Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1229/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə qarşı iş üzrə (Açar söz: əlilliyə görə pensiya; işlədiyi illərin sığorta stajına daxil edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili, cavabdehin vəkili iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair Sumqayıt Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-123/2020 nömrəli, 05.02.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı **.**.1959-cu il tarixində anadan olmuş, 21.04.1978-ci ildən 06.06.1980-ci ilə kimi həqiqi hərbi xidmətdə olmuş, 18.08.1980-ci ildən 11.05.1994-cü ilədək işləmişdir və 13.02.2017-ci il tarixində iddiaçıya ikinci dərəcəli əlillik təyin olunmuşdur. Bundan sonra, iddiaçı ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan 19.06.2017-ci il tarixli məktubla iddiaçının 01.04.1993-cü ildən 11.05.1994-cü ilə kimi 17 nömrəli İSMD-dən əmək haqqı almad ığını və məcburi dövlət sosial sığorta ayırmaları ödənilmədiyini əsas gətirərək iddiaçının müraciətindən imtina etmişdir. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının əmək kitabçasında qeyd olunan 16.04.1991-ci il tarixindən 11.05.1994-cü il tarixinədək ** nömrəli İSMD-də işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19.03.2019-cu il tarixli, 2-1(085)-284/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, Iddiaçı əmək kitabçasında qeyd olunan 16 aprel 1991-ci il tarixdən 11 may 1994-cü il tarixədək ** nömrəli İSMD-də işlədiyi döv rlərin sosial sığorta stajı kimi nəzərə alınması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19.03.2019-cu il tarixli, 2-1(085)-284/2019 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 18.07.2019-cu il tarixli, 2-1(105)-453/2019 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti mümkün sayılmamış, apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 18.07.2019-cu il tarixli, 2-1(105)-453/2019 nömrəli qərardadından cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13.11.2019-cu il tarixl i, 2-1(102)-2916/2019 nömrəli qərarına əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin 18.07.2019-cu il tarixli, 21(105)-453/2019 nömrəli qərardadı ləğv edilmiş, iş cavabdehin şikayətinə mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək əmək kitabçasında qeyd olunan 16.04.1991-ci il tarixindən 11.05.1994-cü il tarixinədək ** nömrəli İSMD-də işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 05.02.2020-ci il tarixli, 2-1(105)-123/2020 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19.03.2019-cu il tarixli, 2-1(085)-284/2019 nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilərək Iddiaçı əmək kitabçasında qeyd olunan 16 aprel 1991-ci il tarixdən 11 may 1994-cü il tarixədək ** nömrəli İSMD-də işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının 1993-1994-cü illər ərzində işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. Bu zaman həmin dövrlə bağlı əmək haqqının alınması və alınmış əmək haqlarından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyətlə tələb olunmur. İddiaçının tələb inin dəqiqləşdirilməsi barədə ərizə verməsi ilə əlaqədar birinci instansiya məhkəməsini qərarı nəticə hissədə dəyişdirilərək göstərilən illərin sığorta stajı kimi nəzərə alınmaqla iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 05.02.2020-ci il tarixli, 2-1(105)-123/2020 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə Dövlət Arxivinin Quba rayon Filialı tərəfindən verilmiş arxiv arayışında iddiaçı Iddiaçı 16.04.1991-ci il tarixindən 11.05.1994-cü il tarixinədək ** nömrəli İSMD-də işlədiyi müddətdə əmək haqqı almaması öz əksini tapmış və bu hal özlüyündə cavabdeh tərəfindən iddiaçının əmək kitabçasındakı qeyd lərin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas vermişdir. Kassator, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90-99-cu maddələrini rəhbər tutaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 05.02.2020-ci il tarixli, 21(105)-123/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 05.02.2020-ci il tarixli, 2-1(105)-123/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş et mişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin 05.02.2020-ci il tarixli, 2-1(105)-123/2020 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsində müəyyən edilən hallarından görünür ki, iddiaçı 21.04.1978-ci ildən 06.06.1980-ci ilə kimi həqiqi hərbi xidmətdə olmuş, 18.08.1980ci ildən əmək fəaliyyətinə başlamış, kiçik fasilələrlə 11.05.1994-cü ilədək işləmiş, iddiaçıya 13.02.2017-ci il tarixindən ikinci dərəcəli əlillik təyin olunmuşdur. Cavabdehin arxiv arayışına istinad edərək iddiaçının 16.04.1991-ci il tarixindən 11.05.1994-cü il tarixinədək ** nömrəli İSMD-də işlədiyi müddətdə əmək haqqı almadığını bildirmiş, bu səbəbdən iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Cavabdeh kassasiya şikayətinin dəlillərində də iddiaçı həmin dövrlərdə əmək haqqı almadığından sözügedən illərin sosial sığorta stajı kimi hesablanmasının mümkün olmadığını bildirsə də, məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “ “Əmək pensiyaları haqqında” Azərbaycan Re spublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İ nzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hazırkı iş üzrə iddiaçının iş fəaliyyətini, eləcə də 16.04.1991-ci il tarixindən 11.05.1994-cü il tarixinədək ** nömrəli İSMD-də işləməsini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçası və arxiv arayışı ilə iddiaçının 16.04.1991-ci il tarixindən 11.05.1994-cü il tarixinədək ** nömrəli İSMD-də işlədiyi təsdiq olunduğundan arxiv arayışındakı məlumatların tam olmaması əmək kitabçasındakı məlumatların nəzərə alınmaması üçün əsas olmamaqla yanaşı, iddiaçının məsuliyyəti kimi də müəyyən oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin i nzibati orqanın üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunu n Quba rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 05.02.2020-ci il tarixli, 2-1(105)-123/2020 nömrəl qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1229/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1229/2020
23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver