Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1228/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.xxxx il təvəllüdlü, FİN xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X2, X6) “torpaq sahəsinə plan ölçünün tərtib olunması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2022-ci il tarixli, 2-1(103)-126/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Avtomobilçi” Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş 277 saylı bağçının üzvlük kitabçası və torpaq sahəsinin planına görə İddiaçı 2000-ci ildə həmin cəmiyyətə üzv qəbul edilmiş və 34 saylı xx.xx.2000-ci il tarixli protokola əsasən 17-ci cənub küçəsində yerləşən sahəsi 1200 kv.m olan 322, 324 saylı bağ sahəsi onun daimi istifadəsinə verilmişdir. 2. “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin 34 saylı xx.xx.2000-ci il tarixli protokolundan çıxarışa əsasən “Avtomobilçi” bağçılıq cəmiyyətində məişət avadanlıqları üçün boş saxlanılmış 17 cənub küçəsi 322, 324 saylı bağ sahəsinin zavodun işçisi İddiaçı daimi istifadə üçün verilməsi qərara alınmışdır. 3. “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin idarə heyətinin 34 saylı xx.xx.2000-ci il tarixli protokolunda qeyd edilmişdir ki, Əzizbəyov rayonu Dübəndi baş massivində zavod işçiləri üçün ayrılmış bağ sahələrinin əksəriyyətinin sahibləri Respublikadan köçüb getmiş və zavod məhsul istehsalını dayandırdığı üçün işçilərin əksəriyyəti zavoddan çıxıb gediblər. Onlara məxsus bağ sahələri istifadəsiz qalmışdır. Bəzi işçilərin isə öz bağ sahələrini ərizələrinə əsasən başqa zavod işçilərinə vermək istəyirlər. X5 məxsus 17-ci Cənub küçəsi 322/324 saylı bağ sahəsinin sahibi öz bağ sahəsini zavodun işçisi İddiaçı vermək istəyir. Odur ki, qeyd olunan protokoldan çıxarışa əsasən X5 məxsus 17-ci Cənub küçəsi 322/324 saylı bağ sahəsinin İddiaçı verilməsi qərara alınmışdır.
4. İddiaçı 9 fevral 2018-ci il tarixində Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 322 və 324 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh 2 mart 2018-ci il tarixli imtina məktubunda bildirmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Bundan əlavə, Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır və “322”, “324” bağ nömrəsi eyni bağçılıqla digər fiziki şəxs müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstəril ən sahə sözügedən bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşir və iki bağ sahəsi bir hasar daxilindədir, ara mərz nişanları şərtidir. Eyni zamanda, sözügedən ərazi yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağında yerləşir. Bununla bağlı Azərbaycan Respublikası “Azəriqaz” İB tərəfindən məktub təqdim olunması zəruridir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Pirallahı rayonunun Dübəndi bağ massivində yerləşən 17-ci Cənub küçəsindəki hər birinin sahəsi 600 kv.metr olan 322 və 324 nömrəli bağ sahələrinə dair adına torpağın planı və ölçüsünün tərtib olunması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 1974-cü ildən işlədiyi Bakı “Avtomobil” zavodunun nəzdində yaradılmış “Avtomobilçi” bağçılıq-bostançılıq yoldaşlıq cəmiyyətinə üzv olmaq istəyən şəxslərin 188 nəfərdən ibarət olan siyahısı Bakı şəhəri X1 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 saylı qərarına əsasən təsdiq edilmiş və Bakı şəhərinin Dübəndi bağ massivi ərazisində iddiaçıya bağ sahəsi ayrılmışdır. Bakı “Avtomobil” zavodunun nəzdində yaradılmış “Avtomobilçi” bağçılıq-bostançılıq yoldaşlıq cəmiyyətinin üzvlərinin ümumi yığıncağının 26 oktyabr 2000-ci il tarixli 34 nömrəli protokoluna əsasən Bakı şəhəri, Dübəndi bağ sahəsi ərazisində yerləşən 17-ci Cənub küçəsində boş qalmış və məişət tullantıları üçün nəzərdə tutulmuş və hər birinin sahəsi 6 sot olmaql a 322 nömrəli və 324 nömrəli bağ sahələri onun daimi istifadəsinə verilmiş və bu barədə adına 277 nömrəli üzvlük kitabçası verilmişdir. Faktiki istifadəsində olan bağ sahəsinə dair onun adına torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi və çıxarışın verilməsi barədə iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilmiş, lakin cavabdeh tərəfindən həmin müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi sözügedən bağ sahələrinə dair digər şəxslərin müraciətinin daxil olması, İdarəyə təqdim olunmuş “Avtomobilçi” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının olmaması, torpaq sahəsinin ona aid ayrıc aktından kənarda yerləşməsi, eyni hasar daxilində olması, yüksək təzyiqli qaz xəttinin mühafizə zolağında yerləşməsi göstərilmişdir. Halbuki, ona ayrılmış bağ sahələri ayrıc aktının daxilindədir, qaz xəttinin mühafizə zolağından aralıda yerləşir və həmin bağ sahələrinə dair hüquqlar digər şəxslər tərəfindən mübahisələndirilməmişdir.
7. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
8. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməsi barədə əriz ə ilə məhkəməyə müraciət edərək 324 nömrəli bağ sahəsinin ərazidən keçən yüksək təzyiqli qaz kəmərinin mühafizə sonasına düşməyən 437 kv.m hissəsinə dair plan ölçünün tərtib olunması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 1 iyun 2020-ci il tarixli, 2-1(112)-1178/2020 nömrəli qərardadına əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2-1(112)-1178/2020 nömrəli 19 noyabr 2020-ci il tarixli qərardadına əsasən (Ş.A.Həsənova) X3 və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
10. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2-1(112)-68/2021 nömrəli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Pirallahı rayonunun Dübəndi bağ massivində yerləşən 17-ci Cənub küçəsindəki 324 nömrəli bağ sahəsinin ərazidən keçən yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasına düşməyən 437 kv.metr hissəsinə dair “torpaq sahəsinin plan və ölçüsü”nün tərtib edilməsi və həmin sahəyə dair iddiaçıya müvafiq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Məhkəmə qeyd etmişdir ki, sözügedən bağ sahəsinə dair plan və ölçünün tərtib olunmasından və çıxarışın verilməsindən imtina olunması üçün əsaslar mövcud deyil. Cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. İdarənin arxiv materiallarında saxlanılan siyahının tarixi 1988-ci ilə təsadüf etdiyi halda, iddiaçıya c əmiyyət tərəfindən bağ sahəsinin ayrılması ilə bağlı sənədlər 2000ci ildə tərtib olunmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçıya verilmiş həmin sənədlərin qeyrimötəbərliyi barədə cavabdeh hər hansı sübut, dəlil gətirmir. Eləcə də, həmin sənədlərin İdarənin arxiv materiallarına əlavə edilməməsi iddiaçının iradəsindən asılı hal deyildir. Eyni bağ sahələri ilə bağlı İdarəyə müraciət etmiş digər fiziki şəxslər (hazırkı iş üzrə cəlb edilmiş üçüncü şəxslər) bağ sahələri ilə bağlı hər hansı tələblərinin olmadığını, hüquqlarının pozulmasına yol verən hər hansı vəziyyətin olmadığını bildirmiş, bununla bağlı məhkəmədə mübahisə aparmamışlar. Həmçinin, bağ sahəsinin ayrıc aktından kənarda yerləşməsi barədə dəlil də əsaslı hesab edilə bilməz. Çünki, həmin hal da iddiaçının iradəsindən asılı olmamışdır və bu uyğunsuzluğun aradan qaldırılması İdarənin səlahiyyətindədir.
12. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. a. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2022-ci il tarixli, 2-1(103)-126/2022 nömrəli qərarına əsasən (sədrlik edən X.A.Cəmilova, hakimlər M.N.Tağızadə və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2-1(112)-68/2021 nömrəli qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının bağ sahəsi üzərində hüquqmüəyyənedici sənəd qismində təqdim etdiyi 322, 324 nömrəli bağ sahələrinin 17-ci Cənub küçəsində məişət avadan lıqları üçün boş saxlanılmış ərazidən ayrılması ilə bağlı “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin idarə heyətinin 34 nömrəli 26 oktyabr 2000ci il tarixli protokolundan çıxarışı, həmin protokolla bağlı Cəmiyyət üzvlərinin siyahısı təqdim olunmadığından və belə siyahıda iddiaçının adının olması qeyri-mümkün olduğu səbəbindən, digər-34 saylı 26 oktyabr 2000-ci il tarixli protokoldan çıxarışı isə Oruc Səmədovun 17-ci cənub küçəsində yerləşən 322 və 324 nömrəli bağ sahələrini İddiaçı vermək səlahiyyətində olmadığı (belə ki, 17 fevral 1988-ci il tarixli 2 saylı protokol və onun siyahısına görə Oruc Səmədova 15-ci Cənub küçəsində 326 saylı bağ sahəsi məxsus olmuşdur) səbəbindən iddia olunan torpaq sahəsi ilə bağlı plan-ölçü və reyestrdən çıxarış verilməsi üçün hüquqmüəyyənedici sənədlər q ismində qəbul edilə bilməz. Hazırki işdən isə iddiaçının plan-ölçü və reyestrdən çıxarış tələb etdiyi torpaq sahəsi ilə bağlı təqdim etdiyi bağçılıq bostançılıq cəmiyyətinin protokolundan çıxarışın (hətta hər iki protokoldan çıxarışın) və üzvlük kitabçasının həmin cəmiyyətin üzvlərinin siyahısına müvafiq olaraq verildiyi müəyyən olunmur. İddiaçının plan-ölçü və çıxarış verilməsini tələb etdiyi 324 nömrəli bağ sahəsinin çox hissəsi yüksək təzyiqli qaz xəttinin mühafizə zonasında yerləşdiyi üçün iddiaçı tələbini dəyişdirərək mühafizə zonasına düşməyən 437 kv.m. hissəsinə plan ölçü və çıxarış verilməsini tələb etmişdir. Rəsmiləşdirilməsi tələb olunan torpaq sahəsi bağçılıq-bostançılıq yoldaşlıq cəmiyyəti üçün ayrılmış ərazidən kənarda yerləşməklə yanaşı, həmin sahənin vaxtilə bağçılıq-bosta nçılıq yoldaşlıq cəmiyyəti üçün yüksək təzyiqli qaz xəttinin mühafizə zonasına düşən hissədən ayrılması absurddur.
15. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2022-ci il tarixli, 2-1(103)-126/2022 nömrəli qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinə əsasən, apellyasiya instansiya məhkəməsi tərəfindən işin halları hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, Mülki Məcəllənin 139-1.1.17-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsaslardan biri torpaq sahəsinin verilməsinə dair üzvçülük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışın olmasıdır ki, həmin hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. Cavabdehin digər dəlili - torpaq sahəsinin yüksək təzyiqli elektrik xəttinin mühafizə zolağına düşməsi ilə bağlı qeyd edilməlidir ki, adıçəkilən torpaq sahəsinin mühafizə zolağına düşməyən 437 kv.m. hissəsində iddia təmin edilmişdir. Həmçinin adıçəkilən torpaq sahəsinə dair digər şəxlərin iddia etməsi ilə bağlı cavabdehin dəlilləri də əsassızdır. Belə ki, həmin şəxslər üçüncü şəxs kimi məhkəmədə dindirilmiş, belə bir tələbləri olmadığını bildirmişlər. Torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsi ilə bağlı cavabdehin dəlili ilə əlaqədar isə qeyd olunur ki, torpaq sahəsi “Avtomobilçi” BYB-nə ayrılmış torpaq sahəsinin sərhədləri daxilində, lakin məişət tullantıları üçü n nəzərdə tutulmuş, boş qalmış və kimlərinsə istifadəsində olmayan torpaq sahəsidir. Əlavə olaraq, Oruc Səmədova verilmiş 15-ci Cənub küçəsindəki 326 nömrəli bağ sahəsi digər şəxslərin adına keçirildikdən sonra 17-ci Cənub küçəsindəki 322 və 324 nömrəli bağ sahələri Oruc Səmədova verilmiş, sonuncu da öz növbəsində həmin bağ sahələrini İddiaçı istifadəsinə verilməsinə etiraz etməmişdir.
17. Beləliklə, cavabdeh, iddiaçı tərəfindən qanunun tələbinin pozulması hallarının nədə ifadə olunmasına dair dəlilləri məhkəmədə izah edə bilməmiş, həmçinin iddiaçı tərəfindən digər üçüncü şəxslərin hüquqlarının pozulması barədə halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyi halda məhkəmə düzgün olmayan qərar qəbul etmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayə tinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasla 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. İnzibati Prosessual Məcəllə: Maddə
14. Sübut etmə vəzifəsi... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, form al baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yux arı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli he sab olunur.
26. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
28. Hazırkı iş üzrə iddiaçı tərəfindən Avtomobilçi” Bağçılıq Cəmiyyəti tərəfindən veril miş 277 saylı bağçının üzvlük kitabçası təqdim edilmişdir.
29. Həmin üzvlük kitabçasında qeyd edilmişdir ki, iddiaçı 2000-ci ildə cəmiyyətə üzv qəbul edilmiş və 34 saylı xx.xx.2000-ci il tarixli protokola əsasən 17-ci cənub küçəsində yerləşən sahəsi 1200 kv.m olan 322, 324 saylı bağ sahəsi onun daimi istifadəsinə verilmişdir.
30. İş materiallarında isə iki ədəd 34 saylı xx.xx.2000-ci il tarixli protokol mövcuddur.
31. Birinci protokolda - “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin 34 saylı xx.xx.2000-ci il tarixli protokolundan çıxarışda qeyd edilmişdir ki, “Avtomobilçi” bağçılıq cəmiyyətində məişət avadanlıqları üçün boş saxlanılmış 17 cənub küçəsi 322, 324 saylı bağ sahəsinin zavodun işçisi İddiaçı daimi istifadə üçün verilməsi qərara alınmışdır.
32. İkinci protokolda - “Avtomobil çi” bağçılıq bostançılıq cəmiyyətinin idarə heyətinin 34 saylı xx.xx.2000-ci il tarixli protokolunda qeyd edilmişdir ki, Əzizbəyov rayonu Dübəndi baş massivində zavod işçiləri üçün ayrılmış bağ sahələrinin əksəriyyətinin sahibləri Respublikadan köçüb getmiş və zavod məhsul istehsalını dayandırdığı üçün işçilərin əksəriyyəti zavoddan çıxıb gediblər. Onlara məxsus bağ sahələri istifadəsiz qalmışdır. Bəzi işçilərin isə öz bağ sahələrini ərizələrinə əsasən başqa zavod işçilərinə vermək istəyirlər. X5 məxsus 17-ci Cənub küçəsi 322/324 saylı bağ sahəsinin sahibi öz bağ sahəsini zavodun işçisi İddiaçı vermək istəyir. Odur ki, qeyd olunan protokoldan çıxarışa əsasən X5 məxsus 17-ci Cənub küçəsi 322/324 saylı bağ sahəsinin İddiaçı verilməsi qərara alınmışdır.
33. İlk protokolda “Avtomobilçi” bağçıl ıq cəmiyyətinin 188 nəfər üzvünə bağ sahəsi ayrılması ilə bağlı Bakı şəhəri X1 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 saylı qərarına istinad edilmişdir. Aşağı instansiya məhkəmələrində icraat zamanı isə həmin qərar və bağ sahəsi ayrılmış 188 nəfər üzvlə bağlı məlumatlar əldə edilmişdir.
34. Apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd olunan sənədlər araşdılarkən müəyyən edilmişdir ki, “Avtomobilçi” bağçılıq cəmiyyətinin 188 nəfər üzvünə bağ sahəsi ayrılması barədə protokolda iddiaçının adı yoxdur. Digər tərəfdən, həmin protokolda 14,15 və 16-cı cənub küçəsində şəxslərə müxtəlif nömrəli bağ sahələrinin ayrılması barədə məlumatlar mövcuddur. Başqa sözlə, 17-ci cənub küçəsində bağ sahəsinin ayrılması barədə mötəbər sübut iş materiallarında mövcud deyildir.
35. Digər tə rəfdən, ikinci protokolda X5 məxsus 17-ci Cənub küçəsi 322/324 saylı bağ sahəsinin iddiaçıya verildiyi qeyd edilsə də, bu hal iş materiallarındakı mötəbər sübutlarla ziddiyyət təşəkil edir. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, 188 nəfər üzvə bağ sahəsi ayrılması barədə protokolda X4 adı mövcuddur. Lakin onun adının qarşısında 15-ci cənub küçəsi və 326 nömrəli bağ sahasi qeyd edilmişdir. Digər tərəfdən, 322 və 324 nömrəli bağ sahələri 16-cə cənub küçəsində yerləşməklə müvafiq olaraq Sadıxov Rabil və Mamedov Aqilə məxsus olmuşdur.
36. İddiaçı kassasiya şikayətində Oruc Səmədova verilmiş 15-ci Cənub küçəsindəki 326 nömrəli bağ sahəsinin digər şəxslərin adına keçirildikdən sonra 17-ci Cənub küçəsindəki 322 və 324 nömrəli bağ sahəl ərinin Oruc Səmədova verildiyini, sonuncu da öz növbəsində həmin bağ sahələrini iddiaçının istifadəsinə verilməsinə etiraz etmədiyini qeyd etsə də, bu hallar iş materialları və işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə təsdiqlənməməklə yanaşı, yuxarıda qeyd edilən və mötəbər sübutlara söykənən işin halları ilə ziddiyyət təşkil edir.
37. Qeyd edilənlərə əsasən, iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsi baxımından bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas yoxdur və iddia tələbinin rədd edilməsi barədə apellyasiya instansiya məhkəməsinin nəticəsi maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmuşdur.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassas iya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2022-ci il tarixli, 21(103)-126/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.