisələndirilən torpaq sahələrinin üst-üstə düşüb-düşməsi, eyni zamanda torpaq sahəsinin hüquqi statusunu (dövlət və ya bələdiyyə mülkiyyətinə aid olması) müəyyən etmək mümkün olmamışdır.
33. Bununla bağlı kassatorun əsas dəlili isə ondan ibarətdir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə torpaq sahələrinin dəqiq sərhədləri müəyyən edildiyi halda, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam, hərtərəfli araşdırma aparmamış və belə nəticəyə gəlmişdir ki, torpaq sahələrinin sərhədləri qeyri-müəyyəndir.
34. Kassatorun dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan torpaq sahəsinin dövlətə, yoxsa bələdiyyə məxsus olduğunu müəyyən etməyin mümkün olmadığını qey d edərək hesab edir ki, mübahisələndirilən torpaq sahəsinin dövlətə, yoxsa bələdiyyəyə məxsus olmasını müəyyən etmədən iş üzrə ədalətli və əsaslı qərar qəbul etmək mümkün deyil.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı, cavabdeh və üçüncü şəxs tərəfindən təqdim olunmuş sənədlərdən, eləcə də mütəxəssis tərəfindən çəkilmiş sxemdən və tərəflərin naturada göstərdikləri mübahisə predmetini təşkil edən torpaq sahəsinin ünvanı, yerləşməsi və konfiqurasiyası açıq aşkar müəyyən edilir və tərəflər arasında olan mübahisə məhz həmin torpaq sahəsinin üzərindədir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi cavabdehin özündən də bələdiyyəyə məxsus torpaqların sxemini tələb edərək həmin torpaq sahəsinin rejiminin müəyyən edilməsi üçün əlavə araşdırma apara bilərdi.
36. Bununla yanaşı, işə ə lavə olunmuş məhkəmə qətnamələrində mübahisə predmeti təşkil edən torpağın təsnifatı, yerləşməsi, ünvanı barədə məlumatlar var. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 03.10.2019-cu il tarixli 2(105)-3272/2019 nömrəli qətnaməsində (cild 2, iş v.61) qeyd edilmişdir ki, “Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 25 iyul 1997-ci il tarixli, 184 saylı sərəncamı ilə əhaliyə ticarət xidmətinin göstərilməsi üçün İddiaçı 0,15 ha torpaq sahəsi ayrılmış, Şamaxı Rayon İcra Hakimiyyəti və DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən təsdiq edilmiş 27.07.1997-ci il tarixli akta əsasən Şamaxı rayon İcra Hakimiyyəti başçısının 25 iyul 1997-ci il tarixli, 184 saylı sərəncamı ilə İddiaçı verilmiş 0,15 ha kənd təsərrüfatına yararsız torpaq sahəsi naturada Ağsu-Çöl Göylər yolunun sağ tərəfindən ayrılıb İddiaçı verilmişdir”.
37. Həmçinin, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.07.2016-cı il tarixli 2(105)-1694/2016 saylı qətnaməsində (cild 2, iş v.64) qeyd edilmişdir ki, “Şamaxı Rayon İcra Hakimiyyətinin 184 saylı, 25 iyul 1997-ci il tarixli Sərəncamından görünür ki, Şamaxı Rayon Torpaq şöbəsinin 23 iyul 1997-ci il tarixli təklifinə əsasən Ağsu-Padar-Çöl şosesi yolunun sağ tərəfindən Əzizbəyov adına YİEM-nə məxsus ambarın sol tərəfindən əhaliyə ticarət xidməti göstərilməsi üçün Şamaxı Rayonun Bağırlı kənd sakini İddiaçı 0,15 ha torpaq sahəsi ayrılmışdır”.
38. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 30.04.2019-cu il tarixli qətnaməsində (cild 1, iş v.139) isə qeyd edilmişdir ki, “İş materiallarında olan Şamaxı rayon icra hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri Ə.Q.Salahov (komissiyanın sədri) və RİHB-nın memarı R.Qasımov, Torpaq şöbəsinin işçisi (A.Kərimov), BTİ və MHQ İdarəsinin rəisi və rayon Yanğından Təhlükəsizliyi Xidməti üzrə rəis müavini Ə.Ağaye (komissiyanın üzvləri) tərəfindən tərtib edilmiş 02.12.2003-cü il tarixli aktdan görünür ki, İddiaçı sərəncam əsasında ayrılmış 0,15 ha torpaq sahəsi köhnə abar və sağcılar evi binasının arxasında yerləşir”.
39. Göründüyü kimi, kassasiya şikayətinin dəlillərində qeyd edildiyi kimi, iş materiallarında olan məhkəmə qərarları və qətnamələrində mübahisəli torpaq sahəsinin hansı ərazidə yerləşməsi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı araşdırma apararkən işə əlavə olunmuş sübutları, o cümlədən Şamaxı rayon İcra Hakimiyyətinin 25.07.1997-ci il tarixli, 184 saylı sərəncamını, təhkim aktını, baş planı, çıxarışı, tərəflərin təqdim etdikləri sxemləri, ekspert tərəfindən tərtib edilmiş sxemi və həmin məhkəmə aktlarını nəzərə almadan torpaq sahələrinin dəqiq koordinatlarının olmamasına əsaslanaraq iddianı rədd etmişdir.
40. Bundan başqa, kassasiya şikayətində qeyd edildiyi kimi, iddiaçıya məxsus torpaq sahəsinin koordinatları, eyni zamanda, iş materiallarına əlavə edilmiş torpaq sahəsinin sxeminə (cild 1, iş v.220) əsasən də müəyyən edilə bilərdi. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilən sənədi də nəzərə almamışdır.
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən İPM-in 12.1, 12.2 və 58.7-ci maddələrinin (hazırkı qərarın 19-22-ci bəndlərində qeyd olunub) tələbləri pozulmuşdur. Hazırkı qərarın 19-20-ci bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi, işə baxan məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamalıdır. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən prosessual normaların tələblərini pozmuşdur.
42. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, hətta mübahisələndirilən torpaq sahələrinin üst-üstə düşməsi müəyyən olunmadıqda bu hal iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Belə ki, Ali Məhkəmə Plenumunun hazırkı qərarın 27-ci bəndində göstərilən hüquqi mövqeyindən isə görünür ki, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Belə əsaslandırmanın olmaması isə iddianın rədd edilməsi üçün yox, iddianın mümkün sayılmaması üçün əsasdır.
43. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi hal iddianın rədd edilməsi üçün yox, iddianın mümkün sayılmaması üçün əsas ola bilərdi.
44. Beləliklə, qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, işə baxan apellya siya instansiyası məhkəməsi iddianı rədd etsə də, buna səbəb iddia tələbinin əsassız olması yox, mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən halları müəyyən edə bilməməsi olmuşdur. Belə olan halda isə apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilməsinə baxmayaraq mübahisə öz həllini tapmamış olur. Bu da tərəflərin hazırkı qərarın 28-ci bəndində göstərilən “ədalətli məhkəmə araşdırması hüququ”nun pozulmasına səbəb olur.
45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın 19-22, 27-29-cu bəndlərində qeyd olunan prosessual hüquq normalarının tələblərini və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyini riayət etmədən qərar qəbul etmişdir.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddi açının kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.03.2021-ci il tarixli, 2-1(105)-8/2021 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
47. İşə təkrar baxan məhkəmə yuxarıda qeyd olunmuş nöqsanları aradan qaldırmalı, iş materiallarında olan sübutlara, tərəflərin təqdim etdiyi sənədlərə qiymət verməli, işə mahiyyəti üzrə baxaraq tam, hərtərəfli və obyektiv araşdırma aparmalı, nəticədə ədalətli qərar qəbul etməlidir.
48. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.03.2021-ci il tarixli, 2-1(105)-8/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməy ə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.