Məhkəmə qərarları › İş №2-1(102)-1231/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1231/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1231/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: işin kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1982-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı “ona münasib işin təklif olunması və işsizlikdən sığorta ödənişinin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2022-ci il tarixli, 21(103)-1419/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhsili, ixtisası və iş təcrübəsinin olması nəzərə alınaraq Bakı şəhərində müvafiq qaydada işlə təmin olunması, 30 mart 2021-ci il tarixindən başlayaraq işlə təmin olunan günə qədər işsiz olması nəzərə alınaraq məhkəmə tərəfindən hər ay üçün ona qanuna müvafiq qaydada kompensasiya (pul məbləği) müəyyən edilərək ödəni lməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona münasib işin təklif olunması və işsizlikdən sığorta ödənişinin təyin edilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2-1(112)-1089/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2-1(103)-1419/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məh kəməsinin 17 yanvar 2022-ci il tarixli, 2-1(112)-1089/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti vermiş, lakin şikayət vəkil tərəfindən imzalanmamış və vəkilin orderi şikayətə əlavə olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

95. Kassasiya şikayəti daxil olduqdan sonra apellyasiya instansiyası məhkəməsinin hərəkətləri 95.1. Kassasiya şikayəti daxil olduqdan sonra, apellyasiya instansiyası məhkəməsi şikayətlə bağlı aşağıdakı formal tələblərə kassasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: 95.1.1. apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; 95.1.2. barəsində şikayət verilən məhkəmə qərar ı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; 95.1.4. şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; 95.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. 95.2. Bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti verən şəxsə yardım etməlidir. 95.3. Apellyasiya instansiyası məhkəməsi şikayətin daxil olduğu vaxtdan 5 gün ərzində həmin şikayəti, mübahisə ilə bağlı işin materialları ilə birlikdə Ali Məhkəməyə göndərir.... KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. İddiaçının kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığından və vəkilin orderi şikayətə əlavə edilmədiyindən, bununla bağlı şikayətin mümkünlüyünə baxılması zərurət i yaranmış və bu məqsədlə kassasiya şikayətinin mümkünlük məsələsinə baxılması təyin edilmişdir.

9. Bu barədə kassasiya şikayətini tərtib etmiş iddiaçıya 1 iyun 2022-ci il tarixli məhkəmə bildirişi göndərilmiş, ona şikayətin vəkil tərəfindən tərtib edilmədiyi və imzalanmadığı qeyd edilərək göstərilən nöqsanın aradan qaldırılması təklif edilmiş, əks halda kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar olunmuşdur.

10. Ali Məhkəmə tərəfindən iddiaçıya məlumat verilərək kassasiya şikayəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tələblərə əməl edilməsi ona bildirilmiş, nöqsanlar aradan qaldırılmadığı halda, onun hüquqi nəticələri iddiaçıya izah edilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinə 1 iyul 2022-ci il tarixdə daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tar ixli, 2-1(103)-1419/2022 nömrəli məktubunda qeyd olunur ki, kassasiya şikayətinə vəkilin orderi əlavə edilmədiyinə və şikayət vəkil tərəfindən imzalanmadığına görə kassasiya şikayəti verən şəxsə yardım məktubu göndərilmişdir. Hazırda iddiaçı ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.

12. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dövlət hesabına vəkillə təmin edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi ərizəsinə baxılması üçün iş baxışdan çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

13. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Ə halinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı “ona münasib işin təklif olunması və işsizlikdən sığorta ödənişinin təyin edilməsi” tələbinə dair inzibati iş baxışdan çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar