Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1232/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Müseyib oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi; iddianın təmin edilən hissəsinə münasibətdə şikayətin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Müseyib oğlunun cavabdeh Daşın maz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3120/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı 016716 №-li qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Xutor qəsəbəsi, 1-ci Şimal şitil küçəsindəki ümumi sa həsi 122,5 kv.m, yaşayış sahəsi 75,9 kv.m olan 93 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 58 saylı reyestr kitabında 7817-ci səhifədə xx.xx.2002-ci il tarixdə qeydə alınmışdır.
2. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddiaçının xx.xx.2022-ci il tarixli ********** nömrəli müraciətinə baxılaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair “Daşınmaz əmlakı n dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı»nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 562 saylı Fərmanının 7 saylı bəndi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 412 saylı Fərmanı ilə qüvvədən düşmüş hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xx.xx.2022-c i il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ölçüsü 37,1 kv. metr olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Sonradan iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat İdarəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş FM Seriyalı, 016716 №-li “Qeydiyyat vəsiqəsi”nə əsasən xüsusi mülkiyyət hüquqlarının qeydə alındığı Bakı şəhəri, Nərimanov rayonu, Xutor qəsəbəsi, 1-ci Şimal şitilliyi küçəsi ünvanında yerləşən ümumi sahəsi 122,5 kv.metr olan 93 saylı fərdi yaşayış evinin yerləşdiyi 371,1 kv. metr torpaq sa həsi üzərində onun yəni İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xutor qəsəbəsi, 1-ci Şimal şitil küçəsində yerləşən, yaşayış sahəsi 75,9 kv. m., ümumi sahəsi 122,5 kv. m. olan 93 saylı fərdi yaşayış evi iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və bu barədə 58 saylı reyestr kitabında 7817 səhifəsində 30 nömrə ilə xx.xx.2002-ci il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Texniki inventarlaşdırma və Mülkiyyət Hüquql arının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xutor qəsəbəsi, 1-ci Şimal şitil küçəsində yerləşən 93 saylı fərdi yaşayış evinin xx.xx.2002-ci il tarixdə texniki pasportu tərtib edilmiş, 30/2492 reyestr nömrəsi ilə qeydiyyat keçmişdir. Həmin texniki pasportda torpaq sahəsinin ölçüsü 371,1 kv. m. olmaqla tikinti altına düşən sahə 173,5 kv. m., qalan torpaq sahəsi isə 197,6 kv. m. olaraq qeyd edilmişdir. Həmin texniki pasportda torpaq sahəsi üzrə eksplikasiyası, torpaq sahəsinin planı, sahələrin xarakteristikası və s. öz əksini tapmışdır. Qeyd olunan texniki pasport Bakı şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 480 saylı sərəncamı əsasında çəkilmişdir. Texniki pasport xx.xx.2002-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xər itəçəkmə Komitəsi tərəfindən Bakı şəhər İH-nin Tİ və MHQİ-nin xx.xx.2002-ci il tarixli FM seriyalı, 016716 saylı Qeydiyyat vəsiqəsi ilə 93 saylı fərdi yaşayış evi tikintisi üçün 371.1 kv. m. torpaq sahəsi ilə bağlı həmin torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş, bu barədə X2 kitabında xx.xx.2011-ci il tarixdə 27548 nömrə ilə uçota alınıb. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin plan və ölçüsü"ndə torpaq sahəsinin kadastr ölçüləri torpaq sahəsinin qaiməsi (sertifikatı), baş plandan çıxarış, əsas döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin qonşu sərhədləri və torpaq sahəsinin planı öz əksini tapmışdır. ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə çıxa rışın verilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmişdir, cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə faktiki olaraq ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin etirazları:
7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq ed ən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2001-ci il tarixli, 562 saylı Fərmanının 7 saylı bəndi Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2006-cı il tarixli, 412 saylı Fərmanı ilə qüvvədən düşmüş hesab edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********22 nömrəli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsas ən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə sorğusu və arxiv arayışı:
8. İş materiallarında olan cavabdehin **********96 №-li, xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının arxiv arayışının surətindən görünür ki, Nərimanov rayon xalq deputatları soveti İK-nin 11, § İ-Q №-li, xx.xx.1989-cu il tarixli “Ermənistan SSR-dən gəlmiş azərbaycanlı vətəndaşların qeydiyyata alınması” barədə qərarı ilə MİS-ə və rayon polis şöbələrinə Ermənistan SSR-dən gəlmiş azərbaycanlı vətəndaşların məskunlaşdıqları yaşayış sahələrinin texniki vəziyyətindən, ölçüsündən və yerləşmə ərazisindən asılı olmayaraq özbaşına inşa edilmiş yaşayış sahələrində daimi qeydiyyata alınmasının həvalə e dilməsi qərara alınmışdır.
9. Həmin məktuba əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının 489 №li xx.xx.2002-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyanın 8a №-li xx.xx.2002-ci il tarixli protokolundan çıxarışın surətindən görünür ki, BŞİH-nə daxil olmuş 11.06.02-ci il tarixli, Q-462 №-li ərizə Ermənistan Respublikasından qaçqın düşmüş İddiaçı Müseyib oğlunun yaşadığı Nərimanov rayonu, Xutor, 1-ci Şimal şitil, 93 №-li özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsinə razılıq verilmişdir.
10. Həmin məktuba əlavə edilmiş Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 30/2492 reyestr nömrəli 21.09.02ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evini n texniki pasportunun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin ümumi sahəsi 371,5 kv.m, tikinti altında 173,5 kv.m, yaşayış sahəsinin ümumi sahəsi 115,7 kv.m, yaşayış sahəsi 69,1 kv.m, köməkçi sahə 46,6 kv.m ibarətdir (notarial qaydada təsdiq olunmuş surəti də iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir).
11. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsünün” surətindən görünür ki, Torpaq sahəsinin planı və ölçüsü İddiaçı Müseyib oğluna Bakı şəhər İH-nin Tİ və MHQİ-nin xx.xx.2002-ci il tarixli FM seriyalı 016716 saylı qeydiyyat vəsiqəsi ilə 93 saylı fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Nərimanov rayonu, Xutor qəsəbəsi, 1-ci Şimal Şitil küçəsində yerlə şən 371,1 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X2 kitabında xx.xx.2011-ci il tarixdə 27548 nömrə ilə (A №362807) uçota alınmışdır (notarial qaydada təsdiq olunmuş surəti də iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir) Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5039/2023 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat İdarəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş FM Seriyalı, 016716 №-li “Qeydiyyat vəsiqəsi”nə əsasən xüsusi mülkiyyət hüquqlarının qeydə alındığı Bakı şəhəri, Nərimanov rayonu, Xutor qəsəbəsi, 1-ci Şimal şitilliyi küçəsi ünvanında yerləşən ümumi sahəsi 122,5 kv.metr olan 93 saylı fərdi yaşayış evinin yerləş diyi 371,1 kv. metr torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan yaşayış evinin altında olan torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir və bu istifadə hüququ dövlət reyestrindəki qeyddə təsbit olunmuşdur.
14. Qanunvericiliyin tələblərinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq o nların mülkiyyətinə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir (“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 10-cu maddələri).
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-31 20/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5039/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə iddianın qismən təmin edilməsinə dair yeni qərar qəbul edilmiş, xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan ünvan 3 fərdi yaşayış evinin tikinti altında yerləşən 173,5 kv.metr torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia digər hissədə təmin edilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən veri lmiş 30/2492 reyestr nömrəli 21.09.02-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən həmin ünvanda yerləşən torpaq sahəsinin ümumi sahəsi 371,5 kv.m, tikinti altında olan sahəsi isə 173,5 kv.m təşkil edir. İddiaçı həmin fərdi yaşayış evinin yerləşdiyi 371,1 kv.metr torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir.
18. İddiaçı 371,1 kv.metr torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, həmin torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidenti nin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı»nda nəzərdə tutulmuş daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlərdən hər hansı birini təqdim edə bilməmişdir. Məhkəməyə təqdim edilmiş Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu isə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2002-ci ildə tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında ” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı»nda isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) nəzərdə tutulmuşdur. Ona görə də təqdim olunan texniki pasport torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz.
19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmi şdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
20. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyası ədalətli və düzgün qərar qəbul etməmişdir. İddiaçının mülkiyyətində olan yaşayış evinin altında olan torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir və bu istifadə hüququ dövlət reyestrindəki qeyddə təsbit olunmuşdur. İddiaçı isə hazırkı işdə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasını tələb edir.
21. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 562 saylı Fərmanının 7 saylı bəndinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006cı il tarixli, 412 saylı Fərmanı ilə qüvvədən düşdüyünü bildiri r. Bu səbəbdən cavabdeh ünvan 3 ünvanda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə çıxarışın verilməsindən imtina etmişdir.
22. İddiaçı onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Buradan da qeyd olunduğu kimi yalnızca Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulan normativ hüquqi aktların geriyə qüvvəsi vardır. Orada qeyd olunur ki, fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və yüngülləşdirən no rmativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ aktlarlın qüvvəsi geriyə şamil edilmir.
23. Azərbaycan Respublikası X1 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası X1 10-cu maddəsinə görə isə, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələr və bağlar altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
24. Azərbaycan Respublikası İnzibati İcraat Haqqında qanununun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. b) kassasiya şikayətinə etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qə rarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
28. İPM-in 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları kassasiya şikayəti vermək hüququna malikdirlər.
29. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə iddia qismən təmin edilmişdir. İddiaçı isə apellyasiya instansiyası məhkəməsinin qərarını bütövlükdə mübahisələndirmişdir. Buna görə də, İPM-in 90.2-ci maddəsinə əsas ən kassasiya şikayəti iddianın təmin edilən hissəsinə münasibətdə mümkünsüzdür.
30. Apellyasiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı iddianın rədd edilən hissəsinə münasibətdə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsi nin araşdırmaları yetərli hesab olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarını lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində təsbit olunmuşdur. İddiaçının iddia etdiyi, ünvan 3 fərdi yaşayış evinin tikinti altında yerləşən 173,5 kv.metr torpaq sahəsindən əlavə torpaq sahəsinə hüququnu təsdiq edən, istinad edilən Qanunun 8-ci maddəsində göstərilmiş hüquqmüəyyənedici sənədlərdən hər hansı biri mövcud deyil.
36. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti iddianın təmin edilən hissəsində mümkün sayılmır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3120/2023 saylı qərarı iddianın rədd edilən hissəsində dəyişdirilmədən saxlanılır. Qərar qətidir.