Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1234/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Mingəçevir İddiaçı Turist Bazasının cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ərazi aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Mingəçevir İddiaçı Turist Bazasının (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün və qaçqınların saxlanılmasına görə çəkilən xərclərin ödənilməsi” tələbinə d air iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 21(103)-1474/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Mingəçevir İddiaçı Turist Bazası cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı Mingəçevir İddiaçı Turist Bazasının məcburi köçkün və qaçqınların saxlanılmasına görə çəkdiyi xərclərin 1 yanvar 2019-cu il tarixdən ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2545/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarda dı ilə (hakim E.Ə.Əliyev) işin aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddiası daşınmaz əmlak hüququndan irəli gələn tələblə əlaqədardır. Həmin daşınmaz əmlak isə Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırkı mübahisəyə baxmağa həmin məhkəmə səlahiyyətlidir.
4. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli 2-1(103)-1474/2022 nömrəli qərardadı ilə (sədrlik edən S.İ.Bəktaşi, hakimlər A.S.Hüseynov v ə A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2545/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, qərardadın əsaslandırıcı hissəsində iddia tələbinin daşinmaz əmlak hüququndan irəli gələn tələblə əlaqədar olduğunu qeyd edərək səhvə yol vermişdir. İş materiallarından görünür ki, iddiaçı Mingəçevir şəhərində yerləşən "Mingəçevir Günəşli" Turist Bazasında məskunlaşan məcburi köçkün və qaçqınların saxlanılmasına görə çəkdiyi xərclərin 1 yanvar 2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Belə olan halda, İPM-in 8.1.2-ci maddəsinin tələbi baxımından hazırkı mübahisəyə Mingəçevi r şəhərinin aid olduğu inzibati məhkəmə tərəfindən baxılmalıdır.
7. Cavabdeh kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və müvafiq inzibati işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı Mingəçevir ”Günəşli” Turist Bazasının cavabdeh Komitəyə qarşı iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə 17 sentyabr 2021-ci il tarixində daxil olmuşdur. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə “Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.” məzmununda sonuncu cümlə 9 iyul 2021-ci il tarixli Qanunla əlavə edilmişdir. Məhkəmə isə göstərilə nləri nəzərə almamışdır.
9. Cavabdeh hesab edir ki, iddia tələbi daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar olmadığından, iddia ərizəsi məhkəməyə 17 sentyabr 2021-ci il tarixində daxil olduğundan və İPM-in 8.1.2-ci maddəsinin sonuncu cümləsi 1 oktyabr 2021-ci il tarixindən sonra verilən iddia ərizələrinə şamil edildiyindən, müvafiq inzibati işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti il əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının tələbi Turist Bazasının binasında və torpaq sahəsinə məskunl aşmış köçkünlərə göstərilən xidmətlərə görə haqqın ödənilməsi tələbi olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadı qanuni və əsaslıdır. TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəm əsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydal arı məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; (-) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiy ası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 12. “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 iyul 2021-ci il tarixli, 365-VİQD nömrəli Qanun Maddə 1.1. 8.1.2-ci maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin: “Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur;”; Maddə
2. Keçid müddəaları 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. 2.2. Bu Qanunun 1.1-ci maddəsi Qanunun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrinə şamil edilir.
13. Mülki Prosessual Məcəllə Maddə 44.1. Aidiyyət qaydalarına riayə t edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
15. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Şikayət aşağıdakı səbəblərə görə təmin olunmalıdır.
17. İddiaçı hazırkı iddia ərizəsi ilə 17 sentyabr 2021-ci il tarixində Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Apellyasiya ins tansiyası məhkəməsinin istinad etdiyi İPM-in 8.1.2-ci maddəsinə edilən dəyişiklik isə 1 oktyabr 2021-ci il tarixindən qüvvəyə minmişdir (bax: hazırkı qərarın 12-ci bəndi).
18. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edən zaman həmin norma qüvvədə olmadığından aidiyyət qaydaları pozulmamışdır. İnzibati iş məhkəmənin icraatında olduğu dövrdə sözügedən norma qüvvəyə minmişdir. MPM-in 44.1-ci maddəsinin məzmununa görə isə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
19. Məhkəmə kollegiyası iddia ərizəsinin aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin icraatına qəbul edildiyini nəzərə alaraq hesab edir ki, işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır.
20. Apellyasiya in stansiyası məhkəməsi isə göstərilən normaların tələblərini işin hallarına tətbiqində səhvə yol vermiş, iddiaçının qanunvericiliyə edilmiş dəyişiklikdən əvvəl məhkəməyə müraciət etdiyini nəzərə almamış, nəticədə prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli 2-1(103)-1474/2022 nömrəli qərardadı ləğv edilməli, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.
22. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli 21(103)-1474/2022 nömrəli qərardadı ləğv edilsin. İş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərar qətidir.