Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1229/2021 28.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: xidmət müqaviləsinə görə verginin hesablanması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili Vəkil1, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2, vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin (bundan sonra mətndə iddiaçı) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “cavabdehin 24.07.2020-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-152/2021 saylı, 9 aprel 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin 06.05.2019-cu il tarixli qərarı ilə iddiaçıda 2018-ci ilin yanvar ayından 2019-cu ilin mart ayınadək olan dövrün yoxlanılması üçün növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. 2. 01.06.2020-ci il tarixli səyyar vergi yoxlaması aktına əsasən iddiaçıda 2018ci ilin yanvar ayından 20 19-cu ilin mart ayı üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və yoxlama zamanı aşkar edilmişdir ki, iddiaçı faktiki olaraq sair fərdi xidmətlərin göstərilməsi, şəhər və şəhərətrafı sərnişin quruyol nəqliyyat fəaliyyəti ilə məşğul olmuşdur. 2018-ci ilin mənfəət vergisi üzrə 10810.45 manat, ƏDV üzrə 85348.49 manat, əmlak vergisi üzrə 3390.08 manat, torpaq vergisi üzrə 120.0 manat, MDSS – işəgötürənlə muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslərə 668.882.02 manat, işsizlik sığortası üzrə rüblük hesabat üzrə 30531.80 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 246963.52 manat, vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 80 manat, 2019-cu ilin ƏDV üzrə 15271.95 manat, MDSS – işəgötürənlə muzdla işləyənləri əmək müqaviləsi ilə iş ə götürən hüquqi şəxslərə 247607.27 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 103696.83 manat cəmi 1.412.622.41 manat əlavə vergi borcu hesablamış və həmin məbləğin 50 % həcmində, yəni 706391.23 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir.
3. İddiaçı tərəfindən təqdim edilmiş xidmət müqaviləsinin nümunəsindən görünür ki, həmin müqavilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN**********) fiziki şəxs X1 (icraçı) ilə iddiaçı (sifarişçi) arasında bağlanmışdır. Müqavilənin predmetini icraçının sifarişçinin uzunmüddətli tapşırığı əsasında, ona (yaxud sifarişçinin təyin etdiyi üçüncü şəxsə) mütəmadi sürücü (avtonəqliyyat vasitəsinin idarə edilməsi ilə əşyaların və ya sərnişinlərin daşınması və çatdırılması) xidmətini göstərir, sifarişçi isə icraçının göstərdiyi mütəmadi xidmətinin əvəzində ona (icraçıya) aylıq xidmət haqqı ödəyir.
4. Cavabdeh tərəfindən 24.07.2020-ci il tarixli qərarla iddiaçıda aparılan səyyar vergi yoxlaması nəticəsi olaraq 2018-ci ilin mənfəət vergisi üzrə 10810.45 manat, ƏDV üzrə 85348.49 manat, əmlak vergisi üzrə 3390.08 manat, torpaq vergisi üzrə 120.0 manat, MDSS – işəgötürənlə muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslərə 668.882.02 manat, işsizlik sığortası üzrə rüblük hesabat üzrə 30531.80 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 246963.52 manat, vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 80 manat, 2019-cu ilin ƏDV üzrə 15271.95 manat, MDSS – işəgötürənlə muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslərə 247607.27 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 103696.83 manat, cəmi 1.412.622.41 manat əlavə vergi borcu hesablamış və həmin məbləğin 50 % həcmində, yəni 706391.23 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 12 avqust 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, 24.07.2020-ci il tarixli **********138106 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı qərarı qanunsuz hesab edərək ləğv olunması barədə qərar çıxarılmasını xahiş edir. Belə ki, iddiaçı şirkət “BP X8” şirkətinin elan etdiyi tenderdə qalib gələrək BP ilə bağlanmış müqaviləyə əsasən onlara sərnişin daşınması xidmətini g östərir. Bu xidməti həyata keçirmək üçün 600-ə yaxın sürücü heyəti tələb edilirdi ki, bunun da böyük hissəsini işçi heyəti ilə, digər hissəsini isə bu istiqamətdə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə həyata keçirmişdir. İşçilərlə əmək müqaviləsi, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə isə xidmət müqaviləsi bağlanmışdır. Xidməti müqavilə əsasında 206 nəfər fəaliyyət göstərir. Həmin şəxslər əvvəllər də BP şirkətinə xidmət göstərmişlər və əvvəl də bu cür müqavilələr əsasında fəaliyyət göstərmişlər. Yoxlama zamanı vergi orqanı hesab etmişdir ki, həmin 206 nəfərdən 16 nəfəri digər vergi ödəyicilərinə də xidmət göstərdiyindən onlarla bağlanan müqavilə qanuni hesab edilməli, qalan 190 nəfərlə isə əmək müqaviləsi bağlanmalı olmuşdur. Halbuki, bu iki tərəf arasında onların iradəsi ilə bağlanmış müqavilədir və vergi orqanının bu müqavilənin məzmununu dəyişdirmək səlahiyyəti yoxdur. Bundan başqa vergi orqanı tərəfindən prosessual pozuntulara da yol verilmişdir. Belə ki, yoxlama 06.05.2020-ci il tarixdə başlasa da, əsassız olaraq 01.06.2020-ci il tarixdə 1 il 1 ay sonra bitmişdir. Bu prosessual pozuntunun səbəbi isə iddiaçının üzərinə zorla qanunsuz vergi öhdəliyinin qoyulması olmuşdur. Cavabdeh həmçinin heç bir əsas olmadan 10810.45 manat mənfəət vergisi, 100620,44 manat ƏDV, 171091 manat ödəmə mənbəyindən vergi və həmin məbləğin 50% həcmində maliyyə sanksiyası tətbiq etmişdir. Yoxlama müddətinin süni şəkildə uzadılması və iddiaçının bu müddətdə dəqiqləşmə bəyannaməsini verə bilməməsi iddiaçını ödənməmiş sığortanı dəqiqləşmə verərək ödəyə bilməsi üçün məhdudiyyət yaratmışdır. Bu isə öz növbəsində iddiaçının maliyyə sanksiyasına məruz qalmasına səbəb olmuşdur.
7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X5, 2-1(118)-1195/2020 saylı iş) 30 sentyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin 24.07.2020-ci il tarixli qərarı - əmlak, torpaq vergisi, ƏDV, mənfəət vergisi və vergi hesabatının və arayışın verilməməsinə görə maliyyə sanksiyasının hesablanması hissəsi istisna olmaqla ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən ona əsaslanmışdır ki, cavabdeh inzibati orqan vergi ödəyicisinin xidmət müqavilələrini əmək müqaviləsi kimi qiymətləndirmiş və nəticədə vergi ödəyicisinə MDSS, işsizlik sığortası üzrə və muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə əlavə vergi b orcu hesablamışdır. Mübahisələndirilən qərar ƏDV, mənfəət, əmlak və torpaq vergisi istisna olmaqla ləğv edilməlidir.
9. İddiaçı qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın qismən ləğv edilməsi və iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X7məruzəçi, X3 və X6, 2-1(105)-152/2021 saylı iş) 9 aprel 2021-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin 3 0 sentyabr 2020-ci il tarixli qərarı qisməniddianın təmin edilən-“əmək müqaviləsi ilə işləyənlərə münasibətdə gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sosial sığorta haqqı” hissəsində ləğv edilərək həmin hissədə iddia tələbi rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi vergi orqanının iddiaçı şirkətin sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınan ayrı-ayrı fiziki şəxslərlə bağladığı xidmət müqaviləsini əmək müqaviləsi kimi qiymətləndirməsi və bu əsasla ona əlavə vergi borcu hesablamasını əsassız hesab etsə də, nəticədə vergi orqanının qərarın həmin hissəsi ilə iddiaçıya hesablanmış vergi borcunu tam ləğv etməklə sə hv nəticəyə gəlmişdir. Belə ki, yoxlamaya təqdim olunmuş əmək müqavilələri (kontraktlar), əmək haqqı cədvəlləri və digər sənədlərə əsasən müəssisə tərəfindən hesablanan əmək haqlarının düzgünlüyü yoxlanan zaman müəssisə tərəfindən işçilərə hesablanaraq ödənilmiş əmək haqlarının tam olaraq gəlir vergisinə cəlb olunmayaraq Vergi Məcəlləsinin 98-ci və 101 -ci maddələrinin tələblərinin pozulduğu aşkar edilmişdir. Müəssisənin təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə hesablanmış əmək haqqı 1.858.952,06 manat və hesablanmış əmək haqqına görə gəlir vergisinin məbləği 60.632,66 manat olmaqla orta aylıq əmək haqqı 347,21 manat göstərilmişdir. Yoxlama ilə yuxarıda qeyd olunan sənədlərə əsasən müəssisə tərəfindən hesablanmış gəlir məbləğinin 6.259.752,46 manat (2.295.319,78 manat vergiyə cəlb olunan, 3.964.432,68 manat isə həyatın yığım sığortasına yönləndirilmiş gəlir məbləği) olduğu müəyyən olunaraq ümumilikdə hesablanmalı olan gəlir vergisinin 240.201,55 manat olduğu aşkar edilmişdir. 2018-ci il üzrə ümumilikdə 5.162.722,60 manat (1.526.536,22 manat gəlir vergisinə cəlb olunan, 3.636.186,38 manat həyatın yığım sığortasına yönləndirilmiş gəlir) hesablanan gəlir üzrə (yoxlama tərəfindən hesablanan 164.156.66 - müəssisə tərəfindən bəyan edilən 60.169,21 = kənarlaşma 103.987,45 manat) 103.987,45 manat, 2019-cu ilin ilk 3 ayı üzrə isə 1.097.029,86 manat (768783.56 manat gəlir vergisinə cəlb olunan və 328246.30 manat həyatın yığım sığortasına yönləndirilmiş gəlir) hesablanan gəlir üzrə (yoxlama tərəfindən hesablanan 76.044,89 - müəssisə tərəfindən bəyan edilən 463,45 manat = kənarlaşma 75.581,44 manat) 75.581,44 manat olmaqla cəmi 179.568,89 manat MÖMV bəyannamələri üzrə kənarlaşma aşkar olunmuş, 89.784,45 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
13. Cavabdeh 28 aprel 2021-ci il tarixdə qərarın surətini almış, 26 may 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilmiş hissədə rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
14. Vergi orqanının iddiaçı şirkətin ayrı-ayrı şəxslərlə bağladığı xidmət müqaviləsini əmək müqaviləsi kimi qiymətləndirməsi və bu əsasla əlavə vergi hesablanması əsassız olmuşdur.
15. BP şirkəti ilə avto parkın idarə edilməsi üzrə xidmətlərin göstərilməsi üç ün bağlanmış CW2133362 nömrəli müqavilənin 2-ci hissəsinin 1.1.31-ci sətrində göstərilmiş Azərbaycan Respublikasında əmək münasibətlərinin tələblərinə uyğun olaraq işçinin həftə ərzində 40 saat işləməsi, 1.1.32-ci sətrində göstərilmiş işçinin sosial mənafelərinin, onların təlimlərinin keçirilməsinin və.s bu kimi tələblərinin təmin edilməsini öhdəliyinə götürmüşdür.
16. Bundan başqa, xidmət göstərən şəxslərlə bağlanmış xidmət müqavilələrində şəxslərin müəssisə daxili intizam qaydalarına riayət etməli olmaları, xidmət haqqının əmək haqqının aylıq normasına uyğun olaraq ödənilməsi şərtləri nəzərə alınaraq işçilərinin tələblərə uyğun olaraq iş vaxtlarına uyğun olaraq işə davamiyyətləri əmək münasibətləri əsasında yerinə yetirilməsinə görə qeyd olunan şəxslər əmək müqaviləsi əsasında işləyən işçilərlə eyni şərtlərlə işlədiyinə görə daimi işçilər kimi işçilər hesab olunmuşdur.
17. Eyni zamanda xidmət müqaviləsi əsasında işləyən şəxslərin siyahısında cəmiyyətin əmək müqaviləsi əsasında işçisi olmuş şəxslərin olması bu faktı bir daha təsdiqləyir. Yoxlama ilə qeyd olunan fiziki şəxslərin xidməti muzdlu işçi kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən 171091.45 manat əlavə vergi hesablanmış, 85545.72 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə olaraq qeyd edirlər ki, işlərin yerinə yetirilməsinə cəlb edilən fiziki şəxslərlə əmək müqaviləsi və ya mülki xarakterli müqavilələr bağlanıla bilər.
18. Belə ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanması nəzərdə tutulmayan, müvəqqəti xarakterli işlərin görülməsi ilə bağlı tərə flər arasında mülki- hüquqi müqavilələr bağlana bilər. Həmçinin xidmətlərin göstərilməsinə, işlərin yerinə yetirilməsinə cəlb olunmuş fiziki şəxslərlə (vergi orqanında qeydiyyatda olmasından asılı olmayaraq) rezident müəssisələr arasında yaranan münasibətlərdə əmək münasibətlərini şərtləndirən hallar olduğu halda qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanmalıdır. Vergi Məcəlləsinin 23.1.6-1 -ci maddəsinə əsasən səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Bunlardan əlavə, mülki-hüquqi müqavilə əsasında əmək müqavil əsindən irəli gələn eyni işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi tərəflər arasında mövcud əmək münasibətlərini pərdələmək məqsədi ilə bağlanan əqd kimi qiymətləndirilir və vergi öhdəlikləri bağlanmış əqdin faktiki mahiyyəti nəzərə alınmaqla hesablanmalıdır. Həmçinin qeyd edilənlər nəzərə alınmaqla “Sosial sığorta haqqında” qanunun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığortanın sığorta edənin hesabına hesablanan (22%) sığorta haqqından, sığorta olunan hesabına hesablanan (3%) sosial sığorta haqlarından ümumilikdə 535228.27 manat sosial sığorta haqqı hesablanmış, 267614.14 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Yuxarıda qeyd edilənlər əsas götürülməklə ümumilikdə 19916.14 manat əlavə işsizlikdən sığorta haqqı hesablanmış, 9958.07 manat maliyyə sanksiyası tətbi q edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
21. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini etmişdir. Tətbiq edilən hüquq 22. “Sosial sığorta haqqında” Qanun: Maddə
1. Sosial sığorta anlayışı Sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Maddə
14. Məcbu ri dövlət sosial sığorta haqqı 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. (-).
23. Əmək Məcəlləsi: Maddə
2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri
1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında “bu Məcəllə”) əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə
7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 2-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxar ış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. 2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qər arı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzə rdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. 2-4. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. 2 aprel 2021-ci il tarixli 286-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 may 2021-ci il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 427) ilə 7-ci maddəyə yeni məzmunda 2-3cü və 2-4-cü hissələr əlavə edilmişdir.
24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb ed ən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya inst ansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
25. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməs i tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Kasasiya şikayətinin predmeti iddiaçı şirkətin ayrı-ayrı şəxslərlə bağladığı xidmət müqavilələrinin əmək müqaviləsi kimi qiymətləndirməsi və bu səbəbdən məcburi dövlət sosial sığorta haqlarının hesablanması barədədir.
29. Cavabdeh hesab edir ki, xidmət müqavilələri və işin faktiki hallarına görə göstərilən xidmətlərin əmək qanunvericiliyinə uyğun həyata keçirildiyi təsdiqini tapmışdır.
30. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
31. Cavabdeh BP şirkəti ilə avt oparkın idarə edilməsi üzrə xidmətlərin göstərilməsi üçün bağlanmış müqavilənin 2-ci hissəsinin 1.1.31-ci və 1.1.32-ci bəndlərinə istinad edərək bildirmişdir ki, əmək münasibətlərinin tələblərinə uyğun olaraq işçinin həftə ərzində 40 saat işləməsi, işçinin sosial mənafelərinin, onların təlimlərinin keçirilməsi və s. bu kimi tələblərinin təmin edilməsi öhdəliyi götürmüşdür.
32. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır.
33. Cavabdehin istinad etdiyi müqavilə işdə mövcud olmamış və iddiaçının ayrıayrı şəxslərlə əmək müqaviləsi bağlaması və iddiaçının xidmət müqaviləsi bağladığı sürücülərin həftə ərzində 40 saat işləməsi, sosial mənafelərinin, təlimlərinin keçirilməsi və s. bu kimi tələblərinin təmin edilməsi öhdəliyi g ötürməsi təsdiqini tapmamışdır.
34. Cavabdehin kasasiya şikayətində qeyd etdiyi kimi, iddiaçının sürücülərlə bağladığı xidmət müqavilələrində onların müəssisə daxili intizam qaydalarına riayət etmələri, işə davamiyyətinin əmək münasibətləri əsasında yerinə yetirilməsi göstərilməmişdir.
35. Əksinə, müqavilənin 4.1-ci bəndində tərəflər razılaşmışlar ki, sifarişçi (iddiaçı) müqavilə üzrə icraçının (sürücünün) göstərdiyi xidmətlərin müqabilində sürücüyə müqavilənin qüvvədə olduğu hər ay üçün bütün vergilər, DSMF, sadələşdirilmiş vergi daxil olmaqla aylıq xidmət haqqı ödəyir.
36. İddiaçının ayrı-ayrı sürücülərlə bağladığı xidmət müqavilələrini hazırkı vəziyyətdə əmək müqaviləsi kimi qəbul etmək və aralarındakı münasibətlərin əmək münasibətləri kimi qiymətləndirilməsi üçün əsas olmamışdır.
37. Əmək münasibətləri və əmək müqaviləsində müəyyən edilən əmək şəraiti şərtləri ilə bağlı məsələlər əmək qanunvericiliyi sistemi ilə tənzimləndiyi halda, mülki hüquqi müqavilələr (podrat, tapşırıq, komisyon, müəlliflik və s) əsasında yaranan fəaliyyət mülki qanunvericiliklə tənzimlənir.
38. Əmək müqaviləsinin tərəfləri işçi və işəgötürən olduğu halda, mülki hüquqi müqavilələrin tərəfləri sifarişçi (vəkalət verən, hədiyyə verən, kirayəyə verən, icarəyə verən, borc verən, lizinq verən, satıcı, komisyonçu və s.) və icraçıdır (podratçı, vəkalət alan, hədiyyə alan və s.). Əmək müqavilələri ikitərəfli (işçi və işəgötürən) olduğu halda, mülki hüquqi müqavilələr ikitərəfli və çoxtərəfli də ola bilər.
39. Əmək müqaviləsinin bağlanması üçün işçi əmək kitabçasını, sığorta şəhadətnaməsini işəgötürənə t əqdim etməli olduğu halda, mülki hüquqi müqavilələrin bağlanması üçün əmək kitabçasının təqdim edilməsi tələb olunmur və mülki hüquqi müqavilədə görülməli işlər əmək kitabçasında göstərilmir.
40. Əmək münasibətlərində işçi ilə işəgötürən arasında münasibətlər digər prinsiplərlə yanaşı, tabeçilik prinsipinə əsaslandığı halda, mülki hüquqi müqavilələrdə münasibətlər tərəflərin müqavilə ilə müəyyən edilmiş öhdəliklərinə uyğun olaraq bərabərlik prinsipinə uyğun qurulur.
41. Əmək müqaviləsinin predmeti işçinin əmək fəaliyyətinin (prosesinin) özüdürsə, mülki-hüquqi müqavilələrin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir.
42. Əmək müqavilələrində işəgötürən qanunvericiliklə işçiyə sağlam və təhlükəsiz əmək şəraiti yaratmalı olduğu halda, mülki-hüquqi müqavilələrdə sifarişçinin ü zərinə qanunvericiliklə belə öhdəlik qoyula bilməz.
43. Əmək müqavilələrində işçi üçün fiziki şəxslərdən gəlir vergisi işəgötürən tərəfindən ödənildiyi halda, mülki hüquqi müqavilələrdə vergi icraçı tərəfindən həyata keçirilir.
44. Əmək müqavilələrində işçi üçün sosial sığorta haqları işəgötürən tərəfindən əmək haqqı fondundan, işçiyə hesablanmış əmək haqqından ödənildiyi halda, mülkihüquqi müqavilələr üzrə işləyənlər üçün bu ödənişlər fərqlidir və yalnız sığortaedən qismində çıxış edən tərəfindən tutulur.
45. Göründüyü kimi, iddiaçının xidmət müqaviləsi bağladığı şəxslərlə əmək münasibətlərinin yaranması üçün sadalanan şərtlərin mövcudluğu sübuta yetməmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinə əlavə edilmiş 7-ci maddənin 2-3-cü və 2-4-cü hissələri 8 may 2021-ci il tari xdə dərc edildiyindən həmin vaxtdan sonra yaranmış münasibətlərə şamil edildiyindən, mübahisə olunan dövr 2018 və 2019-cu illəri əhatə etdiyindən hazırkı mübahisəyə tətbiq oluna bilməz.
47. Bəhs olunanlara əsasən kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-152/2021 saylı 9 aprel 2021-ci il tarixli qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.