Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1232/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi; işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-501/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 064ş saylı əmrlə xx.xx.2005-ci il tarixindən Biləsuvar Gömrük İdarəsinin Yük şöbəsinin inspektoru vəzifəsinə təyin edilmiş, 100/546ş saylı, xx.xx.2012-ci il tarixli əmrə əsasən həmin tarixdən İdarənin “Qoşa təpə” gömrük postunun inspektoru vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixli, 100/490ş nömrəli əmrlə həmin tarixdən həmin gömrük postunun böyük inspektoru vəzifəsinə keçirilmiş, 100/728ş saylı, xx.xx.2018-ci il tarixli əmrə əsasən xx.xx.2018-ci il tarixindən Bakı Baş Gömrük İdarəsi Yol Vergiləri şöbəsinin inspektoru vəzifəsinə keçirilmiş, 100/979ş saylı, xx.xx.2018-ci il tarixli əmrlə həmin tarixdən Baş İdarənin maliyyə-tarif şöbəsinin baş inspektoru vəzifəsinə keçirilmiş, 100 /1182ş saylı, xx.xx.2018-ci il tarixli əmrə əsasən xx.xx.2018-ci il tarixindən Komitənin sərəncamına götürülmüş, 100/1185ş saylı, xx.xx.2018-ci il tarixli əmrə əsasən həmin tarixdən Bakı Baş Gömrük İdarəsi İpək yolu gömrük postunun baş inspektoru vəzifəsinə təyin edilmiş, 1000/1092ş saylı, xx.xx.2019-cu il tarixli əmrlə həmin tarixdən Komitənin sərəncamına götürülmüşdür.
2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Xidmətə xitam verilməsi haqqında” 1000/1421Ş nömrəli, xx.xx.2019-cu il tarixli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən, təşkilati ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadığı və ya həmin vəzifədən imtina etməsi səbəbi ilə İddiaçı xidmətinə xx.x x.2019-cu il tarixdən xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Gömrük Komitəsinin 1000/1421S saylı, 09 dekabr 2019-cu il tarixli əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. 4. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/1421Ş saylı, 09 dekabr 2019-cu il tarixli əmrinin ləğv olunması, İddiaçı əvvəlki işinə bərpa olunması, bərpa olunduğu dövrədək olan müddətdə aylıq əmək haqlarının hesablanaraq ödənilməsi və həmin dövrün qul luq stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın tabeliyində 2005-cü ildən müxtəlif yerlərdə və vəzifələrdə çalışmışdır. Cavabdehin 1000/1421Ş saylı, 09 dekabr 2019-cu il tarixli əmri ilə vəzifədən çıxarılaraq sərəncama götürülmüşdür. Cavabdeh inzibati orqanın bu əmrini-inzibati aktını özü üçün əlverişsiz və qanunsuz hesab edir. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədə gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün əsaslar nəzərdə tutulub. Onun işdən çıxmağına əsas kimi istinad edilən həmin Əsasnamənin 120-ci maddəsinin 4-cü hissəsində deyilir ki, təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə, xidmətə xitam verilir. Həmin Əsasnamənin 127-ci maddəsinə əsasən, gömrük orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan gömrük orqanının vəzifəli şəxsinin həmin qərardan Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına və (və ya) məhkəməyə şikayət vermək hüququ vardır. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə bu Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-6-cı bəndlərində nəzərdə tutulan əsaslarla xitam verildikdə, onlara xidmət illərindən asılı olaraq aşağıda göstərilən miqdarda birdəfəlik müavinət verilir: 1) 10 ilə qədər - aylıq vəzifə maaşının 5 m islində; 2) 10 ildən 15 ilə qədər - aylıq vəzifə maaşının 10 mislində; 3) 15 ildən 20 ilə qədər - aylıq vəzifə maaşının 15 mislində; 4) 20 ildən yuxarı - aylıq vəzifə maaşının 20 mislində. Xidmət dövründə dövlət təltifləri olan gömrük orqanlarının vəzifəli şəxslərinə verilən birdəfəlik müavinətin məbləği iki aylıq vəzifə maaşı miqdarında artırılır. İddiaçı məzuniyyətdə ola-ola işdən çıxarılmasını qanunsuz hesab edir. Heç bir ixtisar olmadan onu çıxarıb yerinə başqa adamlar götürüblər. Ailədə tək qazanc gətirəndir, 2 övladı var. Mübahisənin başqa həlli mövcud olmadığı üçün mübahisələndirmə haqqında iddia vasitəsi ilə inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavabdeh iddiaya dair yazılı etirazda göstərmişdir ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə, Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə Komitənin sərəncamında saxlanıla bilər. Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən vəzifəli şəxs imtina edərsə, gömrük orqanının vəzifəli şəxsinin gömrük orqanlarında xid mətinə xitam verilə bilər. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsində nəzərdə tutulmuş təşkilati-ştat tədbirləri Komitə sədrinin diskresion səlahiyyətlərinə aiddir və gömrük əməkdaşlarının ixtisaslarına, bacarıqlarına uyğun ştatlar üzrə vəzifələrə yerləşdirilməsi, o cümlədən Dövlət Gömrük Komitəsinin şəxsi heyətinin daha təcrübəli, işgüzar, peşəkar və gömrük xidmətində istifadə olunan texnika və ya informasiya texnologiyaları sahəsi üzrə yüksək biliyə və təcrübəyə malik əməkdaşlar hesabına komplektləşdirilməsi məqsədilə əməkdaşların tutduqları vəzifələr üzrə ştat vahidlərinin hərəkəti (bir ştat vahidinin bir struktur bölməsindən digər struktura verilməsi, eləcə də əməkdaşların ştat vahidi ilə birlikdə digər struktur bölməsinə keçirilməsi və.s) Komitədə mütəmadi surə tdə təşkilatı-ştat tədbirləri olaraq həyata keçirilir. Komitənin 2019cu il 09 sentyabr tarixli, 1000/1092ş nömrəli əmri ilə Bakı Baş Gömrük İdarəsinin İpək yolu gömrük postunun baş inspektoru Ağayev X1 50-ci maddəsinə əsasən (təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar) Komitənin sərəncamına götürülmüş və sərəncamda qalma müddəti ərzində qeyd edilən struktur bölmə üzrə vakant vəzifə olmadığından, onun digər vəzifəyə keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də İddiaçı gömrük orqanlarında xidmətinə Komitənin 2019-cu il 9 dekabr tarixl,i 1000/1421 ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən xitam verilmişdir. Eyni zamanda diqqətinizə çatdırırıq ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər bir i ddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılıq olmaqla iki hissəyə ayrılır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırmasını aparmalıdır. Həmçinin nəzərə alm aq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı hazırki iddia tələbi ilə bağlı cavabdehə müraciət etməmişdir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunan zaman hazırki tələblə bağlı cavabdehə müraciət edilməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-173/2022 nömrəli, 4 avqust 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim E.Ə.Əliyev) iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 1000/1421Ş nömrəli əmrinin ləğv olunması, İddiaçı əvvəlki vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədə “təşkilati-ştat tədbirlərinin keçirilməsi” gömrük xidmətinə xitam verilməsinə əsas kimi göstərilsə də, həmin təşkilati-ştat tədbirlərinin nədən ibarət olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Komitədə əvvəlcədən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə bağlı ayrıca əmrin verilməsi ilə bağlı da cavabdeh inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin, qanunvercilikdə təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyrimümkün olması və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxsin imtina etməsi ilə şərtləndirilmişdir. Hazırkı halda mübahisələndirilən əmr qəbul edilərkən,əmrdə hər iki şərt (digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə) qeyd edilsə də, daha sonra inzibati orqan tərəfindən “və ya həmin vəzifədən imtina etdikdə” sözləri mübahisələndirilən əmrdən çıxarılmışdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-501/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qərardadı ilə iddia tələb i “iddiaçının xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddətin iş stajına hesablanması” hissəsində mümkün sayılmamışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-501/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərarı ilə ( hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və R.Ə.Qurbanov ) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 4 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şik ayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayəti məzmun baxımından iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin dəlillərinə əsaslanır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə
50. Gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğ u müddətdə onun əvvəlki vəzifədə aldığı əməkhaqqı saxlanılır.
120. Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər:... 4) təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə; Bu maddənin birinci hissəsinin 2-ci, 4-13-cü bəndlərində göstərilən əsalara görə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təşəbbüsü ilə həyata keçirilir.
17. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxl aya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. 19.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasi ya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən-apelyasiya məhkəməsinin qərarının iddiaçının vəzifəyə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi ilə bağlı tələblərin təmin olunduğu hissədə ləğv edilməsinə dair hissədə əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı şikayətin əsaslı olduğu hissədə ləğv edilməli, həmin hissədə yeni qərar qəbul olunmalı, iddia mümkün sayılmamalıdır. Qeyd olunan hissədə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddianın həmin hissədə mümkün sayılmaması aşağıdakı səbəblərdən irəli gəlir.
21. Hazırkı mübahisə üzrə iddiaçının tələbi mahiyyət baxımından həm mübahisələndirmə, həm məcburetmə və həm də öhdəliyin icrası haqqında iddia növlərini özündə ehtiva edir. Bel ə ki, cavabdehin xx.xx.2019-cu il tarixli, 1000/1421Ş nömrəli əmrinin ləğv olunmasına dair tələb mübahisələndirmə haqqında iddia növünə, vəzifəyə bərpa olunmaya dair tələb məcburetmə haqqında iddia növünə, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi ilə bağlı tələb isə öhdəliyin icrası haqqında iddia növünə aiddir.
22. Bununla bağlı nəzərə alınmalıdır ki, eyni inzibati akta qarşı həm mübahisələndirmə və həm də məcburetmə haqqında iddiaların eyni zamanda qaldırılması istisna olunur. Belə yanaşma həmin iddia növlərinin təyinatı və onların fərqləndirilməsinin məqsədləri ilə bağlıdır. Bununla belə, əlahiddə hallarda mübahisələndirmə haqqında iddia ilə eyni zamanda öhdəliyin icrası haqqında iddianın qaldırılması mümkündür. Belə ki, İPM-nin 70.3-cü maddəsinə görə, inzibati aktın ləğ v edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Lakin belə hallarda iddianın mümkünlük şərti olan ümumi hüquqi maraq mövcud olmalıdır.
23. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı nail olmaq istədiyi məqsəd baxımından cavabdehin xx.xx.2019-cu il tarixli, 1000/1421Ş nömrəli əmrinin ləğv olunmasına yönəlmişdir. Digər tələblər, yəni iddiaçının vəzifəyə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi ilə bağlı digər tələblər isə, əslində məzmun baxımından mübahisələndirilən əmrin ləğvinə dair tələbə bağlıdır və həmin tələb üzrə mübahisənin həllindən asılıdır. Y əni həmin tələblərin həlli əslində mübahisələndirilən əmrin ləğvinə dair tələbin həlli ilə ehtiva olunur.
24. İnzibati prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin norma anlamında, barəsində şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt), yəni hazırkı mübahisəyə münasibətdə cavabdehin əmri mübahisələndirmə haqqında iddianın predmetini təşkil edir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirmə haqqında iddianın təmin olunması və mübahisələndirilən əmrin qəbul olu nduğu tarixdən ləğv edilməsi, prinsip etibarı ilə şəxsin əvvəlki hüquqi statusunun bərpasını (status quo ante bellum) nəzərdə tutur. Başqa sözlə, əmrin ləğvi şəxsin ilkin hüquqi vəziyyətinə qaytarılmasını, yəni azad edildiyi tarixdən vəzifəyə bərpasını və bundan irəli gələn bütün hüquqi nəticələrin də baş verməsini (əmək haqqı, staj və s.) şərtləndirir.
26. Digər tərəfdən, həmçinin nəzərə alınmalıdır ki, işdən azad olunma barədə əmrin ləğv edildiyi hallarda, işə bərpadan və digər tələblərin yerinə yetirilməsindən cavabdehin imtinasının olmaması səbəbindən həmin tələbləri nəzərdə tutan iddianın mümkünlük şərti qismində hüquqi müdafiə marağı da mövcud olmur. Çünki, iddiaçı daha asan və məqsədəuyğun yolla öz məqsədinə çatmaq imkanını saxlamış olur.
27. Bu baxımdan hazırkı mübahisəyə münasibət də iddia tələbi iddiaçının vəzifəyə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində mümkün sayılmamalı, həmin hissədə apellyasiya məhkəməsinin qərarı ləğv edilməlidir.
28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qalan hissədə, yəni mübahisələndirilən əmrin ləğv olunmasına dair məhkəmə qərarının ləğv edilməsi hissəsində əsassızdır. Həmin hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarının həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir. Bu səbəbdən şikayət həmin hissədə təmin edilməməli, apel yasiya instansiyası məhkəməsinin qərarı həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, əsassız olduğu hissədə kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən həmin hissədə mübahisə üzrə zər uri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının dövlət qulluğuna xitam verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli,21(103)-501/2023 saylı qərarı qismən – “İddiaçı Bakı Baş Gömrük İdarəsi İpək yolu gömrük postunun baş inspektoru vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsi” hissəsində ləğv edilir. Həmin hissədə iddia mümkün sayılmır. Qərar qalan hissədə – “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 1000/1421Ş nömrəli əmrinin ləğv olunması” hissəsində dəyişdirilmədən saxlanılır. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.