Məhkəmə qərarları › İş №2-1(102)-1234/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1234/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1234/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1234/2020) Açar sözlər: yaşa görə əmək pensiyasının təyin olunması, əmək kitabçasının sübut kimi qəbul edilməsi. Bakı şəhəri xx xxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçı X1 və cavabdehin vəkili Vəkil oğlunun iştirakı ilə, iddiaçı X1 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “yaşa görə əmək pensiyasının təyin ol unması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-187/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı X2 xx.xx.1955-ci ildə Quba rayonunda doğulmuşdur və həmin rayonda yaşayır. İddiaçının əmək kitabçasında əksini tapmış məlumatlara əsasən o, xx.xx.1972xx.xx.1974 (1 il 8 ay 11 gün), xx.xx.1976-xx.xx.1978 (2 il 2 ay 6 gün), xx.xx.1978xx.xx.1979 (5 ay 12 gün), xx.xx.1979-xx.xx.1980 (1 il 6 ay 24 gün), xx.xx.1981-xx.xx.1999cu (17 il 8 ay 6 gün) illərdə müxtəlif müəssisələrdə işləmiş, xx.xx.1974-xx.xx.1976-cı (2 il 3 gün) illərdə hərbi xi dmətdə olmuşdur. İddiaçı məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra - DSMF-nin Quba rayon şöbəsi yazılacaq) müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. DSMF-in Quba rayon şöbəsi iddiaçıya **********0 saylı, xx xxxx 2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1999cu il tarixədək olan müddətdə əmək fəaliyyəti üzrə müəssisə ilə bağlı araşdırma nəticəsində onun işləməsini təsdiq edən faktlar aşkar edilməmişdir və bu səbəbdən - tələb edilən 25 il sosial sığorta stajı olmadığına görə ona pensiya təyin edilməsi mümkün olmamışdır. Bundan sonra, yəni xx.xx.2019-cu il tarixdə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1992-ci ildən xx.xx.1999-cu il tarixədək “xxxx” ASC-də sürücü işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh DSMF-nin Quba rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki,onun əmək kitabçası var və əmək kitabçasında onun “xxxx” ASC-də işləməsi öz əksini tapmışdır. «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1.1-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Buna görə də cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır. Cavabdehin etirazları: Cavabdehin etiraz dəlilləri yuxarıda qeyd olunan imtina məktubunda göstərilmiş pensiya təyin etməkdən imtinanın əsasları ilə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1353/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim V.Əzizova) iddia təmin edilərək, iddiaçı X1xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “xxxx” ASC-də sürücü işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh DSMF-nin Quba rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya mə hkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında aparılan qeydlərə şübhə ilə yanaşması üçün əsas mövcud deyildir. Cavabdeh inzibati orqan həmin qeydlərin qarşılıqlı yoxlanması zamanı öz əksini tapmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmayaraq xx.xx.2020-ci il tarixdə apelyasiya şikayəti vermiş, qərarın ləğv olunmasını və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-187/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər F.Zeynallı (sədrlik edən və məruzəçi), Z.Məmmədov və F.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin e dilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır. Qərarın surəti cavabdehə xx.xx.2020-ci ildə çatdırılmış və cavabdehin nümayəndəsi və vəkili xx.xx.2020-ci ildə həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, qərar qanunsuz və əsassızdır. “Əmək pensiyaları haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta stajı-əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövl ət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödənilmək şərti ilə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bu Qanunun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının xx.xx.1981-ci ildən xx.xx.1999-cu ilədək “xxxx” ASC-də işləməsi ilə bağlı əmək kitabçasındakı qeydləri qarşılıqlı yoxlamaq mümkün olmadığından həmin dövrü onun sosial sığorta stajına daxil etmək mümkün deyildir. Tərəflərin izahatları: Cavabdehin vəkili Əliyev Samir Süleyman oğlu kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəməyə vəkilsiz gəldiyi üçün onun çıxışı dinlənilmədi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi iddiaçı ilə cavabdehin arasında yaranan mübahisə yaşa görə pensiya təyin olunması üzrə yaranmış mübahisədir. İddia tələbinin ümumi əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapit alı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki:

1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qey də alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur və 63 yaşı xx.xx.2018ci ildə tamam olmuşdur. Lakin pensiya yaşı uzadıldığına görə iddiaçı xx.xx.2019-cu il tarixdə pensiya yaşına çatmışdır. Yəni iddiaçı yaşa görə pensiya təyin edən orqana müraciət etdiyi vaxt ona pensiya təyin olunması üçün zəruri olan birinci şərt mövcud olmuşdur. Həmçinin pensiya təyin edən orqana müraciət etdiyi vaxt iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmamasına baxmayaraq, sosial sığorta stajı ona pensiya təyin olunmasına imkan verirdi. Belə ki, iş materiallarına əlavə olşunmuş hərbi biletin lazımai qaydada təsdiq edilmiş surətindən görünür k i, iddiaçı xx.xx.1974-ci ildən xx.xx.1976-cı ilədək (2 il 3 gün) hərbi xidmətdə olmuşdur. Həmçinin iş materiallarına əlavə olunmuş, iddiaçının adına xx.xx.1972-ci ildə açılmış əmək kitabçasından göründüyü kimi iddiaçı xx.xx.1972-xx.xx.1974 (1 il 8 ay 11 gün), xx.xx.1976xx.xx.1978 (2 il 2 ay 6 gün), xx.xx.1978-xx.xx.1979 (5 ay 12 gün), xx.xx.1979-xx.xx.1980 (1 il 6 ay 24 gün), xx.xx.1981-xx.xx.1999-cu (17 il 8 ay 6 gün) illərdə müxtəlif müəssisələrdə işləmişdir. Bu məlumatlar onun adına açılmış əmək kitabçasında işə qəbul, iş yerinin dəyişdirilməsi və işdən çıxarılma əmrləri tarix ardıcıllığı ilə göstərilməklə, pozuntu və qaralamaya yol verilmədən qeyd olunmuş, işlədiyi müəssisələrin rəhbərinin imzaları və möhürləri ilə təsdiqlənmişdir. Cavabdeh əmək kitabçasında göstərilmiş, iddiaçının xx. xx.1992-ci ildən 08.02.199-cu ilədək xxxx ASC-də (bu müəssisə əvvəllər fəaliyyət göstərmiş 2712 nömrəli Avtomobil dəstəsinin hüquqi varisi olmuşdur) işləməsinə dair məlumatlarla razılaşmamışdır. Cavabdeh əmək kitabçasında əksini tapmış bu məlumatları qəbul etmədiyini onunla əsaslandırmışdır ki, iddiaçının həmin dövrdə işləməsi arxiv materialları ilə təsdiqini tapmır. Çünki qeyd olunan müəssisənin əmr kitabları və əmək haqqı cədvəlləri arxivə təhvil verilməmişdir. Cavabdehin bu etiraz dəlilləri, iş stajını təsdiq etmək üçün əmək kitabçasının sübut kimi hüquqi əhəmiyyətinin araşdırılmasını tələb edir. Cavabdeh tərəfin bu dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə, yəni 1992-ci ildən xx.xx.2006-cı il tarixədək q üvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını subut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yəni iddiaçının əmək fəaliyyəti göstərdiyi və fəaliyyəti rəsmiləşdirildiyi dövrdə əmək stajını təsdiq edən əsas hüquqi sənəd - əmək kitabçası olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxs lərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiyanın bu norması, hazırki işin stajla bağlı hissəsinin həllində «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun müddəalarına istinad olunmasına imkan verir. Bundan başqa, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün əsas sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növünd ən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübüt kimi qəbul edir. Bu halda əmək kitabçasında əksini tapmış əmək stajını inzibati orqanın qəbul etməməsi qanuna ziddir. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2ci maddələrinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin möt əbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 16.1-ci maddəsində deyilir ki, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyi şdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (adı çəkilən Qanunun 11.1, 12.2 və 13.2-ci maddələri). İddiaçının pensiya yaşına çatması və 25 il sığorta stajına malik olması «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən ona pensiya təyin olunması üçün yetərlidir və onun fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olub-olmamasının araşdırılmasına zərurət yoxdur. Apelyasiya instansiyası məhkəməsi həmçinin bildirmişdir ki, əmək haqqının alınmaması və ya alınsa belə həmin əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminat ı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla xx xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. xx xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi xx xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilədək işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. Bu zaman həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmur. Məhkəmə kollegiyası apelyasiya instansiyasının bu əsaslandırması ilə razılaşır və hesab edir ki, məhkəmələr iddianı təmin etməkdə haqlı olmuşlar. Kassasiya şikayətinin dəlilləri əsassızdır və apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə əsasən, Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tuta raq qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-187/2020 saylı işüzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar