Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1232/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1992-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-328/2022 nömrəli, 1 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Ukrayna Elm və Təhsil Nazirliyi Milli Nəqliyyat Universitetinin Beynəlxalq İqtisadiyyat fakültəsində təhsil almış, həmin təhsil müəssisəsi tərəfindən ona “iqtisadçı” ixtisası üzrə 14 iyun 2019-cu il tarixli, B19 №110373 nömrəli bakalavr diplomu və eyni tarixli ******* nömrəli diploma əlavə verilmişdir.
2. İddiaçı qeyd olunan diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığından müraciətin təmin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) b irinci instansiya məhkəməsində icraat
3. İddiaçı 12 avqust 2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Ukrayna Elm və Təhsil Nazirliyi Milli Nəqliyyat Universiteti tərəfindən ona verilmiş 14 iyun 2019-cu il tarixli B19 №110373 nömrəli diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı ilin sentyabr ayında Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində fəaliyyət göstərən Ukrayna Elm və Təhsil Nazirliyi Milli Nəqliyyat Universitetinin Beynəlxalq İqtisadiyyat fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, rus dilində tədris proq ramı üzrə 2019-cu ildə həmin universiteti bakalavr dərəcəsi ilə bitirmişdir. 14 iyun 2019-cu il tarixdə iddiaçıya qeyd edilən universitetin iqtisadiyyat təhsil sahəsində “iqtisadçı” peşəkar ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnməyi barədə B19 110373 nömrəli diplom və eyni tarixli ******* nömrəli diploma əlavə verilmişdir. İddiaçının adına verilmiş diplom və əlavə 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının şərtlərinə uyğun olaraq Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilməklə 29 oktyabr 2019-cu il tarixli A-71380-19 nömrə ilə apostil verilmişdir. İddiaçının bitirdiyi həmin universitet dövlət təhsil müəssisəsi hesab edilməklə Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən Milli Akkreditasiyanın İV səviyyəsi ilə qeydiyyata alınmışdır. İddiaçı qeyd edilən diplomun tanınmas ı ilə əlaqədar 3 iyun 2020-ci il tarixdə cavabdehə müraciət etmiş və tələb olunan bütün sənədləri təqdim etmişdir. 5 iyun 2020-ci il tarixdə cavabdeh tərəfindən keçirilmiş onlayn müsahibədən sonra 18 iyun 2020-ci il tarixdə onun elektron poçtuna cavabdeh tərəfindən göndərilmiş məlumatda bildirilmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməyi qənaətbəxş hesab edilməmişdir.
5. İddiaçının müraciəti əsasında Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5809/2020 nömrəli, 13 noyabr 2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təq dim edərək bildirmişdir ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, onun ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.2-ci bəndinə əsasən “ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada həyata keçirilir: 1.Ekspertiza-xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasınd a qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi.
2. Xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin uyğunluğunun müəyyənləşdirilməsi. Qeyd etmişdir ki, iddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1389/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, 14 iyun 2019-cu il tarixli, B19 №110373 nömrəli diploma əsasən Ukrayna Milli Nəqliyyat Universitetində tədris dili ukrayna dili olmuşdur.
9. Cavabdehin etiraza əlavə etdiyi videoyazıdan məhkəmə müəyyən etmişdir ki, iddiaçı müsahibə zamanı həmin universitetdə tədris dilinin rus dili olduğunu bildirmiş, lakin rus dilini bilmə səviyyəsi qənaətbəxş olmadığından onun aldığı ixtisasın mənimsənilməsi şübhə altına alınmış və mənfi rəy verilmişdir.
10. Beləliklə, cavabdeh tərəfindən diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin iddiaçıya verilməsindən imtinası üçün səbəb olan mənfi ekspert rəyi əsaslı olmuşdur.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2687/2021 nömrəli, 3 dekabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının təhsil haqqında diplomunun Azərbaycan Respublikasının ərazisind ə tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi tələbi ilə əlaqədar 2 (iki) ay müddətində iddiaçının ixtisası üzrə yenidən müsahibənin aparılması cavabdehə həvalə edilmişdir.
13. Qeyd olunan qərardadın icrası ilə bağlı cavabdeh tərəfindən keçirilmiş təkrar ekspertizanın 27 yanvar 2022-ci il tarixli rəyinə əsasən, iddiaçının xarici dilə qənaətbəxş səviyyədə malik olmaması qeyd edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-328/2022 nömrəli, 1 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Orucova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1389/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 1
5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. Şikayətin dəlillərinə görə, təkrar ekspertiza nəticəsində verilmiş rəy cavabdeh orqan tərəfindən daha əvvəl verilmiş olan rəylə eynilik təşkil edir. Belə ki, yenidən keçirilmiş olan ekspertiza zamanı da iddiaçının ixtisas biliyindən daha çox ağır filoloji və fəlsəfi bir mətnin tərcüməsi və bununla bağlı fikir ifadəsinin bildirilməsi istənilmiş, iddiaçının ali təhsil müəssisəsi tərəfindən verilmiş olan diplom ixtisasına uyğun hər hansı bir sual yönəldilməmişdir. Qeyd etmişdir ki, əvvəlki rəyin verilməsi zamanı qeyriixtisas və aydın olmayan sualların verildiyini apellyasiya şikayətində bildirmişdir. Hesab etmişdir ki, təkrar ekspertiza nəticəsində verilmiş rəy iddia tələbinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın qüvvədə saxlanılması üçün kifayət etməməli, daha müfəssəl araşdırma aparılmalı idi.
18. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilən maddi hüquq normasının tələbi kimi Avropa Konvensiyasının 6-cı maddəsində ali təhsil haqqında ixtisasın tanınması zamanı ixtisasın yaxından mənimsənilməsi üçün xarici dil biliklərinin ali təhsil haqqında sənədin tanınmasında əsas meyar olması kimi qəbul edilməmişdir. Yəni, istinad edilən normada dil biliklərinin y etərli səviyyədə olmaması diplomun tanınmasından imtina edilməsinin əsası ola bilməzdi. Belə ki, ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi diplom işi və ya dissertasiyanın yazılması tələbləri ixtisasın tanınmasının əsas səbəbləri kimi Konvensiyanın 6-cı maddəsində qeyd edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilən istər “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın, istərsə də AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın tələblərində xarici ölkələrdə alınmış ali təhsil haqqında sənədin tanıması və ekvivalentliyinin müəyyən edilməsinin şə rtləri arasında təhsil sənədini almış şəxsin təhsil aldığı xarici dil biliyinin olması qeyd olunmamışdır. Yəni digər bütün tələbləri qarşılamış iddiaçının sadəcə cavabdeh orqanın özünün müəyyən etdiyi tələblər əsasında verdiyi rəyə görə xarici dil bilik səviyyəsini qənaətbəxş olmamasına dair qeyd edilənlər iddia tələbini rədd edilməsi üçün əsas təşkil etməməli idi. b) kassasiya şikayətinə dair etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının: - 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sah əsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. - 1.6-cı bəndinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinə əsasən, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. - 3.5-ci bəndinə əsasən, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. - 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublika sında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar ) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
22. Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” (bundan sonra mətndə - Saziş): Maddə
1. Bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Maddə
2. Azərbaycan Respublikası və Ukraynada orta ümumtəhsil və texnikipeşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınır və növbəti pillədə təhsili davam etdirərkən ekvivalent sayılır. Maddə
5. Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Maddə
6. Bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bən dinə görə, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir.
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılma lıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütöv lükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
28. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmə tərəflərin iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər.
29. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunark ən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir.
30. Yuxarıda istinad edilən Qaydaların 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları nın ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir.
31. Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in tələblərinə əsasən, iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa dair dəlillər nəzərə alınmalıdır.
32. Məhkəmə kollegiyası nəzərə alır ki, Sazişin 2-ci maddəsi ilə yalnız orta ümumtəhsil və texniki-peşə təhsili haqqında verilən dövl ət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınmış və növbəti pillədə təhsili davam etdirərkən ekvivalent sayılmışdır. Başqa sözlə, Sazişlə Ukrayna ali təhsil müəssisələrinin bakalavr və magistr diplomlarına münasibətdə ekvivalentlik müəyyən edilməmişdir və ona görə də Qaydaların 1.6-cı bəndinin «Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir» müddəası hazırkı mübahisəyə tətbiq oluna bilməz.
33. Eyni ilə, iddiaçıya verilmiş diplomun Azərbaycan Respublikasında tanınması da həmin Qaydaların müəyyən etdiyi ümumi tələblərə uyğun olaraq həyata keçirilməlidir.
34. Qaydaların 3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentl iyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra).
35. Normanın məzmunundan göründüyü kimi, Qaydalar “ekspertiza“ proseduruna xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınmasını da aid etmişdir. Buna görə də, Qaydaların 1.6-cı bəndinin «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir» müddəasının tətbiqi “ixtisasın tanınması”na münasibətdə də istisna edilir. Bu da o deməkdir ki, Sazişin 5-ci maddəsində qeyd olunduğu kimi, Azərbaycan Respublikası Ukraynada verilmiş bakalavr və magistr ixtisas dərəcələri haqqında diplomları təhsil müddətinə və təhsilin məzmununa uyğun gələrsə, tanıyır.
36. Cavabdeh həmin Qaydaların müddəalarına əsasən diplomun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirmiş, ekspert qrupunun iddiaçı ilə aparılmış müsahibəsi zamanı iddiaçının təhsil aldığı ixtisas üzrə tədris dili olan rus dilini bilməsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir ki, bu da öz növbəsində tədris yükünün qavranılmasını qeyri-mümkün edir və ixtisasın tanınması üçün nəzərdə t utulmuş təhsilin keyfiyyət göstəricisinə cavab vermədiyini təsdiq edir.
37. Ekspertizanın iddiaçının iştirakı ilə keçirildiyinə dair videomaterial işə əlavə edilmiş, həmin material məhkəmə araşdırmasının predmeti olmuşdur.
38. Beləliklə, məhkəmə kollegiyası tədris dili səviyyəsinin qənaətbəxş olmadığı halda, ixtisasının peşə hazırlığı sahəsində əsas biliklərin (deməli, həm də təhsilin məzmunun) iddiaçı tərəfindən mənimsənilməsinin mümkünsüzlüyünə dair cavabdehin qənaətini əsaslı hesab edir. Bu səbəbdən də cavabdeh diplomun tanınmasından imtina etməkdə haqlı olmuşdur.
39. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin e dilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
40. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaş ır.
41. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-328/2022 nömrəli, 1 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.