Məhkəmə qərarları › İş №2-1(102)-123/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-123/2020

29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-123/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı şəhəri İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRAR Açar sözlər:(kompensasiya verilməklə yaşayış sahəsinin boşaldılması) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), 29.01.2020 Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, iddiaçı Bakı şəhər İddiaçıvəkili X1, Cavabdeh1, onun vəkili Vəkil1, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) kompensasiya ödə nilərək cavabdeh və qeydiyyatda olan şəxslər tərəfindən fərdi yaşayış evinin boşaldılması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1523/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra mətndə cavabdehlər) ünvan 1 ünvanında qeydiyyatdadırlar. (43 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2018-ci il tarixli arayışı) xxxx (ümumi sahəsi 63.1 kv.m) tam mülkiyyət hüququ ilə RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixl i çıxarışa əsasən Cavabdeh1 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş, **********39- 05101-093001 reyestr nömrəli Texniki Pasporta əsasən ünvan 2 ünvanında yerləşən mənzilin otaqlarının sayı 3, mənzilin ümumi sahəsi 63.1 m2, sənəd üzrə torpaq sahəsi 0.001 ha, faktiki sahə 0.001 ha, tikinti altı sahə 0.001 ha təşkil edir. Müstəqil ekspertiza şirkəti olan “xxxx” MMC tərəfindən aparılmış xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi – 89.51 kv.m (faktiki 102.3 kv.m); əsas sahə - 54.81 kv.m; köməkçi sahə - 34.70 kv.m; daşınmaz əmlakın orta bazar dəyəri 244400 manat təşkil etdiyi qeyd edi lmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərar vermişdir. Həmin qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakıərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhəri İddiaçı müəyyən edilmişdir. Qərarın icras ı məqsədi ilə Bakı şəhəri İddiaçınə tapşırılmışdır ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi qərara alınmışdır. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarının təsiri altına düşür. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavabdehin sahibliyində olan ünvan 1 ünvanında yerləşən evin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar “xxxx” MMC-ni müstəqil qiymətləndirici olaraq cəlb etmişdir. Müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində xx.xx.2018-ci il tarixdə tərtib olunmuş «Qiymətləndirmə hesabatından çıxarış»a əsasən, daşınmaz əmlakın 2018-ci ilin iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla ünvan 1 ünvanında yerləşən mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar cavabdehə 102899 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuşdur. «Qiymətləndirmə hesabatından çıxarış»a əsasən, daşınmaz əmlakın əsas sahəsi – 46.84 kv.m, bütün kompensasiya növləri nəzərə alın maqla 1250 manat, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə olunmaqla 1500 manat, qiyməti 70260 manat; köməkçi sahə - 18.12 kv.m, bütün kompensasiya növləri nəzərə alınmaqla 1250 manat, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə olunmaqla 1500 manat, qiyməti 27180 manat; San.qov. – 3.0 kv.m, bütün kompensasiya növləri nəzərə alınmaqla 666,66 manat, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə olunmaqla 800 manat, qiyməti 2400 manat; Anbar – 4.07 kv.m., bütün kompensasiya növlərini nəzərə alınmaqla 333,33 manat, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tar ixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə olunmaqla 400 manat, qiyməti 1628 manat; Tamet döşəmə 21.55 kv.m., bütün kompensasiya növləri nəzərə alınmaqla 16,66 manat, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə olunmaqla 20 manat, qiyməti 431 manat; cəmi 101899 manat, 2 aylıq kirayə haqqı və köçmək xərci - 1000 manat, ümumilikdə cəmi 102899 manat müəyyən edilmişdir. Eyni zamanda “Qiymətləndirmə hesabatından çıxarış”a əsasən yaşayış sahəsinin ümumi sahəsinin 72.03 kv.m kimi müəyyən edilmişdir. Alan orqan İddiaçı cavabdehə yuxarıda qeyd edilən kompensasiyanı ödəməyə hazır olduğunu bildirmiş, cavabdeh isə təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. Bundan sonra, iddiaçı cavabdehlərə qarşı iddia əri zəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh1 102899 manat məbləğində kompensasiya ödənilərək Cavabdeh1 və qeydiyyatda olan digər şəxslər tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul olunmasına dair tələb irəli sürmüşdür. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhəri İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil edir və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Cavabdeh ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir, digər şəxslər isə mülkiyyətçinin ailə üzv ü olmaqla orada qeydiyyatdadırlar. Həmin ev (əmlak) Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının təsiri dairəsinə düşür. Cavabdehlərə danışıq (könüllü alqı-satqı) yolu ilə onların yaşadıqları daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilmişdir. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavabdehlərə yaşadıqları ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentin in xx xxxxxx 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə 102899 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. Lakin cavabdehlər təklif olunan kompensasiyanı almaqdan imtina etmişlər. İddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9, 246.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə, “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 5, 6.1, 52.1-ci maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)522/2019 saylı qərarı ilə (hakim E.Məmmədov) iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sa hibliyi alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh1 102899 manat məbləğində kompensasiya ödənilərək Cavabdeh1 və digər qeydiyyatda olan şəxslər tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakı alan orqan İddiaçı tərəfindən alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması məhkəmə zamanı işin halları ilə təsdiq edildiyindən iddia əsaslıdır. Məhkəmənin həmin qərarından Cavabdeh1 tərəf indən apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1523/2019 saylı qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və V.Ə.Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 522/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edərək onunla razılaşmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator hesab edir ki, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” xx xxxxx 2010-cu il tarixli Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Daha sonra qeyd edilir ki, verilmiş apelyasiya şikayətinin məzmunundan göründüyü kimi, Cava bdeh1 ona məxsus yaşayış evinin sahəsinin və köçürülmə ilə bağlı ödənilən kompensasiyanın düzgün hesablanmadığından narazıdır. Birinci instansiya məhkəməsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumat vermədən cavabdehlərin iştirakları olmadan işə baxaraq qərar qəbul etmişdir. Bundan sonra Cavabdeh1 apelyasiya şikayəti vermiş və eyni zamanda özünə məxsus yaşayış evinin qiymətləndirilməsi ilə bağlı müstəqil qiymətləndirici şirkətinə müraciət etmişdir. Məhkəmə baxışı zamanı müstəqil ekspertiza şirkəti olan “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ümumi sahəsi – 89.51 kv.m (faktiki 102.3 kv.m); əsas sahə – 54.81 kv.m; köməkçi sahə - 34.70 kv.m; daşınmaz əmlakın orta bazar dəyəri 244400 manat təşkil etmişdir. Müstəqil ekspertiza şirkəti olan “xxxx” MMC-nin qiymətləndirmə hesabatı və Bakı şəhər İddiaçı tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici «xxxx» MMC-nin qiymətləndirmə hesabatının arasında həm yaşayış evinin faktiki mövcüd olan sahəsi və həmin əmlakın qiymətləndirilməsində kəskin fərq və ziddiyyət olduğundan cavabdeh tərəfindən daşınmaz əmlakın təkrar qiymətləndirilməsi ilə bağlı verilmiş vəsatət əsassız olaraq təmin olunmamışdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 adına verilmiş Texniki Pasporta əsasən mənzilin ümumi sahəsi 63.1 kv.m müəyyən olunduğundan, müstəqil ekspertiza şirkəti olan “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyi sübut kimi qiymətləndirilə bilməz. Halbuki, qanunvericiliyinə əsasən torpaqların dövlət e htiyacı üçün alınması zamanı alınmanın təsirinə məruz qalan şəxsin mülkiyyətində və istifadəsində olan daşınmaz əmlak qiymətləndirilməlidir. Bakı şəhər İddiaçı tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici «xxxx» MMC-nin xx.xx.2018-ci il tarixdə tərtib olunmuş qiymətləndirmə hesabatından görünür ki, cavabdehin ünvan 1 ünvanında yerləşən cavabdehin mülkiyyətində və istifadəsində olan daşınmaz əmlak qiymətləndirilmişdir. Həmin hesabata görə Cavabdeh1 məxsus yaşayış sahəsinin ümumi sahəsinin 72.03 kv.m kimi müəyyən olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1, onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Digə r cavabdehlər məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onların izahatına dinlənilmədən baxıldı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, üçüncü şəxsə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3cü maddəsi) ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə i lə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin bununla belə həmin şikayətin heç bir hüquqi əsası olmadığından təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ə mlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 246.1-ci maddəsinə görə, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir; 248.1-ci maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. 248.2-ci maddəsinə görə, alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: 248.2.1. torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; 248.2.2. alınan torpağa sahibliyin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının; 248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər; 6.1-ci maddəsinə görə, torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonr a alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir; 19.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 18-ci maddəsinə uyğun olaraq təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla, torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edə bilər; 19.3-cü maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus h issələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. 20.1-ci maddəsinə əsasən, torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən: 20.1.1 həmin torpaq alınan torpaq kimi tanınır; 20.1.2 alınan torpaqda yaşayan və ya ondan istifadə edən, bu Qanunun 11-ci maddəsinin müddəalarına əsasən siyahıya alınmış şəxslər alınmanın təsirinə məruz qalan hesab edilir; 20.1.3 alan orqan alınan torpağın alınması ilə bağlı tələb olunan tədbirləri yerinə yetirmək öhdəliyini daşıyır; 20.1.4 köçürülmə planı və (və ya) təlimatı tələb olunan hallarda, alan orqan onların alınmanın təsirinə məruz qalan şəxslərlə məsləhətləşməklə ağlabatan müddətdə hazırlanmasını təmin etmək öhdəliyini daşıyır; 20.1.5 alan orqan alınmanın təsirinə məruz qalan şəxs lərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara ödəniləcək kompensasiyanın müəyyən edilməsi məqsədilə alınan torpağın və həmin torpaqda yerləşən tikililərin (inşası başa çatdırılmamış tikililər də daxil olmaqla), məhsulun, bitkilərin, bütün digər təbii əşyaların və tikilmiş əmlakın qiymətləndirilməsində qiymətləndirmə komissiyasına kömək etmək öhdəliyini daşıyır; 20.1.6 alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır; 20.1.7 alan orqan kompensasiyanın ödənilməsi məqsədilə aidiyyəti dövlət orqanlarından vəsait almaq üçün zəruri sənədləri hazırlamaq öhdəliyini daşıyır; 22.1-ci maddəsinə görə, alınma prosesini həyata keçirmək məqsədilə alan orqan müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrinin də daxil olduğu tərkibdə torpağın alınması qrupunu (qruplarını) təşkil edir; 24.1-ci maddəsinə əsasən, müstəqil qiymətləndirici hər bir torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təkliflərini bütün müvafiq sənədlərlə birlikdə qiymətləndirmə komissiyasına və nəzarət orqanına təqdim edir; 30.1-ci maddəsinə görə, alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş alınmanın təsirinə məruz qalan şəxslərin alınan torpaqla bağlı hüquqlarını bu fəsildə müəyyən edilmiş qaydada danışıq (könüllü alqı-satqı) yolu ilə əldə edə bilər; 31.1-ci maddəsinə əsasən torpağın alınması barədə bu qanunun 19-cu maddəsində nəzərdə tutulmuş qərar qəbul edildikdən sonra alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərə həmin torpaqlar üzərində hüquqların danışıq könüllü alqı-satqı) yolu ilə satın alınmasına razılığı barədə bildiriş göndərir; 52.1 -ci maddəsinə görə, alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər; 52.2-ci maddəsinə əsasən, alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün verilir: 52.2.1 torpağın alınmasının bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olmasının; 52.2.2 alınan torpağa sahibliyin bu Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının; 52.2.3 alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin; 53-cü maddəsinə görə, alan orqanın bu Qanun un 52-ci maddəsində nəzərdə tutulmuş qaydada etdiyi müraciətindən sonra torpağa sahibliyin əldə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyərək sahiblikdən imtina etmək istəməyən şəxslər barəsində icra haqqında qanunvericiliyin müvafiq müddəaları tətbiq olunur. Məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinadla qeyd edir ki, mütənasiblik tələbini təmin etmək üçün kompensasiya ödənilməsi zəruri olduqda bütün hallarda tam kompensasiya ödənilməsi tələb olunmur. Qanuni məqsədlər, yəni cəmiyyətin maraqlarına yönələn tədbirlərin həyata keçirilməsi məqsədləri tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər. Lakin bu halda şübhəsiz ki, kompensasiyanın məbləği ən azı mülkiyyətin dəyərinə ağlabatan dərəcədə uyğu n olmalı və onun vaxtında ödənilməsi təmin edilməlidir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaq qeyd edir ki, Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» qərarının təsiri altına düşür. Qərarla alan orqan kimi iddiaçı müəyyən edilmiş, iddiaçı əmlakın qiymətləndirilməsi məqsədilə müstəqil qiymətləndirici cəlb etmiş, müstəqil qiymətləndirici Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müəyyən məbləğdə kompensasiya ödənilməli olduğunu müəyyən etmiş, alan orqan qismində iddiaçı cavabdehlərə həmin məbləğdə kompensasiyanı ödəməyə hazır olduğunu bildirmiş, lakin cavabdehlər təklif olunan kompensasiyanı almaqdan imtina etmişlər. Qanunvericiliyə əsasən torpağın alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması, alınan torpağa sahibliyin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması və alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növü və məbləği alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəmə tərəfindən təsdiq olunur. İş materiallarında olan Müstəqil ekspertiza şirkəti olan “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində qeyd edilən evin ümumi sahəsi 89.51 kv.m (faktiki 102.3 kv.m) kimi göstərilsə də, iş materiallarında olan RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli, çıxarışın surətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş, **********39- 05101-093001 reyestr nömrəli Texniki Pasporta əsasən mənzilin otaqlarının sayı 3, mənzilin ümumi sahəsi 63.1 m2, sənəd üzrə torpaq sahəsi 0.001 ha, faktiki sahə 0.001 ha, tikinti altı sahə 0.001 ha təşkil etdiyi müəyyən edilir. Bu səbəbdən də müstəqil ekspert “xxxx” MMC tərəfindən aparılmış xx.xx.2019-cu il tarixli mütəxəssis rəyi sübut qismində qiymətləndirilə bilməz. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyini maddi və prosessual hüquq normalarına uyğun hesab edir. Qeyd olunanla rı nəzərə alaraq kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1523/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar