Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1231/2024 10.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; vəkil orderinin kassasiya şikayətinə əlavə edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxnə qarşı “cavabdehin üzərinə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində qeyri-yaşayış binasının yerləşdiyi 0,0384 ha torpaq sahəsinin satılması öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2-1(104)-860/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində qeyri-yaşayış binasının yerləşdiyi 0,0384 ha torpaq sahəsinin özəlləşdirilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2760/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2-1(104)-860/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışıdır.
5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2-1(104)-860/2023 nömrəli qərardadını ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
90. Kassasiya şikayəti vermək hüququ Maddə 90.3. bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Mə cəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
7. Mülki Prosessual Məcəllə (MPM): Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi... əlavə olunur.
8. Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə: Maddə 1.5. Vəkil orderi (bundan sonra - order) – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən iddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
10. İPM-in 90.3-cü və MPM-in 67.1, 407.3 və 407.4-cü maddələrinin tələblərindən göründüyü kimi, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə order əlavə olunmalıdır; kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.
11. İddiaçının kassasiya şikayəti vəkil tərəfindən tərtib olunub imzalansa da, şikayətə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, № ******* nömrəli orderdə bir sıra nöqsan və düzəlişlər olunduğu müəyyən edilmişdir.
12. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı 12 dekabr 2023-cü il t arixli olsa da, əlavə edilmiş order, xx.xx.2023-cü il tarixdə, hətta hazırkı işin birinci instansiya məhkəməsinin icraatında olduğu vaxt tərtib edilmişdir.
13. Bundan əlavə orderdə hüquqi yardım göstərilən şəxs və tapşırığın yerinə yetirildiyi təşkilat qrafalarında düzəliş edildiyi aydın görünür. 14. “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci maddəsinə əsasən vəkil orderi müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir.
15. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinə əlavə edilmiş orderin hazırkı işə, xüsusi ilə də kassasiya icraatında h əyata keçirilməli olan tapşırığa aidiyyəti olmamışdır.
16. Hazırkı iş üzrə kassasiya şikayəti tərtib edilən zaman iddiaçı tərəfindən Vəkil təmsilçiliklə bağlı verilmiş etibarnamə qüvvədə olsa da (iş v. 55), Vəkil tərəfindən iddiaçının kassasiya şikayətinin tərtib edilməsi ilə bağlı səlahiyyətlərini təsdiq edən vəkil orderi kassasiya şikayətinə əlavə edilməmişdir. Bununla bağlı olaraq kollegiya, həmçinin nəzərə alır ki, iddiaçının kassasiya şikayəti vəkil tərəfindən tərtib edilərək imzalandığı üçün prinsipcə, vəkil kassasiya şikayətinin tərtibinə dair formal tələbləri, eləcə də orderə dair tələbləri və bununla bağlı Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən müəyyənləşdirilmiş qaydaları bilmək və təcrübi fəaliyyətində tətbiq etmək öhdəliyi daşıyır.
17. Beləliklə iddiaçı və onun etibarna mə üzrə nümayəndəsi olan Vəkil tərəfindən kassasiya şikayəti verilərkən qanunvericiliklə müəyyən edilmiş tələblərə (kassasiya şikayətinə vəkil orderi əlavə edilməlidir) əməl edilmədiyindən, hazırkı şikayət üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.
18. İPM-nin 96.3-cü maddəsinə əsasən, şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
19. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2-1(104)-860/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin.