Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1232/2025 26.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən qeydiyyatdan çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2024-cü il tarixli, 2-1(103)-4628/2024 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2009-cu il) çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, X23 küçəsində mülkiyyətində olan 0.203 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 317.2 kv.m yaşayış, 433.5 kv.m qeyri-yaşayış, 256.3 kv.m köməkçi sahədən ibarət ev 2, mənzil 143 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daş ınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 2357 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. X8 və İddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X23 küçəsində mülkiyyətində olan 0,203 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 317,2 kv.m, köməkçi sahəsi 689,8 kv.m olan 8 otaqlı 143 nömrəli fərdi yaşayış evi İddiaçı bağışlanmışdır.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2020-ci il) çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, X23 küçəsi, ev 143 (Yeni qaydalarla: AZ 1022 Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi 14) İddiaçı xüsu si mülkiyyətindədir.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-20854/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, X17 xx.xx.2024-cü il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olmuş sənədlər müəyyən edilməmişdir. 5. 59 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 69 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən Nəsimi rayonu xidməti ərazidə yerləşən X23 küçəsi 143 (Yeni qaydalarla: AZ1022, ünvan 2 ünvanında MKİS-də olan sənədlərə əsasən X17 adlı şəxs faktiki olaraq yaşamır.
6. İddiaçı ərizə ilə Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə müraciət edərək X10 Bakı şəhəri, Nəsimi rayonu, X23 küçəsi 143 saylı evin əvvəlki ünvanına ( Bakı şəhəri, Nəsimi rayonu, X23 küçəsi ev 2, mənzil 143) pasport qeydiyyatının ləğv edilməsini xahiş etmişdir.
7. Cavabdeh 06 avqust 2024-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin tələbinə əsasən müraciətdə göstərilən şəxsin (şəxslərin) ünvan 6 ünvan Ak.H.Əliyev küçəsi ev 143, mənzil 2) ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma haqqında qətnaməsi əsasında həyata keçirilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
8. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X10 Bakı şəhəri, Nəsimi rayonu, X23 küçəsi 143 saylı evin əvvəlki ünvanına (Bakı şəhəri, Nəsimi rayonu, X23 küçəsi ev 2, mənzil 143) pasport qeydiyyatının ləğv edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X23 küçəsi, ev 143 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. X17 həmin evin əvvəlki ünvanına (Bakı şəhəri, Nəsimi rayonu, X23 küçəsi ev 2, mənzil 143) pasport qeydiyyatındadır. İddiaçı onun evə pasport qeydiyyatının ləğv edilməsini zəruri hesab etdiyindən ərizə ilə cavabdeh Nə simi Rayon Polis İdarəsinə müraciət etmiş, İdarənin xx.xx.2024-cü il tarixli, 51/2-B-25917/11/24 saylı məktubu ilə ərizə təmin edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il tarixli MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X23 küçəsi 2, mənzil 143 nömrəli fərdi yaşayış evi X3 mülkiyyətində olmuşdur. Hər iki çıxarışda qeyd olunmuş daşınmaz əmlakın reyestr nömrəsindən görünür ki, reyestr nömrəsi eynidir - **********1810301. İddiaçı və X8 bacı-qardaşdırlar. Həmin daşınmaz əmlak 2020-ci ilin aprel ayında, Kamilə Hacızadə tərəfindən qardaşı İddiaçı bağışlanmış və sonuncunun adına artıq yeni ünvanla çıxarış verilmişdir. Yəni “Bakı şəhəri, Nəsimi rayonu, X23 küçəsi 2, mənzil 143 nömrəli fərdi yaşayış evi” və “Bakı şəhəri, Nəsimi rayonu, X23 küçəsi ev 143” eyni ünvandır. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il qərarının nəticə hissəsinin 2-ci bəndinə əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
10. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12248/2024 saylı, 09 avqust 2024-cü il tarixli qərardadı ilə X17 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmi şdir.
11. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “X10 Bakı şəhəri Nəsimi rayonu, Ak. Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini” xahiş etmiş, məhkəmənin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12248/2024 saylı, 27 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim X13) iddia təmin edilmiş, X10 Bakı şəhəri, Nəsimi rayonu, X23 küçəsi, ev 2, mənzil 143 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, üçüncü şəxs həmin ünvanda faktiki olaraq yaşamır, iddiaçı ilə hər hansı qohumluq əlaqəsi yoxdur, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
14. Üçüncü şəxs X17 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-4628/2024 nömrəli iş üzrə 20 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər X18 (məruzəçi), X19 və X14) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)12248/2024 saylı, 27 sentyabr 2024-cü il tarixli qərarı dəyi şdirilmədən saxlanılmışdır.
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Üçüncü şəxs kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Şikayətdə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
19. Bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, X23 küçəsi ev 2, mənzil 143 nömrəli fərdi yaşayış evi və Bakı şəhəri, Nəsimi rayonu X23 küçəsi, ev 143 ünvanı ilə eyni ünvan deyildir, tamamilə ayrı-ayrı ünvanlardır. İş materiallarında olan İddiaçı adına olan çıxarışda qeyd olunan ünvan Bakı şəhəri, Nəsimi rayonu, X23 küçəsi, ev 143 (yeni qaydalarla: AZ1022, Bakı şəhəri Nəsimi rayonu, Azər Əliyev küçəsi 14) kimi qeyd olunub. X17 isə Bakı şəhəri, Nəsimi rayonu, X23 küçəsi, ev 2, mənzil 143 nömrəli fərdi yaşayış evində yaşayır və qeydiyyatdadır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə q eydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Maddə
2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəal iyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə b ağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Mə hkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahis ələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya inst ansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etm əyi zəruri hesab edir.
30. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, İnqilab küçəsi, ev 2, 143 saylı mənzil (indiki Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 143 saylı fərdi yaşayış evi) ilkin olaraq xx.xx.1998-ci il tarixdə X5 mülkiyyətində olmuşdur. Sonradan həmin mənzil alqı-satqı müqaviləsi əsasında xx.xx.1998-ci il tarixdə X15, xx.xx.2000-cı il tarixdə X1.
31. Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 512 nömrəli fərdi yaşayış evinin yenidən qurulması haqqında sərəncamına əsasən xx.xx.2003-cü il tarixdə fərdi yaşayış evi kimi yenidən X6 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 42 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 4Ə/03-225 reyestr nömrəli daşınmaz əmla kın alqı-satqı müqaviləsinə əsasən X2. Bakı şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2009-cu il tarixli 4Ə-1/16 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2009-cu il tarixdə X3 adına qeydiyyatdan keçmişdir.
32. Daha sonra qeyd edilən mənzil “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən X8 tərəfindən İddiaçı bağışlanmış, xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan mənzil bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən mü əyyən edilir ki, xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Nəsimi rayonu, X23 küçəsi, ev 143 (yeni qaydalarla: Az 1022, Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi 14) ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı adına qeydə alınmasına qədər olan ilkin hüquq müəyyənedici sənədlərin hər birində, ünvan kimi Bakı şəhəri, Nəsimi rayonu, X23 küçəsi ev 2, mənzil 143 kimi göstərilmişdir.
34. Odur ki, Bakı şəhəri, Nəsimi rayonu, X23 küçəsi ev 2, mənzil 143 nömrəli fərdi yaşayış evi və Bakı şəhəri, Nəsimi rayonu, X23 küçəsi, ev 143 ünvanının eyni ünvan olmaması ilə bağlı üçüncü şəxsin kassasiya şikayətində əks etdirdiyi dəlil əsassızdır.
35. Apellyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də üçüncü şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında X 12 cavabdeh X4 (Həsən Əliyev küçəsi, ev 143 a) qarşı ünvan 1 ünvanına istifadə hüququnun tanınması ilə bağlı olan mülki işin olması və həmin icraat daxilində cavabdeh X7 tərəfindən X12 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi ev 2, mənzil 143 ünvanından istifadə hüququnun qanunsuz olaraq məhdudlaşdırılmasına qadağa qoyulmasına barədə ərizəsinin təmin edilməsinə dair qərardadın çıxarılmasını qeyd etmişdir.
36. Üçüncü şəxs tərəfindən mübahisələndirilən bu dəlillə bağlı məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, üçüncü şəxs Natiq Həsənovun faktiki yaşadığı evin (özlərinin etiraf etdiyinə görə iddiaçının və üçüncü şəxsin faktiki olaraq yaşadıqları evlər arasında təxminən 1 km.dən artıq məsafə vardır) ünvanının ünvan 16 cavabdeh, nə də üçüncü şəxs hər hansı bir hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubun məzmunundan aydın olur ki, X17 xx.xx.2024-cü il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır və qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olmuş sənədlər müəyyən edilməmişdir.
37. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması ilə bağlı mübahisəli hüquq münasibətinin həlli üçün iki hal - şəxsin həmin yaşayış evində yaşamaması və həmin evə dair əmlak hüquqlarının mövcud olmaması müəyyən edilməlidir.
38. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evində qeydiyyatda olan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Belə ki, mübahisə ilə bağlı işin hallarından görünür ki, daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, ünvan 17 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ona məxsus mənzildə qeydiyyatda olan, lakin faktiki olaraq həmin mənzildə yaşamayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir.
39. Odur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında əks edilmiş mövqeyə uyğun olaraq X12 Bakı şəhəri, ünvan 17 qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının tələbi qanunidir.
40. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X17 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2024-cü il tarixli, 2-1(103)-4628/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.