Məhkəmə qərarları › İş №2-1(102)-1231/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1231/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1231/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Şəhər Şöbəsinə (hazırkı: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı iş üzrə QƏRARDADİ (iş № 2-1(102)-1231/2025) Açar sözlər: kassasiyanın mümkünlüyü, şikayət üzrə müddətin buraxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Şəhər Şöbəsinə (hazırkı: Daşınmaz Əmlakın Dövlət Kadast rı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı “torpaq sahəsinə plan və ölçünün tərtib olunması” tələbinə dair inzibati iş üzrə iştirak etməyə cəlb edilməyən Mehdiyev Xanlar Çirkin oğlu tərəfindən verilmiş “iş üzrə icraatın təzələnməsi” barədə ərizəsinin təmin olunmaması barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 yanvar 2025-ci il tarixli, 2-1(103)816/2025 nömrəli qərardadından Mehdiyev Xanlar Çirkin oğlu tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ 1.2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli iş 2in(82)1283/13 saylı qərarı ilə iddia təmin edilmiş, cavabdehin imtinası əsassız hesab edilmiş, İddiaçı “Südçü” bağçılıq-yoldaşlıq kolle ktivinin xx.xx.1996-cı il tarixli 03 saylı protokolu ilə ayrılmış sahəsi 1200 kv.m olan bağ sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Şəhər Şöbəsinə həvalə olunmuşdur. 2.Məhkəmənin sözügedən qərarı qanuni qüvvəsini almış, icra olunması üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Şəhər Şöbəsinə göndərilmişdir. 3.Daha sonra, yəni xx.xx.2024-cü il tarixdə ərizəçi Mehdiyev Xanlar Çirkin oğlu məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə üçüncü şəxs qismində cəlb edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli iş 2in(82)-1283/13 saylı qərarının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. 4.Bak ı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) xx.xx.2024-cü il tarixli, 21(82)-1283/2013 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. 5.Həmin qərardaddan narazı qalan Mehdiyev Xanlar Çirkin oğlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli iş 2in(82)-1283/13 saylı qərarının ləğv edilərək işə yenidən baxılmasını xahiş etmişdir. 6.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər C.A.Yusifov (sədrlik edən), G.M.Abbasova və A.P.Oruczadə) 9 yanvar 2025-ci il tarixli, 2-1(103)816/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(82)-12 83/2013 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 7.Həmin qərardaddan narazı qalan Mehdiyev Xanlar Çirkin oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 yanvar 2025-ci il tarixli, 21(103)-816/2025 nömrəli qərardadının ləğv edilməsini və onun inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilərək işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:

8. İş kassasiya instansiyasına daxil olduqdan sonra Mehdiyev Xanlar Çirkin oğlunun şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət müddət ötürülməklə verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi d airəsi. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses i ştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, tə qdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə

94. Kassa siya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə

96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kas sasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə kollegiyası hesab edir ki, Mehdiyev Xanlar Çirkin oğlunun şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

11. Elektron məhkəmə sistemindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 yanvar 2025-ci il tarixli, 2-1(103)-816/2025 nömrəli qərardadı “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” ilə birlikdə 14 yanvar 2025-ci il tarixdə, saat 16:14-də elektron məhkəmə sistemi vasitəsi ilə ərizəçi Mehdiyev Xanlar Çirkin oğlunun elektron kabinetinə yerləşdirilmişdir. Mehdiyev Xanlar Çirkin oğlu tərəfindən isə 24 yanvar 2025-ci il tarixdə kassasiya şikayəti verilmiş, yəni kassasiya şikayəti prosessual müddətə riayət edilmədən verilmişdir.

12. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ərizəçiyə qərardadla birlikdə göndərdiyi izahda qeyd edilmişdir ki, kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları onların tələbləri təmin olunmadıqda apellyasiya instansiyası məhkəməsinin qərarından 1 ay, qərardadından isə 10 gün müddətində kassasiya şikayəti verə bilərlər. “Elektron məhkəmə” informasiya sistemində qeydiy yatdan keçmişlərsə, məhkəmə aktları həmin sistemdə yaradılmış elektron kabinetlərdə yerləşdirildiyi vaxtdan təqdim edilmiş sayılır. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır.

13. Lakin ərizəçi izahda göstərilən tələbə (kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir) əməl etməmiş, kassasiya şikayəti qanunda nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verilmiş, müddətin buraxılmadığına dair sübutlar, o cümlədən şikayət üzrə müddətin üzürlü səbəbdən bu raxılmasına dair ərizə verməmişdir.

14. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsas olduğundan, kassasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbulundan imtina olunmalıdır

15. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 yanvar 2025-ci il tarixli, 21(103)-816/2025 nömrəli qərardadından Mehdiyev Xanlar Çirkin oğlu tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar