Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1230/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: şikayətin geri götürülməsi, kassasiya icraatına xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasına “ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kolle giyasının 2-1(103)-1390/2020 nömrəli, 11 avqust 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəyə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəhbərliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəhbərliyinin vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində iddiaçıya vurulmuş fiziki-psixi-mənəvi və maddi zərərin əvəzi olaraq xeyrinə 50 (əlli) min manat maddi təzminatın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsini n 2-1(112)-2744/2020 nömrəli, 18 may 2020-ci il tarixli qərardadı ilə (hakim A.P.Oruczadə) iddia mümkün sayılmamışdır.
3. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1390/2020 nömrəli, 11 avqust 2020-ci il tarixli qərardadı ilə (hakimlər V.M.Ağayev /sədrlik edən və məruzəçi/, İ.M.Murquzov, A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2744/2020 nömrəli, 18 may 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1390/2020 nömrəli, 01 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçının Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1390/2020 nömrəli, 11 avqust 2020- ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsi təmin edilmişdir.
6. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
7. Daha sonra iddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək kassasiya şikayətindən imtina etdiyini, ona görə də kassasiya icraatına xitam verilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. 97.2. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenid ən şikayət vermə imkanını istisna edir. 97.4. Şikayətin geri götürüldüyü hallarda, prosessual xərclər haqqında Ali Məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. İddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi ərizədə kassasiya şikayətindən imtina etdiyini və şikayətin baxılmamış saxlanaraq geri qaytarılmasını xahiş etmişdir.
10. İddiaçının kassasiya şikayətindən imtina etməsi barədə ərizəsi nəzərə alınaraq kassasiya icraatına xitam verilməlidir.
11. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 96.10, 97 və 98.1-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçının ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanası na “ziyanın ödənilməsi” tələbinə dair iş üzrə kassasiya icraatına xitam verilsin. Qərardad qətidir.