Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1233/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə mülkiyyət hüququnun qeydə alınması) 24.08.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1950-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi” tələ binə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 21(103)-979/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1988-ci il tarixdə “Qum adası” Neft-qazçıxarma İdarəsi tərəfindən 4 nəfər (özü, həyat yoldaşı, oğlu, qızı) ailə tərkibi ilə mənzil uçotuna götürülmüşdür.
2. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və Azərbaycan Neft Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2012-ci il tarixli, 09 nömrəli protokoluna əsasən, iddiaçının 4 nəfər (özü, həyat yoldaşı, oğlu, qızı) ailə tərkibi ilə qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küç əsi, ev 50, 1 otaqdan ibarət 13 kv.m yaşayış sahəsi olan 14 saylı özəl mənzil nəzərə alınmaqla ona ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli evdən 2 otaqlı, yaşayış sahəsi 37,2 kv.m olan 2a nömrəli mənzil təklif edilmişdir. İddiaçı təklif edilən mənzilə köçməyə razılığını bildirərək bunu yazılı ərizəsi ilə təsdiqləmiş və iddiaçıya 4 nəfər (özü, həyat yoldaşı, oğlu, qızı) ailə tərkibi ilə ünvan 1 ünvanında yerləşən 2a nömrəli mənzilin verilməsi, iddiaçının mənzil uçotundan çıxarılması, həmin mənzilə hüquqtəsdiqedici sənəd verilməsi üçün mənzil uçot qovluğunun Səbail Rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır.
3. Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamı ilə yuxarıda qeyd edilən protokol qərarı təsdiq edilmişdir.
4. Bakı Şəhər İcra Haki miyyətinin Mənzil-kommunal təsərrüfatı departamentinin xx.xx.2015-ci il tarixli, 83 nömrəli sərəncamına əsasən, 1 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin balansında olan, Qaradağ rayonunun ərazisində yerləşən və müvafiq olaraq 150, 152, 156 saylı mənzil-kommunal istismar sahələrinin istismarındakı yaşayış binaları (o cümlədən 1973-cü ildə tikilmiş C.Qəhrəmanov küçəsi, ev 10), inventarları daxil olmaqla bütün aktivləri ilə birlikdə həmin sərəncamın 1 saylı Əlavəsində göstərilən siyahı üzrə Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansına və xidmət dairəsinə verilmişdir.
5. İddiaçı cavabdehə müraciət edərək, ünvan 3, 2a saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və bu barədə çıxarışın verilməsini xahi ş etmişdir.
6. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı iddiaçıya qeyd olunan mənzilə dair Səbail Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 64 nömrəli sərəncamın xx.xx.2013-cü il tarixdə verildiyi müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamına əsasən onun mülkiyyətinə verilmiş ünvan 3, 2a saylı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3, 2a saylı mənzil o na məxsusdur. Həmin mənzil ona Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamına əsasən verilmişdir. Belə ki, işlədiyi ARDNŞ-nin vahid mənzil uçotu siyahısı üzrə ümumi əsaslarla xx.xx.1988-ci ildə mənzil uçotuna götürülmüşdür. Həmin mənzil artıq 8 ildir ki, onun istifadəsindədir və ailə üzvləri ilə orada yaşayır. Buna görə də həmin mənzilin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Cavabdehin müvafiq qeydiyyatın aparılmasından imtinası əsassızdır. Cavabdeh ona istinad edir ki, ona dövlət tərəfindən verilmiş mənzil mülkiyyətə deyil, istifadəsinə verilmişdir. Halbuki, sərəncamda həmin mənzilin istifadəsinə verilməsi ilə bağlı ümumiyyətlə bir cümlə belə yoxdur. Sərəncamda mənzilin iddiaçıya verilməsi qeyd olunmuşdur. Cavabdeh qüvvədə olan Mənzil Məcəlləsinin hər hansı maddəsinə istinad etmədən, ümumi sözlərlə Mənzil Məcəlləsinə istinad edərək həmin Məcəllədə dövlət və ya bələdiyyə fonduna aid olan mənzillərin mülkiyyətə deyil, istifadəyə verilməsinin göstərildiyini qeyd etmişdir. Ona verilmiş mənzil mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinə aid olan mənzildir. Ona dövlət tərəfindən verilmiş mənzilin istifadə məqsədilə verilməsi qeyri-mümkündür. Belə ki, istifadə məqsədlərinə görə dövlət mənzil fondu sosial təyinatlı mənzil fonduna və xüsusi təyinatlı mənzil fonduna bölünür. Ona verilən mənzilə dair hər hansı sosial kirayə müqaviləsi bağlanılmamışdır və sərəncamda bununla bağlı hər hansı qeyd y oxdur. Belə olan halda, ona verilən mənzil sosial təyinatlı mənzil fonduna aid olan mənzil deyil. Digər tərəfdən ona verilən mənzil xüsusi təyinatlı mənzil fonduna da aid olan mənzil hesab edilə bilməz. Qanunun tələbinə əsasən xüsusi təyinatlı mənzil fonduna aid olan mənzillər də xüsusi təyinatlı yaşayış sahələri kimi kirayə müqaviləsi əsasında verilir. Səbail Rayon İcra Hakimiyyəti başçısının sərəncamında göstərilmədiyi üçün həmin mənzil ona müvəqqəti istifadə üçün verilmiş mənzil kimi hesab edilə bilməz. Beləliklə, Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamına əsasən ona verilmiş mənzil dövlət mənzil fonduna aid olan mənzildir və həmin mənzil əvəzsiz olaraq onun mülkiyyətinə verilmişdir. Qanunun tələblərinə əsasən Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamı ona verilmiş mənzilin adına dövlət qeydiyyatına alınması üçün əsas hesab olunduğu üçün cavabdehin imtinası qanunsuz olmuşdur.
9. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, sözügedən ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçıya qeyd olunan mənzilə dair Səbail Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 64 nömrəli sərəncamın xx.xx.2013-cü il tarixində verildiyi müəyyən edilmişdir. Qeyd olunan səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya **********77 nömrəli, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, iddiaçının a dına ünvan 2 ünvanında yerləşən 14 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edi lməməsi xahiş edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 14 oktyabr 2022-ci il tarixli, 2-1(112)-10761/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən, dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Nəzərə almaq lazımdır ki, iddiaçının dövlət və yaxud ictimai mənzil fondu mənzilini əvəzsiz özəlləşdirmək hüququndan artıq bir dəfə yararlandığı iş üzrə materiallarla təsdiq olunur. Belə ki, işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, “Azərneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neft Qazçıxarma İdarəsinin xx.xx.1986-cı il tarixli, 257245 nömrəli orderinə əsasən Bakı şəhəri, Səbail rayonu, Ekspermentalnı küçəsi, ev 50, 14 nömrəli mənzil iddiaçının istifadəsinə verilmiş, mənzilə dair iddiaçının adına (3 nəfər ailə üzvü ilə birlikdə) “Azərneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neft Qazçıxarma İdarəsi Mənzil Təsərrüfat Kontoru tərəfindən 8379 nömrəli şəxsi hesab vərəqəsi açılmış, mənzil 1997-ci ildə iddiaçının adına özəllləşmiş və hazırda Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə (keçmiş Ekspermentalnı) küçəsi, ev 50, 14 nömrəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 2a nömrəli mənzilin iddiaçının istifadəsinə verilməsi iddiaçının yenidən dövlət və yaxud ictimai mənzil fondu mənzilini əvəzsiz özəlləşdirmək hüququnun yaranması anlamında qəbul edilə və bu baxımdan dəyərləndirilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı artıq bir dəfə Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, ev 50, 14 nömrəli mənzili özəlləşdirdiyindən onun yenidən, ikinci dəfə ünvan 1 ünvanında yerləşən 2a nömrəli mənzili özəlləşdirmək hüququ istisna olunur. Beləliklə, hazırkı mübahisəyə münasibətdə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun müddəaları baxımından iddiaçı dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququna malik deyildir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (haki mlər Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) 24 yanvar 2023-cü il tarixli, 2-1(103)-979/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə
2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə
7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər.
19. Az ərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəll əşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə or qanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquq ların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübah isələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
25. Eyni zamanda, sübutların qiymətləndirilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Bu səbəbdən apellyasiya insta nsiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin olunmalıdır.
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddia tələbinin təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri sayır.
27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ünvan 3 ünvanında yerləşən 2a saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir.
28. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, sözügedən mənzil Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və A zərbaycan Neft Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2012-ci il tarixli, 09 nömrəli protokol qərarı ilə 4 nəfər (özü, həyat yoldaşı, oğlu, qızı) ailə üzvü olmaqla iddiaçıya verilmiş və həmin protokol qərarı Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamı ilə təsdiq edilmişdir.
29. Mübahisəyə baxan məhkəmələr, iddiaçının 1997-ci ildə xx.xx.1986-cı il tarixli, 257245 nömrəli orderə əsasən ona ayrılmiş başqa bir mənzili (Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə (keçmiş Ekspermentalnı) küçəsi, ev 50, 14 saylı mənzil) özəlləşdirməklə bu hüququndan artıq bir dəfə istifadə etdiyinə əsaslanaraq ona münasibətdə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi nin müddəalarını tətbiq etmiş və həmin normaya istinadən iddianı təmin etməmişdirlər.
30. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işə baxan məhkəmələrin iddianın təmin olunmamasının hüquqi əsası kimi istinad etdiyi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət və ya ictimai mənzil fondunun mənzillərinin özəlləşdirilməsi qaydalarını və şərtlərini müəyyən edir. Mübahisəli mənzil isə dövlət və ya ictimai mənzil fonduna aid mənzili deyil, hüquqi şəxsin – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olmaqla xüsusi mənzil fonduna aid mənzil olmuşdur. Məhz Dövlət Neft Şirkətinin xx.xx.2012-ci il tarixli, 09 nömrəli protokol qərarı ilə sözügedən mənzilin iddiaçıya verilməsi qərara alınmışdır.
31. Bu qər arın 19-cu bəndində istinad olunan normaya görə, mülkiyyət formasından asılı olaraq mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusundan ibarət xüsusi mənzil fondundan, mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusundan ibarət dövlət mənzil fondundan və mülkiyyət hüququ əsasında bələdiyyələrə məxsus olan yaşayış sahələrinin məcmusundan ibarət bələdiyyə mənzil fondundan ibarətdir.
32. Bu mənada iddiaçıya ayrılmış mənzil istinad olunan norma baxımından hüquqi şəxsin – Dövlət Neft Şirkətinin xüsusi mənzil fondunun mənzili olaraq qəbul edilməlidir.
33. Məhkəmənin bu qənaəti həmçinin sözügedən mənzilin yerləşdiyi binanın Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli, 83 nömrəli sərəncamı ilə də təsdiq olunur. Belə ki, həmin sərəncama əsasən, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan, Qaradağ rayonunun ərazisində yerləşən və müvafiq olaraq 150, 152, 156 saylı Mənzil-kommunal istismar sahələrinin istismarındakı yaşayış binaları, o cümlədən mübahisəli mənzilin də yerləşdiyi, 1973-cü ildə inşa edilmiş C. Qəhrəmanov küçəsi, ev 10 ünvanında yerləşən bina inventarları daxil olmaqla bütün aktivləri ilə birlikdə həmin sərəncamın 1 saylı Əlavəsində göstərilən siyahı üzrə Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansına və xidmət dairəsinə verilmişdir. Yəni qeyd olunan sərəncamın məzmunundan da sözügedən mənzilin iddiaçıya ayrıldığı dövrdə Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balan sında olduğu və dövlət mənzil fonduna aid olmadığı görünür.
34. Qeyd olunan səbəbdən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları, xüsusən həmin Qanunun 7-ci maddəsi sözügedən mənzillə bağlı hazırkı mübahisəyə münasibətdə tətbiq edilə bilməz. Belə ki, istinad olunan həmin normaya görə, əvəzsiz özəlləşdirmək hüququndan istifadəyə qoyulmuş (yalnız bir dəfə istifadə ilə bağlı) məhdudiyyət yalnız dövlət və yaxud ictimai mənzil fondu mənzillərinə münasibətdə nəzərdə tutulmuşdur.
35. Bundan əlavə, həmçinin nəzərə almaq lazımdır ki, mənzilin ayrıldığı zaman iddiaçı ilə mənzilə dair sosial kirayə müqaviləsi və ya xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmamış, eləcə də mənzilin həmin məqsədlərlə ayrıldığı hə r hansı şəkildə rəsmiləşdirilməmişdir və bunun üzərindən mənzilin qeyd-şərtsiz onun mülkiyyətinə verilməsinə dair iddiaçıda qanuni gözləntilər yaranmışdır. Belə hallarda iddiaçının etimad hüququ da nəzərə alınmalıdır. Bu yanaşma hüquqi müəyyənlik prinsipinin tələblərindən də irəli gəlir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan Neft-Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2012-ci il tarixli, 09 nömrəli protokol qərarına əsasən, iddiaçıya ayrılmış mənzilə hüquqtəsdiqedici sənədin verilməsi üçün onun uçot qovluğunun Səbail Rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. Bu mənada həmin protokol qərarının təsdiq edilməsi barədə Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamı hazırkı qərarın 20-ci bəndində istinad olunan normada (Qanunun 8.0.1ci maddəsində) nəzərdə tutulmuş akt anlamında qəbul olunmalıdır.
37. Nəzərə alınmalıdır ki, cavabdeh səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş həmin sərəncama bağlıdır və həmin sərəncamın məzmununa uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin sərəncam məzmun baxımından təftiş edilə və qüvvədə olduğu müddətdə həmin sərəncamın icrasından imtina oluna bilməz.
38. Hazırkı mübahisəyə münasibətdə qeyd edilən sərəncamın qüvvədə olduğu nəzərə alınmalı, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır.
39. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edil ən səbəblərə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız hesab edilməli, kassasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2-1(103)-979/2023 nömrəli qərarı ləğv edilir. İddia təmin edilir. İddiaçı mülkiyyətinə verilmiş ünvan 3, 2a saylı ünvanda yerləşən mənzil üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Ba