Məhkəmə qərarları › İş №2-1(102)-1233/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1233/2020

19.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1233/2020 19.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: İnzibati orqanların qərar və hərəkətlərindən yaranan digər mübahisələr, hərbi qulluqçunun işdən azad edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi edilməsi tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx N19cu il tarixli 2-1(1N)-689/N1 9 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxx NN-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçının ehtiyata buraxılması haqqında əmrin ləğv olunaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsi ilə (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) ehtiyata buraxılması barədə yeni əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.N12-ci il tarixdən xx xxxxxxx N16-cı il tarixədək N saylı hərbi hissədə, xx xxxxxxx N16-cı il tarixdən xx xxxx N17-ci il tarixədək N saylı hərbi hissədə “çavuş” hərbi rütbəsində müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş, xx.xx.N17-ci il tarixdə ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.N17-ci il tarixdə Müdafiə Nazirliyinə və axırıncı xidmət yeri olan N saylı hərbi hissə komandirinə ərizə ilə müraciət edərək xx.xx.N17-ci il tarixdə qanunsuz və əsassız olaraq, səbəbləri ona izah edilmədən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxıldığını bildirmiş və ehtiyata buraxılması barədə əmrin nömrəsi və tarixi barədə ona məlumat verilməsini, ehtiyata buraxılması barədə əmrin ləğv olunaraq “Hərbi vəzi fə və hərbi xidmət haqqında” Qanunun 41.0.10-cu maddəsi ilə (Azərbaycan Respublikasının vətəndaş olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) ehtiyata buraxılması barədə yeni əmrin verilməsi üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir. Müraciəti baxılması üçün Müdafiə Nazirliyinin Hüquq İdarəsinə, oradan isə Təşkilat Səfərbərlik İdarəsinə, Təşkilat Səfərbərlik İdarəsindən isə N saylı hərbi hissəyə göndərilmişdir. N saylı hərbi hissədən verilən cavab məktubunda göstərilmişdir ki, hərbi qulluqçuların hazırlığının yoxlanılması məqsədi ilə qəbul edilən sınaq imtahanlarından qeyri-məqbul qiymət aldığına görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. İddiaçı hesab edir ki, ərizəsi mahiyyəti üzrə bax ılmamış, ərizədə qoyulmuş suallar cavablandırılmamış, ehtiyata buraxılması barədə əmrin surəti ona təqdim edilməmişdir. Həmçinin verilmiş cavabla ona görə razı deyildir ki, hazırlıq səviyyəsinin yoxlanılması məqsədi ilə qəbul edilən sınaq imtahanlarının nəticələri “Hərbi xidmətkeçmə haqında ” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmaq üçün əsas deyildir. Bundan sonra iddiaçı xx.xx.N17-ci il tarixdə Müdafiə Nazirinə və birinci-vitse Prezidentə müraciət edərək onun xx.xx.N17-ci il tarixli müraciətinə verilmiş cavablarla razı olmadığını bildirmiş və xx.xx.N17-ci il tarixli müraciətinin mahiyyəti üzrə baxılaraq cavablandırılmasını xahiş etmişdir. İddiaçının müraciətinə N saylı hərbi hissə tərəfindən N saylı, xx.xx.N18-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabında iddiaçının ehtiyata buraxılmasının səbəbi Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N17-ci il tarixli təlimatında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının tutduqları vəzifələrə uyğunluğunun qiymətləndirilməsi üzrə təlimatın “D” kateqoriyasına uyğun olaraq təyin olunmuş komissiya tərəfindən qiymətləndirilən parametrlər üzrə sual-cavablardan və idman hazırlığından aşağı bal toplaması göstərilmişdir. Sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsi ilə (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) ehtiyata buraxılması barəd ə əmrin ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.N19-cu il tarixli, 2-1(085)-845/N19 nömrəli (sədrlik edən hakim Zaur Pirverdiyev) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.N19-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.N19-cu il tarixli, 2-1(1N)689/N19nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Nazim Nəsibov və Zaur Mə mmədov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.N19-cu il tarixliqərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,o, xx xxxx N12-ci il tarixdən – xx xxxxxxx N16-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədə, xx xxxxxxx N16-cı il tarixdən – xx xxxx N17-ci il tarixədək N saylı hərbi hissədə «çavuş» hərbi rütbəsində müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmişdir. xx xxxx N17-ci il tarixdə ehtiyata buraxılmışdır. xx xxxxxx N17-ci il tarixdə Müdafiə Nazirliyinə və N saylı hərbi hissə komandirinə ərizə ilə müraciət edərək ehtiyata buraxılmağı barədə qanunsuz və əsassız əmrin ləğv edilərək bu barədə yeni qanuni əmr verilməsini xahiş etmişdir. Lakin verilən cavab məktubunda tam qanunsuz və əsassız olaraq, guya onun sınaq imtahanlarından qeyri-məqbul qiymət almışdır, onun parametrlər üzrə sual cavablardan və idman hazırlığından aşağı bal toplamağını göstərmişlər. Buna görə də, əmri ləğv etməmişlər. İddiaçı daha sonra qeyd etmişdir ki, hal-hazırda onun Azərbaycan Respublikası Müdafiə Nazirliyi «1-ci Ordu Korpusu (N saylı hərbi hissə) komandirinin xx xxxx N17-ci il tarixli, 0119əç saylı əmrinin ləğv edilməsinin qanuniliyi faktı göz qabağındadır. Hal-hazırda, bu əmrin ləğv edilməsinə ehtiyacı vardır. Çünki belə bir səbəblə xidmətdən çıxmağıyla o, başqa heç bir yerdə işə düzələ bilmir və maddi cəhətdən ağır ailə vəziyyəti daha da ağırlaşmışdır. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazi rliyinə müraciət etsə də orada rəsmi məktubla bunu etməkdən imtina etdilər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi müraciətinə cavab olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə hesab edir ki, imtina əsassızdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx N19-cu il tarixli qərarını ləğv edərək, iddiaçının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı 1-ci Ordu Korpusu (N saylı hərbi hissə) komandirinin xx xxxx N17-ci il tarixli, 0119əç nömrəli əmrinin ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənl ərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.N19-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi Təhmiraz Həsənov məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını d inləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.N19-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd e tməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx N19-cu il tarixli, 2-1(1N)-689/N19 saylı qərarla, apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx N19-cu il tarixli, 2-1(085)-845/N19 saylı qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 14.1, 32.1, 58.7, 70.1, 82-ci maddələrinə, Nazirlər Kabinetinin N15-ci il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş «Bağlaşma əsasında həqiqi hərbi xid mətə daxilolmanın halları və Qaydası»nın 2.1, 2.4, 3.7, 3.8, 3.9-cu bəndlərinə, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə, 168-ci bəndinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi isə işin faktiki hallarını tam araşdıraraq iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi xx xxxxxx N19-cu il tarixli, 2-1(1N)-689/N19 saylı qərarla və həmin qərardan iddiaçının verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə xatırlatmağı zəruri hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının ehtiya ta buraxılması haqqında əmrin ləğv olunaraq, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsi ilə (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) ehtiyata buraxılması barədə yeni əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1-ci Ordu Korpusu (N saylı hərbi hissə) komandirinin xx xxxx N17-ci il tarixli 0119əç saylı əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N12-ci il tarixdən xx xxxxxxx N16-cı il tarixədək N saylı hərbi hissədə, xx xxxxxxx N16-cı il tarixdən xx xxxx N17-ci il tarixədək N saylı hərbi hissəd ə “çavuş” hərbi rütbəsində müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş, xx.xx.N17-ci il tarixdə ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.N17-ci il tarixdə Müdafiə Nazirliyinə və axırıncı xidmət yeri olan N saylı hərbi hissə komandirinə ərizə ilə müraciət edərək xx.xx.N17-ci il tarixdə qanunsuz və əsassız olaraq, səbəbləri ona izah edilmədən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxıldığını bildirmiş və ehtiyata buraxılması barədə əmrin nömrəsi və tarixi barədə ona məlumat verilməsini, ehtiyata buraxılması barədə əmrin ləğv olunaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.10-cu maddəsi ilə (Azərbaycan Respublikasının vətəndaş olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) ehtiya ta buraxılması barədə yeni əmrin verilməsi üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir. Müraciəti baxılması üçün Müdafiə Nazirliyinin Hüquq İdarəsinə, oradan isə Təşkilat Səfərbərlik İdarəsinə, Təşkilat Səfərbərlik İdarəsindən isə N saylı hərbi hissəyə göndərilmişdir. N saylı hərbi hissədən verilən cavab məktubunda göstərilmişdir ki, hərbi qulluqçuların hazırlığının yoxlanılması məqsədi ilə qəbul edilən sınaq imtahanlarından qeyri-məqbul qiymət aldığına görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. İddiaçı hesab edir ki, ərizəsi mahiyyəti üzrə baxılmamış, ərizədə qoyulmuş suallar cavablandırılmamış, ehtiyata buraxılması barədə əmrin surəti ona təqdim edilməmişdir. Həmçinin verilmiş cavabla ona gör ə razı deyildir ki, hazırlıq səviyyəsinin yoxlanılması məqsədi ilə qəbul edilən sınaq imtahanlarının nəticələri “Hərbi xidmətkeçmə haqında ” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmaq üçün əsas deyildir. Bundan sonra iddiaçı xx.xx.N17-ci il tarixdə Müdafiə Nazirinə və birinci-vitse Prezidentə müraciət edərək onun xx.xx.N17-ci il tarixli müraciətinə verilmiş cavablarla razı olmadığını bildirmiş və xx.xx.N17-ci il tarixli müraciətinin mahiyyəti üzrə baxılaraq cavablandırılmasını xahiş etmişdir. İddiaçının müraciətinə N saylı hərbi hissə tərəfindən N saylı, xx.xx.N18-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabında iddiaçının ehtiyata buraxılmasının səbəbi Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N17-ci il tarixli təlimatında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının tutduqları vəzifələrə uyğunluğunun qiymətləndirilməsi üzrə təlimatın “D” kateqoriyasına uyğun olaraq təyin olunmuş komissiya tərəfindən qiymətləndirilən parametrlər üzrə sual-cavablardan və idman hazırlığından aşağı bal toplaması göstərilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddiaçının kasasiya şikayətində olan faktiki yeganə dəlili ondan ibarətdir ki, iddiaçının kasasiya şikayətində özünün yazdığı kimi «Belə hesab edirəm ki, imtina əsassızdır». Lakin imtinanın iddiaçının qənaətinə görə əsassız olmasını edən səbəblər göstərilməmiş, yalnız iddiaçının sözügedən cümləsindən sonra bir sıra maddi və prosessual hüquq normaları sadalanmışdır ki, ancaq hüquq nor maların işin konkret hallarına nə kimi aidiyyəti olması ümumiyyətlə qeyd edilməmiş, yəni, bu hüquq normaların kasasiya şikayətində yazılması formal, deklarativ və ümumi xarakter daşıyır və iddiaçının hüquqi mövqeyini nə izah edir, nə də əsaslandırır. Bununla bağlı olaraq hətta iddiaçının iddia ərizəsinə və apelyasiya şikayətinə müraciət edilsə belə, həmin sənədlərdə də iddiaçının qənaətinə görə cavabdehin sözügedən imtinasının hansı konkret hüquqi normaya zidd olduğu əsaslandırılmamışdır. Belə olan halda məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətində yuxarıda göstərilmiş yeganə dəlilini əsassız hesab edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, a pelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı bağlaşma əsasında hərbi xidmətə qəbul edilmiş, müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu olmuşdur. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar könüllü daxil olurlar. Azərba ycan Respublikası Nazirlər Kabinetinin N15-ci il 2 fevral tarixli, 21 nömrəli qərarı ilə təsdiq edilmiş «Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası»nın: – 2.1-ci bəndində deyilir ki, Azərbaycan Ordusunda və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. – 2.4-cü bəndə əsasən bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olan şəxslər fiziki hazırlıqlı, mənəvi-psix oloji cəhətdən sağlam, hərbi xidmət keçəcəyi ixtisas üzrə bilikli və ən azı ümumi orta təhsilli olmalıdırlar. –·3.7-cü bəndə əsasən bağlaşma əsasında könüllü həqiqi hərbi xidmətə qəbulla bağlı bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir: - ailə tərkibi və yaşayış yerinin yoxlanılması; - tibbi şəhadətləndirmənin keçirilməsi (Hərbi-həkim komissiyası); - peşə-psixoloji seçim üzrə tədbirlərin keçirilməsi; - bilik bacarıq (qəbul olunacaq ixtisasa uyğun) və fiziki hazırlıq səviyyəsinin həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verməsinin yoxlanılması. –·3.8-cü bəndə əsasən peşə psixoloji seçim üzrə tədbirlər bu sahə üzrə mütəxəssislər tərəfindən aparılır. Bu zaman namizədlərdə aşağıdak ılar qiymətləndirilir: - intellektual inkişafın səviyyəsi; - hərbi xidmət keçməyə psixoloji cəhətdən hazırlıq dərəcəsi; - dərketmə qabiliyyəti (qavrama); - məntiqli düşünmə qabiliyyəti; - ünsiyyət yaratmaq bacarığı. 3.9. Bu Qaydanin 3 1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından aşağıdakı hallarda imtina edilir: 3.9.1. ikili vətəndaşlığı və ya digər dövlətlər qarşısında öhdəlikləri olduqda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla); 3.9.2. məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətdikdə; 3.9.3. təqdim edilən sənədlərdə təhrif olunmuş məlumatların qeyd edilməsi aşkar olunduqda; 3.9.4. Hərbi-həkim komissiyası tərəfindən keçirilən tibbi şəhadətləndirmənin nəticəsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edildikdə; 3.9.5. peşə psixoloji seçimdən keçmədikdə; 3.9.6. bilik, bacarıq və fiziki hazırlıq səviyyəsi müəyyən edilmiş tələblərə cavab vermədikdə; 3.9.7. öyrənilmə tədbirləri keçirilən zaman həqiqi hərbi xidmətə qəbula mane olan digər hallar müəyyən edildikdə. İddiaçı hərbi xidmətdə manqa komandiri vəzifəsində olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 136-cı bəndinə əsasən manqa komandirinin vəzifəsidir: manqa əsgərlərinə (matroslarina) təlim-tərbiyə vermək, döyüş tapşırığı yerinə yetiriləndə manqaya bacarıqla komanda vermək; tabeliyində olanlarin hər birinin ad və soyadını, təvəllüdünü, şəxsi keyfiyyətlərini, hərbi xidmətə qədərki məşğuliyyət növünü, ailə vəzi yyətini, döyüş və ictimai-siyasi hazırlığındakı müvəffəqiyyət və çatışmazlıqlarını bilmək; manqa silahlarının, döyüş texnikası və digər texnikasının materiali hissəsini, onlardan istifadə edilməsi və qorunub saxlanması qaydalarini bilmək; manqa əsgərlərinə (matroslarina) xidmətə məhəbbət bəsləmələrini və öz silahına, döyüş texnikasına və digər texnikaya qayğı ilə yanaşmalarını aşılamaq; manqa əsgərlərinə (matroslarina) sıra hazırlığı və fiziki dözümlülük aşılamaq; tabeliyində olanlara qayğı göstərmək və onların ehtiyaclarını dərindən öyrənmək; bütün xəstəliklər, tabeliyində olanlarin şikayətləri və xahişləri, onların nalayiq hərəkətləri və bu hərəkətlərin qarşısının alınması üzrə görülən tədbirlər, onlara verilən həvəsləndirmələr və cəzalar haqqında, həmçinin silahların və digər əmlak pred metlərinin itməsi halları və yaxud nasazlığı haqqında taqım komandiri müavininə (komanda çavuşuna) məlumat vermək; tabeliyində olanlardan hərbi intizama riayət edilməsini tələb etmək; manqada günün nizam qaydalarina, daxili qayda-qanuna, təmizliyə riayət edilməsinə, tabeliyində olanlarin səliqəliliyinə, geyimin və ayaqqabının sazlığına, ləvazimatın düzgün uyğunlaşdırılmasına, şəxsi gigiyena qaydalarına əməl edilməsinə; hərbi formani geymə qaydalarına riayət edilməsinə, həmçinin zahiri görkəminə, üz və başlarının vaxtinda qırxılmasına diqqət yetirmək; ayaqqabının və geyimin hər gün təmizlənməsinə, ayaq dolaqlarının, corabların qurudulmasına, ləvazimatın metal hissələrinin təmizlənməsinə, həmçinin ayaqqabının və geyimin vaxtinda təmir edilməsinə diqqət yetirmək; atişdan sonra döyüş sursatını n və gilizlərin bütün şəxsi heyət tərəfindən təhvil verilməsini yoxlamaq; tabeliyində olanlarda döyüş və boş patronlarin, qumbaraların, partladıcıların və partlayıcı maddələrin qalmamasına diqqət yetirmək; tabeliyində olanların harada olduqlarını və nə etdiklərini həmişə bilmək; manqanın silahlarını, döyüş texnikasını və digər texnikanı, əmlakını hər gün yoxlamaq onları həmişə qaydasında və saz saxlamaq onların yerində olmasına ciddi diqqət yetirmək. Bununla yanaşı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 146-cı bəndinə görə hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan sosialiqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütün vəzifələri daşıyırlar. Hərbi xidmət şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr tapşırılması «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu, hərbi Nizamnamələr, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri və bu Əsasnamə ilə müəyyənləşir. Hərbi qulluqçunun vəzifəsidir: vətəni — Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşə hazırlığını daim möhkəmləndirmək. Əsgəri borcunu yerinə yetirərkən özünün bütün qüvvəsini və hətta həyatını əsirgəməmək, hərbi xidmətin ağırlıq və məhrumiyyətlərinə mətanətlə dözmək. Vətənin mənafeyi və yuxarı rəislərin əmrləri harada tələb edirsə orada vicdanla xidmət etmək: - hərbi, texniki və ixtisas biliklərini daim təkmilləşdirmək, tabeliyində olanlara nümunə olmaq, ona tapşırılan silah və döyüş texnikasını bilmək və ondan bacarıqla istifadə etmək, döyüş və ictimai siyasi hazırlığını təkmilləşdirmək, Nizamnamə qaydalarını qorumaq, hərbi intizamı möhkəmləndirmək; - həmişə və hər yerdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, öz hərbi hissəsinin şərəfini, döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini və ləyaqətini qorumaq, qanunların, hərbi andın və hərbi nizamnamələrin tələblərinə ciddi riayət etmək, dövlət və ictimai mülkiyyətin qorunmasına qayğı ilə yanaşmaq, yüksək sayıqlıq göstərmək, dövlət sirlərini və hərbi sirləri ciddi qorumaq; - vəzifə tapşırıqlarının həllində təşəbbüs və yaradıcılıq, döyüş şəraitində bacarıq nümayiş etdirmək, yüksək şəxsi icraçılıq, böyük komandirlərin və rəislərin əmr və sərəncəmlarının vaxtında yerinə yetirilməsi üçün şəxsi cavabdehlik nümunəsi olmaq. Hərbi qulluqçular tərəfindən öz vəzifələrinin vicdanla yerinə yetirilməsi və tapşırılan sahədə müvəffəqiyyətlər əldə edilməsi komandanlıq tərəfindən mənəvi və maddi həvəsləndirmələr ilə qeyd edilə bilər. Əsgəri borcunu yerinə yetirərkən göstərdiyi igidlik və şücaətə döyüş və ictimai-siyasi hazırlıqda əla göstəricilərə, yeni və mürəkkəb hərbi texnikanı əla mənimsədiyinə, qoşunlara nümunəvi rəhbərlik etdiyinə və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısındakı digər görkəmli xidmətlərinə görə hərbi qulluqçular Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respubli kasının dövlət mükafatlarına təqdim edilə bilərlər. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən hərbi qulluqçunun tutduğu vəzifəyə uyğunluğunun qiymətləndirilməsi cədvəlinə əsasən müəyyən edilmişdir ki, döyüş hazırlığı, ixtisas hazırlığı və fiziki hazırlığı yoxlanılarkən İddiaçı 17 sualdan 11-nə verdiyi cavab «0» rəqəmi ilə qiymətləndirilmişdir və bu səbəbdən həmlə taborunun qərargah rəisi – tabor komandirinin müavini tərəfindən N saylı hərbi hissə komandirinə ünvanlanmış xx xxxx N17-ci il tarixli raportuna əsasən iddiaçı sözügedən məsələlər üzrə zəif nəticələr göstərdikləri üçün Azərbaycan Respublikası Ordusu sıralarından ehtiyata buraxılması barədə sərəncam verilməsi xahiş edilmiş, həmin müraciət əsasında 1-ci X1 xx xxxx N17-ci il tarixli 0119əç saylı Əmri ilə iddiaçı «Hərbi xidmə tkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Belə olan halda apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına səbəb onun tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması zamanı göstərdiyi zəif nəticələr olmuşdur. Məhz bu səbəbdəndir ki, cavabdeh iddiaçını «Hərbı xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə əsasən, yəni xidməti uyğunsuzluğa görə ehtiyata buraxmışdır. Bu isə o deməkdir ki, cavabdeh tərəfindən iddiaçının «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması zamanı qanunverıciliyın pozulması hallarına yol verilməmiş və cavabdehin hərəkəti işin faktiki hallarına uyğun olmuşdur. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156–158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişıkliyə yol verilmir. Həmçinin apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə hesab etmişdir ki, cavabdehin, iddiaçının «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə əsasən (Xidməti uyğunsuzluğa görə) müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmri qanuni əsaslarla qəbul edilmiş, həmin əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə sübut edilmiş, məhkəmə tədqiqatı zamanı qeyd edilən əmrin ləğv edilməsi üçün «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, o cümlədən «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin tələblərinin pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsi xx xxxxxx N19-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx N19-cu il tarixli, 2-1(1N)-689/N19 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar