Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1228/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının kameral vergi yoxlaması nəticəsində qəbul etmiş qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergil ər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və əlavə dəyər vergisi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 2-1(104)-798/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********222200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarı ilə İddiaçı 2021-ci ilin dekabr ayı üzrə 10.746,41 manat əlavə dəyər vergisi hesablanmışdır.
2. İddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, 2021-ci il 12-ci ayın ƏDV-si üzrə xx.xx.2024-cü il yazılış tarixli azalma, hesablama əməliyyatları aparılm ışdır.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh vergi orqanına müraciət edərək qeyd etmişdir ki, vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə heç bir qərar olmadan şəxsi hesab vərəqəsinə ƏDV 2021/12 dövrü üzrə 10746.41 manat vergi məbləği hesablanmışdır. Müvafiq dövr üzrə cari bəyannamə tərəflərindən xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur. Göründüyü kimi vergi orqanı Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbini pozaraq qərar olmadan şəxsi hesab vərəqəsinə qanunsuz müdaxilə etmişdir. Qeyd olunanları nəzərə alaraq xx.xx.2024-cü il tarixdə ƏDV 2021/12 dövrü üzrə 10746.41 manat hesablanmış məbləğin şəxsi hesab vərəqəsindən azaldılması üçün göstəriş verilməsini xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubu ilə iddiaçıya bildirmişdir ki, 2021-ci ilin dekabr ayı ƏDV bəyannaməsinə xx.xx.2024-cü il tarixdə tərəflərindən əlavə vergi hesablanmamış və bəyannamənin hər hansı bir hissəsində düzəliş edilmədiyi üçün kameral hesablama barədə qərar çıxarılmamışdır. Əlavə olaraq bildirilir ki, xx.xx.2024-cü il tarixdə şəxsi hesab vərəqəsində borcunun tərkibi dəyişdirilməmiş və əlavə vergi və yaxud faiz məbləğləri hesablanmamışdır.
5. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 2022-ci ilin may ayı üçün dəqiqləşmiş ƏDV bəyannaməsi verilmişdir. 6. xx.xx.2024-cü il tarixli, **********288300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarı ilə İddiaçı 2022-ci ilin may ayı üzrə 77.326,88 manat əlavə dəyər vergisi hesablanmışdır. Əsası: Gəlir vergi bəyannaməsində göstərilən qalıq malın ƏDV bəyannaməsində “0” kimi gös tərilməsi İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli **********288300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsi və xx.xx.2024-cü il tarixli yazılış qeydi ilə (qərarsız) 2021-ci ilin dekabr ayı üzrə hesablanmış 10746,41 manat əlavə dəyər vergisi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddia ərizəsində 2021-ci ilin dekabr ayı üçün əlavə dəyər vergisi ilə bağlı bildirilmişdir ki, cavabdeh heç bir qərar olmadan əsassız olaraq sahibkarın şəxsi hesab vərəqəsinə qanun suz müdaxilə etmişdir. Qeyd olunanlarla bağlı xx.xx.2024-cü il tarixli **********291300 nömrəli məktubla vergi orqanına müraciət olunmuş, xx.xx.2024-cü il tarixdə 2021-ci ilin dekabr ayı üçün əlavə dəyər vergisi üzrə 10.746,41 manat hesablanmış məbləğin şəxsi hesab vərəqəsindən azaldılması üçün göstəriş verilməsi xahiş olunmuşdur. Sahibkar xx.xx.2022-ci il tarixli, **********168800 nömrəli ərizə ilə fəaliyyətini xx.xx.2022-ci il tarixdə dayandırmış və təsərrüfat subyektini icarəyə vermişdir. 2022-ci ilin may ayı üzrə online kassa və Pos-terminal məlumatlarından müəyyən olunur ki, müvafiq dövr üzrə faktiki olaraq fəaliyyət olmamışdır. Qeyd olunanlara baxmayaraq cavabdeh əsassız olaraq 2022-ci ilin may ayı üçün ƏDV üzrə vergi hesablamaları aparmışdır. Həmçinin bildirilir ki, vergi orqanı uyğ unsuzluq məktubunda əsassız olaraq 2022-ci ilin gəlir vergisi üzrə apardığı kameral vergi yoxlamasını vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannamə kimi qeyd etmişdir. Vergi orqanı ƏDV-nin aylıq hesabat olmasına dair Vergi Məcəlləsinin müəyyənləşdirdiyi tələbləri pozmuşdur. Belə ki, vergi orqanı tərəfindən 2022-ci ilin may ayı üçün ƏDV məbləği hesablanarkən vergilərin hesablanmasına əsas kimi ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə CƏMİ) sətirlərinin “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)” sütunlarının cəmində 447845.00 manat məbləğ göstərilməsini vergi ödəyicisindəki uyğunsuzluqların olması qeyd olunmuşdur. Lakin 2022ci ilin may ayı üzrə online kassa və POS-terminal məlumatlarından müəyyən olunur ki, müvafiq dövr üzrə faktiki olaraq fəaliyyət və satış olmamışdır. ƏDV üzrə v ergi dövrü təqvim ayıdır və vergi öhdəliyi təqvim ayı ərzində aparılan əməliyyatlara görə müəyyən olunmalıdır. Başqa sözlə təqvim ilinin müxtəlif aylarında aparılan əməliyyatlara görə vergi məbləğləri həmin əməliyyatların aparıldığı təqvim ayları üzrə hesablanmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3518/2024 nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddianın təmin edilməsi, cavabdehin xx.xx.2024-cü il tarixli **********288300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi, xx.xx.2024-cü il tarixli yazılış qeydi ilə 2021-ci ilin dekabr ayı üzrə hesablanmış 10.746,41 manat əlavə dəyər vergisi məbləğinin İddiaçı şəxsi hesab vərəqəsindən silinməsi öh dəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada, vergi o halda müəyyən edilmiş hesab olunur ki, vergi ödəyicisi və vergitutma elementləri müəyyən edilmiş olsun. Vergitutmanın elementlərindən biri də vergi dövrüdür. ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır və vergi öhdəliyi təqvim ayı ərzində aparılan əməliyyatlara görə müəyyən olunmalıdır. Yəni kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Başqa sözlə təqvim ilinin müxtəlif aylarında aparılan əməliyyatlara görə vergi məbləğləri həmin əməliyyatların aparıldığı təqvim ayları üzrə hesablanmalıdır. Malların tə qdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, vergi tutulan idxal ƏDV üzrə vergitutma obyektidir. Vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümümi dəyərindən ibarətdir. Hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. İş materialları ilə müəyyən olunur ki, vergi ödəyicisi İddiaçı fəaliyyəti və digər vergi tutulan əməliyyatlar xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır. Vergi orqanı tərəfindən əlavə dəyər vergisinin hesablandığı 2022-ci ilin may a yında iddiaçı vergi ödəyicisi kimi fəaliyyət göstərməmiş, təqvim ayında ərzində vergitutma əməliyyatı həyata keçirməmişdir. Lakin vergi orqanı 2022-ci ilin may ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2022-ci ilin may ayında vergi ödəyicisinin heç bir əməliyyat həyata keçirmədiyini nəzərə almamışdır. İddia tələbinin xx.xx.2024-cü il tarixli yazılış qeydi ilə 2021-ci ilin dekabr ayı üzrə hesablanmış 10746,41 manat əlavə dəyər vergisi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi hissəsinə münasibətdə qeyd edilmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı barəsində 2021-ci ilin dekabr ayı üzrə 10.746,41 manat əlavə dəyər vergisi hesablanmışdır. Daha sonra 2021-ci ilin dekabr ayı üçün əlavə dəyər vergisi üzrə xx.xx.20 24-cü il tarixli yazılış qeydi ilə 10746.41 manat ƏDV hesablanması barədə əməliyyat həyata keçirilmiş, lakin bununla bağlı cavabdeh orqan tərəfindən heç bir qərar qəbul edilməmişdir. Halbuki cavabdeh qanunla müəyyən olunmuş qaydada inzibati icraat aparmalı, icraat nəticəsində inzibati akt qəbul etməli, əlavə vergi məbləğləri müəyyən edən və iddiaçı üçün vergi öhdəliyi yaradan həmin inzibati aktı əsaslandırmalı idi. Cavabdeh tərəfindən iddiaçının şəxsi hesab vərəqəsində faktiki xarakterli hərəkətlər vasitəsi ilə faktiki olaraq əlavə vergi məbləğləri hesablanmış, heç bir qərar olmadan əsassız olaraq iddiaçının şəxsi hesab vərəqəsinə qanunsuz müdaxilə edilmişdir. Qeyd edilən qaydada inzibati akt qəbul etmədən vergi məbləğinin hesablanması qanunvericiliyin göstərilən tələblərinə ziddir.
11. Ca vabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 2-1(104)-798/2024 nömrəli qərarı ilə (hakimlər: R.Mamedov - sədrlik edən və məruzəçi, İ.Həsənov və A.Bayramov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşarkən aşağıdakıları qeyd etmişdir: -2022-ci ilin may ayında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan ədəddən əvəzləşdirilmiş ƏDV-ni çıxaraq yaranan fərqi büdcəyə hesablanmış olsun. Vergi orqanının iddiaçıya kameral qaydada hesabladığı ƏDV 2022-ci ilin may ayı üçün hesablanmışdır. Lakin iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçının fəaliyyəti və digər vergi tutulan əməliyyatlar xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır. Vergi orqanı isə iddiaçı barəsində 2022-ci ilin may ayı üçün əlavə dəyər vergisi hesablayan zaman iddiaçının həmin dövrdə fəaliyyət göstərməməsini, həmin təqvim ayı ərzində vergi tutma əməliyyatının həyata keçirməməsini nəzərə almadan mübahisələndirilən inzibati aktı qəbul etmişdir. - cavabdehin qeyd edilən hərəkətləri nəticəsində iddiaçı barəsində əlavə vergi öhdəliyi yaranmış, qeyd edilən əməliyyat mövcud vergi borcu ilə bağlı uçot məlumatın dəqiqləşdirilməsi, texniki xətanın aradan qaldırılması, bununla bağlı vəzifənin düzgün icrasının təmin edilməsi ilə bağlı olmamışdır. İndiki halda cavabdehin iddiaçı barəsində həyata keçirdiyi əməliyyat “dürüstləşmə” əməliyyatı kimi mövcud olmamışdır. Belə ki, iş materiallarından müəyyən edilənlərə əsasən cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı barəsində 2021-ci ilin dekabr ayı üzrə 10.746,41 manat əlavə dəyər vergisi hesablanmışdır. Bundan sonra vergi orqanı tərəfindən heç bir qərar qəbul edilmədən 2021-ci ilin dekabr ayı üçün əlavə dəyər vergisi üzrə xx.xx.2024-cü il tarixli yazılış qeydi ilə 10746.41 manat ƏDV hesablanması barədə əməliyyat həyata keçirilmişdir. Həmçinin apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi kollegiyanın sualına cavab verərək bildirmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçının şəxsi hesab vərəqəsində 2021-ci il 12-ci ayın ƏDV-si üzrə iddiaçıya həmin dövr üzrə 10746.41 manat vergi məbləği hesablanan zaman hər hansı qərar qəbul edilməmişdir. Cavabdeh inzibati orqanın iddiaçı barəsində həyata keçirdiyi əməliyyatlar ilə bağlı və onun nəticəsi olaraq iddiaçı barəsində vergi borcu öhdəliyinin yaranmasına dair hərəkətləri qanunazidd olmuşdur.
14. Apellyasiya məhkəməsi hüquqi mövqeyini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 12, 13, 24, 36, 37, 159, 166, 173, 174, 178-ci maddələrə, “İnzibati icraat haqqında” Qanunun 11.1, 24.1, 24.2, 67.1, 67.2, 67.3-cü maddələrinə istinad edilmişdir.
15. Cavabdeh həmin qərardan kassasiya ş ikayəti verərək 24 iyul 2024-cü il tarixli **********288300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair iddia tələbinin təmin edilməməsi və 10746.41 manat əlavə dəyər vergisi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi tələbinə dair iddianın mümkün sayılmaması, mümkün sayılacağı halda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayətində aşağıdakıları bildirmişdir: - İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyekt kodu **********-23001 olan Gəncə şəhəri, Ş.İ.Xətai pr-ti 84 ünvanında yerləşən təsərrüfat subyektində-mağazada başqa vergi ödəyicisi X3(VÖEN:****** ****) fəaliyyət göstərir. “Vergi ödəyicisinin obyekti barədə məlumat”dan görünür ki, X3 xx.xx.2022- ci il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai pr-ti 84 ünvanında adına vergi orqanında təsərrüfat subyekti qeydiyyata aldıraraq həmin ünvanda sahibkarlıq fəaliyyətinə başlamışdır. Həmçinin Gəncə şəhəri, Ş.İ.Xətai pr-ti 84 ünvanında tərəfimizdən həyata keçirilən müşahidə-baxış hərəkəti ilə də sözügedən ünvanda X1 fəaliyyətgöstərməsi müəyyən olunmuşdur. İddiaçının fəaliyyətinin dayandırıldığı dövrdən sonra 2022-ci ilin aprel, may, iyun aylarının ƏDV bəyannamələrinin dövriyyəsiz təqdim edilməsi, həmçinin xx.xx.2022-ci il tarixli **********445500 nömrəli “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı haqqında ərizə əsasında xx.xx.2022-ci il tarixdən İddiaçı fəaliyyət göstərdiyi obyek tdə digər vergi ödəyicisi-X1 fəaliyyət göstərməsi xüsusatları İddiaçı mal qalığının (yəni 2021-ci ilin cari gəlir vergisi bəyannaməsində ilin sonuna 447845 manat göstərdiyi mal qalığının) tam olaraq may ayında təqdim edilməsi kimi qiymətləndirilmiş və qalıq mala münasibətdə əskik gələn dövriyyə üzrə 2022-ci ilin may ayı üzrə ƏDV hesablanmışdır. - İddiaçı 2021-ci ilin gəlir vergisi bəyannaməsində göstərdiyi 447845 manat mal qalığı onun tərəfindən sonradan dövriyyə məlumatlarında əks olunmamış, həmçinin faktiki olaraq sahibliyində də müəyyən edilməmişdir. Bu mənada 2021-ci ilin gəlir vergisi bəyannaməsində iddiaçının özünün göstərdiyi 447845 manat məbləğində dövriyyə məlumatı iddiaçı üçün vergi öhdəliyinin formalaşmasına əsas verən vergitutma obyekti kimi çıxış etmişdir. - İddiaçının may ayı ərzində fəaliyyəti olmadığı halda onun barəsində vergi öhdəliyinin müəyyən edilməsinin mümkünsüzlüyü ilə bağlı məhkəmələr gəldiyi mövqe əsaslı deyil. Vergi ödəyicisinin fəaliyyətinin dayandırıldığı dövrdə onun barəsində vergi öhdəliyinin müəyyən edilməsini istisna edən vergi qanunvericiliyində hər hansı imperativ norma mövcud deyil. VM-nin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq hüququna malikdir. - xx.xx.2024-cü il tarixdə şəxsi hesab vərəqində əks olunmuş 10746.41 manat vergi məbləği xx.xx.2022-ci il tarixdə keçirilmiş kameral vergi yoxlaması nəticəsində hesablanmış məbləğin bərpa edilməsinə görə iddiaçıya məxsus vərəqəyə işlənilmişdir. Yəni sözügedən məbləğ xx.xx.2022-ci ildə aparılmış kameral vergi yoxlaması nəticəsində formalaşmışdır. Həmçinin xx.xx.2020-ci il tarixli Qərardadda məhkəmə kollegiyası şəxsi hesab vərəqədə aparılan “dürüstləşdirmə” əməliyyatının məqsədinin vergi öhdəliyinin müəyyən edilməsi olmadığını göstərmişdir. İddiaçının şəxsi hesab vərəqəsində aparılmış əməliyyatın da məqsədi yeni vergi öhdəliyinin yaranması ilə bağlı olmamışdır. Sözügedən qərardadın 55-ci bəndində qeyd olunmuşdur ki, “vergi orqanının “dürüstləşdirmə” əməliyyatı adı altında vergi ödəyicisi üçün əlavə (yeni) vergi öhdəliyi yaratmadan, uçot sənədlərindəki dürüstlüyü təmin etmək məqsədi ilə, əslində həmin məqamadək yaranmış və faktiki mövcud olan (hər hansı hüquqi əsasa görə aradan qalxmayan, xitam veril məyən) vergi öhdəliyinə dair məlumatı şəxsi hesab vərəqəsində əks etdirməkdə ifadə edilən faktiki xarakterli hərəkəti verginin hesablanması (yeni, əlavə vergi öhdəliyinin yaranması) kimi qiymətləndirilməli deyil. Bu mənada iddiaçıya məxsus uçot sənədindəki (şəxsi hesab vərəqəsi) dürüstlüyü təmin etmək, yəni texniki xəta olaraq təkrar yaranmış uyğunsuzluğun aradan qaldırılması məqsədi ilə qüvvədə olan xx.xx.2022-ci il tarixli **********222200 qərarla mövcud olan, xitam verilməmiş vergi öhdəliyinə dair məlumat-10746.41 manat məbləğ şəxsi hesab vərəqəsində əks etdirilmişdir. Məhz bu səbəbdən yeni inzibati aktın qəbul edilməsinə ehtiyac olmamışdır.
17. Cavabdeh şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün Vergi Məcəlləsinin 23.1.1, 32.1, 32.4, 37.1, 67.15, 83.2.4,85.4 154.1,159.1,159.5-ci mad dələrinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2 və 64.3-cü maddələrinə və İnzibati Prosessual Məcəllənin 1.2, 12.1, 12.2, 58.7, 68.1, 69.4-cü maddələrinə və Ali Məhkəmənin İnzibati Kollegiyası “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair 13 avqust 2020-ci il tarixli Qərardadına istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Vergi Məcəlləsi: Maddə
12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.1. Vergi o halda müəyyən edilmiş hesab o lunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək... Maddə
37. Kameral vergi yoxlaması 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçir ilir. Maddə
49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması.... 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.... Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları.... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin süb ut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır.[394] Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Maddə
166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Maddə
173. ƏDV-nin dərəcəsi 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Maddə 17
4. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur Maddə
178. ƏDV üzrə hesabat dövrü ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır.
20. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdı rmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. 22. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan ver gi borclarının tənzimlənməsi haqqında" 2016-cı il 30 dekabr tarixli, 474VQ №-li Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Ali Məhkəmənin İnzibati Kollegiyasının 13 avqust 2020ci il tarixli qərardadı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallar ını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
26. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə kollegiyası qe yd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.
28. İşin faktiki hallarından müəyyən olunur ki, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli **********288300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması ba rədə” qərarı ilə İddiaçı 2022-ci ilin may ayı üzrə 77.326,88 manat əlavə dəyər vergisi hesablanmışdır, həmçinin cavabdeh orqan tərəfindən iddiaçının şəxsi hesab vərəqəsində 2021-ci il 12-ci ayın ƏDV-si üzrə iddiaçıya həmin dövr üzrə 10746.41 manat vergi məbləği hesablanmışdır.
29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı həmin qərarın ləğvinə və şəxsi hesab vərəqəsinə hesablanmış 10746,41 manat əlavə dəyər vergisi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsin yönəlmişdir.
30. Məhkəmə kollegiyası ilk öncə mübahisələndirilən qərarla bağlı qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən 2022-ci ilin may ayı üçün iddiaçıya əlavə dəyər vergisi hesablamışdır. Halbuki işdən görünür ki, iddiaçının fəaliyyəti və digər vergi tutulan əməliyyatlar xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixəd ək dayandırılmışdır.
31. Bundan əlavə işdən görünür ki, iddiaçının fəaliyyət görsətdiyi təsərrüfat subyekti digər vergi ödəyici olan X2 (VÖEN:**********) icarəyə verilmişdir. Belə ki, işdə olan “Vergi ödəyicisinin obyekti barədə məlumat”dan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai pr-ti 84 ünvanında adına vergi orqanında təsərrüfat subyekti qeydiyyata aldıraraq həmin ünvanda sahibkarlıq fəaliyyətinə başlamışdır.
32. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, vergitutma elementlərindən biri də vergi dövrüdür. Yəni kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 178ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Vergi orqanı 2022-ci ilin may ayı üçün kamera l qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2022-ci ilin may ayında baş vermiş əməliyyatları əsas götürməlidir.
33. ƏDV üçün vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxaldır (maddə 159.1). Vergi tutulan əməliyyatın vaxtı isə təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır ki, bu da Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir.
34. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesabla nan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni təşkil edir.
35. Yuxarıda qeyd olunan maddələrə nəzər yetirdikdə aydın olun ki, 2022-ci ilin may ayında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan ədəddən əvəzləşdirilmiş ƏDV-nı çıxaraq yaranan fərqi büdcəyə hesablanmış olsun.
36. Lakin yuxarıda qeyd edildiyi kimi, 2022-ci ilin may ayında iddiaçı artıq fəaliyyət göstərməmiş və onun tərəfindən həmin təqvim ayı ərzində vergi tutma əməliyyatı həyata keçirməmişdir.
37. Belə olan halda, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı 2022ci ilin may ayında, yəni təqvim ayı ərzində vergi tutma əməliyyatı həyata keçirmədiyindən vergi orqanı əsassız qərar qəbul etmişdir.
38. Məhkəmə kollegiyası iddianın digər hissəsinə, yəni cavabdeh orqan tərəfindən iddiaçının şəxsi hesab vərəqəsindən xx.xx.2024-cü il tarixli yazılış qeydi ilə 2021-ci ilin dekabr ayı üzrə hesablanmış 10746,41 manat əlavə dəyər vergisi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi ilə bağlı da apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır.
39. Belə ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" 2016-cı il 30 dekabr tarixli, 474VQ №-li Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Ali Məhkəmənin İnzibati Kol legiyasının 13 avqust 2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqeyə əsasən, “Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır.
40. Beləliklə hazırkı mübahisəyə münasibətdə cavabdeh iddiaçının şəxsi hesab vərəqəsində faktiki xarakterli hərəkətlər vasitəsi ilə faktiki olaraq əlav ə vergi məbləğləri hesablanması qanunsuz və yuxarıda qeyd olunan Ali Məhkəmənin hüquqi mövqeyinə zidd olmuşdur.
41. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 21(104)-798/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.