Məhkəmə qərarları › İş №2-1(102)-1232/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1232/2020

23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1232/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə Açar söz: işə bərpa olunmadan imtina; Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun pozulması GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdehin nümayəndəsi və onun vəkili iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-101/2020 nömrəli, 03.02.2020ci il tarix li qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı **.**.1961-ci ildə anadan olmuş, 1979-cu ildə əmək fəaliyyətinə başlamış, 04.06.1997-ci ildən 31.10.2018-ci il tarixinədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Baş məsləhətçi vəzifəsində işləmişdir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə (TSERAS) elektron müraciətinə müvafiq olaraq 08.01.2018-ci il tarixində qiymətləndirilmiş və beş il müddətinə ümumi səbəbdən ikinci dərəcə əlillik təyin edilmiş və Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən ona həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq olunmuş "Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə"nin 5.3.2-ci bəndinə əsasən (vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə) iddiaçı 26.10.2018-ci il tarixində Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə əyani müayinə üçün dəvət olunmuş, əyani olaraq funksional diaqnostik müayinə nəticəs ində “xəstə hal-hazırda əlil hesab edilmir” qərarı qəbul edilmişdir. Bundan sonra, Nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə 31.10.2018-ci il tarixli, **** nömrəli yazılı məruzə göndərərmiş və iddiaçı sağlam olduğu halda özünə düzgün olmayan əlillik dərəcəsinin və əmək pensiyasının təyin olunmasına şərait yaratdığı üçün onun barəsində intizam tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. İddiaçı, 31.10.2018-ci il tarixində cavabdeh tərəfindən verilmiş **** saylı əmrlə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir və əmrin əsası kimi yuxarıda qeyd olunan yazılı məruzə göstərilmişdir. Bu əmrlə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən verilmiş 31.10.2018-ci il tarixli **** saylı əmrin ləğv edilməsi, onun həmin tarixdən işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, 21 ildən artıq müddətdə ƏƏSMN-də müxtəlif vəzifələrdə işləmişdir. İşlədiyi dövrdə heç bir inzibati tənbeh tədbirlərinə məruz qalmamışdır. Nazirliyin Daxili Nəzarət və Audit Şöbəsi tərəfindən tərtib olunmuş 22.10.2018- ci il tarixli “Aktivlərin bərpası ilə bağlı” Aktla müəyyən olunmuş çatışmazlıqla əlaqədar işdən azad etmişlər. Həmin aktla Nazirliyin Balansında olmuş bəzi əsas vəsaitlərin araşdırma zamanı olmadığı aşkar edilmişdir. Aktda adları sadalanan əsas vəsaitlərin ona aidiyyatı olmamışdır. O, maddi məsul şəx s olmamış, onunla hər hansı bir müqavilə bağlanmamışdır. Cavabdeh məhkəməyə iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağan edilsə də, iddiaçı bu normanın tələbini pozmuşdur. Belə ki, iddiaçının müraciəti əsasında ona ikinci qrup əlillik təyin edilmiş, sonradan müayinə nəticəsində onun əlil olmadığı müəyyən edilmişdir. Həmçinin, iddiaçının Nazirliyə təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətdə itirdiyi mü əyyən edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.9-cu maddəsinə əsasən qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə onun dövlət qulluğuna xitam verilir Cavabdeh, göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16.10.2019-cu il tarixli, 2-1(085)-342/2019 saylı qərarı ilə iddia rədd edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16.10.2019-cu il tarixli, 2-1(085)-342/2019 saylı qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-101/2020 saylı, 0 3.02.2020-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16.10.2019-cu il tarixli, 2-1(085)-342/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iş materialları ilə iddiaçının əlillik təyin edildiyi dövrdə əlilliyin təyin olunmasına səbəb olan xəstəliyinin olmadığı, bununla da iddiaçının “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1 və 23.1-ci maddələrinin tələblərini pozduğu təsdiq olunur. Cavabdehin dəlilləri iş materialları ilə sübut olunsa da, iddiaçı cavabdehin dəlillərini təkzib edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-101/2020 saylı, 03.02.2020-ci il tarixli qərarın dan iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının işdən çıxarılmasına Nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdirinin yazılı məruzəsi əsas olsa da, apellyasiya instansiya məhkəməsi buna hüquqi qiymət verməmiş, bununla da qanunsuz qərar qəbul etmişdir. Kassator, İnzibati Prosessual Məcəlləsinin 90.3-cü, Mülki-Prosessual Məcəllənin 417.1.4-cü maddələrinə istinad edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-101/2020 saylı, 03.02.2020-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə onun izahatı dinlənilməmişdir. Məhkə mə iclasında iştirak edən cavabdehin nümayəndəsi və onun vəkili izahat verərək kassasiya şikayətinin təmin olunmaması, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-101/2020 saylı, 03.02.2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-101/2020 saylı, 03.02.2020-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Qərarın təsviri hissəsində qeyd olunanlardan göründüyü kimi, iddiaçının işdən çıxarılmasına əsas onun sağlam olduğu halda özünə düzgün olmayan əlillik dərəcəsinin və əmək pensiyasının təyin olunmasına şərait yaratmasıdır. İşə birinci instansiya məhkəməsində baxılarkən bu halın müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin edilmiş, **/** nömrəli ekspert rəyi ilə iddiaçıda “qan dövranının çatmamazlığı II dərəcə“müəyyən edilməmiş, yəni əlillik dərəcəsi verilərkən iddiaçıda həmin xəstəliyin olmadığı aşkarlanmış, digər xəstəliklərin isə aktiv fazada deyil, aldığı stasionar və ambulator müal icələrdən sonra remissiya fazasında olduğu müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi də həmin ekspert rəyinə, eləcə də iş materiallarında olan digər sənədlərə istinad edərək qeyd etmişdir ki, iddiaçı öz vəzifə funksiyalarını layiqincə yerinə yetirməməsi və icra intizamını pozması nəticəsində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin tələblərini pozmuş və bu hal da həmin Qanunun 23.1-ci maddəsinə əsasən iddiaçının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdehin dəlilləri, yəni iddiaçının sağlam olduğu halda ona düzgün olmayan əlillik dərəcəsinin və əmək pensiyasının təyin olunmasına şərait yaratması işə aşağı instansiya məhkəmələrində baxılarkən öz təs diqini tapdığından apellyasiya instansiya məhkəməsinin mövqeyi əsaslıdır. Belə ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. Həmin Qanunun 33.1.6-cı maddəsinə əsasən, bu Q anunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən, dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər:“ 25.2.6. dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 18.0.12-ci maddəsinə əsasən, dövlət qulluqçuları vəzifədə olaraq etik davranış qaydalarına əməl etməlidir. “ Göründüyü kimi, qanunvericiliklə dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi qadağan edilməklə yanaşı, bu qadağanın pozulmasına görə dövlət qulluqçuları barəsində tətbiq oluna biləcək intizam tənbeh tədbirləri də müəyyən olunmuşdur. İddiaçı da sağlam olduğu halda özünə düzgün olmayan əlillik dərəcəsinin və əmək pensiyasının təyin olunmasına şərait yaradaraq faktiki olaraq qanunsuz şəkildə maddi nemət əldə etməyə yönəlmiş hərəkət etmiş, cavabdeh də öz növbəsində qanunvericiliklə nəzərdə tutulmuş intizam tənbeh tədibiri kimi iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərdən aydın olur ki, mübahisələndirilən əmr cavabdeh tərəfindən m addi hüquq normalarına əməl olunmaqla qəbul edilmişdir. İddiaçı kassasiya şikayətində işdən çıxarılmasına əsas olmuş yazılı məruzəyə apellyasiya instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmədiyini bildirsə də, yuxarıda göstərilənlərə əsasən 31.10.2018-ci il tarixli, **** nömrəli yazılı məruzənin və onun əsasında qəbul edilmiş 31.10.2018-ci il tarixli, **** nömrəli əmrin əsaslı olduğu, apellyasiya instansiya məhkəməsinin də bu halları düzgün qiymətləndirdiyi məlum olur. Odur ki, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etm əlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh 31.10.2018-ci il tarixli, **** nömrəli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə məhkəməyə bunun əksini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qey d olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-101/2020 saylı, 03.02.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar