Məhkəmə qərarları › İş №2-1(102)-1228/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1228/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1228/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi, iddia müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “sərəncamın və əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2023-cü il tarixli, 2-1(103)-380/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh orqanın 29 yanvar 2020-ci il tarixli **********098100 nömrəli əmrinə əsasən xx.xx.2020-ci il tarixdən iddiaçı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində çalışmış İddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad ed ilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********066200 nömrəli əmri ilə İddiaçı xx.xx.2021-ci il tarixdən Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun sərəncama çıxarılmasının qanunsuz sayılması, sərəncamdan çıxarılması (işdən azad olunması) barədə xx.xx.2021-ci il tarixli, **********066200 saylı əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2021-ci ildən başlayaraq əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışd ır ki, cavabdeh ilə onun arasında 10 yanvar 2011-ci ildə əmək müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci ildə ona məlumat vermişlər ki, Vergilər Nazirliyinin müvafiq əmri ilə və “Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin 38-ci bəndinə uyğun olaraq təşkilat-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunaraq sərəncama götürülmüşdür. Dəfələrlə bu prosesin nə vaxt qurtaracağını öyrənmək istəmiş, lakin ona demək olar ki, heç bir məlumat verilməmişdir. Onun yazılı müraciətindən sonra Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2022ci il tarixli **********911400 saylı məktubla onun xx.xx.2021-ci ildə (bir il əvvəl) sərəncamdan çıxarılması barədə məlumat vermişlər. Həmin məktubda iddiaçıdan əmək kitabçasını götürməsi xahiş olunmuşdur. İddiaçını 1 (bir) il əvvəl i şdən çıxarmışlar və bu barədə ona bir ildən sonra onun müraciətindən sonra məlumat vermiş, əmrdən çıxarışı ona təqdim etmişlər. Həmin əmrdən çıxarışdan görünür ki, iddiaçının işdən çıxarılması ilə əlaqədar **********066200 saylı əmr xx.xx.2021-ci ildə verilmişdir. Nə sərəncama çıxarılması barədə əmrdə, nə də sərəncamdan çıxarılmağı barədə əmrdə heç bir əsaslandırıcı fikir yoxdur.

4. Cavabdehin məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazda bildirilmişdir ki, İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsi nə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Daha sonra Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********066200 nömrəli əmri ilə İddiaçı xx.xx.2021-ci il tarixdən Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. Hazırkı iddia ərizəsi ilə iddiaçı xx.xx.2021-ci il tarixli **********066200 nömrəli sərəncamdan çıxarılma barədə əmri mübahisələndirərək işə bərpa edilməsini xahiş etmişdir. Halbuki, qeyd olunan xx.xx.2021-ci il tarixli əmrlə iddiaçı Dövlət Vergi Xidmətinin sərəncamından çıxarıldığından həmin əmrin ləğvi iddiaçının işə bərpa edilməsi ilə nəticələnə bilməz, çünki iddiaçı ilə Dövlət Vergi Xidməti arasında əmək müqav iləsinə həmin əmrlə deyil, yuxarıda da qeyd olunanlardan göründüyü kimi xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrlə xitam verilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrin icrası ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə İddiaçı ilə təhvil-təslim işləri aparılmış və müvafiq akt əlavəsi ilə birlikdə iddiaçı tərəfindən imzalanmışdır. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktının əlavəsinə əsasən, sabiq əməkdaş İddiaçı tərəfindən xidməti vəsiqə təhvil verilmiş və iddiaçı onun işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrlə tanış edilmiş və əmrin bir nüsxəsi ona təqdim edilmişdir. Göründüyü kimi, İddiaçı ilə xx.xx.2020-ci il tarixdə təhvil-təslim işləri aparılmasına və məhz elə həmin tarixdə işdən azad edilməsi barədə əmrin ona təqdim edilməsinə baxmayaraq o, işə bərpa tələbi barədə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022ci il tarixdə, yəni iki ildən daha artıq müddət keçdikdən sonra müraciət etmişdir. Nəticədə, iddiaçı mübahisələndirilmə üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2021ci il tarixli **********066200 nömrəli əmrə gəldikdə, həmin əmr sadəcə formal olaraq iddiaçının Dövlət Vergi Xidmətinin sərəncamından (ehtiyatından) çıxarılmasını nəzərdə tutur və bu əmrin ləğv edilməsi iddiaçının işə bərpa edilməsi anlamına gəlmir. xx.xx.2021-ci il tarixli **********066200 nömrəli əmrlə tanış olma məsələsinə gəldikdə isə **********682100 nömrəli xx.xx.2021-ci il tar ixli məktubla şəxsin sərəncamdan çıxarılması və əmək kitabçasının götürülməli olması bildirilmişdir. Analoji məktub xx.xx.2021-ci il tarixli 025 nömrəli göndərilən poçt göndərişi ilə göndərilmişdir. Göründüyü kimi şəxs sərəncamdan çıxarıldığından da xəbərdar olmuşdur. Yuxarıda qeyd olunanlar İddiaçı iddiasının işə bərpa olunma hissəsində mümkün hesab edilməməsinə əsas verir.

5. Sonradan iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun sərəncama çıxarılması barədə xx.xx.2020-ci il tarixli sərəncamın ləğv edilməsi, işdən azad olunması barədə xx.xx.2021-ci il tarixli **********066200 saylı əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2020-ci ildən başlayaraq əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qə bul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(112)-7001/2022 nömrəli qərardadı ilə (hakim S.İ.Salahova) iddia mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli əmrin iddiaçıya təqdim edilmə tarixi müəyyən edilməsə də, işdə olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı bu aktı və əlavəsini imzalamaqla təsdiq etmişdir ki, Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli əmrin icrası ilə əlaqədar akta əlavə olunmuş siyahıda qeyd olunan sənədlər, inventar, avadanlıq və ofis ləvazimatı bu aktda sabiq əməkdaş kimi qeyd olunan şəxsdən təhvil alınmışdır. Aktı təhvil verən qismində iddiaçı və təhvil alan qismində vergi orqanını n əməkdaşları imzalamışlar. Həmin aktda iddiaçı artıq “sabiq əməkdaş” kimi qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçı həmin aktın onun tərəfindən imzalanmadığını və təhviltəslim aparılmadığını bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının bu dəlili qəbul edilsə və onun işdən azad edilməsi barədə əmrin ona təqdim edilmədiyi güman olunsa belə, iddiaçının xx.xx.2020-ci il tarixli əmrdən həmin tarixdən etibarən xəbərsiz olması ağlabatan hesab olunmur, çünki şəxsin tutduğu vəzifədən azad edilməsi onun artıq əmək funksiyalarını icra etməməsi, hər hansı bir xidməti fəaliyyəti həyata keçirməməsi, əmək haqqı almaması deməkdir. Belə bir şəraitdə isə şəxs əmri və ya əmək kitabçasını almasa belə, ən azından əmək funksiyasını icra etdiyi yerə getmir ki, bu da onun işdən azad edilməsindən xəbərsi z olmasının ağlabatan olmadığını deməyə əsas verir. Məhkəmə iddiaçının İqtisadiyyat Nazirliyinə xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli teleqramlar göndərməklə işdən qanunsuz olaraq azad edildiyini bildirdiyini əsas götürməklə hesab etmişdir ki, aydın olur ki, iddiaçının onun barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli əmrdən ən geci xx.xx.2020-ci il tarixdə məlumatı olmuş, cavabdeh isə müvafiq əmri ən geci xx.xx.2020-ci il tarixdə iddiaçıya elan etmişdir. Lakin iddiaçı məsələ ilə bağlı müxtəlif dövlət orqanlarına müraciət etsə də, xx.xx.2020-ci il tarixli əmrin ləğvi üçün yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, bununla da mübahisələndirmə haqqında iddia üzrə prosessual müddəti ötürmüş, bu zaman müddətin ötürülməsinin onun təqsiri ucbatından baş verməməs ini təsdiq edən hər hansı bir ağlabatan hala istinad etməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı sərəncamdan çıxarılması barədə xx.xx.2021-ci il tarixli əmrin mübahisələndirilməsi müddətlərini də ötürmüşdür. Belə ki, iddiaçı Azərbaycan Respublikasının birinci vitesi-prezidentinə ünvanladığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müraciətlərində onun xx.xx.2020-ci il tarixdə işdən azad edilməsinin qanunsuz olduğunu, həmçinin onun işə bərpa edilməsi əvəzinə xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin sərəncamından çıxırıldığını bildirmiş, bununla artıq sərəncamdan çıxarılma haqqında əmrdən məlumatlı olduğunu bəyan etmişdir. İddiaçı sərəncamdan çıxarılması haqqında həmin əmrin mübahisələndirilməsi üçün xx.xx.2022-ci il tarixdə məhkəmə yə müraciət etməklə mübahisələndirmə üçün 1 aylıq prosessula müddəti, habelə buraxılmış müddətin bərpası üçün ərizə verilməsi imkanını nəzərdə tutan 1 illik müddəti ötürmüşdür. Beləlilklə, iddiaçının ilk iki tələbi mübahisələndirmə haqqında iddia üçün tələb olunan mümkünlük şərtinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2020-ci ildən başlayaraq əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbinə gəldikdə, həmin tələb birinci tələbin müsbət həllindən asılıdır və ilkin tələb mümkün olmadığı halda həmin tələbin də mümkünlüyü istisnadır.

8. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansi yası məhkəməsində birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2023-ci il tarixli, 2-1(103)-380/2023 nömrəli qərarı ilə (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və K.H.Əkbərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(112)-7001/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı qeyd etmişdir ki, onun yazılı müraciətindən sonra Dövlət Vergi Xidməti tərəfindən 22.02.22-ci il tarixli məktubla onun xx.xx.2021-ci il tarixdə sərəncamdan çıxarılması barədə məlumat verilmişdir. Həmin məktubda ondan əmək kitabçasını götürməyi xahiş olunmuş və əmrdən çıxarış qeyd olunan məktubla ona təqdim olunmuşdur. Bununla da onun əmri mübahisələndirməsinə dair müddətin axımı Əmək Məcəlləsinin 296cı maddəsinin 3-cü bəndinə əsasən, müvafiq əmrin surəti ona Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilən vaxt başlamışdır. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qərardadında qeyd etmişdir ki, “mübahisəli əmrin iddiaçıya təqdim edilmə tarixi müəyyən edilməsə də, işdə olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı bu aktı və əlavəsini im zalamaqla təsdiq etmişdir ki, Vergilər Nazirliyinin “Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrin icrası ilə əlaqədar akta əlavə olunmuş siyahıda qeyd olunan sənədlər, inventar, avadanlıq və ofis ləvazimatı bu aktda sabiq əməkdaş kimi qeyd olunan şəxsdən təhvil alınmışdır”. Bununla bağlı o qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin bu mövqeyi onun işdən çıxarılması barədə müvafiq əmrin xx.xx.2022-ci il tarixdən əvvəl ona verilmədiyini bir daha təsdiq etmişdir. İddiaçı işə məhkəmədə baxılan zaman qeyd edilən təhvil-təslim aktında olan imzanın ona məxsus olub-olmadığının müəyyənləşdirilməsi üçün məhkəmə xətşünaslıq ekspertizasının təyin edilm əsini məhkəmədən xahiş etsə də, məhkəmə tərəfindən vəsatəti əsassız olaraq təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Cavabdeh iddia tələbinə dair etirazın dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmadan, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2023-ci il tarixli, 2-1(103)-380/2023 nömrəli qərarının isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş təlvöD“ vergi orqanlarında xidmət haqqında” Əsasnamə

1. Vergi orqanlarında xidmət – Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peş əkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra «vətəndaşlar» adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.

38. Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir.

75. Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əla qədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə;...... Bu maddənin 3-7-ci bəndlərində göstərilən əsaslara görə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə həyata keçirilir.

79. Vergi orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan vergi orqanının vəzifəli şəxsinin həmin qərardan müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət hüququ vardır.

80. Vergi orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas müvafiq icra hakimiyyəti orqanının əmri və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. 15. “İnzibati icraat haqqında” Qanun Maddə

1. Qanunun müəyyən etdiyi qayd alar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə

48. İnzibati icraatda müddətlərin hesablanması 48.1. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 48.2. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə

62. İnzibati aktın qəbul olunması haqqın da məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Maddə

71. İnzibati aktdan şikayət vermək hüququ 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Maddə

73. İnzibati ş ikayətin verilməsi müddəti 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 16. itabiznİ̇İ“ məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarı İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur.

17. İnzibati Prosessual Məcəllə Maddə

2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxıl masına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə

32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması təl əbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə

38. İddia müddəti 38.1 Mübahisələndimə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instan siyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində,... qaldırıla bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzə rdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qə tidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

19. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İddiaçı tər əfindən qaldırılmış mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərtlərindən biri 30 günlük iddia müddətinə riayət edilmə şərtidir. Buna görə, iddiaçı mübahisələndirilən inzibati aktların təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırmalıdır. Göründüyü kimi iddia müddətinin hesablanmağa başlanılması ilə bağlı qanunverici təqdim edilmə ilə yanaşı, elan olunma ifadəsindən də istifadə etmiş, hər ikisinin eyni hüquqi nəticələr yaratdığını qəbul etmişdir. Təqdim olunma inzibati aktın rəsmi olaraq verilməsini nəzərdə tutuduğu halda, elan olunma onun məzmunu barədə maraqlı şəxsə məlumat verilməsini ehtiva edir. “İnzibati icraat haqqında” Qanunda da inzibati aktın qəbul edilməsi barədə maraqlı şəxslərə birbaşa elan olunması vasitəsilə məlumat verilə biləcəyi imkanı nəzərdə t utulmuşdur. Beləliklə, qəbul edilmiş inzibati aktın maraqlı şəxsə elan edilməsi, eləcə də şəxslə aparılan yazışmalarda aktın məzmunu barədə kifayət qədər məlumatın verilməsi ümumən inzibati akt barədə məlumat verilməsini ehtiva edir.

22. Qeyd edilənləri nəzərə almaqla kollegiya hesab edir ki, iddia müddətinin ötürüldüyünə dair məhkəmələrin gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Belə ki, iddiaçının İqtisadiyyat Nazirliyinə xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli teleqramlar göndərməklə işdən qanunsuz olaraq azad edildiyini bildirmişdir. Bu halda, aydın olur ki, iddiaçının onun barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli əmrdən ən geci xx.xx.2020-ci il tarixdə məlumatı olmuş, cavabdeh isə müvafiq əmri ən geci xx.xx.2020-ci il tarixdə iddiaçıya elan etmişdir. Lakin id diaçı məsələ ilə bağlı müxtəlif dövlət orqanlarına müraciət etsə də, xx.xx.2020-ci il tarixli əmrin ləğvi üçün yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, bununla da mübahisələndirmə haqqında iddia üzrə prosessual müddəti ötürmüşdür.

23. Məhkəmələr haqlı olaraq hesab etmişlər ki, iddiaçı sərəncamdan çıxarılması barədə xx.xx.2021-ci il tarixli əmrin mübahisələndirilməsi müddətlərini də ötürmüşdür. Belə ki, iddiaçı Azərbaycan Respublikasının birinci vitesi-prezidentinə ünvanladığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müraciətlərində onun xx.xx.2020ci il tarixdə işdən azad edilməsinin qanunsuz olduğunu, həmçinin onun işə bərpa edilməsi əvəzinə xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin sərəncamından çıxırıldığını bildirmiş, bunun la artıq sərəncamdan çıxarılma haqqında əmrdən məlumatlı olduğunu bəyan etmişdir. İddiaçı sərəncamdan çıxarılması haqqında həmin əmrin mübahisələndirilməsi üçün xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə mübahisələndirmə üçün 1 aylıq prosessula müddəti, habelə buraxılmış müddətin bərpası üçün ərizə verilməsi imkanını nəzərdə tutan 1 illik müddəti ötürmüşdür.

24. Beləlilklə, bu qərarın tətbiq edilən hüquq bölməsində sadalanmış normaların tələbləri nəzərə alındığında iddiaçının ilk iki tələbi mübahisələndirmə haqqında iddia üçün tələb olunan mümkünlük şərtinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2020-ci ildən başlayaraq əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbinə gəldikdə, həmin təl əb birinci tələbin müsbət həllindən asılıdır və ilkin tələb mümkün olmadığı halda həmin tələbin də mümkünlüyü istisna olunur.

25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2023-ci il tarixli, 21(103)-380/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar