Məhkəmə qərarları › İş №2-1(102)-123/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-123/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-123/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul təminatının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “pul təminatının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 2-1(103)-67/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şika yətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. EZ ******* nömrəli hərbi biletə əsasən, iddiaçı 1997-ci ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbini bitirmiş, xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək N nömrəli hərbi hissədə flaqman kimyaçı, xx.xx.2003-cü il tarixdən xx.xx.2011-ci il tarixədək N nömrəli hərbi hissədə flaqman kimyaçı, xx.xx.2011-ci il tarixdən KQSM üzrə flaqman, xx.xx.2018-ci il tarixdən N nömrəli hərbi hissədə KQSM üzrə flaqman vəzifələrində xidmət etmişdir. Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2019-cu il tarixli, 41 ş/h nömrəli əmrinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır.

2. İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət edərək, X4 xx.xx.1997-ci il tarixdən 2015-ci il may tarixinədək olan xidməti dövründə verilməyən gəmi ekipajına aid pul təminatının (gəmi pulu və 14-cü maaş pul mükafatı) hesablanaraq ona ödənilməsini xahiş etmişdir.

3. Cavabdehin xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının həqiqi hərbi xidmətdə olduğu dövrdə X6 ekipajının tərkibində səfərdə olduğu dövr (dəniz pul təminatı 30% aldığı dövr) üçün ona xüsusi qulluq şəraitinə görə ödənilməmiş faiz əlavəsi araşdırılaraq hesablanıb 2019-cu ilin sonunadək hesabına köçürülməsi təmin ediləcəkdir. Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmri ilə təsdiq edilmiş “Hərbi gəmilərdə və onların birliklərinin idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə pul mükafatı verilə bilən vəzifələrin sıyahısı”na uyğun olaraq Sahil Mühafizəsi rəisinin müvafiq əmri əsasında hərbi və mülki gəmilər də (katerlərdə) və onların birləşmələri idarələrində zabit, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına vəzifə maaşı və rütbə pulu həcmində pul mükafatı ödənilir. Mükafatın ödənilməsinə dair Sahil Mühafizəsi rəisinin müvafiq əmri olmadığı üçün ona mükafatın ödənilməsi imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X2 Gözətçi Gəmilərində xidmət etdiyi müddətdə ona verilməyən gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatının – gəmi pulunun xx.xx.1997-ci il tarixdən 2015-ci ilin iyul ayı tarixinədək, “Hərbi gəmilərdə və onların idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə” 14-cü maaş pul təminatının isə 2019-cu ilin aprel ayına qədər (tərxis olunduğu günədək) ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1997-ci ildən 2019-cu il aprel ayına qədər Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin zabiti olmuş, 26 il 10 ay güzəştli, 33 il 9 ay xidmət etmişdir. xx.xx.2019-cu il tarixdə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. xx.xx.1997-ci il tarixli, 785 nömrəli əmrə əsasən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə flaqman kimyaçısı (Kütləvi Qırğın Silahlarından Mühafizə xidmətinin rəisi) vəzifəsinə təyin olunmuşdur. Hərbi hissəyə təyinat aldıqdan sonra xx.xx.1997-ci il tarixdə hərbi hissə komandirinin daxili əmri ilə hərbi gəmilərdə dən izçi mütəxəssislərin çatışmazlığı ilə əlaqədar olaraq X5 gəmi komandirinin baş köməkçi vəzifəsinə təyin olunmuşdur. Uzun müddət-xx.xx.1997-ci il tarixdən 2015-ci ilin iyul ayına qədər gəmi komandirinin baş köməkçi (bəzi hallarda Gəmi komandiri) vəzifəsini icra etdiyi halda, ona gəmi ekipajına aid olan pul təminatı (Gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatı – gəmi pulu və Dövlət Sərhəd Xidməti rəisinin 0216 nömrəli əmrinə əsasən “Hərbi gəmilərdə, onların idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə” 14-cü maaş pul təminatı) şamil edilməmişdir. Səbəb kimi isə onun gəmidə (xx.xx.1997-ci il tarixdən 2015-ci il iyul ayınadək) vəzifəsinin icrasının hərbi hissə komandirinin daxili əmri ilə və gəmidə xidmətə görə staj üzrə 1 ilin 1 il 6 ay hesablanmaması göstərilmiş dir. 2019cu ilin aprel ayında tərxis olunan zaman Dövlət Sərhəd Xidmətinə raportla müraciəti əsasında xidməti araşdırılma aparılmış və güzəştli xidmət illəri hesablanaraq onun xeyrinə qərar qəbul edilərək, xidməti illərinə əlavə edilmiş və bununla ona gəmi ekipajına aid olan bütün təminatların şamil olunması Dövlət Sərhəd Xidməti tərəfindən təsdiq edilmişdir. Lakin tərxis olunduqda ona heç bir pul təminatı ödənilməmişdir. xx.xx.2019-cu ildə onun tərəfindən məktub vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisinə müraciət olunmuş və xx.xx.2019-cu il tarixində Dövlət Sərhəd Xidməti tərəfindən məktub vasitəsi ilə ona bildirilmişdir ki, gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatının – gəmi pulunun 2019-cu ilin sonunadək hesabına köçürülməsi təmin ed iləcəkdir. “Hərbi gəmilərdə, onların idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə” 14-cü maaş pul təminatının ödənilməsi isə Sahil Mühafizə rəisinin müvafiq əmri olmadığı üçün imkan xaricindədir. Gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatı – gəmi pulu hər ay gəmidə xidmət edilən müddət ərzində vəzifə maaşının 15%-i həcmində hesablanır, “Hərbi gəmilərdə, onların idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə” 14-cü maaş pul təminatı isə gəmidə fasiləsiz 4 il xidmət etdikdən sonra, xidmətin 5-ci ilindən başlayaraq ildə bir dəfə vəzifə maaşı və rütbə pulu həcmində verilir. 2019-cu ilin sonunda məktubda qeyd edildiyi kimi, Dövlət Sərhəd Xidməti tərəfindən onun hesabına pul keçirilməmiş, 2020-ci ilin may ayında Dövlət Sərhəd Xidmətinin Maliyyə İdarəsi ilə əla qə saxlamış və ona bildirilmişdir ki, pulun köçürülməsi üçün bank hesab nömrəsini Dövlət Sərhəd Xidmətinin Maliyyə İdarəsinə təqdim etsin. Onun tərəfindən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində bank hesab nömrəsi Dövlət Sərhəd Xidmətinin qəbul şöbəsinə təqdim edilmişdir.xx.xx.2020-ci il tarixdə o, bir daha məktubla Dövlət Sərhəd Xidmətinin Maliyyə İdarəsinə ona veriləcək məbləğin hesablanma qaydası, ödəniləcək məbləğin miqdarı, hansı illərin ödənilməsi barədə məlumatın verilməsi üçün və bank hesab nömrəsini əlavə edərək məktubla müraciət etmişdir. Lakin məktubun göndərilməsindən 30 gündən artıq vaxt keçməsinə baxmayaraq, ona heç bir cavab verilməmiş və gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatının – gəmi pulunun 2019-cu ilin sonunadək ödənilməsinə söz veri lsə də, 2020-ci ilin bu tarixinədək ödəmə təmin edilməmişdir. Hərbi gəmilərdə və onların idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə 14-cü əməkhaqqını verməməkdə isə hərbi hissə komandirinin əmrinin olmaması bəhanə edilir. Göstərilən səbəbin isə heç bir hüquqi əsası yoxdur və bununla onun Dövlət Sərhəd Xidməti tərəfindən əmək hüququ pozulmuşdur.

6. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, sabiq hərbi qulluqçu olan iddiaçının müraciəti ilə bağlı N nömrəli hərbi hissəyə sorğu verilmiş və sorğu nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı 1997-ci ildən qoşunların hazırlığı bölməsi flaqman kimyaçısı vəzifəsində xidmətə başlamış, xx.xx.2009-cu ildən Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrinə əsasən dəniz şöbəsinin kütləvi qırğın silahlarından mühafizə üzrə flaqmanı vəzi fəsinə təyin edilmişdir. Gəmi birləşmələrinin idarələrində uzunmüddətli və fasiləsiz xidmətə görə pul mükafatı verilə bilən DSX Sahil Mühafizəsində vəzifələrin siyahısında sonuncu tutduğu vəzifə xx.xx.2013-cü il tarixədək Dövlət Sərhəd Xidmətinin rəisi-X1 müvafiq əmrində öz əksini tapmışdır. Müəyyən olunmuşdur ki, iddiaçı gəmilərə ezam olunduğu və tam beş il fasiləsiz xidmət etmədiyi üçün hərbi gəmilərdə və onların birliklərinin idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə hərbi hissə komandirinin pul mükafatının verilməsi barədə əmrində sabiq hərbi qulluqçunun adı qeyd edilməmişdir. İddiaçıya xüsusi qulluq şəraitinə görə (15%) faiz əlavəsi xidmət etdiyi dövrlərdə “naviqasiya vaxta” kitabına əsasən nizami hissə tərəfindən maliyyə bölməsinə təqdim olunmuş əmrdən çıxarışlara əsasən hesablamalar aparılaraq ödənişlər olunmuşdur. DSX rəisinin müvafiq əmrinə əsasən 1997-2014-cü illər üzrə “naviqasiya vaxta” kitablarının saxlanma müddəti bitdiyi üçün və iddiaçı ilə bağlı nizami hissə tərəfindən maliyyə bölməsinə həmin dövrlər ərzində çıxarışların təqdim olunmaması səbəbindən hər hansı bir hesablamanın aparılması imkan xaricindədir. Əlavə olaraq, “Dövlət Sərhəd Xidmətinin Hərbi Qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 1.9cu bəndini nəzərə alaraq hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların (ehtiyatda olan hərbi vəzifəlilər də daxil olmaqla) pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir.

7. Cavabdehin iddiaya qarşı etirazına əlavə edilmiş arayışdan görünür ki, iddiaçının DSX-nin Sahil Mühafizəsində xidmət etdiyi illər ərzində xüsusi qulluq şəraitinə görə (15%) əlavəsi aşağıdakı kimi olmuşdur: 1998-ci ildən 2008-ci il tarixədək ümumiyyətlə əlavə hesablanmamış, 2009-cu il üzrə 97,21 manat, 2010-cu il üzrə 403,57 manat, 2011-ci il üzrə 655,57 manat, 2012-ci il üzrə 712,01 manat, 2013-cü il üzə 690,52 manat, 2014-cü il üzrə 745,49 manat, 2015-ci il üzrə 173,57 manat olmaqla, ümumilikdə 3477,92 manat məbləğində xüsusi qulluq şəraitinə görə 15% əlavə ödənilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: Fərid Mədətli) 06 dekabr 2021-ci il tarixli, 21(112)-1852/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının X2 Gözətçi Gəmilərində xidmət etdiyi xx.xx.1997-ci il tarixdən 2015-ci ilin iyul ayınadək olan müddət üzrə (ödənilmiş 3477,92 manat məbləğ nəzərə alınmaqla) ona ödənilməyən gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatının hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə olunmuş, iddia qalan hissədə rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi üzrə iddiaçı ilk növbədə X2 Gözətçi Gəmilərində xidmət etdiyi müddətdə ona verilməyən gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatının – gəmi pulunun xx.xx.1997-ci il tarixdən 2015-ci ilin iyul ayı tarixinədək cavabdeh tərəfindən ona ödənilməsini tələb etməkdədir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən bununla bağlı cavabdehə müraciət olunmuş, cavabdeh iddiaçının həqiqi hərbi xidmətdə olduğu dövrdə X3 tərkibində səfərdə olduğu dövr (dəniz pul təminatı 30%) üçün ona xüsusi qulluq şəraitinə görə ödənilməmiş faiz əlavəsinin araşdırılaraq hesabanıb 2019-cu ilin sonunadək hesabına köçürülməsinin təmin ediləcəyini bildirmişdir. Lakin, cavabdeh tərəfindən iddiaya qarşı verilmiş yazılı etiraza əlavə edilmiş arayışdan görünür ki, 1998-ci il tarixdən 2019-cu il tarixədək iddiaçıya DSX Sahil Mühafizəsində xidmət etdiyi illər ərzində xüsusi qulluq şəraitinə görə 15% əlavə olaraq ümumilikdə 3477,92 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmə araşdırması dövründə məhkəmə tərəfindən təkrar sorğular göndərilib tələb edilməsinə baxmayaraq, iddiaçının xidmət illəri ilə bağlı müvafiq əmrlərin surəti məhkəməyə təqdim edilməmişdir. Lakin məhkəmə hesab edir ki, müəyyən dövr üzrə ödənişlərin edilməsi ilə cavabdeh iddiaçının xidmətdə olduğu xx.xx.1997-ci ildən 2015-ci ilin iyul ayınadək xüsusi qulluq şəraitinə görə (15%) faiz əlavəsi almaq hüququnun olmasını faktiki olaraq təsdiq etmişdir. Lakin cavabdeh iddiaçıya xüsusi qulluq şəraitinə görə (15%) faiz əlavəsinin xidmət etdiyi dövrlər üzrə qismən ödənilməsindən DSX rəisinin müvafiq əmrinə əsasən 1997-2014-cü illər üzrə “naviqasiya vaxta” kitablarının saxlanma müddəti bitdiyi üçün və iddiaçı ilə bağlı nizami hissə tərəfindən maliyyə bölməsinə həmin dövrlər ərzində çıxarışlar daxil olmaması səbəbindən hər hansı bir hesablamanın aparılmasının imkan xaricində olması əsası ilə imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya xidmət etdiyi dövrdə ödənilməli olduğu halda cavabdeh tərəfindən həmin ə lavənin ödənilməməsi, həmçinin sonradan müvafiq əmrlərin saxlanmadığı əsası ilə tam ödəniş edilməsindən imtina edilməsi əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə olan halda, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddiaçının X2 Gözətçi Gəmilərində xidmət etdiyi xx.xx.1997-ci il tarixdən 2015-ci ilin iyul ayınadək olan müddət üzrə ödənilmiş 3477,92 manat məbləğ nəzərə alınmaqla, həmin dövr üzrə ona ödənilməyən gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatının hesablanaraq ödənilməsi cavabdehə həvalə edilməlidir.

10. İddiaçı iddia tələbi üzrə həmçinin “Hərbi gəmilərdə və onların idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə” 14-cü maaş pul təminatının 2019-cu ilin aprel ayına qədər (tərxis olunduğu günədək) ödənilməsini cavabdehdən tələb edir. Cav abdeh tərəfindən iddiaçıya həmin əlavənin ödənilməsindən imtina edilməsinə əsas Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmri ilə təsdiq edilmiş “Hərbi gəmilərdə və onların birliklərinin idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə pul mükafatı verilə bilən vəzifələrin sıyahısı”na uyğun olaraq Sahil Mühafizəsi rəisinin müvafiq əmri əsasında hərbi və mülki gəmilərdə (katerlərdə) və onların birləşmələri idarələrində zabit, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına vəzifə maaşı və rütbə pulu həcmində pul mükafatı ödənildiyi, lakin mükafatın ödənilməsinə dair Sahil Mühafizəsi rəisinin müvafiq əmrində iddiaçının adının olmadığı göstərilmişdir. Müvafiq əmrdə iddiaçının adının olmamasına əsas olaraq isə iddiaçının gəmilərə ezam olunduğu üçün və tam beş il fasiləsiz xidmət təşkil etmədiyi üçün hərbi gəmilərdə və onların birliklərinin idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə hərbi hissə komandirinin pul mükafatının verilməsi barədə əmrində sabiq hərbi qulluqçunun adının qeyd olunmadığı göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası həmin hissədə əsaslı olmuşdur. Belə ki, pul mükafatının verilməsi inzibati orqanın rəhbərinin diskresion səlahiyyətləri çərçivəsindədir və xidmət etdiyi dövr üzrə iddiaçıya həmin mükafatın verilməsi barədə əsaslar mövcud olmadığından, bu barədə verilmiş müvafiq əmrdə onun adı qeyd olunmamışdır. Belə olan halda iddiaçının həmin mükafatı cavabdehdən tələb etməsi əsassızdır.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın qismən təmin olunmuş (ödənilmiş 3477,92 manat məbləğ nəzərə alınmaqla) hiss əsində dəyişdirilməsi və iddianın rədd edilən hissəsində ləğv edilərək tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aida Hüseyn /sədrlik edən və məruzəçi/, Vüsalə Baxışova və Raqib Qurbanov) 11 may 2023-cü il tarixli, 2-1(103)-67/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ ka ssasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin dəlilləri onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 73.3.1. İnzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərar a qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalar ının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşk il edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona: 1) X2 Gözətçi Gəmilərində xidmət etdiyi müddətdə verilməyən gəmi ekipajına aid xüsusi qulluq şəraitinə görə pul təminatının – gəmi pulunun xx.xx.1997-ci il tarixdən 2015-ci ilin iyul ayı tarixinədək ödənilməsinə; 2) “Hərbi gəmilərdə və onların idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə” 14-cü maaş pul təminatının isə 2019-cu ilin aprel ayı tarixinədək (tərxis olunduğu günədək) ödənilməs inə nail olmaqdan ibarətdir.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya xüsusi qulluq şəraitinə görə pul təminatının – gəmi pulunun xx.xx.1997-ci il tarixdən 2015-ci ilin iyul ayı tarixinədək və “Hərbi gəmilərdə və onların idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə” 14-cü maaş pul təminatının isə 2019-cu ilin aprel ayı tarixinədək (tərxis olunduğu günədək) ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.

27. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 21(103)-67/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar