Məhkəmə qərarları › İş №2-1(102)-1233/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1233/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1233/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məc buri iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsi vəzifəsinin qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)813/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 20 may 2017-ci il tarixdən 17 may 2018-ci il tarixə qədər N nömrəli hərbi hissə komandirinin sərəncamına verilmişdir. İddiaçı sərəncamdan çıxarılaraq dərhal 0374 saylı, 17 may 2018-ci il tarixli əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) əsasında hərbi xidmətdən ehtiyata buraxılmışdır.

2. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi və 331.2, 331.3 və 341.1-ci maddələri ilə ittiham olunmuşdur. Tərtər Hərbi Məhkəməsinin 28 mart 2018-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinib 300 manat miqdarında cərimə və 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. İddiaçı təyin edilmiş 11 aylıq cəza müddətinin bitməsi ilə əlaqədar 13 aprel 2018-ci il tarixdə azadlığa buraxılmışdır. İddiaçı sərəncamdan çıxarılaraq dərhal 0374 saylı, 17 may 2018-ci il tarixli əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) əsasında hərbi xidmətdən ehtiyata buraxılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə hərbi prokuroruna qaytarılmışdır. İstintaqın nəticəsində 30 iyun 2022-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 341.1-ci maddələri ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır.

3. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən m əhkəməyə ünvanlanmış məktubunun məzmunundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli e-2(009)- 563/2022 nömrəli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçının xeyrinə maddi zərərə görə 14.400 manat (bu məbləğin açıqlaması aşağıda ətraflı şəkildə verilmişdir), mənəvi ziyana görə 20.000 manat, ümumilikdə 34.400 manat pulun tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(103)-824/2023 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən dəyişdirilərək mənəvi ziyana görə məbləğ 11.000 manat müəyyən edilmiş, qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış dır. Qətnamədə iddiaçıya dəymiş 14.400 manat məbləğində maddi zərərin izahı verilərək qeyd olunmuşdur ki, cinayət məsuliyyətinə cəlb edildiyindən aylıq qazancından məhrum olunması iddiaçıya dəymiş ziyanın qaytarılması hüququnu verir, iddiaçınin 12 ay ərzində (cinayət məsuliyyətinə cəlb edilməzdən əvvəl sonuncu dəfə 2017-ci il aprel ayından xidmətə uyğunsuzluq ilə ehtiyata buraxıldığı müddət ərzində) faktiki aylıq qazancından məhrum olması öz təsdiqini tapdığından iddia tələbi bu hissədə əsaslı hesab edilməli və cavabdehdən iddiaçının xeyrinə 14.400 (1200 manat orta aylıq əmək haqqını 12 ayın məcmusu ilə hesablamaqla) manat maddi zərərin əvəzi tutulmalıdır. Əlavə olaraq qeyd edirik ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2023-cü il 28 iyul tarixli 2(102)-2115/2023 nömrəli icra sənədinə uyğun olaraq 25.400 manat (14.400 manat + 11.000 manat) vəsaitin İddiaçı bank hesabına köçürülməsi 01 sentyabr 2023-cü il tarixdə təmin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 avqust 1988- ci il tarixdə anadan olmuşdur. 2006-cı ildə orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olu nmuş və 2010-cu ildə bu hərbi təhsil müəssisəsini leytenant rütbəsində uğurla bitirmişdir. Bundan sonrakı 1 il ərzində Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində kurs keçdikdən sonra xidmətini davam etdirmək üçün düşmən Ermənistan silahlı bölmələri ilə keçmiş təmas xəttində yerləşən Ağdam rayonu ərazisində N saylı hərbi hissəyə tağım komandiri vəzifəsinə təyinat almışdır. 2013-cü ildə bölük komandiri kursuna yazılıb oranı bitirdikdən sonra bölük komandiri vəzifəsinə keçirilərək xidmətini davam etdirmişdir. 2016-cı ildə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyinat almış və ona qarşı cinayət əməlləri və hazırkı iddiaya səbəb olmuş pozuntular baş verənə qədər, yəni 2017-ci ilin may ayına qədər bu hərbi hissədə xidmətdə olmuşdur. O, xidmət dövründə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalları, o cümlədən 08 oktyabr 2015-ci il tarixdə baş leytenant rütbəsi ilə təltif olunmuşdur. O, 08 may 2017-ci il tarixdə hazırda “Tərtər işi” kimi tanınan iş çərçivəsində dövlətə xəyanət ittihamları ilə əlaqədar qanunsuz azadlıqdan məhrum edilmiş, sorğu-suala cəlb edilmiş və bu zaman özünün və digər hərbi qulluqçuların əleyhinə yalan ifadə verməsi üçün ağır işgəncələrə məruz qalmışdır. 13 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzər də tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qət-imkan tədbiri seçilmişdir. 06 sentyabr 2017-ci il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən onun həbsdə saxlanılma müddəti 13 yanvar 2018-ci ilə qədər uzadılmışdır. 22 sentyabr 2017-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə cinayət işi başlanılmışdır. 25 sentyabr 2017-ci il tarixdə bu cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq olunan əvvəlki cinayət işinə birləşdirilməklə bir icraatda istintaq davam etdirilmişdir. 22 dekabr 2017-ci il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən onun həbsdə saxlanılma müddəti 03 iyun 2018-ci ilə qədər uzadılmışdır. 25 yanvar 2018-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. 29 yanvar 2018-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir.

6. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə davam edən iş üzrə ibtidai istintaq 18 fevral 2018-ci il tarixdə tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Tərtər Hərbi Məhkəməsinin 28 mart 2018-ci il tarixli hökmünə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarı nda cərimə və 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. Ona təyin edilmiş 11 (on bir) aylıq cəza müddətinin bitməsi ilə əlaqədar 13 aprel 2018-ci il tarixdə azadlığa buraxılmışdır. 20 may 2017-ci il tarixdən 17 may 2018-ci il tarixə qədər N nömrəli hərbi hissə komandirinin sərəncamına verilmişdir. O sərəncamdan çıxarılaraq dərhal 0374 saylı, 17 may 2018-ci il tarixli əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) əsasında hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əmr ona elan edilsə də onun surəti nə həmin tarixdə, nə də ondan sonrakı tarixlərdə iddiaçıya təqdim edilmişdir. Əmr faktiki olaraq onun əsassız sorğu-sual edilməsi və cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnmiş tabeçiliyində olan hə rbi qulluqçulara zor tətbiq etməsi ilə əsaslandırılmış, onun barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olduğundan və üzləşdiyi əsassız ittihamlar və işgəncələrdən bezdiyindən hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı əmri həmin dövrdə, yəni 2018-ci ilin mayında qəbul etməkdən başqa seçim imkanı mövcud deyildi. Həm onun, həm digər zərərçəkmiş şəxslərin, həm də onların ailə üzvlərinin çoxsaylı müraciət və etirazlarından sonra 17 dekabr 2021-ci il tarixdə qeyd edilən cinayət əməllərinin və qanunsuzluqların yenidən araşdırılmasına başlanılmış, bu məqsədlə Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin müstəntiqlərindən ibarət birgə İstintaqı Qrupu yaradılmışdır. İstintaq Qrupu yaradıldıqdan sonra o istintaq orqanına ifadə vermiş, ona məlum olan bütün hallar, üzləşdiyi qanunsuzluqlar, eləcə də əsassız olaraq hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı məlumat vermişdir. Nəticədə onun məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 28 mart 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 27 fevral 2018-ci il tarixli qərarı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarı ilə ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır.

7. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarı ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə hərbi prokuroruna qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, həmin tarixdən cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, İİ dərəcəli hüquqşünasa həval ə edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qanunun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş CM-nin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan CM-nin 329-cu maddəsi ilə əhatə olunduğu üçün 29 aprel 2022-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 341.1-ci maddələrinə tövsif edilmişdir. İstintaqın nəticəsində 30 iyun 2022ci il tarixdə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 341.1-ci maddələri ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əmə ldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır.

8. Beləliklə, iş üzrə ona qarşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin həm 274-cü, həm də 331.2, 331.3 və 341.1-ci (329.2.1 və 341.1-ci maddələrə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. Bununla da onun xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılması üçün əmrə səbəb olmuş əsaslar aradan qalxmışdır. Qeyd edilən xitam qərarı ona 2022-ci ilin oktyabr ayında təqdim edildikdən dərhal sonra o 12 oktyabr 2022-ci il tarixdə cavabdeh Müdafiə Nazirliyinə müraciət edərək onun ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa olunması, eyni za manda əmrin verildiyi tarixdən, yəni 17 may 2018-ci ildən əmrin ləğv ediləcəyi tarixə qədər olan dövr üçün, yəni məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanmaqla ödənilməsini xahiş etmişdir. Göndərilmiş ərizəyə cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən xx.xx.2022-ci il tarixli, 4/5223 saylı məktub daxil olmuşdur. Məktubda bildirilir ki, onun müraciəti aidiyyəti üzrə baxılması üçün Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisinə göndərilmişdir. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 8/4534 saylı məktubda isə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq hərbi qulluqçulara pul təminatı və pul təminatının digər növləri, yalnız onlar hərbi xidmətdə olduqları dövr ərzində ödənilir.” Hərbi xidmətdən tərxis olunduğunuz üçün pul təminatının ödənilməsi mümkün deyildir. Qeyd edilən məktublardan başqa cavabdeh Müdafiə Nazirliyindən başqa heç bir cavab məktubu daxil olmamış, onun tərəfindən ünvanlanmış ərizədə göstərilən tələblər üzrə heç bir addım atılmamışdır. Bununla da faktiki olaraq cavabdeh tərəfindən onun ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi və ondan irəli gələn digər hərəkətlərin edilməsindən imtina edilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1324/2023 nömrəli qərarı ilə (hakim İ.Quliyev) iddia tələbi təmin edilmiş, iddiaçının “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması (“xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılan dövrdən xidmətə bərpa edilən dövrə qədər olan müddətin sosial sığorta stajına hesablanması üçün zəruri hərəkətlərin edilməsi, sosial sığorta ödənişlərinin ödənilməsinin təmin edilməsi və.s) və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçının “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı əmrə səbəb olmuş əsaslar aradan qalxdığına görə mübahisələndirilən əmr ləğv edilməklə, iddiaçının qanunvericiliyin qeyd edilmiş normaları na uyğun olaraq pozulmuş hüquqları bərpa edilməlidir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)813/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: G.Cabbarova - sədrlik edən və məruzəçi, H.Babayeva və Z.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və inzibati işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmədi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) görə 17 may 2018-ci il tarixli əmrlə ehtiyata buraxılmış, daha sonra iddiaçı barəsində aparılan araşdırma və barəsində qəbul edilmiş cinayət təqibinə xitam vermə haqqında qərar əsas götürməklə iddiaçının xidmətə bərpa və vəzifəsindən kənarlaşdırılması ilə əlaqədar müddətin qanuni əmək stajına, həm də ixtisas və fasiləsiz daxil edilməsi məsələsinə baxılır.

16. İddiaçıya işləmədiyi dövrlər üçün əmək haqqının almaması cavabdehin qanunsuz hərəkətləri ilə b ağlı olmadığından bununla əlaqədar kompensasiyanın ödənilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması inzibati işin yuxarıda qeyd olunan faktiki hallarına və sadalanan qanunvericilik normalarının imperativ şərtlərinə ziddir.

17. Digər tərəfdən iddiaçının işləmədiyi dövrlər üçün almadığı əmək haqqı daxil olmaqla onun məruz qaldığı maddi ziyana görə kompensasiyanın ödənilməsi-14.400 manat məbləğində maddi zərərin ödənilməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli e-2(009)-563/2022 nömrəli qətnaməsi ilə qət edilmişdir. Beləliklə də hesab edirəm ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətdəki dəlillər araşdırılmamış, bu da qanunsuz və əsassız qərar çıxarılması ilə nəticələnmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlillə ri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Maddə

26. Hərbi qulluqçuların statusunu təmin etmək sahəsində dövlət orqanlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və vəzifəli şəxslərin vəzifəsi və məsuliyyəti

1. Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar.

2. Onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər v ə müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. 20. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:

70. Hərbi rütbədən məhrum edilən şəxslər və ya haqqında qeyri-qanuni hərəkət lər edilməklə əlaqədar hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə bərpa edilirlər. Hərbi xidmətdən qanunsuz buraxılan gündən hərbi xidmətə bərpa gününədək olan dövr, qeyri-qanuni həbsdə saxlanılma və qeyri-qanuni məhkumluq nəticəsində cəza çəkmə dövrü hərbi qulluqçular üçün hərbi xidmət müddətinə, hərbi rütbədə olma müddətinə, müvafiq vəzifələrdə xidmət illəri müddətinə, pensiya təyin etmək üçün lazım olan illər müddətinə, müddətli xidmət hərbi qulluqçuları üçün isə — hərbi xidmət müddətinə daxil edilir.

158. Qanunsuz məhkum edilməsi ilə əlaqədar həqiqi hərbi xidmətdən buraxılmış, yaxud qanunsuz surətdə cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar vəzifəsindən azad edilmiş hərbi qulluqçular müəyyən edilmiş qayda ilə həqiqi hərbi xidmətə v ə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa olunurlar. Törətdikləri cinayətə görə hərbi rütbələrindən məhrum olunmadan azadlıqdan məhrum edilmiş hərbi qulluqçular cəzaçəkmə müəssisələrindən buraxıldıqdan sonra əgər onlar bu Əsasnamənin 155-ci maddəsinin «a» bəndinin tələblərinə uyğun gəlsələr, ehtiyatda olan hərbi qulluqçuların müvafiq heyətinin hərbi uçotuna alınırlar.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmç inin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb e dilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Av ropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiy a məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla belə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Cavabdeh kassasiya şikayətində iddia tələbinin məcburi iş buraxma dövrü üzrə əmək haqqının ödənilməsi hissəsi üzrə özünün qanunsuz hərəkətləri ilə bağlı olmadığını mübahisələndirir.

30. İşin hallarına əsasən qeyd edilməlidir ki, iddiaçı 20 may 2017-ci il tarixdən 20 may 2018-ci il tarixədək müvafiq hərbi hissə komandirinin sərəncamına verilmiş, 28 mart 2018-ci il tarixli məhkəmə hökmü ilə müvafiq cinayətlərin törədilməsində təqsirli bilinərək, cəza təyin edilmiş, 13 aprel 2018-ci il tarixdə azadlığa buraxılmış, 17 may 2018-ci il tarixli Əmr əsasında hərbi xidmətdən ehtiyata buraxılmışdır. Daha sonra müvafiq cinayət işi üzrə icraata xitam verilməsi barədə 30 iyun 2022-ci il tarixli qərarla onun barəsində aparılan cinayət işi üzrə icraata bəraətverici əsaslarla (əməlində cinayət tərkibi olmaması) xitam verilmişdir.

31. Həmçinin işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən qeyd edilmişdir ki, müvafiq məhkəmə qətnamələri (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərarları) ilə iddiaçının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia tələbi qismən təmin edilmiş, cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qazancından məhrum olması halının ona dəymiş ziyanın q aytarılması hüququ verdiyindən, cinayət məsuliyyətinə cəlb edilməzdən əvvəl sonuncu dəfə 2017-ci ilin aprel ayından xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldığı müddət ərzində faktiki aylıq qazancından məhrum olması öz təsdiqini tapdığından, cavabdeh (Azərbaycan Respublikası Maliyyə Nazirliyi) iddiaçının xeyrinə 1200 manat orta aylıq əmək haqqı olmaqla, faktiki olaraq 12 ayın məcmusu ilə hesablanmaqla, 14400 manat vurulmuş maddi ziyanın əvəzi olaraq, 11000 manat mənəvi ziyanın əvəzi olaraq ödənilməsi qərara alınmışdır.

32. Bununla bağlı cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının işləmədiyi dövrlər üçün əmək haqqının almaması cavabdehin qanunsuz hərəkətləri ilə bağlı olmadığından bununla əlaqədar kompensasiyanın ödənilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ü zərinə qoyulması qanunvericilik normalarının imperativ şərtlərinə ziddir.

33. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır.

34. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası cavabdehin həmin dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhz cavabdeh inzibati orqanın əmri əsasında hərbi xidmətə qəbul edildiyindən və məhz həmin orqanın qəbul etdiyi əmr əsasında hərbi xidmətdən ehtiyata buraxıldığından, habelə hazırkı mübahisə predmeti məhz cavabdeh inzibati orqanın əmri ilə bağlı və ondan törəyən münasibətlər (əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi) təşkil etdiyindən hazırkı tələb üzrə cavab verməli olan orqan qismində məhz cavabdeh çıxış etmişdir.

35. Beləliklə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, habelə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-813/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar