Məhkəmə qərarları › İş №2-1(102)-1230/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1230/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1230/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N aprel 2022-ci il tarixli, 2-N(N03)-785/2022 nöm rəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 4 aprel 20N8-ci il tarixli arxiv arayışına əsasən, N nömrəli hərbi hissədən gəlmiş leytenant X4 N nömrəli hərbi hissə komandirinin N dekabr N994-cü il tarixli 347 nömrəli əmrilə şəxsi heyətin siyahsıına salınaraq bütün növ təminatlarla təmin olunmaqla stansiya rəisi təyin olunmuş, N nömrəli hərbi hissə komandirinin N sentyabr N995-ci il tarixli 267 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq Qaradağ RHK-ya göndərilmişdir.

2. Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin N fevral 202N-ci il tarixli arxiv arayışına əsasən, iddiaçı, N nömrəli hərbi hissə komandirinin N4 sentyabr N992-ci il tarixli 28 nömrəli əmrilə döyüş tapşırığını yerinə yetirmək üçün döyüş əməliyyatları bölgəsinə göndərilmişdir.

3. Müdafiə Nazirliyinin Şəxsi heyət baş idarəsinin N7 mart 202N-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Mərkəzi Arxivin 22 fevral 202N-ci il tarixli 9/2N530 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin avqust, oktyabr-dekabr N992-ci il tarixli nizami hissə üzrə əmrlər kitabında iddiaçının hərbi xidməti barədə məlumat olmadığına görə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur.

4. Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin iddiaçının vəkilinə ünvanlanmış 26 aprel 202N-ci il tarixli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin N4 sentyabr N992-ci il tarixli, 28 №-li əmrilə X4 (əsas: sıra N, səh 22, əmrdə hərbi rütbəsi, vəzifəsi və göndərildiyi yer göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) döyüş tapşırığını yerinə yetirmək üçün döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilmişdir. “Nizami” təlim mərkəzindən gəlmiş, leytenant X5 N №-li hərbi hissə komandirinin N8 iyul N994-cü il tarixli, N40 №-li əmrilə (əsas: sıra 3, səh N70, əmrdə soyadı Tanırverdiyev yazılmışdır) bütün növ təminatlarla təmin edilərək 4-cü MAT-un qumbaraatan tağım komandiri vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə X6 - Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin xx.xx.N994-cü il tarixli müvafiq əmrinə əsasən qumbaraatan tağım komandiri, leytenant X5 N №-li hərbi hissə komandirinin N7 dekabr N994-cü i l tarixli 234 №-li əmrilə (əsas: § 3, sıra 2, səh 6N, əmrdə soyadı Tanırverdiyev yazılmışdır) N №-li hərbi hissənin rabitə istiqaməti rəisləri taburunun stansiya rəisi vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, leytenant X4 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli müvafiq əmrinə əsasən N №-li hərbi hissə komandirinin N dekabr N994-cü il tarixli 347 №-li əmrilə (əsas: § N0, səh NN3) xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək rabitə istiqaməti rəisləri taburunun stansiya rəisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N995-ci il tarixli müvafiq əmrinə və N8-ci maddənin “D” bəndinə (tutduğu vəzifəyə uy ğun olmadığına görə) əsasən leytenant X4 N №-li hərbi hissə komandirinin N sentyabr N995-ci il tarixli, 267 №-li əmrilə (əsas: § 5, səh 30, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Qaradağ RHK-na göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin avqust, oktyabr-dekabr N992-ci il, yanvardekabr N993-cü il və yanvar-iyul N994-cü il tarixli nizami hissə üzrə əmrlərində X2 xidməti barədə məlumat aşkar olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəməyə müraciət edərək ona “Müharibə veteranı” statusunun və bu barədə vəsiqənin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsa slandırmışdır ki, N №-li hərbi hissə komandirinin N4 sentyabr N992-ci il tarixli 28 №-li əmrilə döyüş tapşırığını yerinə yetirmək üçün döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilmişdir. N N-li hərbi hissə komandirinin N8 iyul N994-cü il tarixli N40 №-li əmrilə (əsas: sıra 3, səh N70, əmrdə soyadı Tanrverdiyev yazılmışdır) bütün növ təminatlarla təmin edilərək, 4-cü MAT-un qumbaraatan tağım komandiri vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə X6 - Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin xx.xx.N994-cü il tarixli müvafiq əmrinə əsasən qumbaraatan tağım komandiri, leytenant İddiaçı N №-li hərbi hissə komandirinin N7 dekabr N994-cü il tarixli 234 №-li əmrilə (əsas: § 3, sıra 2, səh 6N, əmrdə soyadı Tanrverdiyev yazılmışdır) N №-li hərbi hissənin rabitə istiqaməti rəislə ri taburunun stansiya rəisi vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, leytenant X4 Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli müvafiq əmrinə əsasən N №-li hərbi hissə komandirinin N dekabr N994-cü il tarixli 347 №-li əmrilə (əsas: § N0, səh NN3) xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək rabitə istiqaməti rəisləri taburunun stansiya rəisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N995-ci il tarixli müvafiq əmrinə əsasən leytenant X4 N №-li hərbi hissə komandirinin N sentyabr N995-ci il tarixli 267 №-li əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Qaradağ RHKna göndərilmişdir. Bu səbəbdən Müharibə veteranı statusu və vəsiqəsinin verilməsi məqsədi ilə AR Müdafiə Nazirliyinə müraciət etmişdir. İddiaçının ərizəsinə müsbət cavab verilməmişdir, əsas kimi olaraq isə N992-ci ilin avqust, oktyabr-dekabr aylarında hərbi hissə üzrə əmrlər kitabında onun hərbi xidməti barədə məlumat olmadığına istinad olunmuş və ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir Hesab edir ki, cavabdehin imtinası əsassızdır.

7. Cavabdehin iddiaya qarşı təqdim etdiyi etiraz onun imtina məktubu ilə eyni məzmunludur. Əlavə olaraq qeyd edilmişdir ki, N nömrəli hərbi hissə üzrə N4 sentyabr N992-ci il tarixli əmrdə iddiaçının adının qeyd olunması ona müharibə veteranı adının verilməsi üçün əsas ola bilməz, birincisi, - ona görə ki, həmin dövrdə hər bi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə sayılmamışdır; ikincisi, - əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır; üçüncüsü, - X2 adı N4 sentyabr N992-ci il tarixli imzalanmamış əmrdə qeyd olunsa da, digər dövrlərdə - avqust N992, oktyabr N992-ci-iyul N994-cü il tarixlərdə həmin hərbi hissədə xidmət keçməsi barədə məlumat mövcud olmamışdır, hətta N nömrəli hərbi hissəyə N8 iyul N994-cü ildə "Nizami" təlim mərkəzindən gəldiyi qeyd olunmuşdur.

8. Bakı İnzibati Məhkəməsinin N3 oktyabr 202N-ci il tarixli, 2-N(NN2)-6665/202N nömrəli qərarı ilə (hakim XN2) iddia təmin edilmiş, iddiaçıya “müharibə veteranı statusu və vəsiqəsi”nin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqan özünün 26 aprel 202N-ci il tarixli, 9/2-34NN nömrəli arxiv arayışında iddiaçının döyüş tapşırığını yerinə yetirmək üçün döyüş əməliyyatları bölgəsinə ezam olunduğu göstərilmişdir. Əmrin hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmaması ilə bağlı məhkəmə qeyd etmişdir ki, müvafiq qaydada rəsmiləşdirilməmiş sənəd rəsmi sənəd hesab edilmir və həmin sənədin cavabdeh inzibati orqanın arxivində saxlanılması və həmçinin sübut olaraq inzibati orqanın həmin əmrlərə istinadı sual doğurur. Eyni zamanda, əgər həmin əmr müvafiq qaydada qəbul edilməmişdirsə, sənəd olaraq arxivdə saxlanılmamalı və müvafiq arxiv arayışı iddiaçıya veriləndə də həmin sənədə istinad edilməməli idi. Lakin cavabdeh inzibati orqan həmin əmri arxivdə saxlamaqla yanaşı iddiaçıya verilən arxiv arayışında qeyd edilən əmrə istinad etmişdir. İddiaçının qanuni əsaslarla tərxis olunmasına baxmayaraq, müvafiq dövrlərdə onun xidmət keçməsi barədə cavabdeh inzibati orqanda məlumatların olmaması veteran statusu və vəsiqəsinin verilməməsinə əsas ola bilməz. Beləliklə, iddiaçının döyüş tapşırığını yerinə yetirmək üçün döyüş əməliyyatları bölgəsinə ezam olunması, həmçinin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı vəsiqəsinin verilməsindən imtina olunması qanunazidd olmuşdur. N0. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunması, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat NN. İşə apellyasiya instansiyası mə hkəməsində baxılarkən cavabdeh, iddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin N4 sentyabr N992-ci il tarixli, 28 nömrəli əmrindən arxiv çıxarışını məhkəmənin sorğusuna əsasən təqdim etmişdir. N2. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Qaradağ rayon İdarəsi 2 mart 2022-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçı Xidmətin Qaradağ rayon İdarəsində qeydiyyatdan keçmir. N3. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın N5 fevral 2022-ci il tarixli, 4/3-NN nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə N dekabr N993 – N2 may N994-cü il tarixlərində döyüş əməliyyatlarında iştirak edib, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib. Əsas: 29 avqust N997-ci il tarixində Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrinin siyahısı”. N4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N aprel 2022-ci il tarixli, 2N(N03)-785/2022 nömrəli qərarına əsasən (hakimlər X7-sədrlik edən, X8 və X9) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin N3 oktyabr 202N-ci il tarixli, 2-N(NN2)-6665/202N nömrəli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. N5. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı məhkəməyə yalnız hərbi bileti və arxiv arayışını təqdim etmişdir ki, həmin sənədlərin tədq iqi zamanı ziddiyyətli məqamların mövcudluğu müəyyən edilmişdir. 26 aprel 202N-ci il tarixli, 9/2-34NN nömrəli arxiv arayışından və işin digər materiallarından N4 sentyabr N992-ci il tarixli 28 nömrəli əmrlə iddiaçının hansı hərbi hissəyə ezam olunması, hansı hərbi hissəyə qəbul edilərək hərbi qulluq keçməsi, ümumilikdə N4 sentyabr N992-ci ildən N nömrəli hərbi hissəyə təyin edildiyi göstərilən N8 iyul N994-cü ilə qədərki hərbi qulluq dövrü haqqında hər hansı bir məlumat müəyyən edilmir. Birinci instansiya məhkəməsi isə göstərilən ziddiyyətli halları ümumiyyətlə nəzərə almamış, həmin hallara qiymət verməmişdir. Hətta iddiaçının adının qeyd edildiyi imzasız əmr onun xeyrinə şərh edilsə belə, bu hal iddianın təmin edilməsi üçün əsas ola bilməz. İddiaçının N8 iyul N994 – N2 dekabr N994-cü ill ər arasında qulluq etdiyi göstərilən N nömrəli hərbi hissə isə ümumiyyətlə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olmadığından, bu hal da iddiaçıya müharibə veteranı statusu verilməsinə əsas ola bilməz. N6. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N aprel 2022-ci il tarixli, 2-N(N03)-785/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri N7. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, arxiv arayışında məlumatların olmamasında onun təqsiri olmadığı üçün onun hüquqlarının məhdudlaşdırılması na səbəb ola bilməz. Apellyasiya instansiyası məhkəməsi isə bu halı nəzərə almamış, işin hallarını tam, hərtərəfli araşdırmamış, prosessual normaların tələblərini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri N8. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ N9. “Veteranlar haqqında” Qanun Maddə

3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan R espublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qayd aları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) 20. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmişdir) N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmay ılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əmə liyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma ha qqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-) Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətv erici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. (-) Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azə rbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluq çulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. 2N. İnzibati Prosessual Məcəllə Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət ə saslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etd iyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Kassatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası bir daha vurğulayır ki, iddiaçı, hazırkı qərarın 20-ci bəndində sadalanan sənədlərdən məhkəm əyə yalnız hərbi bileti və arxiv arayışını təqdim etmiş, həmçinin, həmin sənədlərin tədqiqi zamanı ziddiyyətli məqamların mövcudluğu müəyyən edilmişdir.

28. İşin apellyasiya instansiyası məhkəməsində araşdırılan halları əsasında iddiaçının N4 sentyabr N992-ci ilədək hərbi xidmət keçdiyi N saylı hərbi hissənin döyüş əməliyyatlarında yalnız N dekabr N993 – cü il tarixdən N2 may N994-cü il tarixinədək olan dövrdə iştirak etdiyi müəyyən olunmuşdur. İddiaçının qeyd olunan tarixlərdə həmin hərbi hissədə xidmət etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Həmçinin, iddiaçının N8 iyul N994-N2 dekabr N994-cü illər arasında qulluq etdiyi N saylı hərbi hissə isə döyüş əməliyyatlarında ümumiyyətlə iştirak etməmişdir və işin bu halı 29 avqust N997-ci il tarixində Silahlı Qüvvələrin Baş Qərargah rəisi t ərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrinin siyahısı” ilə təsdiq olunur.

29. Bu Qərarın 20-ci bəndində istinad olunan normaya görə, müharibə veteranı, adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri dax il olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletl ər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

30. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, yuxarıda istinad olunan normada nəzərdə tutulmuş dispozisiya şərtləri (döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması, hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə mörəbər əmrlərin təqdim edilməsi) iddiaçıya münasibətdə ödənilməmişdir. Bununla bağlı arxiv arayışında istinad olunmuş N4 sentyabr N992-ci il tarixli əmrdə iddiaçının hansı döyüş bölgəsinə, hansı müddətə və hərbi hissəyə ezam edildiyinin qeyd olunmadığı, bunun üzərindən iddiaçının həmin əmrə əsasən həqiqətən ezam olunduğu bölgəyə gəldiyinin və həmin bölgədə ezam olunduğu xidmət yerində hərbi xidmətini davam etdirdiyinin, eləcə də real olaraq döyüş əməliyyatlarında iştirak etdiyinin iş üzrə digər materiallarla təsdiq olunmadığı da nəzərə alınmalıdır. Bu baxımdan iddiaçı ona veteran adının və vəsiqəsinin verilməsini tələb etməkdə haqlı sayıla bilməz. 3N. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bu mənada apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

33. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N aprel 2022-ci il tarixli, 2N(N03)-785/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar