Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1233/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (üçüncü şəxslər X4 və "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin iştirakı ilə ) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müəssisənin rəhbəri kimi qeydiyyatının etibarsız hesab edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yan ında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (üçüncü şəxslər X4 və "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin iştirakı ilə) qarşı iddiaçının "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin qanuni təmsilçisi kimi qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-43/2021 nömrəli iş üzrə 19.03.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 07 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinə qarşı "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********) qanuni təmsilçisi (direktoru, rəhbəri) kimi qeydiyyatının etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 15.12.2017-ci il tarixdə hüquqi ünvanı AZ5002, ünvan 1miş "xxxx" MMC (VÖEN: **********) adlı müəssisənin icra orqanının rəhbəri qismində dövlət reyestrinə daxil edilmişdir. "xxxx" MMC Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Sumqayıt Ərazi Vergilər Departamenti tərəfindən bir pəncərə sistemi şəklində qeydiyyata alınmışdır. Vergi ödəyicisi olan "xxxx" MMC vergi borcunu Ve rgilər Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə görə 2 saylı Sumqayıt Ərazi Vergilər Departamentinin ərizəsinə əsasən Balakən Rayon Məhkəməsinin 26.12.2018-ci il tarixli, 2(019)-1782/2018 saylı qətnaməsi ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. "xxxx" MMC-nin 14.01.2019-cu il tarixə 706,44 manat məbləğdə vergi borcu vardır. Balakən rayon Məhkəməsinin 26.12.2018-ci il tarixli, 2(019)-1782/2018 saylı iş üzrə bildirişini aldıqdan sonra ona məlum olmuşdur ki, o, “DORNA-M" MMC-nin icra orqanının rəhbəridir. O, belə bir cəmiyyət tanımır və həmin MMC-nin icra orqanının rəhbəri olmağından xəbərsizdir. Məsələ ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokuroruna, X8, Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edərək, heç bir müəssisə açmadığı, adına müəssis ə və VÖEN almadığını bildirmişdir. Həmin müraciətinə cavab olaraq Vergilər Nazirliyi özünün 15.12.2018-ci il tarixli, 04.01.2019-cu il tarixli, 26.02.2019-cu il tarixli, 11.03.2019-cu il tarixli, AR Vergilər Nazirliyinin Sumqayıt Ərazi Vergilər Departamentinin 14.01.2018-ci il və 18.01.2019-cu il tarixli məktubları ilə bildirilmişdir ki, o, 18.12.2017-ci il tarixdə qeydiyyatdan keçmiş "xxxx" MMC-nin (VÖEN: 2********), "REPİS” MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN: **********), ”SİNGAL” MMC-nin (VÖEN: **********) də icra orqanlarının rəhbəridir. Bildirmişdir ki, o, heç bir müəssisə açdırmamışdır, adına müəssisə və VÖEN açılmağından xəbəri olmamışdır. Cavabdeh heç bir əsas olmadan həmin cəmiyyətləri və onu icra orqanının rəhbəri kimi qeydiyyatdan keçirmişdir. Dövlət qeydiyyatına al ınarkən cavabdeh həmin cəmiyyətin təsisçisinin təqdim etdiyi saxta sənədləri araşdırmadan onu icra orqanının rəhbəri kimi qeydə almışdır. 2 saylı Ərazi Vergilər Departamentinin məlumatına görə icra orqanının rəhbəri kimi təyin olunduğu cəmiyyətlərin təsisçisi X5 adlı şəxsdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 11.06.2020-ci il tarixli, 2-1(118)58/2020 nömrəli (sədrlik edən hakim Ceyhun Məmmədov) qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) qeydə alındığı tarixdən, 18.12.2017-ci il tarixdə qeydiyyatdan keçmiş "xxxx" MMC-nin (VÖEN ********* *), "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********) qanuni təmsilçisi kimi qeydiyyatının etibarsız hesab edilməsi" tələbinə dair iddiasının təmin edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ-ci hissəsinə, 129-cu maddəsinin İ-ci hissəsinə, Mülki Məcəllənin 139.3-cü maddəsinə, Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 5.1, 15, 19-cu maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1, 10.2, 12.1, 15-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 5.1, 15, 19-cu maddələrinə, İPM-nin 52, 68.1, 68.2, 73.1-ci maddələrinə istinad edərək belə hesab etmişdir ki, iddia əsaslıdır.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 11.06.2020-ci il tarixli, 2-1(118)-58/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.03.2021-ci il tarixli, 2-1(105)-43/2021 nömrəli (hakimlər Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Hökümə Babayeva) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 11.06.2020-ci il tarixli, 21(118)-58/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.1, 5.2-ci maddələrini, “Elektron imza və elektron sənəd haqında” Qanunun 1.1.5-ci maddəsini, İPM-nin 68.1, 68.2-ci maddələrini tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk öncə işin faktiki halları ilə bağlı bildirir ki, təsisçi ünvan 2 ünvanında yaşayan X5 15.12.2017-ci il tarixdə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyat ərizələri ilə vergi orqanına müraciət edərək təsis etdiyi "DRONA-M”, "xxxx", "xxxx", "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin dövlət qeydiyyatına alınmasını xahiş etmiş və həmin ərizədə cəmiyyətlərin qanuni təmsilçisi (rəhbəri) kimi İddiaçı adını göstərməklə və ona məxsus olan məlumatları (şəxsiyyətini təsdiq edən sənədin seriyasını, nömrəsini, verilmə tarixini, yaşayış ünvanını, istifadəsində olan mobil telefonun nömrəsini) qeyd etmişdir. Təqdim edilmiş təsis sənədləri həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olduğundan təsis edilmiş hüquqi şəxslər dövlət qeydiyyatına alınmışdır.
9. Mübahisənin hüquqi tərəfinə gəldikdə isə bildirir ki, hüquqi münasibətlərinin baş verdiyi 15.12.2017-ci il tarixdə qüvvədə olmuş və Azərbaycan Respublikasının 30.12.2011 -ci il tarixli 284-İVQD nömrəli Qanunu ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna əlavə edilmiş 5-1.1-ci maddəyə əsasən təsisçinin ( təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adi (yəni bu Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata keçirilir. Həmin Qanunun 51.2-ci maddəsinə əsasən adi elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin təsisçisi (təsisçiləri) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş nizamnamə əlavə edilir. Həmin Qanunun 51.3-cü maddəsinə əsasən sürətli elektron dövlət qeydiyyatı zamanı təsisçi fiziki şəxs elektron ərizə formasını doldurur, yalnız təkbaşına icra orqanının rəhbəri və fəaliyyət sahəsi barədə məlumatı bəyan edir. Bu halda təsisçi nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. Eyni zamanda yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyat ərizə formasında ərizəyə daxil edilmiş məlumatların doğruluğu təsisçi tərəfindən aşağıdakı məzmunda qeyd aparılmaqla təsdiq edilmişdir: “Ərizəyə daxil edilmiş məlumatların doğruluğunu təsdiq edirəm. Yanlış məlumatların və sənədlərin təqdim edilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətdən xəbərdaram. Təsisçisi olduğum yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatına alınmasını xahiş edirəm. ”
10. Məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayarkən kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatını həya ta keçirən vergi orqanının yuxarıda adları göstərilən hüquqi şəxsləri dövlət qeydiyyatına alarkən hər hansı qanun pozuntusu halına yol vermədiyini, həmin vaxt qüvvədə olmuş qanunvericiliyin tələbləri nəzərə alınmaqla dövlət qeydiyyatının həyata keçirildiyini, iddiaçının qanuni təmsilçi olub-olmaması faktının təsisçi ilə iddiaçı arasında olan mübahisə kimi qiymətləndirilərək həmin faktın inzibati mübahisə kimi deyil, mülki hüquqi mübahisə kimi baxılmalı olmasını nəzərə almamışdır.
11. Məhkəmə kollegiyası iddiaçının razılığı olmadan onun qanuni təmsilçi təyin edilməsi nəticəsinə gələrkən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi X1 məhkəməyə çağrılaraq bununla bağlı müvafiq izahat alınmasını təmin etməmiş, iş üzrə müstəsna əhəmiyyət kəsb edən həmin sübutun araşdırılmasın ı, iddiaçıya məxsus şəxsiyyət məlumatlarının, həmçinin də mobil telefon nömrəsi məlumatlarının necə əldə edilməsini aydınlaşdırmamışdır. Halbuki inzibati prosesin gedişində cavabdehin nümayəndəsi təsisçisi X1 məhkəməyə çağırılmasını təklif etmişdir.
12. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 19.03.2021-ci il tarixli, 2-1(105)-43/2021 nömrəli qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri 13. daxil olmamışdır. Kasasiya şikayətinə qarşı iddiaçı və üçüncü şəxslər tərəfindən etiraz Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğ un çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19.03.2021-ci il tarixli qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
15. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
16. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
18. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 19.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
20. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
21. Məhkəmə ko llegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətində göstərdiyi dəlilləri əsassızdır.
22. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin İddiaçı ünvanlanmış 18.01.2019-cu il tarixli **********557800 nömrəli məktubuna əsasən iddiaçının 15.12.2017ci il tarixdə hüquqi ünvanı AZ5002, ünvan 1miş "xxxx" (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətinin, 15.12.2018-ci il tarixli **********85600 nömrəli, 04.01.2019-cu il tarixli **********015200 nömrəli, 26.02.2019-cu il tarixli **********444300 nömrəli və 11.02.2019-cu il tarixli **********887400 nömrəli məktublarına əsasən isə 18.12.2017-ci il tarixdə qeydiyyatdan keçmiş "xxxx" (VÖEN: 2********), "xxxx" (VÖEN **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: ** ********) adlı məhdud məsuliyyətli cəmiyyətlərinin və "xxxx" MMC-nin rəhbəri qismində dövlət reyestrinə daxil edildiyi, yuxarıda adları qeyd olunmuş cəmiyyətlərin rəhbərinin dəyişdirilməsi ilə bağlı hal-hazıradək qeydiyyat orqanına müraciət olunmadığı və qanunvericiliklə Vergilər Nazirliyinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün iddiaçı barəsində dövlət reyestrində qeydiyyata alınmış faktların dəyişdirilməsinin mümkün olmaması şəklində imtina edildiyi müəyyən edilmişdir.
23. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər departamentinin iddiaçıya ünvanlanmış 14.01.2019-cu il tarixli **********970300 nömrəli məktubuna əsasən vergi ödəyicisi "xxxx" MMC vergi borcunu Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə görə 2 saylı Ərazi Vergilər Departamentinin ərizəsinə əsasən Balakən Rayon Məhkəməsinin 26.12.2018-ci il tarixli 2(019)-1782/2018 nömrəli qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. "xxxx" MMC-nin 12.01.2019-cu il tarixə 706,44 manat məbləğdə (o cümlədən, vergilər üzrə 609 manat, faizlər üzrə 97,44 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır.
24. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, təsisçisi X2 asan imzası vasitəsi ilə 18.12.2018-ci il tarixdə qeydiyyatdan keçmiş "xxxx", "xxxx", "xxxx", ”SİNGAL” və "xxxx" adlı məhdud məsuliyyətli cəmiyyətlərinin rəhbəri qismində İddiaçı dövlət reyestrinə daxil edilmişdir.
25. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin işin halları ilə bağlı tətbiq etdiyi maddi hüquq normalar düzgün olmuşdur.
26. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir.
27. Qanunun 5.2-ci maddəsinə (30 oktyabr 2018-ci il tarixli 1303VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiya) əsasən, ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Qanunun hazırda qüvvədə olan 5.2-ci maddəsinə əsasən, ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.
28. Belə olan halda apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarına istinadən haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh etirazında X2 asan imzası vasitəsi ilə 18.12.2017-ci il tarixdə elektron qaydada təqdim edilən “Hüquqi şəxsin onlayn qeydiyyat” ərizələrinə həmin tarixə qüvvədə olan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarına uyğun olduğundan Cəmiyyətlərin Dövlət qeydiyyatına alınmasını və həmin “Hüquqi şəxsin onlayn qeydiyyat” ərizələrinin sonunda “Ərizəyə daxil edilmiş məlumatların doğruluğunu təsdiq edirəm. Yanlış məlumatların və sənədlərin təqdim edilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətdən xəbərdaram. Təsisçisi olduğum yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatına alınmasını xahiş edirəm” ifadəsinin qeyd edildiyini bildirsə də, R.Məmmədxanovun belə bir ərizə ilə müraciət etməsi İddiaçı iradəsinin həmin ərizədə ifadə olunması anlamına gəlməməkdədir. "xxxx", "xxxx", "xxxx", "xxxx" və "xxxx" məhdud məsuliyyətli cəmiyyətlərinin qeydiyyat və təsis sənədlərində iddiaçının adının qanuni təmsilçi olaraq qeyd edilməsi onun iradə ifadəsi kimi qiymətləndirilə bilməz. Şəxsin razılığı və ya hər-hansı iradə ifad əsi olmadan onun hansısa hüquqi şəxsə qanuni təmsilçi qismində təyin edilməsi birbaşa olaraq qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, hazırda qanunverici belə bir iradə ifadəsinin mövcud olmasını müəyyən etmək məqsədilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunan ərizənin təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanması və notariat qaydasında təsdiqlənməsi tələbini qoymuşdur. Həmin Qanunun 5-1.1-ci mad dəsinə əsasən isə təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilməsi, elektron dövlət qeydiyyatının adi (yəni bu Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata keçirildiyi, həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməklə elektron ərizə formasının doldurulması, elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizənin həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçi lər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməli olması kimi tələb müəyyən etmişdir. 29. “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004-cü il tarixli 602-İİQ nömrəli Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən, gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imzadır.
30. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, İddiaçı ilə yuxarıda adları çəkilən hüquqi şəxslərin təsisçisi X5 arasında hər hansı hüquqi və ya xidməti münasi bətlərin olması, İddiaçı həmin hüquqi şəxslərin qanuni təmsilçisi təyin edilməsinə dair sərbəst iradə ifadəsi bildirməsi iş materialları ilə təsdiqini tapmadığından, o cümlədən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı zamanı ərizənin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi təsisçi R.Məmmədxanovun sərbəst iradə ifadəsini əks etdirdiyindən, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir.
31. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdeh kasasiya şikayətindəki apelyasiya məhkəməsinin yerli investisiyalı məhdud məsuliyyət cəmiyyətinin təsisçisi R.S.Məmmədxanovun məhkəməyə çağırılaraq bununla bağlı müvafiq i zahat alınmasını təmin etmədiyi, iş üzrə müstəsna əhəmiyyət kəsb edən həmin sübutun araşdırılmadığını, iddiaçıya məxsus şəxsiyyət məlumatlarının, həmçinin də mobil telefon nömrəsi məlumatlarının necə əldə edilməsini aydınlaşdırmadığı göstərilmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, belə ki, iş üzrə üçüncü şəxs Rəfael Siyavuş oğlu Məmmədxanova məhkəmə iclasının vaxti və yeri haqqında lazimi qaydada məlumat verilsə də, o məhkəmə iclasında iştirak etməmiş, belə olan halda apelyasiya məhkəməsi haqlı olaraq İPM-nin 62.3-cü maddəsinə əsaslanmaqla işə onun iştirakı olmadan baxmışdır.
33. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 19.03.2021-ci il tarixli qər arı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.03.2021-ci il tarixli, 21(105)-43/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.