Məhkəmə qərarları › İş №2-1(102)-123/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-123/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-123/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: barışıq sazişinin təsdiq olunması barədə məhkəmə qərardadının icrası ilə bağlı yaşayış və qeyri yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı ASC-nin vəkili X4, cavabdeh Azərbaycan Re spublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs: “X14” MMC) “imtinanın qanunsuz hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-961/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 301 nömrəli sərəncamı və xx.xx.2007-ci il tarixli, 0792 nömrəli icarə müqaviləsi əsasında sahəsi 4000 kv metr olan, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən torpaq sahəsi yaşayış binasının tikintisi üçün 49 il müddətinə “X14” MMC-yə icarəyə verilmişdir, “X14” MMC tərəfindən həmin torpaq sahəsində hündürmərtəbəli bina inşa edilmişdir, sonradan iddiaçı ilə “X14” MMC arasında yaranmış məhkəmə mübahisəsinin gedişi zamanı “X14” MMC ilə iddiaçı arasında barışıq sazişi bağlanmış və həmin barışıq sazişi Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-345/10 nömrəli, xx.xx.2010-cu il tarixli qərardadı ilə təsdiq edilmişdir, həmin barışıq sazişinin 1-ci bəndinə əsasən “X14” MMC İddiaçıya borclu olduğu 1.315.091 avro məbləğinin və 20 manat dövlət rüsumunun bir hissəsinin ödənilməsini təmin etmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində 0,40 ha torpaq sahəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının “A” blokunda 16-cı mərtəbədə sahəsi 91,4 kv metr olan mənzilin, 17-cı mərtəbədə sahəsi 91,4 kv metr olan mənzilin, 18-cı mərtəbədə sahəsi 91,4 kv metr olan mənzilin, 19-cı mərtəbədə sahəsi 91,4 kv metr olan 2 ədəd mənzilin, 11-cı mərtəbədə sahəsi 91,4 kv metr olan mənzilin, 21-cı mərtəbədə sahəsi 91,4 kv metr olan mənzilin, 2-cı mərtəbədə 2 ədəd sahəsi 96,3 kv metr olan mənzillərin, 13-cı mərtəbədə sahəsi 96,3 kv metr olan mənzilin, 20-cı mərtəbədə sahəsi 96,3 kv metr olan mənzilin, 21-cı mərtəbədə 2 ədəd sahəsi 96,3 kv metr olan mənzilin, 11-cı mərtəbədə sahəsi 102,4 kv metr olan mənzilin, 12-cı mərtəbədə sahəsi 102,4 kv metr olan mənzilin, 16-cı mərtəbədə sahəsi 102,4 kv metr olan 2 ədəd mənzilin, 17-cı mərtəbədə sahəsi 102,4 kv metr olan mənzilin, 18-cı mərtəbədə sahəsi 102,4 kv metr olan mənzilin, 19-cu mərtəbədə 2 ədəd sahəsi 102,4 kv metr olan mənzilin, 20-ci mərtəbədə 2 ədəd sahəsi 102,4 kv metr olan mənzilin, 6–cı mərtəbədə sahəsi 96,3 kv metr olan mənzilin, 10-cu mərtəbədə sahəsi 102,4 kv metr olan mənzilin,7-ci mərtəbədə sahəsi 91,4 kv metr olan mənzilin, sahəsi 117 kv metr olan qarajın, 1-ci mərtəbədə sahəsi 421,8 kv metr olan mağazanın, 2-ci mərtəbədə sahəsi 858,2 kv metr olan mağazanın iddiaçının istifadəsinə və sərəncamına verilməsini öhdəsinə götürmüşdür.

2. İddiaçı həmin qərardad əsasında onun sərəncamına və istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi, 1 ünvanında, 0.40 ha torpaq sahəsində yerləşən binada 421 kvadrat metr sahədən ibarət qeyri-yaşayış sahəsi və binanın 17-ci mərtəbəsində sahəsi 96,3 kvadrat olan mənzilin üzərində iddiaçının hüququnun qeydiyyata alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi barədə xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə cavabdehə müraciət etsə də, cavabdeh müraciətlərini təmin etməmiş, bu barədə x xxxxxx 2018-ci il tarixli məktub göndərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı xx xxxxxx 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Yen i Yasamal yaşayış massivi, Talıblı küçəsi, 1 ünvanında, 0.40 ha torpaq sahəsində yerləşən binada 421 kvadrat metr sahədən ibarət qeyri-yaşayış sahəsinə iddiaçının hüququnun qeydiyyata alınmaması, sənədlərin qəbul edilməməsi, həmin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək iddiaçıya verilməməsindən ibarət imtinanın qanunsuz hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi, 1 ünvanında, 0.40 ha torpaq sahəsində yerləşən binada 421 kvadrat metr sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində – mövcud vəziyyətdə və ümumi sahəsi – 421 kv.m. göstərilməklə iddiaçının hüququnun qeydiyyata alınması, həmin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi, daşınmaz əml akın dövlət reyestrindən çıxarışın, habelə texniki pasportun tərtib edilərək iddiaçıya verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi, 1 ünvanında, 0.40 ha torpaq sahəsində yerləşən binanın 17-ci mərtəbəsində olan 96,3 kvadrat metr sahədən ibarət mənzilə iddiaçının hüququnun qeydiyyata alınmaması, sənədlərin qəbul edilməməsi, həmin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək iddiaçıya verilməməsindən ibarət imtinasının qanunsuz hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi, 1 ünvanında, 0.40 ha torpaq sahəsində yerləşən binanın 17-ci mərtəbəsində 96,3 kvadrat metr sahəd ən ibarət mənzilin üzərində mövcud vəziyyətdə və ümumi sahəsi – 96,3 kv.m. göstərilməklə iddiaçının hüququnun qeydiyyata alınması, həmin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, habelə texniki pasportun tərtib edilərək iddiaçıya verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh həmin daşınmaz əmlaklar üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.4-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhk əmə qərarları əsas hesab olunur. Bank tərəfindən əmlak üzərində hüquqlarının qeydiyyatının aparılması üçün bütün tələb olunan sənədlər, o cümlədən məhkəmə qərarı iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir.

5. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi, 1 ünvanında 0,40 ha torpaq sahəsində olan mənzilin yerləşdiyi yaşayış binasının istismarına icazə sənədləri və mənzil tikinti kooperativi tərəfindən verilmiş hüquqmüəyyənedici sənədlər 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Sözügedən yaşayış binasına “X14” MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra daşınmaz əmlak sahibləri tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı- satqı müqaviləsi əsasında mənzil və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Bundan başqa iddiaçının ərizəsinə əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2-1(103)-345/10 saylı qərardadı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə tərəf olaraq heç bir öhdəlik qoyulmamışdır. Həmçinin aparılan araşdırma zamanı yoxlama ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. Əlavə araşdırma zamanı müəyyən edilmişdir ki sözügedən torpaq sahəsi dövlətin mülkiyyətində olmaqla həmin torpaq sahəsi üzərində Bakı şəhər İcra Hakimiyyəti başçısının 3-1 saylı, xx.xx.2007-ci il tarixli sərəncamı və xx.xx.2007-ci il tarixli, 0792 nömrəli icarə müqaviləsi əsasında xx.xx.2007-ci il tarixdə “xxxx” MMC-nin icarə hüququ (49 il) daşınmaz ə mlakın dövlət reyestrində qeydə alınmışdır. Təkrar müayinə məqsədilə qeyri-yaşayış sahəsinə iddiaçının nümayəndələri ilə birlikdə baxış keçirilərkən sözügedən binanın 1-ci mərtəbəsinin digər şəxslər tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Bundan başqa müvafiq torpaq sahəsinin üzərinə Xəzər rayon məhkəməsinin 8(003)464/2016 saylı, xx.xx.2016-cı il tarixli və Yasamal rayon məhkəməsinin 8(004)-1147/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadlarına əsasən həbs qoyulmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” 1093069, 1484904, 1241175, 557248 nömrəli çıxarışlar, xx.xx.2009-cu il tarixli “X14 ” MMC ilə Həsənov Faiq Cəfər oğlu arasına bağlanmış müqavilə”, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-1864/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı, xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”, Pənahov Pənah Ələsgər oğlu adlı şəxsin və X3 adlı şəxsin qeyri-yaşayış sahələrinin özəlləşdirilməsinə etirazlarının olmaması haqqında ərizələri, maliyyə arayışı, xx.xx.2014-cü il tarixli müqavilə, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-6105/2017 nömrəli, xx.xx.2017-ci il tarixli, 2- 1(81)1511/2019 nömrəli qərarları, xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”, “X14” MMC ilə Tapdıqzadə Hümmət Tofiq oğlu arasında bağlanmış 1 nömrəli, xx.xx.2007-ci il tarixli müqavilə, həmin müqavilə ilə bağlı maliyyə arayışı təqdim edilmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(81)-733/2019 saylı iş) x xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi, 1 ünvanında, 0.40 ha torpaq sahəsində yerləşən binada 421 kvadrat metr sahədən ibarət qeyri-yaşayış sahəsinə və həmin binanın 17-ci mərtəbəsində olan 96,3 kvadrat metr sahədən ibarət mənzilə iddiaçının hüququnun qeydiyyata alınmaması, sənədlərin qəbul edilməməsi, həmin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək iddiaçıya verilməməsindən ibarət imtinası qanunsuz hesab edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi, 1 ünvanında, 0.40 h a torpaq sahəsində yerləşən binada 421 kvadrat metr sahədən ibarət qeyri-yaşayış sahəsinin üzərində mövcud vəziyyətdə və ümumi sahəsi – 421 kv.m. göstərilməklə və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi, 1 ünvanında, 0.40 ha torpaq sahəsində yerləşən binanın 17-ci mərtəbəsində olan 96,3 kvadrat metr sahədən ibarət mənzil üzərində mövcud vəziyyətdə və ümumi sahəsi – 96,3 kv.m. göstərilməklə iddiaçının hüququnun qeydiyyata alınması, həmin daşınmaz əmlakların dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, habelə texniki pasportların tərtib edilərək iddiaçıya verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə biləcək əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. İşin faktiki hallarına əsasən iddiaçının üzərində hüquqlarının qeydə alınmasını tələb etdiyi əmlaklar üzərində sahiblik və istifadə hüququnun olması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı – qərardadı vardır.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X7-məruzəçi, X5 və X12, 2-1(103)-961/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin x xxxxxx 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

11. Cavabdeh həmin qərarın surətini x xxxxxxxx 2020-ci il tarixdə almış, x xxxxxxx 2020-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

12. İddiaçının müraciətinə əsasən aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən mənzil və qeyri-yaşayış sahəsi yerləşən yaşayış binasının istismarına icazə sənədi (daşınmaz əmlaklar yerləşən yaşayış binası istismara qəbul edilməmişdir) və mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağı tərəfindən verilmiş protokoldan çıxarış cavabdehə təqdim edilməmişdir. Həmçinin, ərizəyə əlavə edilmiş sənədlər “X14” MMC tər əfindən verilmişdir. Bu səbəbdən də, sözügedən daşınmaz əmlaklar yerləşən çoxmərtəbəli yaşayış binası qanunvericilin tələbinə əsasən əvvəlcə “X14” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı və yalnız bundan sonra “X14” MMC ilə iddiaçı arasında notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında mənzil və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Qeyd olunan səbəblərə görə ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır.

13. Əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi dövlətin mülkiyyətində olmaqla, həmin torpaq sahəsi üzərində Bakı Şəhər İcra Hakimiyyəti başçısının 301 saylı 28.06.07-ci il tarixli sərəncamı və 20.08.07-ci il tarixli 0792 saylı icarə müqaviləsi əsasında xx.xx.2007-ci il tarixdə (qeydiyyat nömrəsi 110786458) “X14” MMCnin icarə hüququ (49 il) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

14. Təkrar müayinə məqsədi ilə qeyri yaşayış sahəsinə iddiaçının nümayəndələri ilə birlikdə İdarənin mütəxəssisləri tərəfindən baxış keçirərkən sözügedən binanın 1-ci mərtəbəsinin faktiki olaraq digər şəxslər tərəfindən istifadə olunduğu müəyyən edilmişdir.

15. Müvafiq torpaq sahəsi üzərində Xəzər Rayon Məhkəməsinin 8(003)464/2016 saylı xx.xx.2016-ci il tarixli və Yasamal Rayon Məhkəməsinin 8(004)-1147/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadlarına əsasən həbs qoyulmuşdur.

16. Beləliklə, yuxarıda qeyd olunanlardan da göründüyü kimi, yuxarıda qeyd olunan hallar əsassız olaraq nə birinci instansiya məhkəmə si, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, İdarənin imtina məktubunda və yazılı etirazında qeyd olunanlar araşdırılmamış, həmin hallara məhkəmə tərəfindən münasibət bildirilməmiş, müvafiq daşınmaz əmlaklar yerləşən yaşayış binasının istismara qəbul edilməməsi qanunsuz olaraq nəzərə alınmamış, İdarənin həmin binanın istismara qəbul edilib-edilməməsinin dəqiqləşdirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cəlb edilməsi barədə verdiyi yazılı vəsatəti əsassız olaraq təmin edilməmiş, cavabdehin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyinin olması nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta ye tirilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmiş, qeyd olunan hallar qanunsuz olaraq məhkəmə instansiyaları tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz və ədalətsiz qərarlar qəbul edilmişdir.

17. Şikayətin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 109.1, 113.1, Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 101.2, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8, 11 və 23-cü maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir.

20. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir.

21. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq

22. Mülki Prosessual Məcəllə: Maddə 15.1. Məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: (-); 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; (-). 23. “İcra haqqında” Qanun: Maddə 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.1. Məhkəmələr tərəfindən: Azərbaycan Respublikası məhkəmələrinin qərarları;

24. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstəril məli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali M əhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 117.1. İcra aşağıdakı sənədlər əsasında həyata keçirilir: (-); 117.1.3 məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişi əsasında; (-).

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1.Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3.Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4.Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflə rin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1.İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2.İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1.İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6.İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsinə dair xx xxxx 2011-ci il tarixli qərardadı: Barışıq sazişi bağlanmaqla icraatına xitam verilmiş işlər üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərardadları digər məhkəmə aktları ilə eyni hüquqi qüvvəyə malik olmaqla MPM-in 15.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının bütün ərazisində məcburi icra olunmalıdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

27. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam forma da təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

28. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.

30. İddiaçı məhkəmə qərardadı ilə onun istifadəsinə verilmiş yaşayış və qeyriyaşayış sahələrinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir.

31. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, mənzilin və qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın tikintisinə icazənin verilməsi, istismara qəbul aktı onlara təqdim edilməmiş, bu halları məhkəmə nəzərə almamışdır.

32. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

33. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-345/10 nömrəli, xx.xx.2010-cu il tarixli qərardadı ilə həmin iş üzrə tərəflər arasında mübahisə predmeti olan mənzillər və qeyri-yaşayış sahələrinin heç bir şərt qoyulmadan iddiaçının istifadəsinə və sərəncamına verilməsi barədə barışıq sazişini təsdiq etmişdir.

34. İddiaçı Bakı Apelyasiya Məhkəməsi 2-1(103)-345/10 nömrəli, xx.xx.2010-cu il tarixli qərardadına istinad edərək iddia tələbində olan yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququn un qeydə alınmasını xahiş etmişdir.

35. Yuxarıda adı çəkilən qanunvericiliyin tələbinə görə məhkəmə aktı qərardad formasında qəbul edə bilər, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, məhkəmə tərəfindən barışıq sazişinin təsdiq olunması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası məhkəmələrinin çıxardıqları qərarlar, o cümlədən qərardadlar icra sənədləri sayılır, məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişi əsasında icra həyata keçirilir.

36. Həmçinin Konstitusiya Məhkəməsinin Palatasının xx xxxx 2011-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 6-cı maddəsində icra sənədlərinin siyahısı verilmişdir. Qanunun 6.1.1-ci maddəsinə görə Azərbaycan Respublikası məhkəmələri tərəfindən çıxarılmış qərarlar icra sənədi sayılır. MPM-in 15.1 və Qanunun 6.1.1-ci maddələrinin müqayisəli təhlilindən görünür ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. “İcra haqqında” Qanunun icra sənədi kimi qəbul etdiyi Azərbaycan Respublikası məhkəmələrinin qərarları özündə həm məhkəmə qətnaməsini, həm də qərardadı ehtiva edir. Buna görə də barışıq sazişi bağlanmaqla icraatına xitam verilmiş işlər üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərardadları digər məhkəmə aktları ilə eyni hüquqi qüvvəyə malik olmaqla MPM-in 15.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının bütün ərazisində məcburi icra olunmalıdır.

37. Hazırkı iş üzrə də apelyasiya instansiyası məhkəməsinin qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək barışıq sazişi təsdiq edilmişdi r. Barışıq sazişinin təsdiq olunması barədə Bakı Apelyasiya Məhkəməsi 2-1(103)-345/10 nömrəli, xx.xx.2010-cu il tarixli qərardadı icra olunmadığı təqdirdə onun icrası ilə bağlı icra vərəqi verilə bilər.

38. Mübahisəyə baxılarkən tərəflərin bildirməsindən asılı olmayaraq iddiaya inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunu məhkəmə xidməti vəzifəsinə görə yoxlamamış, iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığını nəzərə almamışdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

39. Məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtləri mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı a nda mövcud olmamışdır.

40. Belə ki, mübahisəyə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadının icrası qaydasında baxılmalı olduğu halda, düzgün olmayaraq inzibati məhkəmə icraatında iddia icraatı qaydasında baxılmışdır.

41. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iddianın mümkün sayılmaması barədə yeni qərar qəbul edilməli, kasasiya şikayəti qismən təmin olunmalıdır.

42. İddiaçıya izah edilir ki, barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadının icrası ilə bağlı qərardadı qəbul etmiş məhkəməyə müraciət edə bilər.

43. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məh kəməsinin İnzibati kollegiyasının 2-1(103)-961/2020 saylı, xx xxxxxx 2020-ci tarixli qərarı ləğv edilsin. İddiaçı ASC-nin iddiası mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar