Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1230/2020 19.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: Çernobıl əlilinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi ) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı 2008-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublika sı Prezidentinin təqaüdünün (9 il üçün 24.840,00 manat pulun) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-144/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1956-cı il tarixdə Tovuz rayonunun Düz Qırıxlı kəndində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı 2008-ci ildən 20 17-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin təqaüdünün (9 il üçün 24.840,00 manat pulun) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixə kimi Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılması zamanı hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar 2.4 rentgen doza almaqla, İİ qrup əlillik dərəcəsi ilə 2000-ci ildən pensiya alır. Lakin ona Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən təsis edilmiş Prezident təqaüdü xx.xx.2008-ci il tarixdən xx.xx.2017-ci il tarixədək cavabdeh tərəfindən ödənilmə mişdir. Bununla bağlı o, cavabdehə dəfələrlə şifahi və yazılı müraciətər etsə də, sonuncu xx.xx.2019-cu il tarixli məktubla 6 saylı Tibbi-Sosial Ekspert Komissiyasının 0531003AAFUV nömrəli müayinə aktından çıxarışa əsasən onun xx.xx.2017-ci il tarixdən təqaüd almaq hüququ qazandığına istinad olunaraq əvvəlki dövrə görə təqaüdün ödənilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-1421/2019 nömrəli (sədrlik edən hakim Vəfa Əzizova) qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı 2008-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmasıqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan ca vabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(105)-144/2020nömrəli (hakimlər Zaur Məmmədov - sədrlik edən və məruzəçi, Nazim Nəsibov və Aqil Abbasov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya instansiya məhkəməsi maddi hüquq normasını - "Sosial müa vinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nın 1.3-cü bəndini düzgün təfsir etməmiş, o cümlədən digər bir maddi hüquq normasını - "Əlillərin sosial müdafiəsi haqqında" Qanunun 3-cü maddəsini hazırkı mübahisəyə tətbiq etməmişdir. Halbuki hər iki normanı qarşılıqlı təhlil edib bu nəticəyə gəlmək olur ki, bu statusu əldə etmiş şəxs bu hüququ əldə etdiyi, yəni ona əlil vəsiqəsi təqdim edildiyi vaxtdan hər hansı səbəbdən bu təqaüdü almaq üçün müraciət etmədiyi təqdirdə, ona müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödənilməmiş təqaüd ödənilməlidir. Buna görə də hesab edir ki, iddiaçıya müharibə əlilləri üçün müəyyən edilmiş güzəştlər, yəni hazırkı halda prezident təqaüdünün verilməsi ona vəsi qə təqdim edildiyi tarixdən əvvəlki 3 ilə görə iddiaçıya ödənilməməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(105)-144/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv e dilməsini, iddia tələbinin təmin edilməməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,apelyasiya instansiya məhkəm əsi maddi hüquq normasını - "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nın 1.3-cü bəndini düzgün təfsir etməmiş, o cümlədən digər bir maddi hüquq normasını - "Əlillərin sosial müdafiəsi haqqında" Qanunun 3-cü maddəsini hazırkı mübahisəyə tətbiq etməmişdir. Halbuki hər iki normanı qarşılıqlı təhlil edib bu nəticəyə gəlmək olur ki, bu statusu əldə etmiş şəxs bu hüququ əldə etdiyi, yəni ona əlil vəsiqəsi təqdim edildiyi vaxtdan hər hansı səbəbdən bu təqaüdü almaq üçün müraciət etmədiyi təqdirdə, ona müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödənilməmiş təqaüd ödənilməlidir. Buna görə də hesab edir ki, iddiaçıya müharibə əlilləri üçün müəyyən edilmiş güzəştlər, yəni hazırkı hald a prezident təqaüdünün verilməsi ona vəsiqə təqdim edildiyi tarixdən əvvəlki 3 ilə görə iddiaçıya ödənilməməlidir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək hərbi toplanış yolu ilə Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işlərinə cəlb edilmiş və xx.xx.2000-ci ildən İİ qrup Çernobıl əlili kimi pensiyaya çıxmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1215 nömrəli qərarına əsasən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən əlilliyin səbəbi xx.xx.2017-ci il tarixdən “xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır” müəyyən edilmişdir. Cavabdeh orqan bunu əsas götürərək Prezident təqaüdünü xx.xx.2017-ci il tarixdən təyin edərək ödəmişdir. İddiaçı Çernobıl AES-də baş vermiş qəza işlərinin ləğvində 1987-ci ildə iştirak etmişdir. xx.xx.1993-cü il tarixli 762 №-li “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş (30 kilometrlik zona daxilində) və həmin qəza nəticəsində yaranmış zərərli təsir zonasında olmuş şəxslərin dairəsini müəyyən etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən sözügedən Qanun aşağıdakı vətəndaşlara şamil olunur:
1. Çernobıl AES-də qəza nəticə sində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlil olmuş şəxslər, o cümlədən: a) köçürmə zonası hüdudlarında, yəni qəza mərkəzindən 30 kilometrlik radiusda olan ərazidə qəza nəticələrinin ləğvində iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş və ya ezam edilmiş), yaxud Çernobıl AES-in istismarında və ya stansiyada digər işlərlə məşğul olmuş şəxslər; b) köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyətindən olan şəxslər; v) göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı xüsusi toplanışlara çağrılmış və uzaqlaşdırma zonasında işlərə cəlb edilmiş hərbi qulluqçular (burada və bundan sonra bu kateqoriyaya aiddirlər: zabit heyəti, gizirlər, miçmanlar, müddətindən artıq xidmət hərbi qulluqçuları, qadın hərbi qulluqçular, keçmiş SSRİ silahlı qü vvələrində, keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin qoşunlarında, daxili və dəmiryol qoşunlarında və digər hərbi birləşmələrdə həqiqi hərbi xidmətdə olan çavuşlar, sıravi heyət və hərbi vəzifəlilər); q) zərər çəkmiş vətəndaşların qəza baş verdikdən sonra doğulmuş və Azərbaycan Respublikası vətəndaşları olan övladları. 2. 1986-1990-cı illərdə, Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğv edilməsində, yaxud həmin dövrdə Çernobıl AES-in istismarında və ya digər işlərdə iştirak etmiş (o cümlədən, müvəqqəti göndərilmiş, yaxud ezam edilmiş) şəxslər, habelə xüsusi toplanışlara çağırılmış və həmin dövrdə görülən işin növündən və yerindən asılı olmayaraq, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı işlərin görülməsinə cəlb edilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər, habelə köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyəti. 3. 1987-ci il aprelin 21-dən 1990-cı il dekabrın 31-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər. Dövlət Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Xidmətinin xx.xx.2015-ci il tarixli müayinə barədə məlumatdan görünür ki, X1 2-ci qrup əlildir və əlilliyin səbəbi: “xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqınd a aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». Hərbi-həkim komissiyası tərəfindən xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır» qərarı aşağıdakı hallarda çıxarılır: 1. əgər şəhadətləndirilən şəxs hərbi xidmət (hərbi toplanış) keçdiyi dövrdə, orqanlarda xidmət keçdiyi dövrdə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri yerinə yetirərkən xəsarət, xəstəlik almışsa; 2. əgər şəhadətləndirilən şəxs hərbi xidmət (hərbi toplanış) keçdiyi dövrdə, orqanlarda xidmət keçdiyi dövrdə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri yerinə yetirərkən radiasiya təsiri nəticəsində xəstəlik almışsa. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağl ı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. 4-cü bənddə bu Fərmanın 2008-ci il sentyabrın 1-dən qüvvəyə mindiyi qeyd olunmuşdur. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçıya xx.xx.2017-ci ildə əlillik təyin edilərkən, artıq əlillliyin yaranma səbəbləri Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar baş vermişdir və iddiaçının əlilliyinin “Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqə dar” qeydi ilə xx.xx.2017-ci il tarixdə şəhadətləndirilməsi onun əlilliyinin yaranma əsaslarını, tarixini və səbəbini dəyişdirməmişdir ki, cavabdehin bu baxımdan iddiaçının tələblərinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020- ci il tarixli,21(105)-144/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.