Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1231/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (20.2.1961-cı il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiy asının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2023-cü il tarixli, 2-1(103)-628/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçasında olan məlumatlara əsasən, o, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan QRES-də Yanacaqnəqliyyat sexində 3-cü dərəcəli nasos qurğusu maşinisti vəzifəsində işləmiş, xx.xx.1982-ci il tarixdə “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir montaj idarəsinə 3-cü dərəcəli çilingər montajçı təyin edilmiş, xx.xx.1982-ci ildə üçüncü dərəcəli çilingər mon tajçı, xx.xx.1984-cü il tarixdə 4-cü dərəcəli çilingər boru çəkən peşəsinə keçirilmiş, xx.xx.1992-ci ildə dördüncü dərəcəli çilingər boru çəkən təyin edilmiş, xx.xx.1993-cü il tarixdə 5-ci dərəcəli çilingər boruçəkən peşəsinə təyin edilmiş, xx.xx.1994-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək “Qafqazenerji-quraşdırma” trestində qazanxana avadanlığının təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “ERA” BM Qazanxana avadanlığının təmiri üzrə Mingəçevir filialında qazanxana avadanlığının təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Şəmkir SES-də 5-ci dərəcəli çilingər peşəsində, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" A SC-də 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsində, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" MMC-də 5-ci dərəcəli quraşdırıcı-çilingər vəzifəsində, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" MMC X2 Zavodunun Mexaniki yığma və Metal dayaqları sexində 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" Birgə Müəssisəsində konstruksiya quraşdırıcısı peşəsində, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək "xxxx" Birgə Müəssisəsinin boruçu peşəsində, xx.xx.2013cü il tarixdən xx.xx.2013-cü il tarixədək “Mingəçevir Avtonəqliyyat-5” ATSC-də 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsində, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək "xxxx" MMC-də 6-cı dərəcəli quraşdırıcı-çilingər peşəsində, xx.x x.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" Birgə Müəssisəsində armaturçu peşəsində, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" Birgə Müəssisəsində konstruksiya quraşdırıcısı peşəsində, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" Birgə Müəssisəsində boruçu peşəsində, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" MMC-də boruçu briqadirinin köməkçisi peşəsində, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" Birgə Müəssisəsində boruçu peşəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" Birgə Müəssisəsində 5-ci dərəcəli boruçu peşəsində işləmiş, xx.xx.2020-ci il tarixdən hazırkı tarixədək "xxxx" Birgə Müəssisəsində 6-cı dərəcəli boruçu peşəsində işləyir
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh 8 aprel 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, quraşdırıcı-çilingər və konstruksiya quraşdırıcısı vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır və bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 17.5.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “ona 60 yaşdan, yəni xx.xx.2021-ci il ta rixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixədək 25 ildən çox ümumi sığorta stajı, o cümlədən 12 il 8 aydan çox zərərli və ağır əmək sahəsində iş stajı toplamışdır. Həmin sosial sığorta stajı işlədiyi əmək kitabçasında öz əksini tapmışdır. “Mingəçevir Enerjiquraşdırma” ATSC tərəfindən verilmiş 01 mart 2021-ci il tarixli güzəştli arayışa əsasən, orada işlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin Mingəçevir Quraşdırma sahəsində hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının quraşdırılmasında bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. “Qafqazenerjiquraşdırma” Trestində, əsasən enerji müəssisələrinin tikilməsi, inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində fəaliyyət göstərmişdir. Trest sənaye obyektlərində polad və dəmir konstruksiyalarının quraşdırılması, əl ilə qazla metalların kəsilməsində və doğranmasında, metal boruların və konstruksiyalarında quraşdırılması və təmiri və sair işləri aparmışdır. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını iddiaçının müraciətinə verilən imtina məkt ubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin (hakim A.Ə.Əhədova) 13 iyul 2022-ci il tarixli, 21(112)-1025/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, a 60 yaşdan, yəni xx.xx.2021ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 25 ildən çox ümumi iş stajı olmuşdur ki, həmin dövrün 18 il 01 ay 14 gün müddətində işlədiyi dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təs diq olunmuş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən işlərə aid olmuşdur.
9. Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə. Hüseyn - sədrlik edən və məruzəçi, V.Ə.Baxışova və R.Ə.Qurbanov) 9 fevral 2023-cü il tarixli, 2-1(103)-628/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 13 iyul 2022ci il tarixli, 2-1(112)-1025/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kass asiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2021-ci il tarixdə qüvvədə olan redaksiyada) Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzi fələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
16. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblər inə riayət edilmiş, mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. İş apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçının 25 ildən artıq sığorta stajı vardır və bu, cavabdeh tərəfindən mübahisələndirmir.
21. Cavabdeh bildirir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır.
22. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edir. Belə ki, Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edil miş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
23. Mingəçevir Enerjiquraşdırma ATSC-nin xx.xx.2022-ci il tarixli, 12 nömrəli arayışına əsasən, iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi çilingər montajçı, çilingər boru çəkən peşələri həmin dövr qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda olan “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin 2290000a-14612 - polad və dəmirbeton konstruksiyaların quraşdırıcılar, 2290000a—19233-sənaye dəmir beton borularının boruçəgənləri peşələrinə uyğundur.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştl i şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu bölməsində Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində a) fəhlələr: “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar”, “sənaye dəmir-beton borularının boruçəkənləri” peşəsi zərərli peşə kimi nəzərdə tutulmuşdur.
25. Bundan başqa, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 714/21 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də işlədiyi quraşdırıcı-çilingər peşəsi həmin dövr qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güz əştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29 bölməsinin “a” bəndində “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə uyğundur.
26. Bundan başqa, X1 təqdim etdiyi xx.xx.2021-ci il tarixli, AZF-2021/43-K nömrəli güzəştli arayışına əsasən, iddiaçının xx.xx.2011-xx.xx.2012-ci il və xx.xx.2014-xx.xx.2014-cü il tarixədək işlədiyi konstruksiya quraşdırıcısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qu rulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə uyğundur.
27. İşin müəyyən edilmiş hallarına görə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (39200 manata qarşı 45153,26 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir.
28. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
29. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 9 fevral 2023-cü il tarixli, 2-1(103)-628/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.