Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-123/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi; 23.01.2007-ci il tarixli Siyahı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərb aycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli, 2-1(103)-1906/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.xxxx-cı il tarixində doğulmuş, 01.09.1977-17.07.1978-ci illərdə 32 nömrəli Texniki Peşə Məktəbində oxumuş, 23.10.1978-20.10.1980-ci illərdə hərbi xidmətdə olmuş, 1980-ci ildən əmək fəaliyyətinə başlamış, 13.03.2020-ci il tarixinədək fasil ələrlə müxtəlif müəssisələrdə işləmişdir.
2. İddiaçı 06.07.2020-ci il tarixində ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh 07.08.2020-ci il tarixli **********0 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının 01.07.1999-07.11.2007ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası "xxxx" QSC-də işlədiyi tunel fəhləsi və 01.06.2016-cı il tarixindən bugünədək işlədiyi süni qurğular təmirçisi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Eyni zamanda, 07.11.2007-14.08.2014-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının həmin müəssisədə işlədiyi elektrik çilingəri peşəsi sözügedən siyahıda bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndində (a) fəhlələr: - avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər) vəzifəsinə uyğun deyil. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun zərərli iş şəraitində işləməyi ilə bağlı güzəştli şərtlərlə yaşa görə 57 yaşdan əmək pensiyasının təyin edilməsinin cavabdehin öhdəsinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən onun zərərli sahədə işlədiyi müddət 12 il 6 aydan çoxdur, həmçinin ümumi iş stajı da 25 ildən artıqdır. Həmçinin, "xxxx" QSC tərəfindən verilmiş güzəştli arayışda zərərli iş şəraitində əmək stajının 14 il 03 ay təşkil etməsi və yaşa görə güzəştli təqaüdə çıxmaq hüququna malik olması göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndinə uyğun olaraq güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. Heç bir tədbir görməməklə cavabdeh hərəkətsizliyə yol vermiş, bununla da iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
6. Cаvаbdеh iddiаyа dаir yazılı еtirаzını təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
7. Bakı İnzibati Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2-1(112)-3245/2021 nömrəli qərarı ilə (hakim Şəlalə Həsənova) iddia tələbi təmin edilmiş, iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 01.06.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının 01.07.2017-ci il tarixinə qədər isə hərbi xidmət və təhsil dövrü də daxil olmaqla 32 il 6 ay 13 gün ümumi, 14 il 3 ay güzəştli iş stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixinədək qüvvədə olan məzmununa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb olunması nəzərdə tutulmadığından bu şərt iddiaçıya aid edilə bilməz.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2 021-ci il tarixli, 21(103)-1906/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Cahangir Yusifov, hakimlər – Həmid Həmidov və Elmira Nağıyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2-1(112)-3245/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Məhkəmə qərarı cavabdehə 16.10.2021-ci il tarixində təqdim edilmişdir.
13. Cavabdeh 05.11.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli, 2-1(103)-1906/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan 01.07.199907.11.2007-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası "xxxx" QSC-də işlədiyi tunel fəhləsi və 01.06.2016-cı il tarixindən bugünədək işlədiyi süni qurğular təmirçisi peşələri Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Eyni zamanda, 07.11.2007-14.08.2014-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə işlədiyi elektrik çilingəri peşəsi sözügedən siyahıda qeyd edilən peşəyə uyğun deyil. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensi ya təminatına imkan vermir. Belə ki, 26.05.2021-ci il tarixinə pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 38400,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36836,14 manat təşkil edir. Lakin məhkəmə bunları nəzərə almayaraq iddiaçıya münasibətdə tətbiq edilə bilməyən maddi və prosessual normaları tətbiq etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam ə mək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
17. Həmin Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixinədək qüvvədə olan mətninə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şə raitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.5-ci (Metropolitenlər) bəndində “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” peşəsi, 29-cu bəndin (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) “a” (fəhlələr) yarımbəndində “avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər)” peşəsi qeyd olunmuşdur.
19. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqı nda) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
20. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
21. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
22. Həmin Məcəllənin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə ape llyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.
23. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Hazırkı qərarın 16-17-ci bəndlərində göstərilən normaların məzmunundan görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün aşağıdakı 3 şərt ödənilməlidir: - İddiaçının 01.07.2017-ci ilə qədər 57 yaşının tamam olması; - İddiaçının 01.07.2017-ci ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; - İddiaçının 01.07.2017-ci ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının 01.06.2017-ci ildə 57 yaşı tamam olmuş, 01.07.2017-ci ilə qədər isə hərbi xidmət və təhsil dövrü də daxil olmaqla 32 il 6 ay ümumi iş stajı mövcuddur. Göstərilən hallar cavabdeh tərəfindən də mübahisələndirilmir.
29. Cavabdehin mübahisələndirdiyi hal və kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının tələb edilən güzəştli iş stajı və pensiya kapitalı yoxdur. Məhkəmə kollegiyası cavabdehin bu dəlillərini əsassız hesab edir.
30. Belə ki, işin apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 01.09.1999-07.11.2007 dövründə (5 il 9 ay 5 gün) metropolitendə yalnız gecə işlə rində tunel fəhləsi; 07.11.2007-01.06.2016 dövründə (12 il 6 ay 24 gün) isə metropolitendə yalnız gecə işlərində elektrik çilingəri; 01.06.201601.06.2017 dövründə (1 il) metropolitendə süni qurğular və yol baxıcısı çalışmışdır.
31. Hazırkı qərarın 18-ci bəndində göstərilən normanın məzmunundan göründüyü kimi, iddiaçının 07.11.2007 - 01.06.2016-cı illərdə metropolitendə yalnız gecə işlərində elektrik çilingəri kimi çalışdığı dövr Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğundur. Beləliklə, həmin dövr, yəni 12 il 6 ay 24 gün, iddiaçının güzəştli pensiya hüququ verən xüsusi iş stajı üçün kifayət edir.
32. Pensiya kapitalı il ə bağlı cavabdehin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, adıçəkilən tələb 01.07.2017-ci il tarixinədək qüvvədə olmamışdır. İddiaçı isə pensiya hüququnu 01.07.2017-ci il tarixində qazanmışdı. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni q üvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
33. Odur ki, hazırda qüvvədə olan qanunvericilikdə pensiya kapitalı ilə bağlı nəzərdə tutulmuş şərt iddiaçıya şamil edilə bilməz. Hazırkı qərarın 19-cu bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
35. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli, 2-1(103)-1906/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli, 21(103)-1906/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.