Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1229/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “kompensassiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli 2-1(103)-173/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 7 iyul 1999-cu il tarixdən yaşa görə əmək pensiyası alır. Pensiya təyin olunduğu vaxt ona qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci, 17-ci və 78-ci maddələrinin tələbləri əsasında pensiya təyin olunmuşdur. Qanuna edilmiş yuxarıda qeyd edilən dəyişikliyə əsasən iddiaçının pensiyasında 1 avqust 2008-ci ildə tam orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanmış, pensiyasının sığorta hissəsi 25,32 manatdan 466,65 manata qaldırılmış (570,21- 51=519,21x85%=441,33+25, 32=466,65) və nəticədə pensiyasının məbləği 85,32 manatdan 541,65 manata qaldırılmışdır. 2. 1 iyul 2011-ci il tarixdən İddiaçı pensiyasını xx.xx.2006-cı ilədək mövcud olan 44 il 10 ay sığorta stajı əsasında yenidən hesablayarkən yenidən hesablanmış pensiya məbləği ((44 il 10 ay) x 1,94 = 86,98 + 85 = 171,98) mövcud pensiyanın məbləğindən (689,78) az olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 26.3-3-cü maddəsinin tələbinə uyğun olaraq daha yüksək pensiya məbləği əsas götürülmüşdür. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi; iddiaçıya “Koller” koperativində 5 dekabr 1987-ci il tarixdən 3 oktyabr1993-cü il tarixədək işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə 1999-cu il tarixdən başlayaraq pensiyanın yenidən he sablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması qərara alınmışdır
4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarı ilə cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi; 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli qərarının “1999-cu il tarixdən başlayaraq pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilsin" hissəsində “1999-cu il tarixdən başlayaraq” sözlərinin “iddiaçının müraciət etdiyi vaxtdan – 31 iyul 2017-ci il tarixdən - əvvəlki üç il üçün” sözləri ilə əvəz edilməsi; qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır
5. Azərb aycan Respublikası Ali Məhkəməsinin 7 avqust 2019-cu il qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarının dəyişdirilməsi, həmin qərarda “iddiaçının müraciət etdiyi vaxtdan – 31 iyul 2017ci il tarixdən - əvvəlki üç il üçün” sözləri “1 yanvar 2006-il tarixdən” sözlərinin ilə əvəz edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. İddiaçı məhkəmə qərarının icrası ilə bağlı cavabdeh orqana müraciət etmişdir.
7. Cavabdeh orqan iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 7 avqust 201-cu il tarixli qərarına əsasən qeyd olunan dövr (5 il 9 ay 28 gün) vətəndaş İddiaçı sığorta stajına əlavə olunmuşdur. Əlavə olunan sığorta st ajı nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixdən pensiya məbləği yenidən hesablanarkən heç bir dəyişiklik alınmamışdır. Belə ki, vətəndaş İddiaçı həmin dövr üçün pensiyası hesablanan zaman ümumi iş stajı nəzərə alınmaqla pensiyanın məbləği orta aylıq əmək haqqının 85 faizi (maksimum) məbləğində nəzərə alınmışdır. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaçının Pensiya uçot vərəqini (N 610456) məhkəməyə təqdim edir və məhkəmə pensiya uçot vərəqinin əslinə baxış keçirərək surətini iş materiallarına əlavə edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmasında, yəni nəticə etibarı ilə üzərinə düşən vəzif ə öhdəliklərini tam yerinə yetirilməsində (pensiyanın yenidən hesablamaması, fərqin müəyyən edilməməsi, yeni pensiya məbləğinin müəyyən edilməməsi və s.) göstərdiyi hərəkətsizliyi, eyni zamanda, “X1 “Koller” Kollektivində 5 dekabr 1987-ci il tarixdən 3 oktyabr 1993-cü il tarixədək işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə 1 yanvar 2006-cı il tarixdən başlayaraq pensiyanın yenidən hesablandıqda yeni pensiya məbləğinin ay üzrə, eləcə də illər üzrə nə qədər təşkil edir?” sorğusuna cavab olaraq təhrif olunmuş məlumatlar verməklə qərarın tam icra olunmamasına, o cümlədən pensiyanın yenidən hesablandıqda heç bir fərq məbləğinin yaranmamasına yönəlmiş hərəkətlərinin qanunsuz hesab edilməsi və bü cür hərəkətlərə son qoyulması; cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsin də vurulmuş maddi ziyana görə 3000 manat və mənəvi ziyana görə 2000 manat kompensasiya ödənilməsi barədə qərar çıxarılması; cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin müdiri Bədəlov Firdovsinin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı və 308-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə əsaslı şübhələr olduğu üçün onun barəsində xüsusi qərardad çıxarılmaqla, prokurora xəbər verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1938-ci il təvəllüdlüdür və hazırda 81 yaşı var. Ona 7 iyul 1999-cu ildə yaşa görə pensiya təyin edilmiş və həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq əmək fəaliyyətini davam etdirdiyinə görə hesablanmış pensiya məb ləğinin 50%-i miqdarında vəsait almışdır. 2017-ci ilin sentyabr ayından başlayaraq əmək fəaliyyətini tam dayandırdı və pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Səbail rayon şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə iş Departamentinin “Məcburi dövlət sosial sığorta haqqı barədə” 88\04\26-2994 saylı 27 may 2008-ci il tarixli Arayışı və əmək kitabçasından çıxarışı da əlavə etmişdir. Lakin, X2 Səbail rayon şöbəsi onun rəsmi müraciətinə 1708\173 saylı, xx.xx.2018-ci il tarixli məktubla cavab verərək, ona təyin edilmiş pensiyanın yenidən hesablanmasından imtina etmişdir. 1 saylı Bakı İnzibati İ qtisadi Məhkəməsinin 2-1(81)155/2019 saylı 08 yanvar 2019-cu il tarixli qərarı ilə ona “Koller” Kollektivində 5 dekabr 1987-ci il tarixdən 3 oktyabr 1993-cü il tarixədək işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə 1999-cu il tarixdən başlayaraq pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-825/2019 saylı 10 aprel 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 8 yanvar 2019-cu il tarixli qərar 1999-cu il tarixdən başlayaraq pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmiş,” 1999-cu il tarixdən başlayaraq” sözləri “iddiaçının müraciət etdiy i vaxtdan – xx.xx.2017-ci il tarixdən - əvvəlki üç il üçün” sözləri ilə əvəz edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 (102)- 2190/2019 saylı 07 avqust 2019- cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarı dəyişdirilərək, həmin qərarda “iddiaçının müraciət etdiyi vaxtdan – xx.xx.2017-ci il tarixdən - əvvəlki üç il üçün” sözlərinin “xx.xx.2006-il tarixdən” sözləri ilə əvəz edilməsi və qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qərarı icra olunması üçün 2-1(81)-115/2019 saylı xx.xx.2019-cu il tarix li məktubla Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə göndərilmiş və qərarın xx.xx.2019-cu il tarixdən qüvvəyə mindiyi, eyni zamanda qərarın icra olunması barədə məhkəməyə rəsmi məlumat verilməsi xahiş edilmişdir. Cavabdehin ona ünvanladığı ********** saylı xx.xx.2019-cu il tarixli məktubda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)- 2190/2019 saylı 07 avqust 2019-cu il tarixli Qərarına əsasən 5 il 9 ay 28 günün sığorta stajına əlavə olunması qeyd edilmişdir. xx.xx.2006-cı il tarixdən əlavə olunmuş sığorta stajı əsasında pensiyanın məbləğini yenidən hesablayarkən heç bir dəyişiklik nəzərə alınmamışdır. Belə ki, pensiya hesablanan zaman mövcud iş stajı orta əmək haqqının maksimal faizini (85%-i) təşkil etmişdir.
10. Cavabdeh iddiay a dair etiraz ərizəsində qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı iş illəri sosial sığorta stajına daxil edilməklə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında iddia tələbinə dair Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 21(102)-2190/2019 saylı qərarı ilə İddiaçı “Koller” kooperativində xx.xx.1987-xx.xx.1993-cü illərdə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2006-cı il tarixdən başlayaraq pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması qərara alınmışdır. Qeyd olunan məhkəmə qərarı icra edilmişdir. İddiaçı və onun vəki li Vəkil Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)- 2190/2019 saylı qərarının icrası ilə bağlı 1 saylı Bakı Ərazi şöbəsinə müraciət emişlər. Tərəf və onun vəkilinin sorğularına cavab olaraq bildirilmişdir ki, icrası tələb olunan məhkəmə qərarına əsasən İddiaçı “Koller” kooperativində xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi dövr onun iş stajına əlavə olunmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən əlavə olunan 5 il 9 ay 28 gün iş stajı nəzərə alınmaqla İddiaçı pensiyasını yenidən hesablayarkən onun pensiyasının məbləğində heç bir dəyişiklik qeydə alınmamışdır. Belə ki, əvvəlki iş stajı əsasında pensiyasının məbləği hesablanarkə n mövcud iş stajı orta aylıq əmək haqqının maksimal faizini (85%-i) təşkil etdiyindən, əlavə olunan 5 il 9 ay 28 gün iş stajının əsasında pensiyasının məbləğini yenidən hesablayarkən iş stajının yuxarı həddinə tətbiq edilən məhdudiyyətə görə pensiyasının məbləğində dəyişiklik qeydə alınmamışdır. xx.xx.2011-ci il tarixdən İddiaçı pensiyasını xx.xx.2006-cı ilədək mövcud olan 44 il 10 ay sığorta stajı əsasında yenidən hesablayarkən yenidən hesablanmış pensiya məbləği ((44 il 10 ay) x 1,94 = 86,98 + 85=171,98 manat) mövcud pensiyanın məbləğindən (689,78 manat) az olduğundan İddiaçıya məlumat üçün bildiririk, 1987-1991-ci illərdə məcburi dövlət sosial sığorta haqqı anlayışı olmayıb. Digər tərəfdən Firdovsi Bədəlov özəl bir firmanın deyil, əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini, m övcud qanun və digər normativ hüquqi aktların icrasına nəzarəti həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun bir şöbəsinin rəhbəridir. 1 saylı Bakı Ərazi şöbəsində vətəndaşlar qəbul edilmir və vətəndaşların müraciətlərinə 1 saylı Bakı “DOST” mərkəzi vasitəsi ilə baxılır. Yəni, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin müdiri Firdovsi Bədəlov əhalinin sosial müdafiəsi sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tələb və tapşırıqlarını səlahiyyətləri daxilində yerinə yetirir. İddiaçı “Koller” kooperativində xx.xx.1987- xx.xx.1993-cü illərdə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2006-cı il tarixdən başlayaraq pensiyasının yenidən hesabl anması və yaranmış fərq məbləğinin ödənilməsi barədə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-2190/2019 saylı qərarı 1 saylı Bakı Ərazi şöbəsi tərəfindən icra edilmiş və məhkəmə qərarının icrası barədə iddiaçıya, onun vəkilinə və məhkəməyə rəsmi məlumat verilmişdir. İddiaçı iddiası özünün şəxsi qənaətinə əsaslanmış formal mülahizələrdən ibarətdir. Görəsən, dövlət siyasətini həyata keçirən yerli orqanın rəhbərindən maddi ziyana görə-3000 manat və mənəvi ziyana görə-2000 manat məbləğində iddiaçının kompensasiya tələbi hüquqi əsasla və hansı meyarla müəyyən edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-959/2020 saylı, 5 iyun 2020-ci il tarixli qərardadı ilə “cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində vurulmuş maddi ziyana görə 3000 manat və mənəvi ziyana görə 2000 manat kompensasiya ödənilməsi barədə qərar çıxarılması; cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin müdiri Bədəlov Firdovsi hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı və 308-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə əsaslı şübhələr olduğu üçün onun barəsində xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verilməsi” hissəsində mümkün sayılmaması qərara alınmışdır
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-959/2020 saylı, 5 iyun 2020-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia rədd edilmişdir.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçının icrası tələb olunan məhkəmə qərarında göstərilən dövr üçün pensiyası hesablanan zaman ümumi iş stajı nəzərə alınmaqla pensiyanın məbləği orta aylıq əmək haqqını n ən yüksək həddi üzrə, yəni 85 faizi (maksimum) məbləğində nəzərə alındığından, həmçinin iddiaçının hazırkı iddia tələbinin hüquqi əsası olmadığından, hazırkı iddia təmin olunmamalıdır. Odur ki, məhkəmə cavabdehin iddiaçının və onun vəkilinin müraciətinə verilən cavabı qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirmir.
14. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)112/2021 nömrəli 17 mart 2021-ci il tarixli qərardadı ilə (hakimlər: H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və Ş.Məhərrəmova) iddiaçının apellyas iya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 5 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. c)kassasiya instansiyası məhkəməsində birinci icraat:
18. Ali Məhkəmənin İnzibati Kollegiyasının 9 iyun 2021-ci il tarixli 2-1(102)1067/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi - Z.Quliyev, hakimlər - R.Nəbizadə və S.Kərimov) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2021-cu il tarixli, 2-1( 103)-112/2021 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən prosessual hüquq normalarına riayət etməmiş və nəticə etibarı ilə də iddiaçının prosessual hüquqlarını pozmuşdur. Belə ki, iddiaçı kasasiya şikayətində xüsusi olaraq qeyd etmişdir ki, iddiaçının apelyasiya məhkəməsinə təqdim etdiyi iddianın dəyişdirilməsi barədə ərizəsi (İPM-nin 54.1-ci maddəsi) ümumiyyətlə məhkəmə baxışı predmeti olmamış, yəni apellyasiya məhkəməsi sözügedən ərizəyə, bu ərizə sanki məhkəməyə verilməmiş kimi, ona baxmamış və nəticə etibarı ilə hüquqi qiymət verməmişdir ki, bu da iddiaçının həmin dəlilinin əsaslı olması alamına gəlir. ç)apellyasiya instansiyası məhkəməsi ndə ikinci icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2- 1(103)-173/2022 saylı qərardadına əsasən (sədrlik edən və məruzəçi - X.Cəmilova, hakimlər - M.Tağızadə və A.Oruczadə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 5 iyun 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunverici icra icraatı mərhələsində hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə olduğu kimi, icra orqanı qismində inzibati orqana qarşı tələblərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir. Eyni zamanda, “İcra haqqında” Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra orqanı qismində inzibati orqanın hərəkətlə rindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir.
22. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
23. Apellyasiya instansiyası məhkəməsi əsassız olaraq iddia tələbini mümkünsüz hesab etmişdir. Belə ki, ədalət mühakiməsi hamını qanun və məhkəmə qarşısında bərabərlik prinsipi əsasında həyata keçirir. Eyni zamanda, mahkəmə cavabdehə münasibətdə prosessual hüquqların həyata keçirilməsi üçün tam və bərabər imkan yaratmamışdır. Göründüyü kimi, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması imperativ hüquq norması kimi məhkəmənin üzərinə halda, məhkəmə xidmati vəzifəsinə uyğun olaraq üzərinə düşən vəzifəni tam olaraq yerina yetirməmişdir. Hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış hüquq münasibətlərinə iş materiallarında olan sənəd və sübutların müqayisəli təhlilindən irəli gələn tələblərə müvafiq dəyərləndirmə aparılsa da, nəticədə əsassız olaraq iddia mümkünsüz hesab edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “İcra haqqında” Qanun Maddə 14.1 İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Maddə 26 İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı
27. İnzibati Prosessual Məcəllə: Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hər əkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahis ə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Qeyd edilməlidir ki, hazırkı işə ilk dəfə Ali Məhkəmənin İnzibati Kollegiyasında baxılarkən, işə yenidən apellyas iya instanisyası məhkəməsində baxılarkən müəyyən göstərişlər qoyulmuşdur.
32. Bununla bağlı işə apellyasiya qaydasında yenidən baxılarkən iddiaçıya hüquqi yardım göstərilərək ona iddia tələbinin dəqiqləşdirilməsi barədə verdiyi ərizəyə əlavəsinin olub-olmadığı barədə soruşularkən, sonuncu bu barədə yeni ərizə təqdim edərək cavabdehin üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirilməsində, yəni iddiaçının “Koller” Kollektivində işlədiyi dövrü nəzərə alınmaqla pensiyanın yenidən hesablanması zamanı fərqin müəyyən edilməsində, yəni pensiya məbləğinin qanunamüvafiq müəyyən edilməsində və s. göstərdiyi hərəkətsizliyin qanunsuz hesab edilməsi və həmin hərəkətsizliyə son qoyulmasının, eyni zamanda onun “Koller” Kooperativində işlədiyi dövrü nəzərə alınmaqla pensiyanın xx.xx.2006-cı il tarixdən başlayaraq yenidən hesablandıqda yeni pensiya məbləğinin ay üzrə, eləcə də illər üzrə müəyyən edilməsi sorğusuna təhrif olunmuş cavabın verilməsi, “Koller” Kooperativində işlədiyi dövrü nəzərə alınmaqla pensiyanın xx.xx.2006-cı il tarixdən başlayaraq yenidən hesablandıqda heç bir fərq məbləğinin müəyyən edilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, bu cür hərəkətlərə son qoyulmasının, onun “Koller” Kooperativində işlədiyi dövrü nəzərə alınmaqla pensiyanın xx.xx.2006-cı il tarixdən başlayaraq yenidən hesablandıqda artım fərq məbləği əsasında yeni pensiya məbləğinin ay üzrə, eləcə də illər üzrə müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
33. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının sonuncu dəfə apellyasiya məhkəməsinə v erdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə birinci instansiya məhkəməsinin icraatı dövründə araşdırılan iddia ərizəsindəki tələblə demək olar ki, eynilik təşkil etmişdir.
34. Apellyasiya instanisyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının tələbləri inzibati məhkəmə icraatının nəticəsi olaraq qəbul edilmiş məhkəmə qərarının icrası ilə bağlı cavabdeh inzibati orqanın iddiaçıya pensiya məbləğini yenidən hesablayarkən pensiyasının məbləğində heç bir dəyişikliyin qeydə alınmamasına görə yaranmış narazılıqla əlaqədardır.
35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddiaçının tələbləri kassasiya instansiya məhkəməsinin qəbul etdiyi qərarın icrası ilə bağlı hesablamaların cavabdeh inzibati orq an tərəfindən düzgün aparılmadığı və icra icraatı çərçivəsində edilmiş hərəkətlərin mübahisələndirilməsinə yönəldiyi üçün Kollegiya hesab edir ki, belə tələblərə ayrıca iddia predmeti kimi inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.
36. Həmçinin hazırkı qərarın 26-cı bəndində qeyd edilmiş müvafiq Plenum qərarındakı hüquqi mövqeyə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub- olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır.
37. Həmçinin qeyd edilməlidir ki, qanunverici icra icraatı mərhələsində hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Bur ada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə olduğu kimi, icra orqanı qismində inzibati orqana qarşı tələblərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir. 38. “İcra haqqında” Qanun prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki pr osessual, cinayət prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra orqanı qismində inzibati orqanın hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir
39. İcra orqanı olaraq inzibati orqanın icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxıla bilməsi üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulan iddia növlərindən hans ısa birinə aid edilməlidir.
40. Göründüyü kimi cavabdeh orqan tərəfindən iddiaçının şikayəti araşdırılmış və müvafiq tədbir görülmüşdür.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından apellyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir.
42. Odur ki, məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-173/2022 nömrəli 27 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.